Məhkəmə qərarları › İş №e-2-2(113)-517/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-517/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-517/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 (üç) aylıq icarənin və göstərilmiş xidmətlərin dəyəri olan 66.640,00 AZN və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz məbləği 5147,15 manat olmaqla, ümumilikdə ümumilikdə 71.787,15 AZN (yetmiş bir min yeddi yüz səksən yeddi manat 15 qəpik) pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 306 manat məbləğində pulun Cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir.. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən 3 (üç) aylıq icarənin və göstərilmiş xidmətlərin dəyəri olan 66.640,00 (altmış altı min altı yüz qırx) AZN və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz məbləği 5147,15 manat olmaqla, ümumilikdə ümumilikdə 71.787,15 AZN (yetmiş bir min yeddi yüz səksən yeddi manat 15 qəpik) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi.

2. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 2.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən İddiaçı QSC-ə 66.640,00 (altmış altı min altı yüz qırx) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi İddiaçı QSC-ə olan 66.640,00 (altmış altı min altı yüz qırx) AZN (ƏDV daxil) məbləğində borcun 35.870 (otuz beş min səkkiz yüz yetmiş) AZN hissəsini ödəmişdir. Yerdə qalan 30.770,00 (otuz min yeddi yüz yetmiş) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə İddiaçı QSC- yə xx.xx.2025-ci il tarixindən gec olmayaraq tam həcmdə ödəyəcəkdir. 2.3. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.4. Tərəflər bu sazişin 1 -ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.5. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasmın qanunvericiliyi ilə tənzim olunur. 2.6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzalan ilə təsdiq edirlər.

3. Barışıq sazişinin şərtlərinin icra edilməsi qaydası 3.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 3.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2(l 13)-7030/2024 saylı kommersiya mübahisəsi ilə bağlı işin icraatına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər 3.3. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi barışıq sazişinin təsdiq edilməsi Uçüıı Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 3.4. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, sazişinin bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 3.5. Tərəflər bəyan edirlər ki, hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir. 3.6. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu AR MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır. 3.7. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı QSC-nin cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 06 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

3.8. Cavabdeh “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən 3 (üç) aylıq icarənin və göstərilmiş xidmətlərin dəyəri olan 66.640,00 (altmış altı min altı yüz qırx) AZN və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz məbləği 5147,15 manat olmaqla, ümumilikdə ümumilikdə 71.787,15 AZN (yetmiş bir min yeddi yüz səksən yeddi manat 15 qəpik) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi.

4. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 4.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən İddiaçı QSC-ə 66.640,00 (altmış altı min altı yüz qırx) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 4.2. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi İddiaçı QSC-ə olan 66.640,00 (altmış altı min altı yüz qırx) AZN (ƏDV daxil) məbləğində borcun 35.870 (otuz beş min səkkiz yüz yetmiş) AZN hissəsini ödəmişdir. Yerdə qalan 30.770,00 (otuz min yeddi yüz yetmiş) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə İddiaçı QSC- yə xx.xx.2025-ci il tarixindən gec olmayaraq tam həcmdə ödəyəcəkdir. 4.3. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 4.4. Tərəflər bu sazişin 1 -ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 4.5. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasmın qanunvericiliyi ilə tənzim olunur. 4.6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzalan ilə təsdiq edirlər.

5. Barışıq sazişinin şərtlərinin icra edilməsi qaydası 5.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 5.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2(l 13)-7030/2024 saylı kommersiya mübahisəsi ilə bağlı işin icraatına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər 5.3. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi barışıq sazişinin təsdiq edilməsi Uçüıı Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 5.4. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, sazişinin bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 5.5. Tərəflər bəyan edirlər ki, hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir. 5.6. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu AR MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır. 5.7. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar