Məhkəmə qərarları › İş №e-2-2(113)-5097/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5097/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5097/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "X4 Companies" MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X4 Companies" MMC-dən borclu olduğu 5538 əsas məbləğ və 13291 manat dəbbə pulu, 147 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, ARZ0211- 22 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İçracı” (RÜS TƏMOV ARAZ ABİL OĞLU ) müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, “Sifarişci” isə razılaşdırılmış xidmət haqqını ödəməyə öhdəsinə götürür. “İcraçı” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi halda, “Sifarişci” (Cavabdeh MMC) öhdəlikləri yerinə yetirməmiş, nəticədə 5538 manat əsas məbləğ borcu yaranmışdır. Müqavilənin 2.4-cü bəndində qeyd olunmuşdur ki, ödəniş “İcraçının” təqdim etdiyi hesab-faktura əsasında həyata keçirələcək. Ödəniş qeyd olunan sənədlər təqdim edildikdən və Sifarişci tərəfindən qəbul oldunduqdan sonra 5 (beş) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Lakin bu müddət ərzindəSifarişci ödənişi etməkdən yayınmışdır. Tərəfimizdən cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-faktura sifarişçi olan cavabdeh tərəfindən təsdiq edilmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəfimizdən müqavilə üzrə öhdəlik icra edilmişdir. Cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "X4 Companies" MMC-dən borclu olduğu 4673,08 əsas məbləğ və 500 manat dəbbə pulu, 147 manat dövlət rüsumunun tutularaq tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4. II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iş üzrə qiyabi qətnamənin qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

11. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

IV. Sübutların tədqiqi:

12. İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) (“sifarişçi”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli ARZ0211-22 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “icraçı” müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri (bundan sonra “xidmət” adlanacaq) göstərməyi, “sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin öhdəliklərinin çərçivəsini müəyyən etməklə məcburi qüvvəyə malikdir.bu müqavilə üzrə təqdim edilən ayrı-ayrı xidmətlər onun ayrılmaz hissəsi olan əlavələrdə göstəriləcəkdir.müqavilənin müddəaları ilə ziddiyyət təşkil etdikdə, əlavələrdəki müddəalar üstün hesab ediləcəkdir - 2.4-cü bəndinə əsasən aylıq xidmət haqqı, texnikanın Sifarişçiyə təqdim olunduğu gündən etibarən hesablanır. Hər ayın əvvəli tərəflər arasında razılaşdırılmış müqavilə məbləğinə əsasən, göstərilən xidmətin yekun dəyəri hesablanır və ödənilir. Ay üzrə qalıq xidmət haqqı və əlavələr Sifarişçi tərəfindən İcraçıya ay bitdikdən sonra 15 təqvim günü ərzində ödənilir. Nəzərdə tutulan ödəmə müddəti keçdikdən beş təqvim günü ərzində ödəniş olunmadığı halda texnikanın işi dayandırılır və yalnız ödəniş olunduqdan sonra işi davam etdirilir. Ödəniş gecikməsi səbəbi ilə texnikanın dayandığı günlər üçün xidmət haqqı hesablanır. - 2.6-cı bəndinə əsasən sifarişçi tərəfindən ödənişlərin gecikmsəsi tədqirdə, gecikmiş hər bir gün üçün sifarişçi icraşıya borclu olduğu məbləğin 0,5% dəyərində penni ödəyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq olunmuşdur.

13. İddiaçı (“icraçı”) ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 02 Noyabr 2022-ci il tarixli, ARZ0211-22 saylı xidmət müqaviləsinə 01 saylı Əlavəyə əsasən CAT 432 E model backhoe loader yükləyicinin aylıq icarə haqqı 4500 manat (normadan artıq bir iş günü üçün 175 manat,normadan artıq bir iş saatı üçün 22 manat ) məbləğində müəyyən edilmişdir.Əlavə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq olunmuşdur.

14. İddiaçı tərəfindən cavabdehə EBCM 644470 saylı xx.xx.2023-cü il tarixli 4500 manat, EBCM 673714 saylı xx.xx.2023-cü il tarixli 1038 manat məbləğində elektron qaimələr göndərilmişdir.

15. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli görülmüş işlərin təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2022-ci ilin dekabr ayı üzrə 23 gün CAT 432 E 18-T- 833 dövlət qeydiyyat nişanlı texnikasının istifadəsi üçün 3980,77 manat məbləğində xidmət haqqı hesablanmışdır.Akt hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli görülmüş işlərin təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2023-cü ilin yanvar ayı üzrə 4 gün CAT 432 E 18-T- 833 dövlət qeydiyyat nişanlı texnikasının istifadəsi üçün 692,31 manat məbləğində xidmət haqqı hesablanmışdır.Akt hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

17. EMİS-dən əldə olunan məlumata görə xx.xx.2022-ci il tarixli ARZ0211-22 saylı müqavilə üzrə ********** saylı VÖEN hazırda Cavabdeh MMC adı altından fəaliyyət göstərir. V. Tətbiq edilən hüquq:

18. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

22. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli ARZ0211-22 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, “Sifarişci” isə razılaşdırılmış xidmət haqqını ödəməyə öhdəsinə götürür. “İcraçı” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi halda, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı olan əsas borcu 4673,08 manat təşkil edir.Qeyd edilən hal, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, müqavilə, təhvil təslim aktları, qaimələr ilə təsdiq edilir.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun 4673,08 manatın tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 500 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu həmin hissədə təmin edilməlidir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 147 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 147 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 4673,08 (dörd min altı yüz yetmiş üç manat səkkiz qəpik) manat əsas,500 (bir yüz yeddi) manat cərimə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 147 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar