Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-59/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MTK) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Korkmaz Group” MMC ilə İddiaçı MTK arasında bağlanmış 01 mart 2019-cu il tarixli “dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə, müqavilə məbləğinin 10 (on) faizi miqdarında, yəni 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqının və 480000 (dörd yüz səksən min) min manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100000 (yüz min) manat məbləğində mənəvi zərərin, ümumilikdə ******* (bir milyon iki yüz altmış yeddi min yüz əlli bir) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MTK arasında bağlanmış 01 mart 2019-cu il tarixli “dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən podratçı Cavabdeh MMC öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri (bundan sonra tək halda “iş”, cəm halda isə “işlər” adlandırılacaq) yerinə yetirməyi, sifarişçi İddiaçı MTK isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı tərəf ilə razılaşdırılmış təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Müqaviləyə 01 mart 2019-cu il tarixli, 2 saylı əlavəyə əsasən podrat müqaviləsində nəzərdə tutulan işlər podratçı tərəfindən A, B blokları üzrə-xx.xx.2020-ci il tarixinə, C, D Blokları üzrə xx.xx.2020-ci il tarixinə, E bloku üzrə xx.xx.2020-ci il tarixinə, F, G blokları üzrə isə xx.xx.2020-ci il tarixinə təhvil verilməli idi. Lakin podratçı A və B blokları üzrə işi 29-30 mart 2020-ci il tarixə, yəni 15 gün gecikmə ilə, C bloku üzrə 29 oktyabr 2020-ci il tarixə, D bloku üzrə 20 sentyabr 2020-ci il tarixə, yəni 5-6 ay gecikmə ilə, E bloku üzrə 24 iyun 2021-ci il tarixə, yəni 1 ay 9 gün gecikmə ilə, F, G bloku üzrə 28 sentyabr 2021-ci il tarixə, yəni 3 ay 13 gün gec təhvil verib. Müqavilənin 3.4.9-cu maddəsinə əsasən podratçı işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işguzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 (bir) ay ərzində ödənilməsini təmin etmək öhdəliyi vardır. Həmçinin həmin müqavilənin 3.4.12-ci bəndinə əsasən podratçı işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə bu barədə sifarişçini dərhal məlumatlandırmq öhdəliyi daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 ( bir) faizi məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10 (on) faizini aşmamalıdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzrsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzrsüz səbəbdən) lazımi qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla, zərərləri ödəyir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən podratçı tərəfindən bu müqavilənin şərtləri əsaslı dərəcədə pozulduqda sifarişçinin bu müqaviləyə birtərəfli qaydada xitam vermək və müqavilə ilə razılaşdırılmış məbləği ödəmək hüququ vardır. Müqavilənin 11.2.3-cü bəndinə əsasən podratçının bütün işlərin təhvil verilmə müddətini 30 (otuz) təqvim günündən artıq gecikdirdiyi hal bu müqavilənin şərtlərinin əsaslı dərəcədə pozulması sayılır. Göründüyü kimi, podratçı sifarişçi ilə arasında olan müqavilənin 5.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədiyinə görə hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 (bir) faizi məbləğində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10 (on) faizini aşmamalı olduğundan podratçı sifarişçi olan iddiaçıya müqavilə məbləğinin 10 (on) faizi miqdarında, yəni 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat cərimə ödəməlidir. Müqaviləyə 1 saylı əlavə kimi nəzərdə tutulmuş qiymət razılaşdırma protokoluna əsasən müqavilənin ümumi dəyəri ******* (dörd milyon beş yüz otuz yeddi min doqquz yüz doxsan altı) manat təşkil edir. Bundan əlavə podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin icra qrafikinə uyğun şəkildə yerinə yetirməməsi nəticəsində sifarişçiyə, yəni iddiaçıya əldən çıxmış və əlavə fayda şəklində böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, iddiaçı tərəfindən inşa edilən bina pilot layihə olduğundan iddiaçının həmin binanın tikildiyi ərazidən köçürülmüş sakinlər qarşısında müqavilə öhdəliyi vardır. İddiaçı təqribən 140 sakin qarşısında binanın tikilib başa çatması ilə həmin sakinlərin mənzillə təmin edilənədək onlara aylıq kirayə haqqı ödəmək öhdəliyi yaranmışdır. Bu məbləğ isə C blokunun gecikməsi üzrə 86115 manat, E blokunun gecikməsi üzrə 98873 manat, G blokunun gecikməsi üzrə 48373 manat, cəmi 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat təşkil edir. xx.xx.2021-ci il və digər tarixlərdə podratçı tərəfindən təqdim edilən işlərin icrasında qüsurlarla və icranın gecikdirilməsiylə bağlı pretenziyalar irəli sürülmüşdür. Təqdim edilən işlərin qüsuru və icranın gecikdirilməsiylə bağlı hər dəfə pretenziyalar irəli sürülməsinə baxmayaraq, cavabdeh tərəfindən bu qüsurların aradan qaldırılması ilə bağlı hərəkətsizlik göstərilmişdir. Həmin qüsurlar nəticəsində sifarişçi olaraq əlavə xərclərə məruz qalmışdır. Həmçinin işlərin vaxtında icra edilməməsi ilə bağlı maddi və mənəvi ziyana, əlavə xərclərə məruz qalmışdır. Göstərilənlərdən əlavə podratçı tərəfindən işlərin vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində təqribən 480000 (dörd yüz səksən min) min manatadək ziyan dəymişdir. Belə ki, sakinlərə kirayə haqqı kimi ödənilmiş 400000 (dörd yüz min) manat əlavə vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (400000*7.5/100=30000) hesablansa, ən azı 30000 (otuz min) əldən çıxmış fayda şəklində ziyana məruz qalmışlar. Bundan əlavə, tikilən binada mənzil satılmış sakinlər qarşısında öhdəlik vaxtında icra edə bilməmişdir. Yəni binanı vaxtında tikib təhvil verməklə, həmin binada mənzil alan sakinlər mənzillərin dəyəri üzrə borclu qaldıqları məbləği ödəməli idilər. Bu məbləğ ümumilikdə ******* (altı milyon) manat təşkil edir. Nəticə etibarı ilə ödənişlərin ödənilməsi binanın təhvil verilməsinin gecikdirildiyi müddət qədər yubadılmışdır, bu məbləğin ******* (altı milyon) manat təşkil etdiyini nəzərə alaraq Milli Bankın uçot dərəcəsi ilə hesabladıqda, iddiaçı ən azı 450000 (dörd yüz əlli min) manat əldən çıxmış fayda şəklində zərərə məruz qalmışdır. İddiaçı MTK tikinti sahəsində öz işgüzar nüfuzu ilə yüksək reytinqə malik bir şirkətdir. Podratçının işləri gecikdirməsi və vaxtında təhvil verməməsi nəticəsində işgüzar nüfuza ziyan dəymişdir. Belə ki, işlərin vaxtında təhvil verilməməsi həmin binadan mənzil alan sakinlərin narazılığına, MTK-ya olan etibarın, inamın azalmasına səbəb olmuş, nəticədə İddiaçı MTK-nın mənzilin tikintisi və satışı bazarında satıcılıq qabiliyyəti, nüfuzu böyük zərərə malik qalmışdır. Bu zərəri təqribən 100000 (yüz min) manat məbləğində dəyərləndirilir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. İddiaçı MTK iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müarciət edərək, 01 mart 2019-cu il tarixli “dəmir beton konstruksiyaarının inşaası işlərinin görülməsi barədə” podrat müqavləsinə əsasən öhdəliyin icrasının gecikdİrilməsinə görə müqavilə məbləğinin 10%-i miqdarında, yəni 453790 (dörd yüz əli üç min yeddi yüz doxsan) manat məbləğində cərimə, dəymiş zərərin olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqı və 480000 (dörd yüz səksən min) manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaiti, 100000 (yüz min) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə ******* (bir milon iki yüz altmış yeddi min yüz əlli bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, podrat müqaviləsinin 3.4.12-ci bəndinə əsasən podratçı işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə bu barədə sifarişçini dərhal məlumatlandırmaq öhdəliyi daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədiyinə görə hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 (bir) faizi məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10 (on) faizini aşmamalıdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzrsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzrsüz səbəbdən) lazımi qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən podratçı tərəfindən bu müqavilənin şərtləri əsaslı dərəcədə pozulduqda sifarişçinin bu müqaviləyə birtərəfli qaydada xitam vermək və müqavilə ilə razılaşdırılmış məbləği ödəmək hüququ vardır. Müqavilənin 11.2.3-cü bəndinə əsasən podratçının bütün işlərin təhvil verilmə müddətini 30 (otuz) təqvim günündən artıq gecikdirdiyi hal bu müqavilənin şərtlərinin əsaslı dərəcədə pozulması sayılır. Göründüyü kimi, podratçı sifarişçi ilə arasında olan müqavilənin 5.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədiyinə görə hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 (bir) faizi məbləğində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10 (on) faizini aşmamalı olduğundan podratçı sifarişçi olan iddiaçıya müqavilə məbləğinin 10 (on) faizi miqdarında, yəni 453790 (dörd yüz əll. üç min yeddi yüz doxsan) manat cərimə ödəməlidir. Müqaviləyə 1 saylı əlavə kimi nəzərdə tutulmuş qiymət razılaşdırma protokoluna əsasən müqavilənin ümumi dəyəri ******* (dörd milyon beş yüz otuz yeddi min doqquz yüz doxsan altı) manat təşkil edir. Bundan əlavə, podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin icra qrafikinə uyğun şəkildə yerinə yetirməməsi nəticəsində sifarişçiyə, yəni iddiaçıya əldən çıxmış və əlavə fayda şəklində böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, pilot layihə olduğundan iddiaçının həmin binanın tikildiyi ərazidən köçürülmüş sakinlər qarşısında müqavilə öhdəliyi vardır. İddiaçı təqribən 140 sakin qarşısında binanın tikilib başa çatması ilə həmin sakinlərin mənzillə təmin edilənədək onlara aylıq kirayə haqqı ödəmək öhdəliyi yaranmışdır. Bu məbləğ isə C blokunun gecikməsi üzrə 86115 manat, E blokunun gecikməsi üzrə 98873 manat, G blokunun gecikməsi üzrə 48373 manat, cəmi 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat təşkil edir. xx.xx.2021-ci il və digər tarixlərdə podratçı tərəfindən təqdim edilən işlərin icrasında qüsurlarla və icranın gecikdirilməsiylə bağlı pretenziyalar irəli sürmüşlər. İşlərin qüsuru və icranın gecikdirilməsiylə bağlı hər dəfə pretenziyalar irəli sürmələrinə baxmayaraq, cavabdeh tərəfindən bu qüsurların aradan qaldırılması ilə bağlı hərəkətsizlik göstərilmişdir. İddiaçı MTK tikinti sahəsində öz işgüzar nüfuzu ilə yüsək reytinqə malik bir şirkətdir. İddiaçı podratçının işləri gecikdirməsi vaxtında təhvil verməməsi nəticəsində işgüzar nüfuza dəymiş ziyanı 100000 (yüz min) manat məbləğində dəyərləndirilir. Göründüyü kimi, iddia əsassız olmaqla bərabər yalnız bir qrup söz yığınından ibarət olduğu üçün təmin oluna bilməz. Belə ki, iddiaçı Cavabdeh MMC üzərinə düşən öhdəlikləri layiqincə, keyfiyyətlə və vaxtında yerinə yetirib tikintini cavabdeh İddiaçı MTK-ya təhvil vermişdir. Lakin cavabdeh İddiaçı MTK öz üzərinə düşən öhdəlikləri bugünə qədər yerinə yetirməmiş və görülmüş işin müqabilində 275000 manat pulu iddiaçı Cavabdeh MMC-nin hesabına köçürməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə əmlakların qaytarılmaması nəticəsində Cavabdeh MMC-yə 646000 manat ziyan dəymişdir. Bundan başqa, bağlanmış müqavilə öhdəliklərinə görə görülmüş işlərin dəyəri İddiaçı MTK tərfindən vaxtında ödənilmədiyi üçün podratçı olaraq şirkətin işçilərə ödədiyi 300000 (üç yüz min) manat həcmində əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş ziyana görə 200000 (iki yüz min) manat, cəmi ******* (bir milyon yüz qırx altı min) manat məbləğində pul cavabdeh İddiaçı MTK tərəfindən iddiaçı Cavabdeh MMC-nin hesabına ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Gecikmələr iddiaçıya görə baş vermişdir. Belə ki, tikinti meydançası podratçı Cavabdeh MMC-yə vaxtında təhvil verilməmişdir. İş materiallarında olan ekspert rəyi əsassızdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. İşlərin təhvil verilməsində gecikmələr baş verib, lakin həmin gecikmələr onun təqsiri ucbatından yox, iddiaçıya görə olub. Belə ki, sonuncu blokun yeri 2021-ci ilin yanvar ayında hazır deyildi. A və B bloklarında gecikmə olmayıb. Gecikmə olsa idi, sifarişçinin müqaviləyə xitam vermə hüququ var idi. Sifarişçı tərəfindən bəzi hallarda ödəmələr 70-80 gün gecikdirilmişdir. Bu səbəblərdən binaların tikintisinə vaxtında başlaya bilməmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Sifarişçi” İddiaçı MTK ilə “podratçı” Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür. - 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə üzrə qiymət razılaşma protokoluna əsasən layihəyə uyğun ilkin müəyyən edilmiş qiymət ƏDV daxil olmaqla 4537996,80 manat təşkil edir. - 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə üzrə işlərin icrası qrafikinə əsasən: A, B blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; C, D Blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; E bloku üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; F, G blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il olaraq müəyyənləşdirilmişdir. - İş materiallarına iddiaçı tərəfindən ödəniş tapşırıqları, payın alqı-satqısı müqavilələri, əvəzləşmə müqavilələri, mədaxil qəbzləri və s. əlavə edilmişdir. - İddiaçı MTK xx.xx.2021-ci il tarixli, S051 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edərək müqavilə üzrə öhdəliklərin qısa zaman müddətində əlavə işçi qüvvəsi cəlb edilməklə tam şəkildə icra edilməsini və sifarişçiyə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. - İddiaçı MTK xx.xx.2021-ci il tarixli, S057 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edərək sonuncu dəfə müqavilə üzrə öhdəliklərin qısa zaman müddətində əlavə işçi qüvvəsi cəlb edilməklə tam şəkildə icra edilməsini və sifarişçiyə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/7893 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yəni təqdim edilmiş iş materiallarında olan məlumatlar, həmçinin ekspert vəsatətinə cavab olaraq təqdim edilmiş əlavə sənədlər əsas götürülməklə, Podrat müqaviləsinə edilmiş 01 mart 2019-cu il tarixli 2 saylı əlavəyə əsasən podratçı tərəfindən A, B blokları üzrə xx.xx.2020-ci il tarixə, C, D Blokları üzrə xx.xx.2020ci il tarixə, E bloku üzrə xx.xx.2020-ci il tarixə, F,G blokları üzrə isə xx.xx.2020-ci il tarixə təhvil verilməli olan işlərin təhvil verilməsində gecikdirilən günlərin sayına uyğun həmin günlər üzrə müqavilə şərtlərinə müvafiq hesablanmalı cərimənin məbləği 453790 manat müəyyən edilir. Bundan başqa iş materialları əsasında yuxarıda qeyd olunan gecikdirilmiş müddət ərzində binadan köçürülən sakinlərə ödənilən kirayə haqlarının məbləği 236648 manat müəyyən edilir. Bundan başqa həmin gecikdirilən müddət ərzində binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 5756939,27 manat, gecikdirilən müddətdən sonra binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 136364,00 manat müəyyən edilir. Əlavə olaraq qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərilən 2-ci cədvəl formasında adları qeyd olunan sakinlərlə İddiaçı MTK arasında bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi, həmin müqavilələr iddiaçının iddia ərizəsində göstərdiyi işlərin təhvilinin gecikdiyi müddətdən sonra imzalanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, tərəflər həmin müqavilə ilə üzərlərinə öhdəliklər götürmüşlər. Belə ki, podratçı öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və ona əlavələrə əsasən podratçı Cavabdeh MMC A, B bloklarını xx.xx.2020-ci il tarixdə, C, D Bloklarını xx.xx.2020-ci il tarixdə, E blokunu xx.xx.2020-ci il tarixdə və F, G bloklarını isə xx.xx.2020-ci il tarixdə sifarişçi İddiaçı MTK-ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müəyyən edilr ki, işlərin təhvil verilməsində gecikmələr baş vermiş və qeyd olunan müddətlərdə işlər başa çatdırılıb iddiaçıya təhvil verilməmişdir. İcra gecikdirildiyi üçün iddiaçı zərərə məruz qaldığını iddia etmiş və hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün... kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Sifarişçi” İddiaçı MTK ilə “podratçı” Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilənin: 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı Tərəflərlə razılaşdırılmış qaydada təhviltəslim aktı ilə rəsmiləşdirilir. 3.3.2-ci bəndinə əsasən podratçının sifarişçidən işlərin yerinə yetirilməsi üçün öncədən razılaşdırılmış mal materialı, məlumatları, işlərin icrası üçün sahəni və digər hazırkı müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. 3.4.1-ci bəndinə əsasən işlərin bu müqavilədə müəyyən olunan keyfiyyətlə yerinə yetirilməsi üçün lazım olan bütün avadanlıqları, ləvazimatları, habelə lazımi işçi qüvvəsini cəlb etmək və müqavilənin 1.1-ci bəndində sadalanan işləri bu Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirmək, təsdiq olunmuş aylar üzrə forma 2 aktı ilə sifarişçiyə təhvil vermək podratçının öhdəliyidir. 3.4.9-cu bəndinə əsasən işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 (bir) ay ərzində ödənilməsini təmin etmək podratçının öhdəliyidir. 3.4.12-ci bəndinə əsasən işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə, bu barədə sifarişçini dərhal məlumatlandırmaq podratçının öhdəliyidir. 3.4.13-cü bəndinə əsasən sifarişçinin bu müqavilə və qüvvədə olan qanunvericiliyə uyğun göstərişlərinə və tapşırıqlarına əməl etmək və ya onların icrasının hər hansı səbəbdən mümkünsüz olması barədə əsaslı bildiriş vermək podratçının öhdəliyidir. 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 (bir) faizi məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10% (on faiz)-ni aşmamalıdır. 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzürsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzürsüz səbəbdən) lazımı qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir. İddia tələbinin bir hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə məbləğinin 10 (on) faizi miqdarında, yəni 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimə məbləğinin cavabdehdən tutulması təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi öz təsdiqini tapmışdır. Müqavilədə işlərin görülməsi faktının razılaşdırılmış qaydada təhviltəslim aktı ilə rəsmiləşdirilməsi müəyyən edilsə də, belə aktlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə üzrə işlərin icrası qrafikinə əsasən yuxarıda qeyd olunan bloklar üzrə işlərin icrasına başlama və bitmə tarixləri müəyyənləşdirilmişdir. İddiaçı işlərin iddia ərizəsində qeyd olunan müddətlərdə gecikmələrlə təhvil verildiyini iddia etmiş, cavabdeh işlərin həmin tarixlərdən daha əvvəl verilməsini bildirməmiş və daha əvvəl təhvil verilmə ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh gecikmənin iddiaçının təqsiri üzündən baş verdiyini bildirmişdir. Lakin müqavilə ilə podratçının 3.3.2-ci bəndə əsasən sifarişçidən işlərin yerinə yetirilməsi üçün öncədən razılaşdırılmış mal materialı, məlumatları, işlərin icrası üçün sahəni və digər hazırkı müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasını tələb etmək hüququ, eyni zamanda 3.4.13-cü bəndə əsasən podratçının sifarişçinin bu müqavilə və qüvvədə olan qanunvericiliyə uyğun göstərişlərinə və tapşırıqlarına əməl etmək və ya onların icrasının hər hansı səbəbdən mümkünsüz olması barədə əsaslı bildiriş vermək kimi öhdəliyi olduğu halda, qeyd edilən öhdəliklərin icrasının tələb edilməsi və ya əsaslı bildirişin verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən (müqavilənin 5.2-ci bəndi) iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimənin tutulmasını tələb etməkdə haqlıdır və ekspert rəyi də nəzərə alınaraq, 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqının cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/7893 saylı ekspert rəyi ilə müəyyən edilir ki, gecikdirilmiş müddət ərzində binadan köçürülən sakinlərə ödənilən kirayə haqlarının məbləği 236648 manat olmuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirilməsəydi, iddiaçı qeyd olunan məbləğdə kirayə haqları ödəmək məcburiyyətində qalmayacaqdı. Ona görə də məhkəmə gecikdirilmiş müddət ərzində sakinlərə ödənilən kirayə haqlarını iddiaçının zərəri kimi qiymətləndirir və belə qənaətə gəlir ki, ödənilmiş kirayə haqlarına görə 233361 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyində ödənilən kirayə haqlarının məbləği 236648 manat müəyyən edilsə də, tələb 233361 manat məbləğində kirayə haqqının tutulmasından ibarətdir). Məhkəmə iddia tələbini 480000 manat (həmin məbləğə sakinlərə kirayə haqqı kimi ödənilmiş 400000 manat əlavə vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (400000*7.5/100=30000) hesablanmış 30000 manat və bina vaxtında tikilib təhvil verilmədiyinə görə həmin binada mənzil alan sakinlərin mənzillərin dəyəri üzrə borclu qaldıqları ümumilikdə ******* manat vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (6000000*7.5/100=450000) hesablanmış 450000 manat (450000+30000=480000) daxil edilmişdir) əldən çixmiş faydanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddədə nəzərdə tutduğu digər maddi zərər forması - əldən çıxmış fayda, ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən, əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər, pul miqdarının və ya digər əmlakın real əldə edilməsini mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən İddiaçı MTK-nin onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, mənzil alan sakinlərin mənzillərin dəyərini vaxtında yaxud tez ya gec ödəyəcəkləri də müəyyən edilmir. Ona görə də iddia tələbi 480000 min manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin cavabdehdən tutulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı 100000 manat məbləğində işgüzar nüfuza dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin həmin hissə ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə iddia həmin hissədə də rədd olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsi İddiaçındən, 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsi isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 01 mart 2019-cu il tarixli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimə, zərər olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqı, cəmi 687151 (altı yüz səksən yeddi min yüz əlli bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsi İddiaçındən, 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsi isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-59/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-59/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver