Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-52/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun girova yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: girov müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun girova yönəldilməsi” tələbinə dair iddiası üzrə (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “borcun girova yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli KBQ13- 1510 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz borcu olmaqla, ümumilikdə 22.040.916,64 manat, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2.817.958,3 manat əsas və xx.xx.2013-cü il tarixli KBQ13- 1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.083.548,20 manat faiz borcu olmaqla, ümumilikdə 22.083.548,20 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi, girov predmetinin ilkin satış qiyməti göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu "xxxx" ASC arasında xx.xx.2013- cü il tarixli KBQ13-1510 nömrəli, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli və xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqavilələri bağlanmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəlikredit müqaviləsi üzrə "xxxx" ASC-yə 360 gün müddətinə illik 4,75% olmaqla 20.000.000 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Həmçinin xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəlikredit müqaviləsi üzrə "xxxx" ASC-yə 360 gün müddətinə illik 4,75% olmaqla 10.000.000 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Bundan başqa, xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 31 gün müddətinə illik 4,75% olmaqla 20.000.000 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusu barəsində xx.xx.2015-ci il tarixli GBQ13-1527 nömrəli girov müqaviləsi bağlanılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri Bankın ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-00125-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Bildirirlər ki, "xxxx" ASC-nin hazırkı günə Mərkəzi Bank qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: - xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz borcu olmaqla, ümumilikdə 22.040.916,64 manat; - xx.xx.2013cü il tarixli KBQ13- 1518 nömrəli kredit müqaviləsi üzrə 2.817.958,3 manat əsas; xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.083.548,20 manat faiz borcu olmaqla, ümumilikdə 22.083.548,20 manat. Onu da qeyd edirlər ki, göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 10.769.916,64 (on milyon yeddi yüz altmış doqquz min doqquz yüz on altı manat altmış dörd qəpik) manat əsas, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2.817.958,30 (iki milyon səkkiz yüz on yeddi min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat əsas və xx.xx.2013- cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 19.406.048,20 (on doqquz milyon dörd yüz altı min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borcu olmaqla, ümumilikdə 32.993.923,14 (otuz iki milyon doqquz yüz doxsan üç min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin satış qiymətinin "xxxx" MMC-nin mütəxəssis rəyinə uyğun müəyyən edilməsinə etiraz etmir.
5. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi E.Hüseynli iddia ərizəsində göstərilən borcları mübahisələndirmədiklərini, borcun ödənilməsinin təmin edilməsi üçün girova tutma yönəldilməsinə etiraz etmədiklərini bildirdi. Əlavə olaraq göstərdi ki, "xxxx" MMC-nin mütəxəssis rəyi ilə razı deyillər, bazar qiyməti həmin rəydə həddən artıq az müəyyən edilmişdir, ilkin satış qiymətinin girov müqaviləsində göstərilmiş qiymətə (39 milyon ABŞ dolları) uyğun müəyyən edilməsini xahiş edir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
9. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında 16 aprel 2013cü il tarixli KBQ 13-1510 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 20.000.000 manat məbləğində krеdit vеrilmişdir.
11. KBQ 13-1510 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarixədək uzadılması və illik 4,75% faiz məbləğinin 3,8 % olaraq azaldılması barədə razılaşmışlar.
12. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında 03 iyun 2013cü il tarixli KBQ 13-1518 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 10.000.000 manat məbləğində krеdit vеrilmişdir.
13. KBQ 13-1518 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarəxədək uzadılması və illik 4,75% faiz məbləğinin 3,8 % olaraq azaldılması barədə razılaşmışlar.
14. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında 02 iyul 2013cü il tarixli KBQ 13-1527 nömrəli krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2013-cü il tarixədək, illik 4,75% dərəcəsi ilə 20.000.000 manat məbləğində krеdit vеrilmişdir.
15. KBQ 13-1527 nömrəli krеdit müqaviləsinin xx.xx.2013-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2014-cü il tarixədək uzadılması və illik 4,75% faiz məbləğinin 5 % olaraq artırılması barədə razılaşmışlar.
16. KBQ 13-1527 nömrəli krеdit müqaviləsinin xx.xx.2014-cü il tarixli əlavəsinə əsasən tərəflər sözügedən kredit müaviləsinin müddətinin xx.xx.2015-ci il tarixədək uzadılması və illik 5% faiz məbləğinin 3,8 % olaraq azaldılması barədə razılaşmışlar.
17. KBQ 13-1510, KBQ 13-1518 və KBQ 13-1527 nömrəli krеdit müqavilələrin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında GBQ13-1527 nömrəli, xx.xx.2015-ci il tarixli girov müqaviləsi bağlanmışdır.
18. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında girov predmeti 39.000.000 ABŞ dolları dəyərində olması razılaşdırılmışdır.
19. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 22 avqust 2024-cü il tarixli, 12-5/2-499/2024 nömrəli məktubda KBQ13-1510 saylı müqavilə üzrə LPO Bankın əsas borcunun 10.769.916,64 AZN, KBQ13-1518 saylı müqavilə üzrə LPO Bankın əsas borcunun 2.817.958,30 AZN, KBQ13-1527 saylı müqavilə üzrə LPO Bankın əsas borcunun 19.406.048,20 AZN olmaqla cəmi borcun 32993923,14 AZN olması etiraf edilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməsi qərara alınmış və ekspertizaların keçirilməsi müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-yə (qiymətləndirmə şirkətinə) tapşırılmışdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli 9/10018 №-li ekspert rəyinə əsasən 16 aprel 2013-cü il tarixli, KBQ13-1510 saylı kredit müqaviləsi üzrə: "xxxx" ASC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 aprel 2013-cü il tarixli, KBQ13-1510 saylı kredit müqaviləsi və 30 dekabr 2014-cü il tarixli, “Əlavə”-nin şərtlərinə əsasən "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”-na olan borcu 21.368.259,75 AZN məbləğində müəyyən edilir. O cümlədən, əsas borcu 19.989.382,45 AZN, faiz borcu 1.378.877,30 AZN təşkil edir. Maliyyə arayışı məlumatlarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 11.271.000,00 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 10.097.259,75 AZN (21.368.259,75 - 11.271.000,00) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 10.097.259,75 AZN, faiz borcu 0.00 manat təşkil edir. 03 iyun 2013-cü il tarixli KBQ 13-1518 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 03 iyun 2013-cü il tarixli, KBQ13-1518 saylı kredit müqaviləsi və 30 dekabr 2014-cü il tarixli, “Əlavə”-nin şərtlərinə əsasən "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”-na olan borcu 10.685.465,88 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc 9.994.706,72 AZN, faiz borcu 690.759,17 AZN təşkil edir. Qeyd edilir ki, maliyyə arayışı məlumatlarından göründüyü kimi, xx.xx.2019-cu il tarixdə 8.202.500,00 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 2.482.965,88 AZN (10.685.465,88 - 8.202.500,00) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 2.482.965,88 AZN, faiz borcu 0,00 AZN təşkil edir. 02 iyul 2013-cü il tarixli KBQ 13-1527 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 02 iyul 2013-cü il tarixli KBQ 13-1527 saylı kredit müqaviləsi; 30 dekabr 2013-cü il tarixli, “Əlavə” və 30 dekabr 2014-cü il tarixli, “Əlavə”-nin şərtlərinə əsasən "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) “Azərbaycan Respublikası Mərkəzi Bankı”-na olan borcu 21.415.473,50 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc 19.986.805,54 AZN, faiz borcu 1.428.667,96 AZN təşkil edir. Qeyd edilir ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 2.677.500,00 AZN məbləğində ipoteka əmlakının balansa götürülməsi ilə əlaqədar azaldılma edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 18.737.973,51 AZN (21.415.473,50 - 2.677.500,00) məbləğində əsas borc qalacaqdır, o cümlədən əsas borc 18.737.973,51 AZN, faiz borcu 0.00 manat təşkil edir.
22. "xxxx" MMC-yə (qiymətləndirmə şirkəti) tərəfindən xx.xx.2024-cü il tarixli, 9/10018 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olan “Dreko Skidding” markalı qazma qurğusunun (təhlükə potensiallı obyektlərin dövlət reyestr məlumatlarından xx.xx.2013-cü il tarixli 0530 saylı çıxarış) hazırkı bazar dəyəri 664765 manat qiymətləndirilmişdir.
23. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-52/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması tərəflərin nümayəndələrinin iştirakları ilə yerli baxış keçirilməklə “ABAK-Az Crowe” LTD-yə tapşırılmışdır.
24. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 39 saylı məktubuna əsasən müvafiq ekspertizanın keçirilməsinin mümkün olmadığı bildirilmişdir.
25. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
29. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
30. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
31. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
32. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
33. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
35. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
36. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
38. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə borclu "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli və xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 360 gün müddətinə illik 4,75% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 360 gün müddətinə illik 4,75% olmaqla 10.000.000,00 (on milyon) manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 31 gün müddətinə illik 4,75% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Daha sonra həmin kredit müqaviləsinə dair bağlanmış Kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli əlavəyə əsasən müqavilə 1.2-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə, 3.1-ci bənddə “4.75” ifadəsi “3,8%” ifadəsi ilə əvəz edilmişdir və kreditin ödənilmə vaxtı xx.xx.2015-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusu barəsində xx.xx.2015-ci il tarixli GBQ13-1527 nömrəli girov müqaviləsi bağlanılmışdır. Üçüncü şəxs (borclu) kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.
39. Hazırda iddiaçı məhkəmədən cavabdehin mülkiyyətində olan girov predmetinə tutma yönəldilməsini xahiş edir.
40. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 10.769.916,64 (on milyon yeddi yüz altmış doqquz min doqquz yüz on altı manat altmış dörd qəpik) manat əsas, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2.817.958,30 (iki milyon səkkiz yüz on yeddi min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat əsas və xx.xx.2013- cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 19.406.048,20 (on doqquz milyon dörd yüz altı min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borcu olmaqla, ümumilikdə 32.993.923,14 (otuz iki milyon doqquz yüz doxsan üç min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat kredit borcunun olması müəyyən edilmişdir.
41. Odur ki, iddia təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə tutma Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməlidir.
42. Məhkəmə hesab edir ki, girov predmetinin ilkin satış qiyməti “Koneko Group" MMC-nin xx.xx.2024-cü il tarixli, 9/10018 saylı mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir.
43. Belə ki, girov müqaviləsi 30 iyun 2015-ci il tarixdə bağlanmış, həmin tarixdən sonra onun qiymətləndirilməsi aparılmamış, hazırkı vəziyyətdə olan bazar qiyməti mütəxəssis rəyi ilə 664765 manat müəyyən edilmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 10.769.916,64 (on milyon yeddi yüz altmış doqquz min doqquz yüz on altı manat altmış dörd qəpik) manat əsas, xx.xx.2013-cü il tarixli KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2.817.958,30 (iki milyon səkkiz yüz on yeddi min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat əsas və xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 19.406.048,20 (on doqquz milyon dörd yüz altı min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borcu olmaqla, ümumilikdə 32.993.923,14 (otuz iki milyon doqquz yüz doxsan üç min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat kredit borcunun ödənilməsi məqsədi ilə tutma Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusuna - ilkin satış qiyməti 664765 manat olmaqla yönəldilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 100 manat dövlət rüsumu Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə ödənilməlidir.
47. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
48. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə 10769916,64 (on milyon yeddi yüz altmış doqquz min doqquz yüz on altı manat altmış dörd qəpik) manat əsas, xx.xx.2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 2817958,30 (iki milyon səkkiz yüz on yeddi min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat əsas, xx.xx.2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 19406048,20 (on doqquz milyon dörd yüz altı min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 32993923,14 (otuz iki milyon doqquz yüz doxsan üç min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat kredit borcunun ödənilməsi üçün tutma Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Dreko Skidding” markalı qazma qurğusuna - ilkin satış qiyməti 664765 (altı yüz altmış dörd min yeddi yüz altmış beş) manat olmaqla yönəldilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova