Məhkəmə qərarları › İş №e-2-2(113)-554/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-554/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-554/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələri məhkəməyə yazılı ərizə təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış BCC-C1-0239 saylı, xx xxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət xərcinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə işə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: xanım Leyla Əliyeva)baxılmaqdadır. 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, cavabdehin bu Sazişin imzalandığı tarixə BCC-C 1-0239 saylı, xx xxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçıya olan ödənilməmiş qalıq borcu ümumilikdə, ƏDV daxil 18648,72 (on səkkiz min altı yüz qırx səkkiz manat yetmiş iki qəpik) manat təşkil edir. 2.2. Həmçinin tərəflər belə razılığa gəlir ki, cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 2.2.1. Bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü ərzində - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat (= 5268 manat əsas + 948,24 manat ƏDV); 2.2.2. xx xxxxx 2020-ci il tarixədək - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat (= 5268 manat əsas + 948,24 manat ƏDV); 2.2.3. xx xxx 2020-ci il tarixədək - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat(= 5268 manat əsas + 948,24 manat ƏDV). 2.3. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissələrindən imtina edir. 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış BCC-C1-0239 saylı, xx xxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət xərcinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə işə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır. 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, cavabdehin bu Sazişin imzalandığı tarixə BCC-C 1-0239 saylı, xx xxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçıya olan ödənilməmiş qalıq borcu ümumilikdə, ƏDV daxil 18648,72 (on səkkiz min altı yüz qırx səkkiz manat yetmiş iki qəpik) manat təşkil edir. 2.2. Həmçinin tərəflər belə razılığa gəlir ki, cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 2.2.1. Bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü ərzində - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat (= 5268 manat əsas + 948,24 manat ƏDV); 2.2.2.xx xxxxx 2020-ci il tarixədək - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat (= 5268 manat əsas + 948,24 manat ƏDV); 2.2.3. xx xxx 2020-ci il tarixədək - 6.216,24 (altı min iki yüz on altı manat iyirmi dörd qəpik) manat(= 5268 manat əsas + 948,24 manat ƏDV). 2.3. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissələrindən imtina edir. 3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar