Məhkəmə qərarları › İş №e-2-2(113)-6093/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6093/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6093/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul və digər tələblərinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24019,41 manat əsas, 4072,89 manat faiz borcunun, cəmi 28092,3 manat borcun və tərəfimizdən ödənilmiş 200 manat dövlət rüsumunun tutulmasını, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh1 məxsus olan Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-6033 nömrəli qərardadla ərizəni geri qaytararkən İddiaçı ASC-nin diqqətinə çatdırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüş və yenidən məhkəməyə müraciət etmək üçün ölmüş Cavabdeh1 hüquqi varisi müəyyən edilməlidir. Lakin İddiaçı ASC ölmüş Cavabdeh1 hüquqi varisliyi müəyyən edilmədən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə iddianın yolverilməzliyinə görə (məhkəmədə baxılma deyil) iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul və digər tələblərinə dair iddia ərizəsinin qəbul edilməsindən məhkəmədə baxılmaması əsası ilə imtina edilsin. İddiaçı ASC -yə izah edilsin ki, ölmüş Cavabdeh1 hüquqi varisi müəyyən edildikdən sonra yenidən məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar