Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-510/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil1 və X4, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, “xxxxxxxxxx” X2 (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 244356 manat və ******* ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxxxxxxxx” MMC arasında xx xxxxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşa edilmiş binaların fasadına “xxxxxxxxxx” MMC tərəfindən “mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri” görülməsi barədə razılıq əldə edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə işlər başa çatana və hesablaşmalar tam yekunlaşana qədər qüvvədədir. Müqavilənin 3-cü bəndində görülən işlərin qiyməti barədə razılaşmada qeyd edilmişdir ki, suvaq işlərinin 1 kv.m 3 manat, fasad qranit tozlama işlərinin 1 kv.m 25 ABŞ dolları və fasad - boya işlərinin 1 kv.m 20 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda ödəmə şərtlərinə əsasən suvaq işlərinə görə ödəniş pul formasında, digər işlərə görə barter forması ilə müəyyən edilmişdir. Keçən müddət ərzində cavabdeh tərəfindən qismən ödənişlər edilsə də yaranmış borc tam ödənilməmişdir. Əksinə əlavə işlərin görülməsi barədə razılaşma olmuşdur, cavabdeh tərəfindən yaranan borcun ödənilməsi barədə vədlər verilsə də öhdəlik bu günədək yerinə yetirilməmişdir. Tərəflər arşında imzalanmış xx xxxxxx 2016-cı il tarixli üzləşmə aktına əsasən görülmüş işlərin həcmi 81460 kv.m suvaq işləri, 37093 kv.m qranit tozlama işləri və 41714 kv.m qranit effektli boya işləri təşkil edir. xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən xx xxxxxx 2016-cı il tarixə yaranmış borcun məbləği 244356 manat və ******* ABŞ dolları təşkil edir və hal – hazıra kimi həmin borc ödənilməmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək izahatında göstərdi ki, müqavilə xx xxxxxx 2011-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası iddiaçı tərəfindən 2016-cı ilin dekabr ayında başa çatdırılmış və tərəflər arasında akt imzalanmışdır. İddia ərizəsi ilə məhkəməyə vaxtında – 2019-cu ilin noyabr ayında müraciət olunduğuna görə iddia müddəti ötürülməmişdir. Tərəflərin imzaladığı aktda isə görülmüş işlərin həcmi tam göstərilmişdir. Akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunduğuna görə borcun olmasını təsdiq edən sübut kimi qəbul olunmalıdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia əsassız olmaqla yanaşı iddia müddəti də üzrsüz səbəbdən ötürülmüşdür. xx xxxxxx 2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin son icra müddəti bitdikdən 3 ildən artıq müddət sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia müddətinin axımının dayandırılması üçün tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli akt isə saxtadır. Cavabdeh MMC tərəfindən aktı imzaladığı göstərilən “Qocayev Q.” adlı şəxsin kim olması belə məlum deyildir, cəmiyyətin belə bir işçisi yoxdur. Aktdakı möhürün də saxta olub – olmaması məlum deyildir, saxta olmasa belə bu aktın səlahiyyətli şəxs tərəfindən imzalanması hesab oluna bilməz. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2011-ci il tarixli, 11/06 №-li müqavilənin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş binaların fasadına “xxxxxxxxxx” MMC tərəfindən mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görülməsi barədə razılıq əldə olunmuş, suvaq işlərinin 1 kv.m 3 manat, fasad qranit tozlama işlərinin 1 kv.m 25 ABŞ dolları və fasad - boya işlərinin 1 kv.m 20 ABŞ dolları müəyyən edilmişdir. - xx xxxxxx 2016-cı il tarixli Cavabdeh MMC ilə “xxxxxxxxxx” MMC arasında aktın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının fasad örtüyündə “xxxxxxxxxx” MMC tərəfindən 81460 kv.m suvaq işləri, 37093 kv.m qranit tozlama işləri və 41714 kv.m qranit effektli boya işləri görülmüşdür; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Məhkəməyə iddiaçı tərəfindən işlərin görülməsini təsdiq edən sübut kimi təqdim olunmuş xx xxxxxx 2016-cı il tarixli aktda Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının fasad örtüyündə “xxxxxxxxxx” MMC tərəfindən 81460 kv.m suvaq işləri, 37093 kv.m qranit tozlama işləri və 41714 kv.m qranit effektli boya işləri görüldüyü qeyd olunsa da, aktda şirkətin adın Cavabdeh MMC deyil, “xxxxxxx” MMC qeyd olunmuş, aktı imzalamış “Qocayev Q.” adlı şəxsin aktı imzalamaq üçün cavabdehin nəinki səlahiyyətli şəxsi, ümumiyyətlə, cavabdehə aidiyyatı olması ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli akt müqavilə üzrə işlərin görülməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə qeyd olunan işlərin görülməsini (materialların alınmasını təsdiq edən qaimə-faktura, Cavabdeh MMC tərəfindən aparılmış ödənişlərdən vergilərin ödənilməsini və s.) təsdiq edən digər sübutlar da təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Sonuncu norma, yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsi sifarişçinin icranın qüsuru ilə bağlı tələbin irəli sürülmə müddətinin müəyyən etdiyinə görə hazırkı iş üzrə bu norma tətbiq edilə bilməz. Çünki, tələb podratçı tərəfindən irəli sürülmüşdür. Buna görə də hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi ilə bağlı araşdırma aparılarkən ilk növbədə müddətin axımının nə vaxt başlandığını müəyyən etmək lazımdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci və 3-cü bəndlərində qeyd olunmuşdur ki, “Müqavilə avans ödənildiyi gündən qüvvəyə minir. Müqavilə işlər tam başa çatana və hesablaşmalar tam yekunlaşana kimi qüvvədədir” .... “Sifarişçinin icraçıya əvvəllər görünmüş işlərdən yaranmış borc 6 ay ərzində icraçıya ödənilməlidir”. İddiaçının nümayəndəsi işlərin 2016-cı ilin dekabr ayında başa çatdığını bildirmiş və bu xüsusatı təsdiq edən sübut kimi məhkəməyə xx xxxxxx 2016-cı il tarixli aktı təqdim etmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə bunun əksini təsdiq edən, işlərin daha əvvəl başa çatmasını təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətin tətbiqi əsası ilə deyil, əsassız olduğuna görə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxx” X2 Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-510/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-510/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver