Məhkəmə qərarları › İş №e-2-2(113)-5107/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5107/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5107/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətarasında bağlanmış 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil 3645.08 (üç min altı yüz qırx beş, 08) əsas borcun, 400 (dörd yüz) manat gecikdirilmiş illik 5% məbləğ, 62 (altmış iki) manat dövlət rüsumu, cəmi 4107.08 (dörd min yüz yeddi, 08) manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətilə bizim aramızda 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2022-ci il üzrə yanvar, 2023-cü il üzrə və 2024-cü il üzrə göstərilmiş texniki xidmətlərlə bağlı ödənilməmiş 18% ƏDV daxil 3645.08 (üç min altı yüz qırx beş, 08) manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal r-nu, Tbilisi pr. 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 1 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasənSifarişçi göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Hesabat ayının 3(üç) iş günü ərzində “Sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “Xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10- dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5(beş) % həcmində cavabdeh tərəfin 2 illik bir dövr üzrə 400 manat dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin halhazırda qeyd olunan Xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə4045.08 AZN (dörd min qırx beş, 08) manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq elektron qaimə faktura və xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh 2 (iki) ildən çox bir müddətdir ki, qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2021-ci il tarixli Liftlərə Texniki Xidmət müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal r-nu, Tbilisi pr. 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 1 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən hesabat ayının 3(üç) iş günü ərzində “Sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. - 4.3-cü bəndinə əsasən “Sifarişçi” “Xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10- dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə EBDF 567037 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDF 564505 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDF 564654 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDF 564900 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDF 565090 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDH 073199 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDK 864153 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDM 525027 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDO 202128 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDO 180438 saylı xx.xx.2023-cü il tarixli 500 manat, EBDW 267515 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDW 264124 saylı xx.xx.2023-cü il tarixli 500 manat, EBDW 261433 saylı xx.xx.2023-cü il tarixli 500 manat, EBDW 269497 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDW 556583 saylı xx.xx.2023-cü il tarixli 500 manat, EBDW 299880 saylı xx.xx.2023-cü il tarixli 76.61 manat, EBDX 133313 saylı xx.xx.2024-cü il tarixli 76.61 manat, EBDX 133268 saylı xx.xx.2024-cü il tarixli 500 manat, EBDX 316458 saylı xx.xx.2024-cü il tarixli 19.82 manat, EBDX 316110 saylı xx.xx.2024-cü il tarixli 129.33 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasındaxx.xx.2025-ci il tarixli üzləşmə aktının məzmunundan görünür ki, tərəflər imzaları ilə həmin tarixə 3645.08 manat borcun qaldığını təsdiq etmişlər.

V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, işin məhkəmə cilasında tədqiq edilən sübutlarla, tərəflər arasında bağlanan müqavilə, üzləşmə aktı və e-qaimələrlə müyyən edilə halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC arasında 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən İcraçı olaraq İddiaçı MMC Sifarişçi Cavabdeh MMCyə Bakı şəhəri, Yasamal r-nu, Tbilisi pr. 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 1 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərmişdir. Göstərilən xidmətlər əsasında cavabdehin iddiaçıya 3645.08 manat məbləğində borcu yaranmışdır.

17. Belə olan halda məhkəmə liftlərə texniki xidmət müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən göstərilmiş xidmətə görə haqq olan 3645.08 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 3645.08 manat tutularaq "TS Group” MMC -yə ödənilməlidir.

18. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 400 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

19. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 219 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 62 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. İddianın təmin olunan hissəsinə mütənasib olaraq 58.64 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 3645.08 (üç min altı yüz qırx beş manat səkkiz qəpik) manat məbləğində əsas borc, illik 5 % hesablanmış 219 (iki yüz on doqquz) manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə münasibətdə 58.64 (əlli səkkiz manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar