Məhkəmə qərarları › İş №e-2-2(113)-5883/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5883/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5883/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2022-ci il tarixli 01\22№li Podrat Müqaviləsi üzrə ödənilməmiş 370.688 manat və ödənilmiş 661 manat dövlət rüsumunun, cəmi 371.349 manat pul vəsaitinin cavabadeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X2 ilə Podratçı"xxxx" MMC-nin direktoru X3 şəxsində Azərbaycan Respublikasının rayonlarında Elektrik quraşdırma işlərinin yerinə yetirilməsinə dair 01 noyabr 2022-ci il tarixli 01\22№li Podrat Müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” hesabatın təqdim edildiyi tarixdən etibarən 5 gün ərzində hesabatı təhlil edir və təsdiqlədiyi təqdirdə, hesabatda nəzərdə tutulan məbləği“Podratçı”nın bank hesabına köçürmə yolu ilə ödəyir. 3.1.5-ci bəndə görə, Sifarişçi işlərin bu müqavilədə nəzərdə tutulmuş keyfiyyətlə, hədlərdə və qaydada yerinə yetirildiyi təsdiqləndikdə, işin nəticəsini qəbuledir. 4.1-ci bəndinə əsasən işlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu müqaviləyə əlavə edilmişdirsə) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-qəbul aktı əsasında həyata keçirilir. 9.1-ci bəndə görə, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlıanlaşma, danışıqlar yolu ilə həll edilir. Bununla bağlı görülmüş işlərin (xidmətlərin) müqabilində cavabadeh Cavabdeh MMC tərəfindən müəyyən məbləğdə ödəniş edilsə də, 370.688 manat borc qalmışdır. 370.688 manat borcun ödənilməməsinə dair 01 noyabr 2022-ci il tarixli 01\22№li Podrat Müqaviləsi üzrə 23 may 2024-cü il tarixli Üzləşdirmə aktı tərtib edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “01 noyabr 2022-ci il tarixli 01\22№li Podrat Müqaviləsinə əsasən:

8. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” hesabatın təqdim edildiyi tarixdən etibarən 5 gün ərzində hesabatı təhlil edir və təsdiqlədiyi təqdirdə, hesabatda nəzərdə tutulan məbləği“Podratçı”nın bank hesabına köçürmə yolu ilə ödəyir.

9. Müqavilənin 3.1.5-ci bəndə görə, Sifarişçi işlərin bu müqavilədə nəzərdə tutulmuş keyfiyyətlə, hədlərdə və qaydada yerinə yetirildiyi təsdiqləndikdə, işin nəticəsini qəbul edir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən işlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu müqaviləyə əlavə edilmişdirsə) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-qəbul aktı əsasında həyata keçirilir.

11. Müqavilənin 9.1-ci bəndə görə, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlıanlaşma, danışıqlar yolu ilə həll edilir.

12. Görülmüş işlərin xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaç tərəfindən ƏDV daxil 94700,3 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

13. Dekabr-May 2023-cü ildə yerinə yetirilmiş işlərin xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 52.476,96 manat dəyərində iddiaçı tərəfində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

14. Küçə işıqlandırılması üzrə işlərin təhvilinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 285.898,84 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

15. Bank hesabından çıxarışlardan görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya təyinatı müvafiq e-qaimə və tərəflər arasında bağlanmış müqavilə olmaqla ödənişlər edilmişdir.

16. 01/22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh hüquqi şəxsin müqavilə üzrə xx.xx.2024-cü il tarixə ƏDV daxil 370688 manat borcu müəyyən edilmişdir.

17. MT2407 saylı 11218448 saylı, xx.xx.2024-cü il tarixli e-qaiməyən əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 370688 manat xidmətlərin göstərilməsinə dair e-qaimə göndərilmişdir.

18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

22. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

25. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa və qismən ödənişlər edilsə də, 370688 manat məbləğində borc ödənilməmiş qalmışdır. Qeyd edilən borc məbləği üzləşmə aktı ilə öz təsdiqi tapmışdır.

26. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 370688 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 661 manat dövlət rüsumu ödənilmişdir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 661 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 01/22 saylı müqavilə üzrə 370688 (üç yüz yetmiş min altı yüz səksən səkkiz) manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 661 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar