Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5701/2023 21.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sıığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və iddiaçıya ödənilməsinin təmin edilməsinin cavabdehə həvalə edilməsi, iddiaçıya məxsus yardımçı anbarda baş vermiş yanğın nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği 156 677,25 manat, tikinti üzrə dəymiş maddi ziyan 85827 manat olmaqla ümumilikdə 242 504,25 manat sığorta ödənişi və 25 iyul 2023-cü il tarixdən başlayaraq bu günə kimi (xx.xx.2023cü il) yaranan dəbbə pulu olan 21097,87 manat, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 2500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, hazırkı işin hakim Zeynəb Axundovanın icraatında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair işlə bir icraatda birləşdirilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. İş hakim Zeynəb Axundovanın icraatındadır və hazırlıq iclası 21 noyabr 2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Ona görə də nəzərə alaraq ki, tərəflər arasında eyni predmet üzrə ayrı-ayrılıqda məhkəmədə iddia qaldırılmış, onların bir icraatda birləşdirilərək baxılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verdi və işin hakim Zeynəb Axundovanın icraatında olan e-2-2(113)-5171/2023 nömrəli işlə bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 5701/2023 nömrəli iş həmin məhkəmənin icraatında olan e-2-2(113)-5171/2023 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)- 5171/2023 nömrəli kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. e-2-2(113)-5171/2023 nömrəli iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbi sığorta müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tələbi isə həmin sığorta müqaviləsi üzrə pulun tutulmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan ərizə (vəsatət) təmin edilməli, həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə e-2-2(113)-5701/2023 nömrəli iş daha sonra (xx.xx.2023) icraata qəbul olunduğundan e-2-2(113)-5171/2023 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə (vəsatət) təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-5701/2023 nömrəli iş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-5171/2023 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5701/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5701/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver