Məhkəmə qərarları › İş №e-2-2(113)-5516/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5516/2024

29.07.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5516/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, Kreditor "xxxx" ASC-nin Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" ASC Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” əmr icraatı qaydasında “tutmanın girov predmetinə yönəldilməsi” məhkəməyə müraciət edərək, borclu Bank "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SKMFMG-00001-00/19A/1 saylı girov müqaviləsi və xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə BKXMG-00015- 00/19U/1 müqaviləsindən irəli gələn girov müqaviləsi əsasında mülkiyyət hüququ üzrə Borclu MMC-yə məxsus olan girov predmetinə (siyahı əlavədə qeyd olunub) tutmanın yönəldilməsi, avadanlığın açıq hərracda satılması və həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Borclu MMC-dən tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə,ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Məhkmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5021/2024 saylı 10 iyul 2024-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə ərizəni icraata qəbul etməkdən MPM-nin 279.2.1-ci maddəsinin tələblərinə əsasən imtina etmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən Məhkəmə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.3. Bu qərardaddan şikayət verilə bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu MMC-yə qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor "xxxx" ASC-nin Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar