Məhkəmə qərarları › İş №e-2-2(113)-5404/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5404/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5404/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: özgə işlərini tapşırıqsız aparma) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə onun tərəfindən ödənilmiş 272 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 22 sentyabr 2022-cü il tarixli ALY-1532 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli e-2-2(113)-943/2024 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 2296.86 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X5 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ 12269589 saylı protokola görə 64 manat; 2. EQ 12354539 saylı protokola görə 16 manat; 3. EQ 13333400 saylı protokola görə 16 manat; 4. EQ 13968888 saylı protokola görə 32 manat; 5. EQ 14055625 saylı protokola görə 16 manat; 6. EQ 15345643 saylı protokola görə 16 manat;

7. EQ 16490974 saylı protokola görə 32 manat; 8. EQ 16490968 saylı protokola görə 16 manat; 9. İXP ******* saylı protokola görə 64 manat; məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 272 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 22 sentyabr 2022-ci il tarixli ALY-1532 saylı daxili lizing müqaviləsindən görünür ki, bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin əsas məbləğini 26250 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə,ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Müqavilənin 2.6-cı bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr lizinq alana heç bir xidmət haqqı ödənilmədən verilir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Seriya nömrəsi BB343409 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı MMC qeyd olunmuşdur. 22 sentyabr 2022-ci il tarixli Təhvil-təslim aktına əsasən İddiaçı MMC 22 sentyabr 2023-cü il tarixli ALY-1532 saylı daxili lizing müqaviləsi üzrə **-AE-*** dövlət nömrə nişanlı XWB5V319VNA5 BAN nömrəli qara rəngdə “Chevrolet Lacetti” minik avtomobil Cavabdeh təhvil vermişdir. EQ12269589 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 64 manat məbləğində cərimə olunmuşdur. EQ12354539 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. EQ13333400 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. EQ13968888 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 32 manat məbləğində cərimə olunmuşdur. EQ14055625 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. EQ15345643 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. EQ16490974 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 32 manat məbləğində cərimə olunmuşdur. EQ16490968 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. İXP5671176 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən 64 manat məbləğində cərimə olunmuşdur. EPUL.az vasitəsilə ödənilmiş 59997558 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ1333340 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997492 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən İXP5671176 nömrəli protokola əsasən hesablanmış 64 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997435 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ12269589 nömrəli protokola əsasən hesablanmış 64 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997376 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ13968888 nömrəli protokola əsasən hesablanmış 32 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997320 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ15345643 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997279 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ16490968 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997232 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ12354539 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997164 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ16490974 nömrəli protokola əsasən hesablanmış 32 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 59997105 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ14055625 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3).

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında 22 sentyabr 2022-ci il tarixli ALY-1532 saylı daxili lizing müqaviləsindən irəli gələn özgə işlərini tapşırıqsız aparma münasibətləri əmələ gəlmişdir. Cavabdeh İddiaçı MMC tərəfindən ona təhvil verilmiş “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil ilə onun istifadəsində olarkən törətdiyi inzibati xətalara görə ona hesablanmış cərimələri ödəmədiyindən, İddiaçı MMC onun əvəzinə həmin cərimələri ödəmişdir. Göründüyü kimi cavabdehin məsuliyyət daşıdığı inzibati xətaya görə İddiaçı MMC tərəfindən 272 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunduğundan, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə inzibati xətaya görə məsuliyyət daşıdığını, onun törətdiyi inzibati xəya görə iddiaçının onun əvəzinə ödədiyi 272 manat cərimə məbləğinin ödənilməsi tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 272 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh ALY-1532 saylı, 22 sentyabr 2022-ci il müqaviləyə əsasən inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 272 (iki yüz yetmiş iki) manat məbəğində pulun və ödənilmiş 30 (otuz) manat əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar