Məhkəmə qərarları › İş №e-2-2(113)-5346/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5346/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5346/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul"tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:podrat,pul) X16 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İdddiaçı İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi kimi 1.680.000 manat, nümayəndəyə çəkilən xərcə görə 3000 manat, dövlət rüsumu 1632 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 iyun 2011-ci il tarixində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh ******* manat ödəməklə Bakışəhəri, Səbail rayonu, 20-cisahədə yerləşən 15 mərtəbəli“Biznes Mərkəz”in 7-ci mərtəbəsini bütövlüklə verilməsi barədə müqavilə imzalanmışdır. Məbləğin qiyməti olan 840000 manat müqavilə bağlanan zaman, yəni 02 iyun 2011-ci il tarixində iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bundan başqa cavabdeh iddiaçıdan borc şəkilində əlavə 200000 manat pulalmışdır. Müqavilənin şərtinə əsasən obyekt 1 (bir il) ərzində təhvil verilməli olduğu halda tikinti işləri ləng getdiyindən binanın tikintisi 2016-cı il tarixdə başa çatdırılmışdır. Bundan sonra İddiaçı obyektin təhvil verilməsini dəfələrlə cavabdehdən tələb etsə də, Cavabdeh hər dəfə bir bəhanə ilə təhvil-təslimdən yayınmışdır. Cavabdeh son olaraq bildirmişdir ki, tezliklə binanın istismara qəbul aktı tərtib olunacaq, bundan sonra o, binaya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün aidiyyatı qurumlara müraciət edəcəkdir. 2022-ci ilin aprel ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, Cavabdeh 2018-ci ildə həmin binaya reyestrdən çıxarış əldə edib və binanı hissələrlə satmağa başlayıb. İddiaçı Cavabdeh tərəfindən aldadıldığını başa düşüdükdən sonra vəkilə müraciət etmişdir. Vəkil sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilən cavabdan məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m təşkiledən qeyri-yaşayış sahəsi Cavabdeh, X11, X5, X7, X8 və "xxxx" MMC-nin adına qeydiyyata alınmaqla hazırda onların mülkiyyətindədir. İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, sonradan 200000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən X9 ərizə ilə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və ərizəyə iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasınm ümumilikdə 862,30 kvadrat metr olan 7-ci mərtəbəsinə dair 2023-cü ilin yanvar ayında onunla Cavabdeh arasında bağlanmış ikialqı-satqı müqavilələriniəlavə etmişdir. Cavabdeh ilə alıcı X9 arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini Cavabdeh alıcı X3 mülkiyyətinə vermişdir. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini Cavabdeh alıcı X3 mülkiyyətinə vermişdir. Həmin əmlaka görə X9 Cavabdeh 800.000 manat ödəniş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1331/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 200.000 (iki yüz min) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddiaçının birinci tələbi – “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın 3-cü şəxs X1 və ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz. Digər tərəfdən, məhkəmə izah edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən kreditor (hazırki işdə İddiaçı) öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-865/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki,cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840.000 manatı cavabdehdən geri tələb etmək hüququna malikdir. Cavabdeh Şəmsədddin oğlunun imza və möhürü ilə təsdiq olunmuş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcun olmadığı qeyd edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş sənədin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 7-ci mərtəbəyə görə xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 25.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində və xx.xx.2016-cı il tarixində isə 25.000 manat məbləğində (cəmi 200.000 manat) ödəniş edilmiş və həmin məbləğin verilməsi və onun alınması Cavabdeh imza və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə 2011-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına olan istehlak qiymətlərinin indeksi hesablandıqda məlum olmuşdur ki, 2024-cü ildə iyun ayında 2011-ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 201,3 faiz təşkiletmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Bu əsasla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc 2 dəfə artmışdır, yəni 840.000 manat x 2= 1.680.000 manat

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, sifarişçi(iddiaçı) sifariş verir, podratçı(hazırki iş üzrə cavabdeh) Bakışəhəri, Səbail rayonu, 20-cisahədə yerləşən 15 mərtəbəli“Biznes Mərkəz”in 7-ci mərtəbəsini bütövlüklə verilməsini öhdəsinə götürür.

9. Cavabdeh Şəmsədddin oğlunun imza və möhürü ilə təsdiq olunmuş Arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcun olmadığı qeyd edilmişdir.

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”inin 7-ci mərtəbəsinin bütünlüklə onun adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, bu mümkün olmadıqda isə dəymiş zərərin əvəzi kimi ******* manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1331/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 200.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)- 865/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni tarixli qərardadla cavabdehin hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-865/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. “Kermur” İxtisaslaşdırılmış vəkil bürosu tərəfindən İddiaçı 3 000 manat məbləğində hesab-faktura göndərilmişdir.

15. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhvəsinin çıxarışından görünür ki, 2024-cü ilin ayına nisbətən istehlak qiymətləri indeksi 201.3 daiz təşkil etmiş,yəni qiymətlərin səviyyəsi 2.0 dəfə artmışdır.

16. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1331/2023 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial xarakter daşıyır. V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış ,qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X10rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

22. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.”

Vİ.Məhkəmənin mövqeyi:

23. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

24. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında obyektin tikintisinə dair öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəlik (840.000 manat pulun ödənilməsi) tam icra edilsə də, cavabdeh tərəfindən öhdəlik icra edilməmiş və iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən müqavilə üzrə cavabdehə 840000 manat pulunödənilməsi, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, iş materiallarına əlavə edilmiş 02 iyun 2011-ci il tarixli podrat müqaviləsi, cavabdeh tərəfindən imza və möhürlə təsdiq olunmuş xx.xx.2011-ci il tarixli maliyyə arayışı, hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)404\2024 saylı qərarı ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)404\2024 saylı qərarı ilə MPM-nin 82.3-cü maddəsinə əsasən müəyyən edilmiş faktların (İddiaçı tərəfindən müqavilə üzrə cavabdehə 840000 manat pulun ödənilərək öhdəliynn tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi) hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Qeyd edilınlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 840000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödəniməsi hissəsində tamamilə əsaslıdır və təmin edilməlidir.

25. Məhkəmə iddia tələbinin digər hissədə öəsassız hesab edərək qeyd edir ki, iddiaçı iddia tələbinin b u hissəsində (əlavə 840000 manat tələb hissəsində) yalnız Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə hesablamaya əsaslanmışdır, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə (dəymiş zərər)iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 1632 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 1130 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 1130 (bir minyüz otuz) manat və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar