Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-62/2024 07.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh və nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliklərin yerinə yetirilməsi tələbi ilə bağlı ilkin iddia və iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbi ilə bağlı qarşılıqlı iddia tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi xx.xx.2016-cı il tarixdə (VÖEN - **********) ünvan 2 ünvanında dövlət qeydiyyatına alınmışdır və halhazırda qanuni təmsilçisi X1r. Cavabdehlə aramızda xx.xx.2019-cu il tarixli “podrat müqaviləsi” imzalanmışdır, müqavilənin şərtlərinə əsasən cavabdeh (müqavilə üzrə podratçı) iddiaçı tərəfindən inşası planlaşdırılan hündürmərtəbəli yaşayış binalarında öz işçi heyyəti ilə birlikdə dam örtüyünün vuruması ilə bağlı işlərin görülməsini öhdəsinə götürür, iddiaçı (müqavilə üzrə sifarişçi) isə cavabdehlə razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür (əlavə edilir). Qeyd edilən müqavilənin icra edilməsi ilə əlaqədar cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 174 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda iddiaçı tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb etdiyi işçi qüvvəsi ilə birlikdə başlamışdır. Qeyd edilən yaşayış binası 4 blokludur və binanın dam örtüyü üçün 45 ədəd havalandırma bacalarının dəmir künclüklərlə gücləndirilməsi, 205 paqon metr təşkil edən parapet üçün dəmir barmaqlıqların hasarlanması və quraşdırılması, 854 m2 təşkil edən günbəzlərin düzəldilməsi və quraşdırılması, mansard mərtəbənin 648 m2 təşkil edən yan örtüyünün və 2000 m2 təşkil edən dam örtüyünün vurulması nəzərdə tutulmuşdur. Binanın dam örtüyü üçün nəzərdə tutulmuş işlərin görülməsinə xx.xx.2019-cu il tarixdə başlamaqla nəzərdə tutulmuş işlər bu günə kimi hələdə cavabdeh tərəfindən başa çatdırılmır. Yuxarıda qeyd olunan müqavilənin 2.2.3-cü bəndinin tələbinə əsasən görülən işdə hər hansı bir güsur aşkar edilərsə, cavabdeh öz işçi qüvvəsi və maliyyə vəsaiti hesabina qüsuru aradan qaldırmalıdır. Bununla bağlı cavabdehin gördüyü işlərə cavabdehin özünün iştirakı ilə baxış keçirilərək, xx.xx.2021-ci il tarixli qüsur aktı tərtib edilmiş və cavabdeh qeyd edilən aktı imzası ilə təsdiq etmişdir (əlavə edilir). Bundan sonra cavabdeh iddiaçıya müraciət edərək, aktda qeyd edilən qüsurların aradan qaldırdığını bildirərək gördüyü işləri iddiaçının nümayəndəsinə təhvil verməyi təklif etmişdir. Görülən işlərə iddiaçının mütəxəsisləri tərəfindən keçirilmiş növbəti baxış zamanı yenidən qüsurlar müəyyən edildi, bununla bağlı cavabdehin iştirakı ilə xx.xx.2021-ci il tarixli qüsur aktı tərtib edildi, cavabdeh aktda qeyd edilən bütün qüsurların mövcud olmasını qəbul edərək, qüsurların aprel ayının 29-na qədər qeyri-şərtsiz olaraq aradan qaldıracağını öhdəsinə götürək, aktı imzaladı (əlavə edilir). Lakin xx.xx.2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən olundu ki, qüsurlar aradan qaldırılmamışdır, bununla bağlı tərtib edilmiş aktı cavabdeh imza etməkdən imtina etdi (aktın sürəti əlavə edilir). Bundan başqa müqavilənin 2.2.12-ci bəndinin tələbinə görə cavabdeh sifarişçinin tələblərinə uyğun olaraq üçüncü şəxslər ilə bağlanmış təchizat müqavilələri, aparılmış ödəmələr, həmçinin yerinə yetirilmiş işlər üzrə ödəmələr haqqında sifarişçiyə məlumat verməlidir. Lakin cavabdeh müqavilənin bu bəndinin də tələbini pozaraq, sifarişçiyə qeyd edilən məlumatları təqdim etmir, nəticədə iddiaçı mal-materiallara xərclənmiş vəsaitlər barədə məlumat ala bilmir. Eyni zamanda müqavilənin 2.2.17-ci bəndinin tələbinə görə podratçı (cavabdeh) zəmanət verir ki, işlərin yerinə yetirilməsi üçün mövcud qanunvericiliyə əsasən tələb olunan bütün sənədlərə, o cümlədən müvafiq icazə, lisenziyaya malikdir və podratçı sifarişçini bu bəndin pozulması nəticəsində vurulmuş bütün cərimələri və vurulmuş ziyanın əvəzini ödəməyi öz öhdəsinə götürür. Bundan başqa müqavilənin 3.1-ci bəndinə görə podratçı (cavabdeh) hər ayın sonunda öz mülahizəsinə əsasən, görülmüş işlərin müqabilində sifarişçi (iddiaçı) tərəfindən ödənilməli olan məbləği təfsilatı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə sifarişçiyə təqdim edir. Cavabdeh ümumi hesabla iddiaçıdan 141124 manat pul almaqla, həmin pulun 59610 manatını mal-materialların alınmasına, 58250 manatı isə özünün cəlb etdiyi işçilərə əmək haqqı verdiyini bildirir. X2 Bakı ərazi idarəsindən və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş idarəsindən iddiaçının ünvanına daxil olmuş şikayət ərizəsinin sürətindən müəyyən olunur ki, cavabdeh işçilərinə əmək haqqı ödəmədiyi və yaxud borclu olduğu təqdirdə, onları iddiaçı barəsində şikayət ərizəsini imzalamağa sövq edib. Belə ki, ərizədə adı qeyd edilən Raqib adlı şəxslə aparılmış danışıqlardan müəyyən olunmuşdur ki, cavabdeh işçilərinə bildirmişdir ki, guya iddiaçı görülmüş işlərin pulunu ödəmir və məhz bu səbəbdən cavabdeh işçilərinin pulunu ödəyə bilmir, nəticədə işçilər xx.xx.2021-ci il tarixli şikayət ərizəsi ilə bütün icra hakimiyyəti orqanlarına, həmçinin ölkə Başçısına şikayət ərizələri göndərərək, iddiaçı tərəfindən əmək, vergi və digər qanunvericiliklərin pozulmasını, o cümlədən yaşayış binasının dam örtüyünün vurulmasına görə iddiaçının işçılərə 50000 manat borcun olmasını bildirirlər (əlavə edilir). Nəticədə iddiaçı Əmək Müffətişliyinin Bakı ərazi idarəsinin və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş idarəsinin sorğularına cavab olaraq bildirdi ki, şikayət ərizəsində adları qeyd olunan şəxslərdən 6 nəfərlə rəsmi əmək müqavilələri əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşaası həyata keçirilən çoxmərtəbəli yaşayış binalarında dam örtüklərinin vurulması işlərinə cəlb edilmiş və öz ərizələri əsasında da işdən azad olunmuşlar, işlədikləri dövr üçün onlara hesablanmış aylıq əmək haqqı məbləğləri onlara məxsus əmək haqqı kartlarına "xxxx" ASC-nin internet bankinq xidməti vasitəsi ilə müvafiq qaydada köçürülmüşdür, şikayət ərizəsində adları qeyd olunan digər şəxslər barəsində isə "xxxx" Mənzil Tikinti Kooperativində heç bir məlumat yoxdur və onlarla MTK arasında hər hansı formada rəsmi əmək münasibətləri yaranmamışdır, bizdə olan məlumata görə adları şikayət ərizəsində qeyd olunan digər şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsi əsasında dam örtüklərinin vurulması işləri ilə əlaqədar olaraq Cavabdeh tərəfindən cəlb edilmişlər. Nəticə etibarı ilə açıq aşkar görünür ki, cavabdeh imzaladığı xx.xx.2019-cu il tarixli “podrat müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, xx.xx.2021-ci tarixli qüsur aktında qeyd edilən qüsurları aradan qaldırmır, nəticədə iddiaçı üçüncü şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir, cavabdeh hər dəfə bir bəhanə gətitərək, yaxın müddət ərzində bütün öhdəlikləri icra edəcəyini bildirir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçındən ödənilməli olduğu 50450 manat məbləğində pulun və 241,35 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilk İddiaçı mənə qarşı “öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2019-cu il tarixli “podrat” müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı tərəfindən inşa olunan hündürmərtəbəli, çox mənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçınə təhvil verilməsi öhdəliyinin mənim üzərimə qoyulması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini aramızda imzalanmış xx.xx.2019-cu il tarixli “podrat müqaviləsi”nin 2.2.3-cü bəndinin tələbinin pozulmasını əsas gətirərək tərəfimizdən görülmüş işlərdə qüsurların aşkarlanmasını və həmin qüsurların öz işçi qüvvəmiz və maliyyə vəsaitimiz hesabına aradan qaldırılmasını təmin etməyimizi tələb etmişdir. Nəzərinizə çatdırıram ki, cavabdeh tərəfin görülmüş işlərdə qüsur hesab etdiyi bütün çatışmamazlıqlar tərəfimizdən tam şəkildə aradan qaldırılmış, lakin cavabdeh tərəf görülən işlərə görə bizə ödənilməli olan 50450 manat məbləğində pul borcunu uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə müraciətlər edilsə də, bu günədək ödənilməmiş və aramızda bağlanmış podrat müqaviləsinin şərtlərinə əməl edilməmişdir. Cavabdehin məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi müqavilə öhdəliyini yerinə yetirməmək üçün bəhanədir və məsuliyyətdən yayınmaqla qanunsuz əməllərini pərdələmək məqsədi daşıyır. Cavabdeh tərəfindən mənə və birgə işlədiymiz işçi qrupuna qarşı ödəməli olduğu pul məbləğini ödəmədiyi üçün Əmək Müfəttişliyinin Bakı Ərazi İdarəsinə və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həmçinin hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi ilə müraciət etsək də, bu günə qədər cavabdeh pulumuzu ödəməkdən imtina edir və bundan yayınmaq üçün əsasız tələblə məhkəməyə müraciət etməklə məsuliyyətdən boyun qaçırmağa çalışır. Mən məcburiyyət qarşısında qaldığımdan özümə məxsus avtomobilimi də satıb öz vəsaitim hesabına işə cəlb etdiyim işçi qrupuna ödənilməli olan pul məbləğini onlara ödədim. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh dam örtüyünün quraşdırılması işlərini bitirəndən sonra, aşkar edilmiş nöqsanlarla bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və podratçı sözügedən aktı imzalayaraq həmin nöqsanların aradan qaldırılması üçün 20 gün vaxt istəmiş, lakin xx.xx.2021-ci il tarixdə aparılmış yoxlama vaxtı “şaxtaların qırağ dəmirlərinin antipasla rənglənməsi və yapıştırıcı ilə yapışdırılması və sair” nöqsanlar aradan qaldırılmadığına görə həmin tarixdə yeni akt tərtib edilmiş və Cavabdeh sözügedən aktı imzalayaraq həmin nöqsanların aradan qaldırılması üçün 10 gün vaxt istəsə də, xx.xx.2021-ci il tarixli aktda göstərilən nöqsanların çox bir qismi aradan qaldırılmadığına görə xx.xx.2021-ci il tarixdə yeni akt tərtib edilmiş podradçı həmin aktı imzalamağdan imtina etmiş və qüsurlar aradan qaldırılmadığına görə yağıntılı hava şəraitində çoxlu fəsadların yaranmasını nəzərə alaraq tələbin təmin edilməsini, həmçinin Cavabdeh görülən işlərin müqabilində, müqavilənin 2.2.23-cü bəndinə əsasən 1 m2 görə 10 manat olmaqla ödənişlərin aparıldığını nəzərə alaraq, qarşlılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi, Vəkil1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdirlər ki, dam örtrüyünün quraşdırılması ilə bağlı təxminən 3500 m2 sahədə işlər görülsə də, sifarişçi 2200 m2 sahədə işin görülməsini hesablamış və yekunda tərəflər 2200 m2 sahədə işin görülməsi ilə şifahi razılığa gəlmişlər, sifarişçi ödənilməli olan təxminən 120000 manat məbləğində vəsaitin əvəzinə təxminən 60000 manat pul ödəmiş 50450 manat məbləğində pulun ödənilmədiyini nəzərə alaraq qarşılıqlı tələbin təmin edilməsini, həmçinin dam örtüyündə heç bir qusurların olmadığını nəzərə alaraq, ilkin iddianın rədd edilməsini xahiş etmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Cavabdeh sifarişçi tərəfindən inşası planlaşdırılan hündürmərtəbəli yaşayış binalarında öz işçi heyəti ilə birlikdə dam örtüyü vurulması ilə bağlı işlərin görülməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5936 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, 1-ci sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyündə qüsurların mövcud olduğunu, o cümlədən tədqiq olunan binanın dam örtüyündə quraşdırılmış şiferlərin birləşmə hissələrində bağlantıların düzgün oturdulmadığını, yağış sularının axması üçün vurulmuş novların maililiyinin kanalizasiya boruları istiqamətində olmadığını, atmosfer çöküntülərinin novların üzərində yığılıb qaldığını, dam örtüyündən axan sular üçün nəzərdə tutulmuş boruların kanalizasiya borularına birləşdirilmədiyini, mansard mərtəbəsində və lift motorunun yerləşdiyi mərtəbələrdə divarlarda və tavanda su axma ləkələrinin olduğunu nəzərə alaraq tədqiq olunan binanın dam örtüyünün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun quraşdırılmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında quraşdırılmış konstruksiyalar və vurulmuş dam örtükləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun olmadığından həmin dam örtüyünün yaşayış binasının təsdiq olunmuş tikinti layihəsinə uyğun olmadığı müəyyən edilmişdir. 3-cü sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında quraşdırılmış konstruksiyalar və vurulmuş dam örtüklərində istifadə olunmuş malmaterialın tələb olunan keyfiyyət standartlarına uyğun olub-olmamasının müəyyən edilməsi Mühəndis-texniki ekspertizalarının həll etdiyi məsələlər dairəsinə aid olmadığından üçüncü sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. 4-cü sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə qüsurların mövcud olduğu, həmin qüsurların da təmirtikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması nəticəsində yarandığı müəyyən edilmişdir. 5-ci sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə və mansardın konstruktiv elementləri üzərində su sızma ləkələrinin mövcud olduğu, həmin qüsurların da təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması nəticəsində yarandığı müəyyən edilmişdir. 6-cı sual üzrə ünvan 6 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında dam örtüyündə əyilmələrin mövcud olduğu müəyyən edilmişdir. Bina istismar olunduğundan həmin əyilmələrin səbəbini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aşağıdakı imza edənlər İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilən “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhraman Rəhimov, sahə rəisi İlqar rəhimov, iş icraçııs Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”nə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edirik ona görə ki, yaşayış binasının A,B,C və D bloklarının dam örtüklərinin Cavabdeh tərəfindən vurulması ilə bağlı işlərdə aradan qaldırılması mümkün hesab edilən nöqsanlar aşkar edilmişdir. Həmçinin razılığa gəlirik ki, aşkar edilmiş nöqsanların tam aradan qaldırılması 20 gün ərzində Cavabdeh tərəfindən təmin ediləcəkdir. Nöqsanların mövcud olmasını təsdiq edən fotoşəkillər bu akta əlavə edilərək aktın tərkib hissəsi hesab edilir. Aktın doğruluğunu imzalarımızla təsdiq edirik. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aşağıdakı imza edənlər İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilən “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhraman Rəhimov, sahə rəisi İlqar rəhimov, iş icraçısı Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”nə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edərək bildiririk ki, yaşayış binasının A,B,C və D bloklarının dam örtüklərinin Cavabdeh tərəfindən vurulması ilə bağlı işlərdə aradan qaldırılması mümkün hesab edilən nöqsanlar, o cümlədən şaxtaların qırağ dəmirlərinin antipasla rənglənməsi və yapıştırıcı ilə yapışdırılması, “D” blokunun 156 kvm təşkil edən mənzilin mətbəx şaxtasının çıxış hissəsində dəmirin yenidən düzəlməsi, bütün novlarda meyilliyin olmaması, bütün qazanların böyüdülməsi və tam ortaya çəkilməsi, novlara bitişik şiferlərin ayaqlarının düz xətt üzrə kəsilməsi, bütün qazanların meyilliliyinin təmin edilməsi, mansard mərtəbənin yan tərəfinin temperatur tikişinin dəmirinin vurulması, mansard mərtəbənin kənarında olan novların üzlük daşı ilə birləşməsində 90 dərəcə dəmirlərin vurulması, daman yerlərin düzəldilməsi kimi nöqsanlar Cavabdeh tərəfindən aradan qaldırılmalıdır. Həmçinin razılığa gəlirik ki, aşkar edilmiş nöqsanların tam aradan qaldırılması 10 gün ərzində, 29 aprel 2021-ci il tarixədək Cavabdeh tərəfindən qeyrişərtsiz olaraq təmin ediləcəkdir. Aktın doğruluğunu imzalarımızla təsdiq edirik. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aşağıdakı imza edənlər İddiaçı MTK tərəfindən Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 1 ünvanda inşa edilən “X4” yaşayış binasının tikinti sahəsində kooperativin sədr müavini Qəhraman Rəhimov, sahə rəisi İlqar rəhimov, iş icraçısı Ali Şahbaz, keyfiyyətə nəzarət mühəndisi Fəxrəddin Rəhimov və İddiaçı MTK ilə imzalanmış xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”nə əsasən podratçı hesab edilən Cavabdeh bu qüsur aktını tərtib edərək bildiririk ki, xx.xx.2021-ci il tarixli qüsur aktında qeyd edilmiş qüsurlar, o cümləədn bütün novlarda meyilliliyin olmaması, bütün qazanların böyüdülməsi və tam oraya çəkilməsi, novlara bitişik şiferlərin ayaqlarının düz xətt üzrə kəsilməsi, bütün qazanların meyilliliyinin təmin edilməsi, mansard mərtəbənin kənarında olan novların üzlük daşı ilə birləşməsində 90 dərəcə dəmirlərin vurulması, daman yerlərin düzəldilməsi kimi nöqsanlar xx.xx.2021-ci il tarixə xx.xx.2021-ci il Cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Aktın doğruluğunu imzalarımızla təsdiq edirik. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmış, podradçı Cavabdeh ünvan 6 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması işlərini aparmış, lakin sifarişçi tərəfindən işlər qəbul edilərkən qüsurlar aşkar edilmiş və xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlarda dam örtüyündə olan nöqsanlar qeyd edilmiş, podradçı Cavabdeh həmin aktları imzalayarkən qüsurların mövcudluğu ilə razılaşmış, müvafiq olaraq 20 və 10 gün ərzində nöqsanların aradan götürülməsi üçün öhdəlik götürsə də, bunu etməmiş və nəticədə növbəti üçüncü xx.xx.2021-ci il tarixli qüsur aktı tərtib edilmişdir. Bununla yanaşı ünvan 6 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu və təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5936 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində də öz əksini tapmışdır. Göründüyü kimi, ünvan 6 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu həm qüsur aktları, həmdə ekspert rəyində öz əksini tapdığına görə məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir, belə ki, podratçı Cavabdeh görülən işlərin müqabilində təxminən 60000 manat deyil, 120000 manat məbləğində vəsaitin ödəniləcəyi barədə məhkəməyə heç sübut təqdim etməməklə yanaşı (təhvil-təslim, qiymətləndirmə və sair akt və qəbzlər), imzaladığı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlarinda hər hansı bir məbləğdə qalıq borcun qalması barədə heç bir qeyd aparmamış, bununla yanaşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 2.2.23-cü bəndinə əsasən hər 1 m2 görə 10 manat olmaqla ödənişlərin aparılması nəzərdə tutulmuş, podratçı istinad etdiyi kimi 3500 m2 sahədə işlərin görüldüyü təqdirdə ödəniləcək vəsait 35000 manat civarında olmalı idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilməsini nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi ilə bağlı çəkilmiş 100 manat məbləğində xərc Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların (xx.xx.2021 və xx.xx.2021ci il tarixli qüsur aktları) aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh İddiaçınə qarşı 50450 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 241,35 manat məbləğində pulun tutulması ilə bağlı qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların (xx.xx.2021 və xx.xx.2021ci il tarixli qüsur aktları) aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh İddiaçınə qarşı 50450 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 241,35 manat məbləğində pulun tutulması ilə bağlı qarşılıqlı iddia rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı çəkilmiş 100 manat məbləğində xərc Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-62/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-62/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver