Məhkəmə qərarları › İş №e-2-2(113)-5191/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5191/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5191/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh Dmitriyeviçə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 1612,32 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 36,53 manat, ümumilikdə, 1648,85 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Dmitriyeviç xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh Dmitriyeviç vəfat etdiyindən işə məhkəmə qaydasında baxıla bilməz və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Dmitriyeviçə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ********** nömrəli, xx.xx.2024cü il tarixli qəbzlə ödənilmiş 36,13 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçının həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməyə mane olur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar