Məhkəmə qərarları › İş №e-2-2(113)-5866/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5866/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5866/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 572000 manat məbləğində əsas borc , 22 iyul 2025-ci il tarixədək hesablanmış 640806,40 manat məbləğində cərimə borc, 22 iyul 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən 572,000 manat məbləğində avansın ona qaytarıldığı günədək, hər gecikdirilmiş gün üçün 2464640,75 manat məbləğində müqavilə dəyərinin 0,1 %-i (günlük 2.464,64 manat) məbləğində hesablanmış cərimə borcu və ödənilmiş 1397 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin iddiaçıya olan ümumi borcu 572000 (beş yüz yetmiş iki min) (500000 manat əsas borc, +72000 manat ƏDV borcu) təşkil edir.

2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə İddiaçıya ödəyəcəkdir:

3. 08 sentyabr 2025-ci il tarixədək- 200.000 (iki yüz min) manat əsas borc+36000 (otuz altı min) manat ƏDV borcu olmaqla, cəmi 236.000 (iki yüz otuz altı min) manat;

4. 01 oktyabr 2025-ci il tarixədək - 300.000 (üç yüz min) manat əsas borc +36000 manat ƏDV borcu olmaqla, cəmi 336.000,00 (üç yüz otuz altı min) manat.

5. İddiaçı öhdəlik götürür ki, bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən sonrakı 1 (bir) iş günü ərzində Cavabdeh barəsində tətbiq olunmuş müvəqqəti təminat tədbirinin ləğv edilməsi (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsi) barədə ərizə ilə məhkəməyə müraciət edəcəkdir.

6. Cavabdeh bu Sazişin 2.1.1, 2.1.2-ci bəndlərində göstərilən öhdəliklərindən hər hansı birini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı bu Saziş üzrə qalıq borcun tamamının (bütünlüklə) birdəfəyə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcək və Cavabdeh İddiaçının bu müraciətinə etiraz etməyəcəyi barədə öhdəlik götürür.

7. Bu Sazişin məhkəmə qaydasında təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (borcun gecikdirilməsinə görə faizlərin ödənilməsi) tamamilə imtina edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə iddiaçı və cavabdehin nümayəndələri ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin iddiaçıya olan ümumi borcu 572000 (beş yüz yetmiş iki min) (500000 manat əsas borc, +72000 manat ƏDV borcu) təşkil edir.

2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə İddiaçıya ödəyəcəkdir:

3. 08 sentyabr 2025-ci il tarixədək- 200.000 (iki yüz min) manat əsas borc+36000 (otuz altı min) manat ƏDV borcu olmaqla, cəmi 236.000 (iki yüz otuz altı min) manat;

4. 01 oktyabr 2025-ci il tarixədək - 300.000 (üç yüz min) manat əsas borc +36000 manat ƏDV borcu olmaqla, cəmi 336.000,00 (üç yüz otuz altı min) manat.

5. İddiaçı öhdəlik götürür ki, bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən sonrakı 1 (bir) iş günü ərzində Cavabdeh barəsində tətbiq olunmuş müvəqqəti təminat tədbirinin ləğv edilməsi (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsi) barədə ərizə ilə məhkəməyə müraciət edəcəkdir.

6. Cavabdeh bu Sazişin 2.1.1, 2.1.2-ci bəndlərində göstərilən öhdəliklərindən hər hansı birini vaxtında icra etməzsə və ya qismən icra edərsə, İddiaçı bu Saziş üzrə qalıq borcun tamamının (bütünlüklə) birdəfəyə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcək və Cavabdeh İddiaçının bu müraciətinə etiraz etməyəcəyi barədə öhdəlik götürür.

7. Bu Sazişin məhkəmə qaydasında təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (borcun gecikdirilməsinə görə faizlərin ödənilməsi) tamamilə imtina edir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar