Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-592/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2021-ci il tarixli podrat müqaviləsi üzrə podratçı Cavabdeh MMC tərəfindən 300 Ch lisenziyasının tam quraşdırılmasının təmin edilməsi və həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 164,53 manat dövlət rüsumunun məbləğinin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "İrely” MMC arasında 06 dekabr 2021-ci il tarixində **********6 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Prokon “Sifarişçi”, İrely isə “Podratçı” qismində çıxış edirlər. Müqavilənin 1-ci maddəsinə əsasən İrely, Prokonun tapşırığına əsasən həmin müqaviləyə əlavə edilmiş 01, 02, 03, və 04 saylı əlavələrə uyğun olaraq həmin müqavilənin Xüsusi Şərtlərinin 3-cü hissəsində göstərilmiş İşləri icra etməyi, Prokon isə İrely-yə həmin Müqavilənin üsusi Şərtlərinin 5-ci bölməsində öz əksini tapan şərtlər əsasında Muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsi, Qiymətlərin razılaşdırılması protokolundakı iş həcmləri cədvəlinin 13-cü bəndi İrely rəfindən yarımçıq icra olunmuşdur. Belə ki, müqavilənin 1 saylı Əlavəsinin 13-cü bəndinə əsasən, İrely, “X3” binasının (bundan sonra ina”) kamera sistemi üçün nəzərdə tutulan “HikCentral-VSS-Base/HW/300Ch” (bundan sonra “300Ch”) lisenziyasını quraşdırmalı idi. Susmaya örə İrely 16Ch lisenziyasını quraşdırmışdır. Bu isə müqavilə üzrə binada quraşdırılmış bütün kameraların idarə edilməsinə imkan yaratmır. Müqavilənin 3.2.2-ci maddəsinə əsasən, Sifarişçi, Natamam İş görüldüyü halda Podratçıdan Sifarişçinin öz seçimi ilə İşlərin aparılma ymətinin mütənasib surətdə azaldılması və ya İşlərin 5 (beş) təqvim günü müddətində tamamlanmasını tələb edə bilər. Prokon tərəfindən İrely-ya 5.02.2024-cü il tarixində “PN-L-OUT-1300” nömrəli “Müqavilə öhdəliklərinin icra edilməsi barədə” məktub və xx.xx.2024-cü il tarixində pretenziya nvanlanaraq xahiş edilmişdir ki, düzgün quraşdırılmamış lisenziyanın müqavilə üzrə tələb edilən lisenziya ilə əvəz edilsin. Hazırki tarixə qədər müqavilə üzrə tələb edilən lisenziya quraşdırılmamışdır. 300 Ch lisenziyanın quraşdırılmasının haqqı Prokon tərəfindən İrely-ya ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında xx.xx.2021-ci il tarixində podrat müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 3-cü bəndinə əsasən podratçı CCTV kameralarının təchizatı və quraşdırılması işlərini həyata keçirməyi öhdəsinə götürmüşdür.
11. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ümumi qiyməti ƏDV xaric 268.165,30 manat müəyyən olunmuşdur.
12. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər xidmətlərin adı, miqdarı, ölçü vahidi, avadanlığın qimyəti, quraşdırma vahidinin qiyməti, ümumi məbləğ barədə X2 təsdiq etmişlər.
13. Müqaviləyə 2 nömrəli Əlavə ilə tərəflər işlərin podratçı tərəfindən 06 dekabr 2021-ci il tarixdən başlayacağı və 100 təqvim günü ərzində bitməsinin planlaşdırılması barəsində razılığa gəlmişlər.
14. Müqavilə və ona Əlavələr tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.
16. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə “HikCentral-VSS- Base/HW/300Ch” lisenziyasının quraşdırılmaması səbəbindən həmin işin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
17. Hazırki mübahisənin həlli baxımından müəyyən edilməli məqam tərəflər arasında bağlanılan podrat müqavilə üzrə iddiaçının görülməsini təəlb etdiyi iş cavabdeh tərəfindən icra edilib-edilməməsidir.
18. İş materiallarına əlavə edilmiş X1 13-cü bəndində “HikCentral-VSS- Base/HW/300Ch” lisenziyasının quraşdırılması işinin dəyəri 24.843,76 manat məbləğində müəyyən edilmişdir.
19. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 5/98 saylı xx.xx.2025-ci il tarixli rəyə əsasən “HikCentral-VSS-Base/HW/300Ch” lisenziyasının tam quraşdırılmadığı müəyyən olunmuşdur.
20. Göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə ona pul ödənilsə də, öhdəliyi tam icra etməmişdir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 06 dekabr 2021-ci il tarixili 11**********6 saylı Podrat müqaviləsi üzrə 300 Ch lisenziyasının tam quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,53 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə kompyuter-texniki ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 06 dekabr 2021-ci il tarixili 11**********6 saylı Podrat müqaviləsi üzrə 300 Ch lisenziyasının tam quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 (bir yüz altmış dörd) manat, 53 (əlli üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov