Məhkəmə qərarları › İş №e-2-2(113)-533/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-533/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-533/2020 03.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə qarşı (Təhsil Nazirliyinin 14 saylı X4 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “pul” tələbinə dair iqtisadi işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Şirkəti cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə qarşı (Təhsil Nazirliyinin 14 saylı X4 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 56760 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir İddiaçının nümayəndəsi Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Şirkətinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə qarşı (Təhsil Nazirliyinin 14 saylı X4 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “pul” tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar