Məhkəmə qərarları › İş №e-2-2(113)-5243/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5243/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5243/2022 18.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 16000 (on altı min) manat əsas borcun, 333,33 manat faiz borcunun, 1000 (bir min) manat ödənilmiş hüquqi xidmət və 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 17533,33 (on yeddi min beş yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı – xidmət göstərən və Cavabdeh – sifarişçi arasında bağlanmış xidmət müqaviləsinə əsasən 2021-ci il tarixdə işlər görmüşdür. 31 yanvar 2021-ci il, 1HR/21-XM – AKT 01, 28 fevral 2021-ci il, 1HR/21-XM – AKT 01, 31 mart 2021-ci il, 1HR/21-XM – AKT 02, 30 aprel 2021-ci il, 1HR/21-XM – AKT 03 və 31 may may 2021-ci il, 1HR/21-XM – AKT 04 nömrəli akt əsasında tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və həmin tarixlərdə görülmüş işlərin təhvil - təslim aktı tərtib edilmişdir. Cavabdeh həmin aktlarla təsdiq etmişdir ki, ümumilikdə 16000 (on altı min) manat borcu vardır. Keçən müddət ərzində cavabdeh borcunu ödəməmişdir. Bununla bağlı iddiaçı tərəfdən cavabdehə “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə pretenziya göndərilmiş, lakin heç bir faydası olmamışdır. Cavabdehdən iddiaçının xeyrinə 16000 (on altı min) manat məbləğində əsas borc tutulmalıdır. Bundan başqa, cavabdehdən iddiaçının xeyrinə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlər də tutulmalıdır. Nəzərə alınsa ki, cavabdeh 2021-ci ilin fevral ayından ödəməsini icra etmir, onda gecikmə dövrü 5 aya bərabərdir. İcra edilməyən əsas borcun (16000 manat) illik 5 faizi 800 manat (16000 manat x 5%), aylıq 5 faizi isə 66,66 manat (800 manat : 12 ay), cəmi 333,33 manat təşkil edir. Göründüyü kimi, gecikdirilən 5 ay üçün hesablanmış illik 5 faiz məbləği – (66,66 manatı x 5 aya) 333,33 manata bərabərdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Xidmət göstərən” qismində İddiaçı ilə “Sifarişçi” qismində Cavabdeh arasında 01 yanvar 2021-ci il tarixli, 1HR/21-XM nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən sifarişçi icra etdiyi layihədə torpaq qazma işlərinin görülməsini sifariş edir və göstərilən xidmət müqabilində bu müqavilə ilə nəzərdə tutulan məbləği qarşı tərəfə ödəməyi öhdəsinə götürür. Xidmət göstərən tərəf ona məxsus KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavatorla torpaq-qazma işlərinin yerinə yetirilməsini təmin edir. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş nağd və ya bank köçürməsi yolu ilə aparılır. Müqavilə üzrə xidmət haqqı 28 iş günü, gündəlik 8 (səkkiz) saat (saat 09:00-dan 18:00-a qədər) olmaqla bir ayda 6000 (altı min) manat razılaşdınlmışdır. Bundan əlavə aylıq xidmət haqqının 6,5%-i məbləğində vergi və bank xərclərini də sifarişçi tərəf öz üzərinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər tərəflər arasında, hər ay üçün görülmüş işlərin həcminə dair (xidmət günlərinin bir aylıq sayı nəzərə alınmaqla) tərtib olunmuş akta əsasən təqdim edilən e.qaimə əsasında ödəniləcəkdir. - “Xidmət göstərən” qismində İddiaçı ilə “Sifarişçi” qismində Cavabdeh arasında 01 fevral 2021-ci il tarixli, 1H/21-XM nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən sifarişçi icra etdiyi layihədə torpaq qazma işlərinin görülməsini sifariş edir və göstərilən xidmət müqabilində bu müqavilə ilə nəzərdə tutulan məbləği qarşı tərəfə ödəməyi öhdəsinə götürür. Xidmət göstərən tərəf ona məxsus KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavatorla torpaq-qazma işlərinin yerinə yetirilməsini təmin edir. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş nağd və ya bank köçürməsi yolu ilə aparılır. Müqavilə üzrə xidmət haqqı 28 iş günü, gündəlik 4 (dörd) saat (saat 16:00-dan 20:00-a qədər) olmaqla bir ayda 2500 (iki min beş yüz) manat razılaşdırılmışdır. Bundan əlavə aylıq xidmət haqqının 6,5%-i məbləğində vergi və bank xərclərini də sifarişçi tərəf öz üzərinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər tərəflər arasında, hər ay üçün görülmüş işlərin həcminə dair tərtib olunmuş akta əsasən təqdim edilən e.qaimə əsasında, sonrakı ayın 10-na qədər ödənilir. Ödənişin gecikdırildivi hər gün üçiin sifarişçi müqavilə dəyərinin 0,01%-i məbləğində cərimə ödəməlidir. - 31 yanvar 2021-ci il tarixli, 1HR/21-XM – AKT 01 saylı Görülmüş işlərin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xidmət göstərən - İddiaçı tərəfindən sifarişçi - Cavabdeh 2021-ci ilin yanvar ayı üzrə KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavator ilə xüsusi torpaq işləri yerinə yetirilmiş və sözügedən ay üzrə sifarişçi tərəfindən xidmət göstərənə ödəniləcək məbləğ 6000 (altı min) təşkil etmişdir. Akt hər iki tərəfin, yəni xidmət göstərən - İddiaçı imzası və sifarişçi - Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir. - 28 fevral 2021-ci il tarixli, 1H/21-XM – AKT 01 saylı Görülmüş işlərin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xidmət göstərən - İddiaçı tərəfindən sifarişçi - Cavabdeh 2021-ci ilin fevral ayı üzrə KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavator ilə xüsusi torpaq işləri yerinə yetirilmiş və sözügedən ay üzrə sifarişçi tərəfindən xidmət göstərənə ödəniləcək məbləğ 2500 (iki min beş yüz) təşkil etmişdir. Akt hər iki tərəfin, yəni xidmət göstərən - İddiaçı imzası və sifarişçi - Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir. - 31 mart 2021-ci il tarixli, 1H/21-XM – AKT 02 saylı Görülmüş işlərin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xidmət göstərən - İddiaçı tərəfindən sifarişçi - Cavabdeh 2021-ci ilin mart ayı üzrə KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavator ilə xüsusi torpaq işləri yerinə yetirilmiş və sözügedən ay üzrə sifarişçi tərəfindən xidmət göstərənə ödəniləcək məbləğ 2500 (iki min beş yüz) təşkil etmişdir. Akt hər iki tərəfin, yəni xidmət göstərən - İddiaçı imzası və sifarişçi - Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir. - 30 aprel 2021-ci il tarixli, 1H/21-XM – AKT 03 saylı Görülmüş işlərin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xidmət göstərən - İddiaçı tərəfindən sifarişçi - Cavabdeh 2021-ci ilin aprel ayı üzrə KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavator ilə xüsusi torpaq işləri yerinə yetirilmiş və sözügedən ay üzrə sifarişçi tərəfindən xidmət göstərənə ödəniləcək məbləğ 2500 (iki min beş yüz) təşkil etmişdir. Akt hər iki tərəfin, yəni xidmət göstərən - İddiaçı imzası və sifarişçi - Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir. - 31 may 2021-ci il tarixli, 1H/21-XM – AKT 04 saylı Görülmüş işlərin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xidmət göstərən - İddiaçı tərəfindən sifarişçi - Cavabdeh 2021-ci ilin may ayı üzrə KATO HD820İİİ markalı, 90 E 465 dövlət qeydiyyat nişanlı ekskavator ilə xüsusi torpaq işləri yerinə yetirilmiş və sözügedən ay üzrə sifarişçi tərəfindən xidmət göstərənə ödəniləcək məbləğ 2500 (iki min beş yüz) təşkil etmişdir. Akt hər iki tərəfin, yəni xidmət göstərən - İddiaçı imzası və sifarişçi - Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 377242 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6390 manat təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 09 avqust 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdehndən 16000 (on altı min) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 16000 (on altı min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faiz olmaqla 333,33 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər tərəflər arasında, hər ay üçün görülmüş işlərin həcminə dair tərtib olunmuş akta əsasən təqdim edilən e.qaimə əsasında ödəniləcəkdir. Müəyyən olunur ki, müqavilə üzrə yalnız 1 elektron qaimə - yanvar ayı üçün görülmüş işlərə görə xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 377242 nömrəli elektron qaimə göndərilmişdir. İddiaçı gecikmə dövrünü 5 ay olaraq müəyyən edir. Ona görə də məhkəmə digər aylar üzrə görülmüş işlərə görə elektron qaimə göndərilmədiyindən müqavilə şərtlərinə uyğun yalnız 6000 manat məbləğ üzrə 5 aylıq gecikməyə görə (tələbə uyğun) hesablama apararaq belə nəticəyə gəlir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 125 manat (6000X5:100:12X5=125) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır. İddiaçı hüquqi yardıma ödənilmiş 1000 (min) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin olunaraq, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 500 (beş yüz) manat və mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 125 (yüz iyirmi beş) manat, 500 (beş yüz) manat hüquqi yardım və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 16825 (on altı min səkkiz yüz iyirmi beş) manat məbləğində pul lİddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar