Məhkəmə qərarları › İş №e-2-2(113)-54/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-54/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-54/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkillər Nümayəndə1 və Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi vəkillər X4 və Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən İddiaçı MMC-nin xeyrinə 650379,05 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borcun, ödənişlərin vaxtında edilməməsinə görə vergi orqanı tərəfindən iddiaçıya hesablanmış 646477,72 manat peniya məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 1122 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 Dövlət Qeydiyyat İdarəsi tərəfindən ********** nömrəli VÖEN təqdim etməklə dövlət qeydiyyatına alınmışdır. Qeyd edək ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış SPM N 002/19, SPM N 003/19, SPM N 029/19, SPM N 030/19, SPM N 034/19, SPM N 048/19 saylı müqavilələrə əsasən “Electro İndustries" QSC-nin sifarişləri əsasında 2019cu ildə tərəfimizdən coxsaylı xidmət və podrat işləri görülmüşdür. 2019-cu ildə İddiaçı MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin auditi zamanı bəlli olmuşdur ki, "xxxx" QSC üçün görülən işlərə görə göndərilən qaimələrlə aparılan ödənişlər arasında ciddi fərqlər mövcuddur. Belə ki, 2019-cu ildə görülən işlərə görə göndərilən qaimələrin ümumi məbləği 4426521,4+796773,9 (ƏDV)=5223295,3 manat təşkil edir. Bu e-qaimələr əsasında 3411299,52 manat banka, 614033,88 manat isə ƏDV sub hesabına ödəniş aparılmışdır. Nəticədə "xxxx" QSC–nin İddiaçı MMC-yə 1015221,88 manat əsas məbləğdən, 182740,02 manat ƏDV borcu qalmışdır. Ona görə də 2019-cu ilə görə vergi orqanı tərəfindən göndərilən qaimələr əsasında əlavə olaraq həm ƏDV, həm də mənfəət vergisi hesablanmışdır. Əlavə olaraq, 2017-2018-ci illər periodu üçün İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasında da vergi orqanı İddiaçı MMC-yə əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh tərəfindən ödənişlərin tam şəkildə aparılmaması nəticəsində İddiaçı MMC öz vergi öhdəliklərini yerinə yetirə bilmir. Bununla belə, sözügedən öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı MMC Azərbaycan Respublikasının qanunlarına görə də məsuliyyət daşıyır. Öhdəliklərini yerinə yetirə bilmədiyinə görə vergi orqanı tərəfindən İddiaçı MMC-yə şəxsi vərəqəsində 162767 manat penya hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilərək “Yapsan MMC-yə olan 1015221,88 manat borcun əsas məbləğinin, 182740,02 manat ƏDV məbləğinin, eyni zamanda bu ödənişlərin vaxtında edilməməsinə görə hesablanmış 162767 manat maliyyə sanksiyası (peniya) məbləğinin ödənilməsi tələb edilmişdir. "xxxx" QSC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Müqavilələrin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə muzdun hər cari ödənişinin 10%-i bu müqavilənin şərtlərinə uyğun işlərin subpodratçı tərəfindən keyfiyyətlə icra edilməsinin təmin edilməsi məqsədilə podratçı tərəfindən saxlanılacaq. Saxlanılan muzdun 5% hissəsi icra müddətinin sonunda təhvil-təslim aktı imzalandıqdan sonrakı 15 iş günü ərzində subpodratçıya ödəniləcək. Digər qalan 5% hissə qarantiya müddətinin sonıında yekun təhvil-təslim aktı imzalandıqdan sonrakı 15 iş günü ərzində subpodratçıya ödəniləcək. Lakin xeyli müddət keçsə də, “Elektro İndustries" QSC tərəfindən müqavilələrin 4.6-cı bəndi pozulmuş, qalıq məbləğ bugüııədək ödənilməmişdir. Həmin müqavilələr üzrə e-qaimələr göstərilməklə qalıq borc məbləğinin hesablanmasına dair siyahı ərizəyə əlavə olunur. "xxxx" MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin auditi amanı bəlli olmuşdur ki. "xxxx" QSC üçün görülən işlərə görə göndərilən qaimələrlə aparılan ödənişlər arasında ciddi fərqlər mövcuddur. Belə ki, görülmüş işlərə görə göndərilən qaimələrin ümumi məbləği 5 557919,67 (ƏDV daxil olmaqla) manat təşkil edir. Bu eqaimələr əsasında 4 907540,62 manat ödəniş aparılmışdır. Nəticədə “ Elektro İndustries" QSC niıı "xxxx" MMC-yə 650379,05 manat (GDV daxil olmaqla) əsas borcu qalmışdır. Ona görə də 2019-ctı ilə görə vergi orqanı tərəfindən göndərilən qaimələr əsasında əlavə olaraq həm ƏDV, həm də mənfəət vergisi hesablanmışdır. Əlavə olaraq, 2017-2018-ci illər periodu üçün "xxxx" MMC-də aparılan səyyar vergi yoxlamasında da vergi orqanı "xxxx" MMC-yə əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh tərəfindən ödənişlərin tam şəkildə aparıİmaması nəticəsində “Yapsan" V1MC öz vergi öhdəliklərini yerinə yetirə bilmir. Bununla belə, sözügedən öhdəliklərin yerinə yetirilməməsinə görə “Yapsan" MMC Azərbaycan Respublikasının qanunlarına görə də məsuliyyət daşıyır. Vergi Məcəlləsinə görə 02 avqust 2019-cu il tarixindən 21 aprel 2022-ci il tarixinə qədər keçən hər bir gün üçün (cəmi 994 gün) qalıq məbləğin (650379,05 manat) 0,1 %-i dəyərində 650,38 manat cərimə məbləği hesablanır. 994 gün üçiin 995x650,38=646477,72 manat cərimə məbləği hesablanır. Cavabdeh X1 nümayəndəsi vəkil X5 məhkəmənin elektron sisteminə etiraz ərizəsi yükləmiş və bildirmişdir ki, SPM 002/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı e-qaimələr verilmişdir: 205289, 204226, 205272, 204284, 205174, 657747, 206298, 205110. Bu qaimələr üzrə ümumi məbləğ 971.932,18 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 874.743,57 manat ödənilmiş, qalan 97.192,36 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 029/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 049090, 262693, 756864, 204425, 529934, 139618, 472086. Bu qaimələr üzrə ümumi məbləğ 661.104,35 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 594.993,90 manat ödənilmiş, qalan 66.116,11 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 030/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 737339, 599210. Bu qaimələr üzrə ümumi məbləğ 692.459,64 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 623.213,68 manat ödənilmiş, qalan 69.245,84 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 034/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 206075, 203841, 203886, 206129, 206099, 203754, 206154. Bu qaimələr üzrə ümumi məbləğ 72522,80 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 66688,88 manat ödənilmiş, qalan 5827,78 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 048/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 683394, 875821. Bu qaimələr üzrə ümumi məbləğ 118.302,55 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 106.472,29 manat ödənilmiş, qalan 11.829,11 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 003/18 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimə verilmişdir: 378248. Bu qaimə üzrə ümumi məbləğ 472.458,67 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimə üzrə 425.212,8 manat ödənilmiş, qalan 47.244,84 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 004/18 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 853205, 381306. Bu qaimələr üzrə ümumi məbləğ 102.757,24 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 97.619,37 manat ödənilmiş, qalan 5.137,72 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 007/18 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 272342, 379590, 529657, 547283, 657779, 984380 . Bu qaimələr üzrə ümumi məbləğ 1.016.132,17 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 942.725,17 manat ödənilmiş, qalan 73406,39 manat məbləği dəyərində isə tərəflər arasında Qüsur aktları bağlanmışdır (qüsur aktları Etiraza əlavə olunur). SPM 010/18 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimələr verilmişdir: 036123, 272433, 456897, 473303, 774470, 856220. Bu qaimələr üzrə ümumi məbləğ 1 207504,35 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimələr üzrə 1 134520,21 manat ödənilmiş, qalan 72.983 manat məbləği dəyərində isə tərəflər arasında qüsur aktları bağlanmışdır (qüsur aktları etiraza əlavə olunur). SPM 022/19 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aşağıdakı qaimə verilmişdir: 877740. Bu qaimə üzrə ümumi məbləğ 92733,98 manat təşkil edir. Cavabdeh tərəfindən sözügedən qaimə üzrə 92733,98 manat ödənilmişdir. Beləliklə də, yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdehin iddiaçıya SPM 003/18, SPM 004/18, SPM 007/18, SPM 010/18, SPM 022/19, 002/19, SPM 029/19, SPM 030/19, SPM 034/19, SPM 048/19 saylı müqavilələr üzrə yalnız 0,93 manat borcu vardır. Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən müqavilələr üzrə cavabdehin iddiaçıya yalnız 0,93 manat borcun olmasını nəzərə alaraq, cavabdehdən iddiaçıya vergi tərəfindən tətbiq olunmuş maliyyə sanksiyaların ödənilməsinin tələb edilməsi absurddur Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkillər Nümayəndə1 və Nümayəndə2 iddia ərizəsinə və iddia tələbinə dəqiqləşmə barədə ərizəyə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi vəkillər X4 və Nümayəndə3 etirazda qeyd olunanlarla bağlı izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İİ. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ-SPM 007/18 nömrəli subpodrat müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən bu müqaviləyə əlavə olunmuş 1 saylı əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən "xxxx" MMC maşın zalının əsaslı təmir işlərini bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə Cavabdeh MMC-yə göstərməyi, Cavabdeh MMC isə həmin işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və şərtlərlə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ-SPM 010/18 nömrəli subpodrat müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən bu müqaviləyə əlavə olunmuş 1 saylı əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən "xxxx" MMC 5 mərtəbəli ofis binasının əsaslı təmir işlərini bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə Cavabdeh MMC-yə göstərməyi, Cavabdeh MMC isə həmin işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və şərtlərlə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ-SPM 022/19 nömrəli subpodrat müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən bu müqaviləyə əlavə olunmuş 1 saylı əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən "xxxx" MMC qaz tədarükü məntəqələrinin əsaslı təmir işlərini bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə Cavabdeh MMCyə göstərməyi, Cavabdeh MMC isə həmin işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və şərtlərlə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ-SPM 030/19 nömrəli subpodrat müqaviləsindən görünür ki,müqavilədə nəzərdə tutulur ki, İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən "xxxx" layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görür, Cavabdeh MMC isə İddiaçı MMC-yə icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ-SPM 034/19 nömrəli subpodrat müqaviləsindən görünür ki,müqavilədə nəzərdə tutulur ki, İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən "xxxx" layihəsində döşəməyə eboksitin vurulması üzrə işləri görür, Cavabdeh MMC isə İddiaçı MMC-yə icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. 14 iyun 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Eİ- SPM 048/19 nömrəli subpodrat müqaviləsindən görünür ki,müqavilədə nəzərdə tutulur ki, bu müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığına əsasən bu müqaviləyə əlavə olunmuş 1 saylı əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən iş həcmlərinə uyğun olaraq Mingəçevir şəhərində yerləşən X2 (AR Mingəçevir AES) 500 KVluq APQ-də transformator ətrafının və arakəsmələrinin əsaslı təmir olunması işlərini yerinə yetirməyi öhdəsinə götürür. 17 oktyabr 2022-ci il tarixli 9/5044 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulmuş, aparılan tədqiqatın dəyəri 200 manatdır. 24 fevral 2023-cü il tarixli 9/82 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulmuş, aparılan tədqiqatın dəyəri 200 manatdır. 22 avqust 2023-cü il tarixli 9/4224 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərə, ekspert qarşısında qoyulmuş suallara (e-qaimə fakturalar, qüsur aktları, ödənişlə bağlı sənədləri, hesab-fakturalar, müqavilələr və s) əsasən iddiaçı Yapsan” MMC ilə Cavabdeh QSC arasında bağlanmış müqavilələr üzrə Cavabdeh QSCnin İddiaçı MMC-yə 4,65 manat borcu vardır. Ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulmuş, aparılan tədqiqatın dəyəri 200 manatdır İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 2018-2019-cu illlər ərzində iddiaçı ilə cavabdeh arasında bir neçə subpodrat müqaviləsi bağlanmış, müqavilələrdə subpodratçı qismində çıxış edən İddiaçı MMC Cavabdeh QSC-nin sifarişlərinə əsasən bir sıra işlər görməyi öz öhdəsinə götürmüş, son nəticədə isə İddiaçı MMC iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək 650379,05 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borcun, ödənişlərin vaxtında edilməməsinə görə vergi orqanı tərəfindən iddiaçıya hesablanmış 646477,72 manat peniya məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 1122 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Çox saylı müqavilə, elektron qaimələr, təhvil-təslim aktları, qüsur aktları, hesab faktura və ödəniş tapşırıqlarının olduğunu, həmçinin xüsusi biliyə malik olan şəxs tərəfindən borc məbləğinin müəyyən edilməsinin mümkün olduğunu nəzərə alan məhkəmə üç məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş və məhkəməyə daxil olmuş sonuncu 22 avqust 2023-cü il tarixli 9/4224 nömrəli rəydə ekspert qarşısında qoyulmuş suallara (e-qaimə fakturalar, qüsur aktları, ödənişlə bağlı sənədləri, hesab-fakturalar, müqavilələr və s.) əsasən iddiaçı Yapsan” MMC ilə Cavabdeh QSC arasında bağlanmış müqavilələr üzrə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 4,65 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı Yapsan” MMC məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin 650379,05 manat məbləğində əsas borcunun olduğunu bildirsə də, 22 avqust 2023-cü il tarixli 9/4224 nömrəli ekspert rəyi ilə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 4,65 manat borcun olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 650379,05 manat məbləğində əsas borc tələbi qismən, yəni 4,65 manat hissədə təmin edilməlidir. Məhkəmə 646477,72 manat cərimə tələbi ilə bağlı isə hesab edir ki, həmin tələb rədd edilməlidir, belə ki, İddiaçı MMC-yə borcun ödənilməməsinə görə vergi orqanlarının tətbiq etdiyi 646477,72 manat cərimə sanksiyasını Cavabdeh QSC-dən tələb etməyin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi üçün nəzərdə tutulmuş 600 manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-dən 4,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 4,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi üçün nəzərdə tutulmuş 600 manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar