Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-562/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil Təmraz oğlunun iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14443,20 manat alınaraq İddiaçınə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh“ Caspel" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, KS-C_WP/2020- 001 nömrəli müqavilə üzrə icra edilmiş xidmətə görə cavabdeh “Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 14443,20 (on dörd min dörd yüz qırx üç manat iyirmi qəpik) manat borcu yaranmışdır. Qeyd edilən müqavilə üzrə işlər tam olaraq icra edilib tərəflər arasında imzalanmış 29 dekabr 2020-ci il tarixliakta əsasən cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq dəfələrcə görülmüş işlərə görə borcunun ödənilməsi barədə cavabdehə müraciət edilsə də cavabdeh qeyd edilən müqaviə üzrə borcunu ödəməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyd edilən məbləği ödəməyə görə Cavabdeh MMC İddiaçı MMC qarşısında öhdəlik daşıyır. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun yaranmasından 3 ildən artıq vaxt keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, KS- C_WP/2020-001 nömrəli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən bu Müqavilənin mövzusu KoçSistem tərəfindən Müştəriyə təqdim olunacaq Əlavələrdə ətraflı açıqlaması mövcud olan xidmətlərin təyin olunması və bu xidmətlərə yönəldilərək; tərəflərin öhdəlikləri, müqavilənin dəyəri, müddəti, ləğv edilməsi, ötürülməsi, iş metodu, fors-major səbəblər, bildirişlər, cari münasibətləri, məxfilik, mübahisələrin həll edilməsi kimi halları başlanğıcda müəyyən edərək imza və öhdəlik altına alır. Sonradan ortaya çıxa biləcək problemlərin həlli üçün tərəflərin əlavə müqavilə bağlanılmasını tələb etmə hüquqları saxlanılır. - 2.2-ci bəndinə əsasən bu müqavilə bu əsasda təmin olunan Xidmətlərlə əlaqədar tərəflər arasındakı tam müqaviləni təşkil edib, yenə bu Xidmətlərlə əlaqədar tərəflər arasında əvvəllər bağlanılmış, istər yazılı, istərsə şifahi olan bütün təklif və müqavilələri və digər yazışma və görüşmələri ləğv edərək, onları əvəz edir. - 3.1-ci bəndinə əsasən KoçSistem ödənişlərinə müqavilə daxilində qüvvədə olan ƏDV, digər vergi, rüsum və xərclər daxil deyildir. Bunlar dəyişdikdə və ya yeniləri əlavə edildikdə, Müştəriyə ayrıca bir hesab-faktura hazırlanır və ya hesab -fakturalara əlavə edilir.. - 3.2-ci bəndinə əsasən məhsulun qiyməti məhsul təhvil verildikdə, təhvil verilən məhsulun hesab-fakturasında göstəriləcəkdir. Xidmət haqqı ilə əlaqədar olan hesab-fakturalar xidmət müqaviləsi imzalandığı andan etibarən, ya da keçid planlaşdırması mərhələsindən etibarən hazırlanmağa başlanılır. Xidmət hesab -fakturaları hər ayın son iş gününə dövr xidmətlərini əhatə edəcək şəkildə hazırlanır. Xarici pul vahidi ilə müəyyən olunan hesabfaktura dəyəri, o günün AR Mərkəzi Bankının xarici valyutanın satış kursu ilə manata çevrilərək, ƏDV əlavə edilərək hesab -fakturaya çevriləcəkdir. - 3.1.4-cü bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişinə əsasən “Müqavilə”nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir. - 3.3-cü bəndinə əsasən hesab-faktura üçün ödənişlər hesab-faktura alındığı gündən 15 gün ərzində olacaqdır. - 11-cı bəndinə Müqavilənin müddəti imzalandığı tarixdən etibarən 12 (on iki) aydır. Müqavilə müddətinin başa çatmasından 30 (otuz) gün əvvəlinə qədər əksi bildirilmədiyi təqdirdə, müqavilə uzadılmış hesab ediləcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı tərədindən cavabdehə EBAV 599596 nömrəli xx.xx.2020-cİ il tarixli 14443.20 manat məbləğində elektron qaimə göndərilmişdir.
9. İddiaçı tərədindən cavabdehə xx.xx.2020-ci il tarixli 14443.20 manat məbləğində hesab-faktura göndərilmişdir. V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
13. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
Vİ.Məhkəmənin mövqeyi:
14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, KS-C_WP/2020-001 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Halhazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan 14443.20 manat borcun ödənilməsini tələb edir. Cavabdeh MMC isə həmin borc üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli 14443.20 manat məbləğində hesabfaktura göndərildiyini, beləliklə həmin tələb üzrə iddia müddəti axımının xx.xx.2021-ci ildən yarandığını və xx.xx.2024-ci il tarixdə iddia müddətinin bitdiyini əsas gətirərək və iddiaçının hazırkı iddia qaldırarkən iddia müddətini buraxdığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir. İddiaçı isə iddia müddəti ilə bağlı qeyd edir ki, müddətin ötürülmə səbəbi tərəflər arasında qarşılıqlı işguzar münasibət olduğundan cavabdeh tərəfindən borcun ödənilməyəcəuini düşünməmişlər.
16. Məhkəmə qeyd edir ki, hazır ki tələb üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında mövcud olan müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq hesab-faktura üçün ödənişlər hesabfaktura alındığı gündən 15 gün ərzində olmalı idi, hazırki tələb üzrə "xxxx" MMCtərəfindən "xxxx" MMC-yə hesab-faktura 29 dekabr 2020-ci il tarixində təqdim edilmişdir. Müqavilənin şərtinə əsasən "xxxx" MMC tərəfindən 13 yanvar 2021-ci il tarixinə kimi ödəniş edilməli idi. Beləliklə 13 yanvar 2021-cü il tarixindən iddia müddətinin axımı başlamış və 13 yanvar 2024-cü il tarixində iddia müddəti ötmüş, iddiaçı isə məhkəməyə iddia müddətini ötürməklə iddia ərizəsi təqdim etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, KS-C_WP/2020-001 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası əsaslı olsa da, iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir.
18. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, KS- C_WP/2020-001 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova