Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2-2(113)-5717/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Kreditor borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : Kreditor borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15244 manat əsas borcun və 136 manat dövlət rüsumunun, ümumilikdə 15380 manat (on beş min üç yüz səksən manat) pulun tutularaq iddiaçı Kreditor MMC-yə ödənilməsinə dair Məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Satıcı qismində Kreditor ilə (bundan sonra “İddiaçı”) alıcı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 34/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçıdan yük avtomobilləri üçün ehtiyat hissələri və digər mallar (bundan sonra “Mallar”) satınalmışdır. Satınalınan mallar müvafiq olaraq Cavabdehə təhvil verilmiş və Müqaviləyə əsasən təhvi-təslim aktları əsasında təhvil verilmiş Mallara görə elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh tərəf bu elektron qaimələri qəbul etmiş, lakin hər dəfə ödənişləri gecikdirmişdir. 14 oktyabr 2024-cü il tarixində tərəflər arasında müqavilə üzrə borc məbləğinin dəqiqləşdirilməsinə dair üzləşmə aparılmış və nəticədə həmin tarixdə iki tərəf arasında üzləşmə aktı imzalanmışdır. Üzləşmə aktında 15244,00 manat (on beş min iki yüz qırx dörd manat) borcun Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olduğu iki tərəfin imzları ilə bir daha təsdiqlənmişdir. Lakin, bundan sonra Cavabdeh tərəfindən İddiaçıya heç bir ödəniş ödənilməmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, Kreditor (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında bağlanmış 07 may 2024-cü il tarixli, 34/24 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə satıcı alıcının yazılı və ya şifahi sifarişləri əsasında ona malları satmağı, alıcı isə bunun əvəzində həmin malları lazımi qaydada təhvil almağı və müqavilədə razılaşdırılmış məbləği satıcıya ödəməyi öz öhdədlərinə götürmüşlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə malların göndərilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir. Bundan başqa hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, Borclu ona verilmiş olan mallara görə 07 mart 2024-cü il tarixli, 34/24 saylı müqaviləyə görəxx.xx.2024-cü il tarixə 15.244 manat borcunun qaldığını qəbul etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kreditornə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunverciliyin normalarını pozmuşdur. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prossesual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR EDİRƏM: xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 15.244 (on beş min iki yüz qırx dörd) manat məbləğində pul "Azkompas Logistcs” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Kreditornə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (bir yüz otuz altı) manat məbləğində pul "Azkompas Logistcs” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Kreditornə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5717/2025
Bakı Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(113)-5717/2025
18.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver