Məhkəmə qərarları › İş №e-2-2(113)-6083/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6083/2024

15.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6083/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Kreditor Borclunə qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə verdiyi ərizəni nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/MT/015/2024-0170/02 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş, ödənilməmiş 3609 manat əsas, 650 manat ƏDV olmaqla, cəmi 4259 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün əvvəlcədən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədə Kreditor MMC ilə Borclu MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad olunur və həmin müqavilə üzrə öhdəliklərin Borclu MMC tərəfindən icra edilmədiyi iddia olunur. Müqavilə üzrə olan öhdəliklər yerinə yetirilmədiyi üçün Kreditor MMC tərəfindən Bakı 15 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya prosesi keçirilmiş və nəticədə MŞB/MT/015/2024-0170/02 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsi ilə müəyyən edilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 279.2.1-ci maddəsinə əsasən verilmiş tələbin bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmaması ərizənin qəbul edilməsindən imtina üçün əsasdır. 279.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun tələbi xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsaslanır. Məhkəməyə həmin müqavilə təqdim edilməyib. İddia ərizəsinə MŞB/MT/015/2024-0170/02 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi əlavə olunmuşdur. Bununla bağlı iddiaçının diqqətinə çatdırılır ki, qanunvericilik normalarına əsasən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Kreditor Borclunə qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar