Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5926/2024 06.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Kreditor Bank "xxxx" ASC-nin Borclu MMC-yə qarşı daşınar əmlakların sahibliyə verilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC ilə Borclu MMC arasında xx.xx.2019-cu il tarixdə BKXMG-00015-00/19U/1 saylı və SKMFMG-00001-00/19A/1 saylı xx.xx.2019-cu il tarixli girov müqavilələri əsasında mülkiyyət hüququ üzrə Borclu MMC-yə məxsus olan (siyahı əlavədə qeyd olunub) daşınar əmlakların Bank BTB ASC-nin sahibliyinə verilməsi barədə qərar qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə əmr icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Yuxarda qeyd olunan mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi hazırkı ərizədə nəzərdə tutulan tələbin əmr icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 279.1c-i maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Bank "xxxx" ASC-nin Borclu MMC-yə qarşı daşınar əmlakların sahibliyə verilməsi barədə məhkəmə əmrinin verilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizə verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu kreditora geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5926/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5926/2024
06.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver