Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6006/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-yə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, qeydin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ipotekaya xitam verilməsi: əsas öhdəliyə xitam verildikdə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, qeydin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra LPO QSC "xxxx" KB) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı, cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və ünvan 1 ünvanındakı 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyünə xitam verilməsinə razılıq verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı, cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehlə "xxxx" MMC arasında bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə müvafiq olaraq cavabdeh borcalana 24 ay müddətinə bağlanılmış müqavilələr çərçivəsində təmir-tikinti işlərinin aparılması, avadanlıqların, xammalın və materialların alınması üçün kreditdən istifadəyə görə illik 16 faiz ödənməsi şərtilə 300 000 manat məbləğində kredit verməyi və borcalan kreditdən istifadəyə görə faizləri xx.xx.2008-ci il tarixindən başlayaraq hər ayın 04-dən gec olmayaraq, iş günün sonuna kimi cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan mülkiyyətində olan ünvan 1 ünvanda 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. 2.2. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən ipoteka qoyan ipoteka ilə təmin edilən öhdəliyin tam şəkildə icra olunduğu təqdirdə ipoteka saxlayandan ipotekanın xitamına dair müvafiq qeydiyyat orqanına məlumat verilməsi üçün zəruri olan tədbirlərin görülməsini tələb etmək hüququna malikdir. Həmin müqavilənin qüvvədə olma məsələlərini tənzimləyən 7.1-ci bəndinə əsasən, bu müqavilə notarial qaydada təsdiq olunduqdan və ipoteka daşınmaz əmlakın dövlət reyestrində müvafiq dövlət orqanı tərəfindən qeydiyyatına alındığı andan qüvvəyə minir, 7.2-ci bəndinə əsasən bu müqavilə borcalanın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir, 7.3-cü bəndinə əsasən, bu müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam edilə bilər. Bu müqaviləyə xitam edilməsindən sonra ipoteka saxlayan qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ipotekaya xitam edilməsi ilə bağlı ərizə ilə müvafiq dövlət orqanına müraciət etməlidir. 2.3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2009-cu il tarixli 2(001) 3698/2009 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 299 610,3 manat məbləğində pulun, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə cəmi 805 359,9 manat məbləğində pulun tutularaq tələbkar QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi, tutmanın ünvan 1 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahədən ibarət 3 otaqlı, 89 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və boşaldılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli qərar ilə QSC "xxxx" KB-nin xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3698/2009 nömrəli iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi icra edildiyindən həmin iş üzrə icraata xitam verilmiş və icra işi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin tarixdən də kredit müqaviləsi üzrə əsas öhdəliklər tam yerinə yetirildiyindən ipoteka müqaviləsi tam olaraq qüvvədən düşmüşdür. 2.4. Şərh olunanlara əsasən, xx.xx.2007-ci il tarixli ********** saylı və xx.xx.2008ci il tarixli ********** saylı kredit müqavilələri üzrə iddiaçının bank və onun ləğvedicisi qarşısında hər hansı bir öhdəliyi qalmadığından sözügedən əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Bununla bağlı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Binəqədi Rayon İcra Şöbəsinə və iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/211733/2025 saylı məktubu ilə sözügedən əmlakın cavabdehin xeyrinə ipoteka ilə yüklülüyünün mövcud olduğu bildirilmişdir. Cavabdehə ünvanlanan xx.xx.2025-ci il tarixli əmlak kompleksinin ipoteka qeydiyyatının ləğv edilməsinə yazılı razılıq verilməsi barədə müraciətə xx.xx.2025-ci il tarixli 12-5/2-N- 2096-21 5957/2025 saylı məktubla cavab verilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)-3698/2009 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Halbuki yuxarıda qeyd olunan ipoteka müqaviləsindən və eləcə də məhkəmə qərarlarından da göründüyü kimi, əsas kredit müqavilələri üzrə əsas öhdəliklər icra edildiyindən ipotekaya xitam verilmişdir və bu səbəbdən ipoteka yüklülüyünə xitam verilməsinə razılıq verməli olduğu halda, cavabdeh bundan əsassız şəkildə imtina edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 48-ci və s. maddələrinə istinad edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)- 3376/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddiaçı, cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin ləğv edilməsi və ünvan 1 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.mr ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddiaçı, cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xitam verilməsi və ünvan 1 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.mr ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddiaçı, cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və ünvan 1 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.mr ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi barədə ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahlar verdilər və iddianın təmin edilməsini xahiş etdilər.
10. Cavabdehin nümayəndələri X6 və X1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, cavabdehin sistemində iddiaçı tərəfindən borcların tam həcmdə ödənilmədiyi görünür. Bu səbəbdən ipotekaya xitam verilməsi mümkün deyildir. İcra məmurunun icraata xitam verilməsi barədə qərarından məhkəməyə şikayət verilsə də, müddətin ötürülməsi səbəbindən şikayət təmin edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbinə dair
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halların ondan ibarətdir ki, iddiaçı (ipoteka qoyan qismində), cavabdeh (ipoteka saxlayan qismində) və "xxxx" MMC (borcalan qismində) arasında bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə bağlanılmış müqavilələr çərçivəsində təmir-tikinti işlərinin aparılması, avadanlıqların, xammalın və materialların alınması üçün kreditdən istifadəyə görə illik 16 faiz ödəməsi şərtilə 300 000 manat məbləğində kredit üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında 0,57311 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında 0,57311 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 04 dekabr 2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.
15. İddiaçı əsas öhdəliyi xitam verildiyindən ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsini tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək əsas öhdəliyin tam icra edilmədiyini bildirir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir.
19. Hazırda müəyyən edilməli hal isə əsas öhdəliyə, yəni xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilib-verilmədiyidir.
20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2009-cu il tarixli 2(001)- 3698/2009 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 299610,3 manat məbləğində pulun, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 805359,9 manat məbləğində pulun tutularaq tələbkar "xxxx" KB QSCnin xeyrinə ödənilməsi, tutmanın ünvan 4 ünvanında olan 0,57311 ha. torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı, 89 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və boşaldılması qərara alınmışdır.
21. Həmin icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən icra sənədində göstərilən tələbin tam təmin olunması əsası ilə 21 dekabr 2018-ci il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir.
22. Qeyd edilən qərarın mübahisələndirilməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 8-2(103)-275/2024 nömrəli qərarında göstərilmişdir ki, tələbkar "xxxx" KB QSC icra məmurunun qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürüb. İcra məmurunun qərarı xx.xx.2018-ci ildə qəbul edilib, şikayət isə 4 il 2 ay sonra - xx.xx.2024-cü ildə verilib. Tələbkar bildirir ki, icra məmurunun qərarını xx.xx.2024-cü ildə imza etməklə alıb, ona görə də şikayətvermə müddəti keçməyib. Lakin müəyyən olunur ki, həmin qərardan tələbkarın daha əvvəl məlumatı olub. Belə ki, "xxxx" KB QSC-nin tərəf olduğu mülki iş üzrə Ali Məhkəmənin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(102)-2416/2021 nömrəli qərarda icra məmurunun qərarı barədə məlumatlar qeyd olunub. O cümlədən icra məmurunun qərarı həmin mülki işin materiallarına əlavə edilib. Tələbkar "xxxx" KB QSC bu mülki işdə tərəf olduğuna görə iş materialları ilə tanış olub və iş üzrə məhkəmə aktlarını alıb. Xüsusilə qeyd olunmalıdır ki, bu mülki iş üzrə icraat "xxxx" KB QSC-nin xx.xx.2019-cu il tarixli iddiası əsasında başlanıb və bu iddia icra məmurunun qərarının aid olduğu icra işi ilə əlaqəli olub. Bu isə onu təsdiq edir ki, "xxxx" KB QSC-nin icra məmurunun qərarı barədə xx.xx.2019-cu ildən məlumatı olub. Həmin mülki işə 1 dəfə birinci instansiya məhkəməsində, 2 dəfə apellyasiya instansiya məhkəməsində, 2 dəfə isə kassasiya instansiyası məhkəməsində baxılıb və nəhayət xx.xx.2021-ci ildə Ali Məhkəmə tərəfindən son qərar qəbul edilib. Ali Məhkəmənin qərarının məzmununda aydın şəkildə qeyd olunub: “Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, icra sənədində göstərilən tələb tam təmin olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir”. Bu isə onu təsdiq edir ki, "xxxx" KB QSC-nin icra məmurunun qərarından ən azı xx.xx.2021-ci ildə məlumatı olub. Buna baxmayaraq bank icra məmurunun qərarından şikayəti həmin tarixdən 3 ilə yaxın vaxt keçdikdən sonra xx.xx.2024-cü ildə verib. Bundan başqa, "xxxx" KB QSC kredit sahəsində ixtisaslaşmış təşkilatdır, icra sənədinin icrasına nəzarət edən struktur bölməsi və əməkdaşları var. Ağlabatan deyil, bankın xeyrinə pul tutulması barədə icra sənədi üzrə icraata xitam verilsin, bankın isə 4 ildən artıq müddətdə bundan məlumatı olmasın.
23. Göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından cavabdeh məlumatlı olduğu halda, uzun müddət şikayət verməmiş, yalnız 3 ilə yaxın vaxt keçdikdən sonra - xx.xx.2024-cü ildə sonuncu tərəfindən şikayət verilmiş, həmin şikayət isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən geri qaytarılmışdır.
24. Digər tərəfdən, iş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC, İddiaçı və X5 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqavilədən görünür ki, müxtəlif tarixlərdə "xxxx" MMC, İddiaçı və X2 ilə bağlanmış, o cümlədən hazırki iddianın əsası kimi istinad olunan ipoteka müqaviləsi üzrə təminat verilən xx.xx.2007-ci il tarixli, ********** nömrəli müqavilə də daxil olmaqla kredit müqavilələrinə əsasən yaranmış 5107421,51 manat, əlavə olaraq 20123135 manat və 331500 ABŞ dolları olmaqla ümumilikdə 7130556,51 manat və 331500 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC hissə-hissə 19 fevral 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
25. Həmin müqavilədə 8 kredit müqaviləsi üzrə cəmi borclar öz əksini tapmış, müqavilə üzrə borcların 19 fevral 2018-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır.
26. Bununla yanaşı, cavabdeh, "xxxx" MMC-nin hansı müqavilə üzrə nə qədər borcunun qaldığını, daha dəqiq, xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə nə qədər borcu qaldığını da göstərə bilməmiş, sadəcə ödənişlərin digər müqavilələr üzrə silindiyini bildirmişdir. Qeyd olunan halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən 16 noyabr 2009-cu il tarixli 2(001)- 3698/2009 saylı icra sənədinin icra olunması ilə bağlı icra işinin materialları Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən sorğulanmış, məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 17/68-442 nömrəli cavab məktubuna əsasən icra sənədinin İcra şöbəsinin icraatında mövcud olmadığı və Şöbənin arxivində aşkar edilmədiyi qeyd olunmuşdur.
27. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmiş, əsas öhdəliyin xitamı bu əsaslardan biri kimi təsbit edilmişdir.
28. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
29. Hazırkı iş üzrə isə icra sənədi üzrə icraata icra sənədində göstərilən tələbin ödənilməsi əsası ilə xitam verilməsi, cavabdehin həmin sənədə, məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə hər hansı etiraz irəli sürməməsi və 19 fevral 2015-ci il tarixli müqavilənin şərtləri nəzərə alındığında əsas öhdəliyə xitam veriliyi qənaətinə gəlinir.
30. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, digər ipoteka müqavilələri və xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsindən başqa kredit müqavilələri üzrə borcun mövcud olub-olmaması hazırkı işin baxış predmetinə daxil deyildir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı, QSC "xxxx" Kommersiya Bankı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə ünvan 4 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m. ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyünə xitam verilməli və həmin əmlak barədə ipoteka yüklülüyünə dair qeyd ləğv edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. İddia tələbinin təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat pul cavabdeh LPO QSC "xxxx" KB-dən tutularaq İddiaçın ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı, QSC "xxxx" Kommersiya Bankı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə ünvan 4 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m. ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyünə xitam verilsin və həmin əmlak barədə ipoteka yüklülüyünə dair qeyd ləğv edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova