Məhkəmə qərarları › İş №e-2-2(113)-5489/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5489/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5489/2022 07.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.291,11 manat məbləğində əsas borcun, 529 manat cərimə məbləğinin və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 940 manat pulun, 100 manat mediasiya haqqı və hüquqi yardımın göstərilməsinə dair 200 manat xidmət haqqı tutularaq, "X2" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "X2" MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixli, №13/2020 saylı Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "Sifarişçi" tapşırır, “İcraçı” müəyyən edilmiş yerdə izolyasiya işlərini yerinə yetirir, "Sifarişçi" işə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. "X2" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq işi (xidməti) yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 5.291,11 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “Malların,işlərin və xidmətlərin təqdim edilməsi” haqqında 863047; 861157 nömrəli elektron qaimələr və “İşlərin bitməsinə dair Qəbul aktları ilə təsdiq edilir. Lakin bundan sonra cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 06 iyun 2022-ci il tarixində 3 iş günü müddətində 5.291,11 manat borc məbləğini tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə göstərilmiş müddətdə görülmüş işlərin dəyərini ödəməsə ödənilməyən məbləğin 0.1%-i miqdarında, 10%-dən çox olmamaq şərtilə cərimə ödəməlidir. Müqavilənin həmin bəndinə əsasən 529 (beş yüz iyirmi doqquz) manat cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 13/2020 nömrəli müqavilə bağlanmışdır. Müqavilə əsasən sifarişçi (Cavabdeh MMC) tapşırır, icraçı (İddiaçı MMC) isə Bakı şəhərində Prezident Administrasiyasında izolyasiya işlərini yerinə yetirir. İşlər razılaşdırma protokolunda qeyd edilir. Müqavilənin ümumi məbləği faktiki görülən işlərə görə müəyyənləşdirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf məhkəmə iclasında 45.458,55 manat dəyərində işlərin görüldüyünü, qeyd edilən işlərə görə 40.167,44 manat məbləğində pulun ödənildiyini və cavabdehin 5.291,11 manat məbləğində ödənilməmiş borcunun qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun görülmüş işlərini dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş may 2020-ci il tarixli 006 nömrəli “işlərin bitməsinə dair” son qəbul aktına əsasən tərəflər 13.399,02 manat dəyərində işlərin görüldüyünü, iyun 2020-ci il tarixli 007 nömrəli “işlərin bitməsinə dair” son qəbul aktına əsasən 13.399,02 manat dəyərində işlərin görüldüyünü, iyul 2020-ci il tarixli 008 nömrəli “işlərin bitməsinə dair” son qəbul aktına əsasən 3.792,52 manat dəyərində işlərin görüldüyünü, iyul 2020-ci il tarixli 009 nömrəli “işlərin bitməsinə dair” son qəbul aktına əsasən 7.433,99 manat dəyərində işlərin görüldüyünü, avqust 2020-ci il tarixli 010 nömrəli “işlərin bitməsinə dair” son qəbul aktına əsasən tərəflər 7.433,99 manat dəyərində işlərin görüldüyünü qəbul etmişlər və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, qeyd edilmiş qəbul aktlarında görülmüş işlərin ümumi dəyəri 45.458,55 manat təşkil edir. Bundan əlavə də, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli EBAK seriyalı 527624 nömrəli 13.399,02 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2020-ci il tarixli EBAL seriyalı 323154 nömrəli 13.399,02 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2020-ci il tarixli EBAT seriyalı 861157 nömrəli 3.792,52 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2020-ci il tarixli EBAT seriyalı 862678 nömrəli 7.434 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2020-ci il tarixli EBAT seriyalı 863047 nömrəli 7.434 manat məbləğində xidmətin göstərilməsi barədə elektron qaimələr göndərilmişdir. Göründüyü kimi, elektron qaimələrdə göstərilmiş məbləğlər qəbul aktlarında göstərilmiş məbləğlərlə tam olaraq üst-üstə düşür. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən cavabdehə məhz ümumi dəyəri 45.458,55 manat təşkil edən işlər görülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli, 5861 nömrəli məktubuna əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2020-ci il tarixdə 11.355,10 manat, xx.xx.2020-ci il tarixdə 11.355,10 manat, xx.xx.2020-ci il tarixində 5.500 manat, xx.xx.2021-ci il tarixində 3.880 manat, xx.xx.2021-ci il tarixində 1.950 manat məbləğində vəsait daxil olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının Bank hesabına görülmüş işlərinin əvəzi olaraq cəmi 34.040,2 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə də, İddiaçı MMC-nin etmiş olduğu xx.xx.2020-ci il tarixdə 2.043,82 manat, xx.xx.2020-ci il tarixdə 2.043,92 manat, xx.xx.2020-ci il tarixdə 990 manat, xx.xx.2021-ci il tarixdə 698,4 manat, xx.xx.2021-ci il tarixdə 351 manat ƏDV ödənişləri nəzərə alınmaqla görünür ki, cavabdeh tərəfindən ümumilikdə 40.167,44 manat təşkil edir. Beləliklə müəyyən edildi ki, görülümüş işlərin dəyərinə görə cavabdehin ödənilməmiş 5.291,11 (45.458,55 -40.167,44 ) manat borcu qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 5.291 (beş min iki yüz doxsan bir) manat 11 (on bir) qəpik məbləğində pul STM-2010” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddianın 529 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü maddəsində öz əksini tapmışdır. Belə ki, sifarişçi müqavilədə göstərilən müddətdə görülmüş işlərin dəyərini ödəməsə ödənilməyən məbləğin 0.1%-i miqdarında, 10%-dən çox olmamaq şərtilə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 5.291,11 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 300 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 940 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 46 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 33,3 (5.291,11x5/100=264,5 (1 il üçün), 264,5/365=0,724 (1 gün üçün), 0,724*46=33,3 (46 gün üçün)) manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 33,3 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD1 saylı ödəniş tapşırığından görünür ki, İddiaçınə tərəfindən 5 saylı Mediasiya təşkilatının hesabına 100 manat məbləğində pul ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 200 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 28626 nömrəli qəbzə əsasən Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 13/2020 saylı müqaviləyə əsasən əsas borc üzrə 5.291 (beş min iki yüz doxsan bir) manat 11 (on bir) qəpik məbləğində pul, cərimə borcu üzrə 300 (üç yüz) manat məbləğində pul, əsas borca illik 5 faiz hesablanmaqla 33 (otuz üç) manat 30 (otuz) qəpik məbləğində pul, ümumilikdə 5.624 (beş min altı yüz iyirmi dörd) manat 41 (qırx bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar