Məhkəmə qərarları › İş №e-2-2(113)-5108/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5108/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5108/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli №AK/CCG-xx/xx-2024 saylı podrat müqaviləsinə əsasən ödənilməli olan 2.596 (iki min beş yüz doxsan altı) (ƏDV ilə birlikdə) manat məbləğin, əsas borca görə əlavə 5% hesablanmaqla 110 ( bir yüz on) manat məbləğində vəsaitin, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AK/CCG-xx/xx- 2024 saylı xidmət müqaviləsinə əsasən ödənilməli olan 4.654,51 (dörd min altı yüz əlli dörd manat əlli bir qəpik) manat məbləğin, əsas borca görə əlavə 15% hesablanmaqla 591.675 manat məbləğin və əldən çıxmış fayda olan 3000 manat məbləğində vəsaitin və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, 602.035,51 manat məbləğində iddia tələbi üzrə ödənilməli olan dövlət rüsum məbləği 892,04 manat təşkil etdiyi halda, iddiaçı tərəf dövlət rüsumunun əvəzi olaraq 123 manat ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, rüsum məbləği tam ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. Dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar