Məhkəmə qərarları › İş №e-2-2(113)-6269/2024

Bakı Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(113)-6269/2024

20.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2-2(113)-6269/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, Kreditor Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclunə qarşı “girov predmetlərinin yüklülük sahibinin sahibliyinə verilməsi” barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - kreditor) məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Borclu (bundan sonra-borclu) arasında xx.xx.2019-cu il tarixdə BKXMG-00015-00/19U/1 saylı və SKMFMG-00001-00/19A saylı xx.xx.2019-cu il tarixli girov müqavilələri əsasında mülkiyyət hüququ üzrə Borclu MMC-yə məxsus olan daşınar əmlakların kreditorun sahibliyinə verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu MMC arasında xx.xx.2019-cu il tarixli SKMF-00001-00/19A saylı kredit müqaviləsi bağlanmışdır və Bank ******* (üç milyon beş yüz min) AZN məbləğində krediti illik 16 (on altı) faizlə 96 (doxsan altı) ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsinin həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2027-ci il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdeh Borclu MMC xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SKMFMG-00001-00/19A/1 saylı girov müqaviləsi bağlayaraq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ilə Borclu MMC-yə məxsus olan daşınar əmlaklar girov qoymuşdur. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMF-00001-00/19A saylı kredit müqaviləsinə xx.xx.20219-cu il tarixdə BKN-A0001-00/19U saylı Əlavə kredit müqaviləsi, xx.xx.2019-cu ildə SKMF- B0001-00/19A saylı Əlavə kredit müqaviləsi və xx.xx.2019-cu ildə SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Cavabdehin BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 373723.41 ABŞ dolları, faiz borcu 90274.93 ABŞ dolları, dəbbə pulu 18686.17 ABŞ dolları, cəmi 482684.51 ABŞ dolları təşkil edir. Cavabdehin SKMFB0001- 00/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği ******* manat, faiz borcu 123346.67 manat, dəbbə pulu 52000 manat, cəmi 1166805.61 manat təşkil edir. Cavabdehin SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği ******* manat, faiz borcu 116805.61 manat, dəbbə pulu 52800 manat, cəmi 1232146.67 manat təşkil edir. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu MMC arasında xx.xx.2019-cu il tarixli BKX-00015-00/19U saylı kredit müqaviləsi bağlanmışdır və Bank ******* (bir milyon) USD məbləğində krediti illik 8 (səkkiz) faizlə 60 (altmış) ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsinin həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdeh Borclu MMC xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə BKXMG-00015-00/19U/1 saylı girov müqaviləsi bağlayaraq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-yə məxsus olan daşınar əmlaklar girov qoymuşdur. Cavabdehin BKX-00015-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği ******* ABŞ dolları, faiz borcu 205333.38 ABŞ dolları, dəbbə pulu 50000 ABŞ dolları, cəmi 1255333.38 ABŞ dolları təşkil edir. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu MMC arasında xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit müqaviləsi bağlanmışdır və Bank 400000 (dörd yüz min) USD məbləğində krediti illik 8 (səkkiz) faizlə 36 (otuz altı) ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsinin həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Borclu MMC xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə BKMG-00009-00/21U saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq öhdəliyin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Borclu MMC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə ipotekaya qoymuşdur. Cavabdehin BKX-00009-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 400000 ABŞ dolları, faiz borcu 75111.21 ABŞ dolları, dəbbə pulu 20000 ABŞ dolları,cəmi 495111.21 ABŞ dolları təşkiledir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Borclu MMC-yə məxsus olan avadanlıqların (siyahısı əlavə olunub) bazar dəyəri 2 089 840.80 AZN, likvid dəyəri 1880856.72 AZN müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 8.3-cü və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Həmçinin, Bank "xxxx" ASC tərəfindən Borclu MMC-yə xx.xx.2024-cü il tarixli, MXD-2024/1134 saylı iş üzrə pretenziya məktubu ünvanlanmışdır. Tərəf xx.xx.2024-cü il tarixində Banka olan borcunu qəbul etdiyi məzmunda cavab məktubu ilə pretenziya məktubunu cavablandırmışdır. Bütün bunları nəzərə alaraq İddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2870/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Borclu MMC xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SKMFMG-00001-00/19A/1 saylı girov müqaviləsi bağlayaraq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-yə məxsus olan daşınar əmlaklara yönəldilməsi hissəsində təmin ediməmiş, bu qaydaların “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanunun tələblərinə uyğun olaraq verilməsi qaydaları izah olunmuşdur. Bunları nəzərə alaraq Borclu MMC-yə girov müqavilələri üzrə Borclu MMC-nin istifadəsində olan, daşınar əmlakların Bank BTB ASC-nin sahibliyinə verilməsinə dair müraciət edilmiş, lakin razılaşma əldə olunmamışdır. Kreditor tələbinin hüquqi əsası kimi, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun) 13, 15 və 16-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 296-cı maddəsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Bank "xxxx" ASC (Girov saxlayan) ilə Borclu MMC (Girov qoyan və Borcalan) arasında bağlanmış SKMFMG-00001-00/19A/1 nömrəli, 27 fevral 2019-cu il tarixli girov müqaviləsinə görə girovla təmin edilmiş əsas öhdəlik kimi Bank "xxxx" ASC ilə” Borclu MMC arasında Bakı şəhərində bağlanmış 27 fevral 2019-cu il tarixli, SKMF-00001-00/19A saylı Əsas kredit Müqaviləsi göstərilmişdir. Girov müqaviləsinin 1.1-ci maddəsinə görə girov predmeti kimi SKMFMG-00001- 00/19A/1 nömrəli, 27 fevral 2019-cu il tarixli girov müqaviləsinə Əlavə 1-də göstərilmiş daşınar əmlaklar çıxış edir. Bank "xxxx" ASC (Girov saxlayan) ilə Borclu MMC (Girov qoyan və Borcalan) arasında bağlanmış BKXMG-00015-00/19U/1 nömrəli, 28 dekabr 2019-cu il tarixli girov müqaviləsinə görə girovla təmin edilmiş əsas öhdəlik kimi Bank "xxxx" ASC ilə Borclu MMC arasında Bakı şəhərində bağlanmış 24 dekabr 2019-cu il tarixli, BKX-00015-00/19U saylı Əsas kredit Müqaviləsi göstərilmişdir. Girov müqaviləsinin 1.1-ci maddəsinə görə girov predmeti kimi BKXMG-00015- 00/19U/1 nömrəli, 28 dekabr 2019-cu il tarixli girov müqaviləsinə Əlavə 1-də göstərilmiş daşnar əmlaklar çıxış edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2870/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 (bir milyon) manat əsas borc, 116 805 (bir yüz on altı min səkkiz yüz beş) manat 61 (altmış bir) qəpik faiz borcu, 50 000 (əlli min) manat cərimə olmaqla, cəmi 1 166 805 (bir milyon yüz altmış altı min səkkiz yüz beş) manat 61 (altmış bir) qəpik məbləğində, xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 (bir milyon əlli altı min) manat əsas borc, 123 346 (bir yüz iyirmi üç min üç yüz qırx altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu, 52 800 (əlli iki min səkkiz yüz) manat cərimə olmaqla, cəmi 1 232 146 (bir milyon iki yüz otuz iki min yüz qırx altı) manat 67 (altmış yeddi) qəpik, bütün müqavilələr üzrə ümumilikdə 2 398 952 (iki milyon üç yüz doxsan səkkiz min doqquz yüz əlli iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373 723 (üç yüz yetmiş üç min yeddi yüz iyirmi üç) ABŞ dolları 41 (qırx bir) sent əsas borc, 90 274 (doxsan min iki yüz yetmiş dörd) ABŞ dolları 93 (doxsan üç) sent faiz borcu, 18 686 (on səkkiz min altı yüz səksən altı) ABŞ dolları 17 (on yeddi) sent cərimə olmaqla, cəmi 482 684 (dörd yüz səksən iki min altı yüz səksən dörd) ABŞ dolları 51 (əlli bir) sent məbləğində pul, xx.xx.2019-cu il tarixdə bağlanmış BKX-00015- 00/19U saylı kredit xətti müqaviləsi üzrə 1 000 000 (bir milyon) ABŞ dolları əsas borc, 205 333 (iki yüz beş min üç yüz otuz üç) ABŞ dolları 38 (otuz səkkiz) sent faiz borcu, 50 000 (əlli min) ABŞ dolları cərimə olmaqla, cəmi 1 255 333 (bir milyon iki yüz əlli beş min üç yüz otuz üç) ABŞ dolları 38 (otuz səkkiz) sent, xx.xx.2021-ci il tarixdə bağlanmış BKX-00009- 00/21U saylı kredit xətti müqaviləsi üzrə 400 000 (dörd yüz min) ABŞ dolları əsas borc, 75 111 (yetmiş beş min yüz on bir) ABŞ dolları 21 (iyirmi bir) sent faiz borcu, 20 000 (iyirmi min) ABŞ dolları cərimə olmaqla, cəmi 495 111 (dörd yüz doxsan beş min yüz on bir) ABŞ dolları 21 (iyirmi bir) sent, bütün müqavilələr üzrə ümumilikdə 2 233 129 (iki milyon iki yüz otuz üç min yüz iyirmi doqquz) ABŞ dolları 10 (on) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 3887 (üç min səkkiz yüz səksən yeddi) manat 33 (otuz üç) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Tutma Borclunə mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 6 630 000 (altı milyon altı yüz otuz min) manat müəyyən edilməklə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7997.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunan vəsait Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-B0001- 00/19A saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-C0001- 00/19A saylı əlavə kredit müqavilələri üzrə ümumilikdə 2 398 952 (iki milyon üç yüz doxsan səkkiz min doqquz yüz əlli iki) manat 28 (iyirmi səkkiz) qəpik, xx.xx.2019-cu il tarixdə bağlanmış BKN-A0001- 00/19U saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixdə bağlanmış BKX-00015- 00/19U saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış BKX00009-00/21U saylı kredit xətti müqavilələri üzrə ümumilikdə 2 233 129 (iki milyon iki yüz otuz üç min yüz iyirmi doqquz) ABŞ dolları 10 (on) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 3887 (üç min səkkiz yüz səksən yeddi) manat 33 (otuz üç) qəpik məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMF-B0001-00/19A saylı, xx.xx.2019-cu il tarixli SKMF- C0001- 00/19A saylı, xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqavilələri, xx.xx.2019-cu il tarixli BKX-00015-00/19U saylı, xx.xx.2021-ci il tarixli BKX- 00009-00/21U saylı kredit xətti müqavilələri üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh Borclundən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dedikdə, həmin Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Həmin Qanunun 4.3-cü, 4.3.2-ci və 4.3.15-ci maddələrinə əsasən xüsusi yüklülüyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu və əsas öhdəliyin icrasının təmini üsulu olan digər yüklülüklər daxildir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən yüklülük predmetinə tutmanın əsasları bu Qanunun 4-cü maddəsində göstərilən və digər normativ hüquqi aktlarla müəyyən olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülüyün təmin etdiyi öhdəliyin pozulmasından əvvəl və ya sonra yüklülük verənlə yazılı formada bağlanmış razılaşma əsasında yüklülük predmetini sahibliyinə götürə bilər. Belə razılaşma yüklülük müqaviləsində də müəyyən edilə bilər. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Daşınar əmlakın yüklülüyü haqqında Qanunun 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi həmin Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 13.1-ci və 13.1.2-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək qaydasında tutma yönəldə bilər. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə qeyd edir ki, tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən əmlakın tələb edilməsinə dair tələbin tam əsaslılığının məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, kreditorun ərizə ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədlərdən belə bir vəzifənin mövcud olmasının və onun hər hansı bir mübahisə doğurmadığının aydın olması başa düşülməlidir. Belə bir mübahisəsiz vəzifənin olması onu bildirir ki, kreditor borclu ilə bağlı olduğu konkret hüquq münasibətində öz vəzifələrini lazımınca icra etmişdir, lakin borclu həmin münasibətlərdən irəli gələn və aşkar xarakter daşıyan vəzifəsini icra etməmişdir. Beləliklə, iş materialları əsasında təsdiq olunur ki, icrası girov müqavilələri ilə təmin edilmiş Bank "xxxx" ASC və Borclu MMC arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklər Borclu MMC tərəfindən lazımınca icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmrinin çıxarılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu borcluya aid edilməlidir Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: Ərizə təmin edilsin. 1 ədəd Seyf (FAKS PANAS KX-MB2031), 1 ədəd Təndir gildın litr 1, 1 ədəd Təndir gildın litr 2 , 1 ədəd Jurnalni 1, 1 ədəd Jurnalni 2, 1 ədəd KRESLO KUMSAL, 1 ədəd KRESLO KUMSAL 2, 1 ədəd KRESLO YAQUT, 1 ədəd MAGESTİK 1 YER CARPAYİ 2, 1 ədəd MAGESTİK 1YER CARPAYİ , 1 ədəd MAGESTİK 2 YER CARPAYİ 3, 1 ədəd Mebel dəsti (Konfrans dəsti), 1 ədəd Mebel dəsti (Rəhbər otağı üçün), 1 ədəd Şkaf (qovluq üçün) 1, 1 ədəd Şkaf (qovluq üçün) 2, 1 ədəd Şkaf (qovluq üçün) 3, 1 ədəd Şkaf(geyim üçün) 1, 1 ədəd Şkaf(geyim üçün) 2, 1 ədəd Şkaf(geyim üçün) 3, 1 ədəd Şkaf(geyim üçün) 4, 1 ədəd Acer aspire 3 A315-53 (Ram 4 ssd 500 gb display 15.6), 1 ədəd Acer aspire 3 A315- 53 (Ram 4 ssd 500 gb display 15.6)-2, 1 ədəd Acer aspire 3 A315-53 (Ram 4 ssd 500 gb), 1 ədəd Asus Zenbook Ux31 Core i5 Ram 8 Ssd 128Gb Display 13.3, 1 ədəd DELL komputer (notebook), 1 ədəd HP komputer (2), 1 ədəd HP komputer (3), 1 ədəd HP komputer (4), 1 ədəd HP komputer (5), 1 ədəd HP komputer (6), 1 ədəd Laptop Lenovo V130-15İGM/15.6 FULL HD/i3, 1 ədəd Laptop Lenovo V130-15İGM/15.6 FULL HD/i3 2, 1 ədəd LENOVO komputer (notebook), 1 ədəd Lenovo ThinkBook 15-İML/ 15.6 Full HD/ i5, 1 ədəd Lenovo ThinkBook 15-İML/ 15.6 Full HD/ i5 2, 1 ədəd Lenovo Thinkpad T540 Ram 8 GB Ssd 240 GB Display 15.6, 1 ədəd Notebook ACER (1), 1 ədəd Notebook ACER (2), 1 ədəd Notebook ACER (3), 1 ədəd Notebook DELL, 1 ədəd Bıçaq,Qaşıq,Çəngəl dəzgahı (Küvərlik 630x750x50x/1200), 1 ədəd Bulaşıq qəbul dəzgahi 700x700x850) moyka, 1 ədəd Calihma dəzgahi Alt Rəfli 1600x600x851, 1 ədəd Çalişma dəzgahi alt rəf(tam paslanmaz) 800x600x851, 1 ədəd Çalışma dəzgahı alt rəfli 1300x600x***-*******26, 1 ədəd Çay maşini 23LT, 1 ədəd Dəzgah tipli dolab (KUPE) və iki rəfli 1200x600x1801, 1 ədəd X5 470x700x470, 1 ədəd Elektrik Qaz piltəsi izqara(ako-40H) 400x750x850, 1 ədəd Hava təmizləyici 900x800x800(1), 1 ədəd Hava təmizləyici 900x800x800(2), 1 ədəd Hava təmizləyici 900x800x800(3), 1 ədəd İki gözlü canaq (paslanmayan AİSİ 304) 1200x600x850 (Qabyuyulan yer), 1 ədəd Kassa aparatı, 1 ədəd Kondisioner (1), 1 ədəd Kondisioner (2), 1 ədəd Kondisioner KSD 25/S1 Cree 2 , 1 ədəd Lift, 1 ədəd Mikrovalnovka, 1 ədəd Paltaryuyan maşin CW9, 1 ədəd POZİS Soyuducu (1), 1 ədəd POZİS Soyuducu Vahid (2), 1 ədəd PRİNET-SKAYNER KANON-P 215(1 ƏDƏD), 1 ədəd PRİNTER -SKANER KANON- 215(1ƏDƏD)3, 1 ədəd Printer HP, 1 ədəd Profesional Ət çəkən Maşin (100/saat), 1 ədəd Qab yuma maş. Canaqla 900x700x851, 1 ədəd Qab yuma maş. Çixiş dəzgahi 600x600x851, 1 ədəd Qab yuma maş.MKR- 1000əd.sa700.700.1501, 1 ədəd Qabyuyan makina(Portobianko) (500 takakalıq), 1 ədəd Qaz piltəsi (Abat Firtoz(GFK-40N)400x750x850), 1 ədəd Qaz piltəsi ABAT iki gözlü ((JVK40N)400x800x850), 1 ədəd Soğan çəkən maşın (GMK-70KU) 1500x750x850/1400, 1 ədəd Soyuducu BEKO (Qonaq otağı), 1 ədəd Soyuducu Çinar (Qonaq otağı), 1 ədəd Soyuducu Klimasan, 1 ədəd SPREY (SU TƏZİQİ ARTİRAN), 1 ədəd Stelaj (tam paslanmaz) 2000x460x1801 (X8), 1 ədəd Stelaj(XROM) 1220x460x181 (X8), 1 ədəd Televizor LG, 1 ədəd Televizor VEKO, 1 ədəd Tək qapili soyuducu dolab(PVC) 700x700x1700, 1 ədəd Tək qapili soyuducu dolab(PVC) 700x700x1700 (2), 1 ədəd TOSHİBA Printer, 1 ədəd Yanqin söndürən (KOMP) 1et (Şit), 1 ədəd Yanqin söndürən (KOMP) 2et (Şit), 1 ədəd Yemək dəzgahı (vitrin) 1120x750x850x/120, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость Г.П. № ***-**** DL, 1 ədəd Çən/Емкость для Вода № ***-**** DL, 1 ədəd Çən/Емкость для Вода № ***-**** DL, 1 ədəd Çən/Емкость для Спирта № ***-**** DL, 1 ədəd Çən/Емкость Доводная № ***-**** DL, 1 ədəd Çən/Емкость Доводная № ***-**** DL, 1 ədəd Çən/Емкость Доводная № ***-**** DL, 1 ədəd Çən/Емкость Доводная № ***- **** DL, 1 ədəd Çən/Емкость Напорная № ***-**** DL, 1 ədəd Çən/Емкость Напорная № ***-**** DL, 1 ədəd Çən/Емкость Сортировочная № ***-**** DL, 1 ədəd X10/Емкость Исп. Брака № ***-**** DL, 1 ədəd X10/Емкость Исп. Брака № ***-**** DL, Dəmir Şkaflar (İstehsalat), 1 ədəd X3 Avadanlıqları və Montaj Komplekti, 1 ədəd EAO SKB “Xromatek” Araq Laboratoriya avadanligi, 1 ədəd Laboratoriya üçün Elektron Avadalnlıqlar (Hesco) UPS, 1 ədəd X1, 1 ədəd Sirop Çəni 200 L, 1 ədəd Su Çəni 10000 LT Plastik (1), 1 ədəd Su Çəni 10000 LT Plastik (2), 1 ədəd Sümə Mikser (Meyvə arağı çəkmə üçün), 1 ədəd Dolum xetti ( 0.25-0.5 l ) Karusel etiket,Aksiz vuran,Yaxalama,Qapaq Avadanlığı, 1 ədəd Dolum xetti ( 0.5-0.7-1.0 l ) Karusel etiket,Aksiz vuran,Yaxalama,Qapaq Avadanlığı, 1 ədəd İsitme sistemi avadanliğı, 1 ədəd Spirtokur Avadanlığı (X6), 1 ədəd Spirtokur Avadanlığı (X2rı), 1 ədəd Çən № 01 - 1800 DL, 1 ədəd Çən № 02 - 1800 DL, 1 ədəd Çən № 03 - 1800 DL, 1 ədəd Çən № 04 - 1800 DL, 1 ədəd Çən № 05 - 1800 DL, 1 ədəd Çən № 10 - 1800 DL, 1 ədəd Çən № 11 - 1800 DL, 1 ədəd Çən № 12 - 1800 DL, 1 ədəd Çən № 13 - 1800 DL, 1 ədəd Çən № 14 - 1800 DL, 1 ədəd Çən № 15 - 1800 DL, 1 ədəd Çən № 16 - 1800 DL, 1 ədəd Çən № 17 - 1800 DL, 1 ədəd Çən № 18 - 1800 DL, 1 ədəd Çən № 19 - 1800 DL, 1 ədəd Çən № 20 - 1800 DL, 1 ədəd Çən № 21 - 1800 DL, 1 ədəd Çən № 22 - 1800 DL, 1 ədəd Çən № 23 - 1800 DL, 1 ədəd Çən № 24 - 1800 DL, 1 ədəd Çən № 25 - 1800 DL, 1 ədəd Çən № 26A\B - 1500 DL(1000DL+500DL), 1 ədəd Çən № 27A\B - 1500 DL(1000DL+500DL), 1 ədəd Çən № 28A\B\C - 800 DL(160DL+160DL+500DL), 1 ədəd Çən № 35A\B - 1100 DL(470DL+700DL), 1 ədəd Çən № 36A\B - 1100 DL(470DL+700DL), 1 ədəd Çən № 37A\B - 1100 DL(270DL+700DL), 1 ədəd Çən № 38A\B - 1100 DL(470DL+700DL), 1 ədəd Çən № 39A\B - 1100 DL(470DL+700DL), 1 ədəd Çən № 40A\B - 800 DL(2.6DL+7DL), 1 ədəd Çən № 41A\B - 800 DL(2.6DL+5DL), 1 ədəd Çən № 42A\B - 800 DL(2.6DL+5DL), 1 ədəd Çən № 43 - 1800 DL, 1 ədəd Çən № 44 - 1800 DL, 1 ədəd Çən № 45 - 1800 DL, 1 ədəd Çən № 46 - 1800 DL, 1 ədəd Çən № 47A\B - 1500 DL(1000DL+500DL), 1 ədəd Çən № 48A\B - 1500 DL(1000DL+500DL), 1 ədəd Çən № 49A\B\C - 800 DL(160DL+160DL+500DL), 1 ədəd Çən № 50 - 2200 DL, 1 ədəd Çən № 51 - 2200 DL, 1 ədəd Çən № 52 - 2200 DL, 1 ədəd Çən № 53 - 2200 DL, 1 ədəd Çən № 54 - 2200 DL, 1 ədəd Çən № 55 - 2200 DL, 1 ədəd Çən № 56 - 2200 DL, 1 ədəd Çən № 57 - 2200 DL, 1 ədəd Çən № 58 - 2200 DL, 1 ədəd Çən № 59 - 2200 DL, 1 ədəd Çən № 60 - 2200 DL, 1 ədəd Çən № 61 - 2200 DL, 1 ədəd Çən № 62 - 2200 DL, 1 ədəd Çən № 63 - 2200 DL, 1 ədəd Çən № 64 - 2200 DL, 1 ədəd Çən № 65 - 2200 DL, 1 ədəd Çən № 66 - 2200 DL, 1 ədəd Çən № 67 - 2200 DL, 1 ədəd Çən № 68- 2200 DL, 1 ədəd Çən № 69- 2200 DL, 1 ədəd Çən № 7 - 1800 DL, 1 ədəd Çən № 70 - 2200 DL, 1 ədəd Çən № 71 - 2200 DL, 1 ədəd Çən № 72- 500 DL, 1 ədəd Çən № 73A\B - 800 DL(2.1DL+5.1DL), 1 ədəd Çən № 74- 1500 DL, 1 ədəd Çən № 75- 1500 DL, 1 ədəd Çən № 76- 1500 DL, 1 ədəd Çən № 77- 1300 DL, 1 ədəd Çən № 78- 1300 DL, 1 ədəd Çən № 79- 1300 DL, 1 ədəd Çən № 8 - 1800 DL, 1 ədəd Çən № 80- 1300 DL, 1 ədəd Çən № 81- 1300 DL, 1 ədəd Çən № 82- 1300 DL, 1 ədəd Çən № 83- 1300 DL, 1 ədəd Çən № 84- 1300 DL, 1 ədəd Çən № 9 - 1800 DL, 1 ədəd Çən №6 - 1800 DL, 1 ədəd Amfora gildən 1000 Litr 1 , 1 ədəd Amfora gildən 1000 Litr2 , 1 ədəd Amfora gildən 1150 Litr1 , 1 ədəd Amfora gildən 1150 Litr2 , 1 ədəd Amfora gildən 1150 Litr3, 1 ədəd Amfora gildən 1150 Litr4, 1 ədəd Amfora gildən 1200 Litr1 , 1 ədəd Amfora gildən 1200 Litr2 , 1 ədəd Amfora gildən 1200 Litr3, 1 ədəd Amfora gildən 700 Litr , 1 ədəd Amfora gildən 850 Litr , 1 ədəd Amfora gildən 900 Litr , 1 ədəd (GENERATOR) GVP 507 KVA OTOSK VOLVO PENTA, 1 ədəd 400x400 karton filter aparatı (Şərab qurğusu), 1 ədəd Avtokar (Elektrik avtoyükləyici Nissan) QP02L25, 1 ədəd Avtomatik tənzimlənmə-idarə üç cihaz aparat, 1 ədəd BEKO soyuducu (Lobarotoriya), 1 ədəd Bunker-15,0 m4, 1 ədəd Buz kamerasi İndesid SFR 100, 1 ədəd Çeşitləmə lenti (Şərab qurğusu), 1 ədəd Çəllək palıd 225-500litrlik (komplekt), 1 ədəd Çəllək palıd oval 1000litrlik (1), 1 ədəd Çəllək palıd oval 1000litrlik (2), 1 ədəd Çəllək poladdan 225litrlik (komplekt), 1 ədəd Çən yumaq üçün aparat (Şərab qurğusu), 1 ədəd Çən yuyan aparat (Şərab qurğusu) (1), 1 ədəd Çən yuyan aparat (Şərab qurğusu) (2), 1 ədəd Daşına bilən çən 10K-100DL (Sidercamma), 1 ədəd Daşına bilən çən 10L-100DL (Azinox), 1 ədəd Daşına bilən çən 10M-100DL (Azinox), 1 ədəd Daşına bilən çən AZ 15A- 150DL, 1 ədəd Daşına bilən çən AZ 15B-150DL, 1 ədəd Daşına bilən çən AZ 15C-150DL, 1 ədəd Daşına bilən çən AZ 15D-150DL, 1 ədəd Daşına bilən çən AZ 15E-150DL, 1 ədəd Daşına bilən çən AZ 15F-150DL, 1 ədəd Daşına bilən çən AZ 15G-150DL, 1 ədəd Daşına bilən çən AZ 15H-150DL, 1 ədəd Daşına bilən çən AZ 15İ-150DL, 1 ədəd Daşına bilən çən AZ 15P-150DL, 1 ədəd Dəmir vanna setkalı 300 litrlik (Şərab qurğusu) (1), 1 ədəd Dəmir vanna setkalı 300 litrlik (Şərab qurğusu) (2), 1 ədəd Drabilka. (Şərab qurğusu), 1 ədəd Drobilka(20t/saat), 1 ədəd DYMO yapışqanlı kiçik etiket printeri (Lobarotoriya), 1 ədəd Elovator (qaldırıcı lent ) 2.5m (Şərab qurğusu), 1 ədəd Elovator (qaldırıcı lent ) 3.5m (Şərab qurğusu), 1 ədəd Elovator (qaldırıcı lent ) 4.5m (Şərab qurğusu), 1 ədəd Flotasiya aparatı (Şərab qurğusu), 1 ədəd Havalandırma stansiyasısı, 1 ədəd İstilik mübadiləsi cihazı (üzüm soyutmaq üçün) (Şərab qurğusu), 1 ədəd İstilik sistemi 290kvt (Kombi), 1 ədəd Kondisioner KSD 25/S1 Cree 3 , 1 ədəd Mezqanasos MP 60 CMA, 1 ədəd Mikser (Şərab qurğusu), 1 ədəd Nasos SHOE 40-160/40, 1 ədəd Pompa şərab üçün (Şərab qurğusu), 1 ədəd Pompa üzüm üçün (Şərab qurğusu), 1 ədəd Pompa üzüm üçün (Şərab qurğusu) (2), 1 ədəd Pres 2 tonluq, 1 ədəd Press 5 tonluq, 1 ədəd Press boşaltma lenti (Şərab qurğusu), 1 ədəd PRİNTER KANON - 4410 (Lobarotoriya), 1 ədəd Redresor 110 v DC-GEMTA(2), 1 ədəd Şərab üçün pompa (Şərab qurğusu) (1), 1 ədəd Şərab üçün pompa (Şərab qurğusu) (2), 1 ədəd Şərab üçün pompa (Şərab qurğusu) (3), 1 ədəd Şərabçiliq fonoloci ELEK. Nəzarət sistemi, 1 ədəd Şneyk (üzüm tullantıları üçün) (Şərab qurğusu), 1 ədəd Tangensial Filtr, 1 ədəd Temperatura nəzarət sistemi üçün komputer (Şərab qurğusu), 1 ədəd Transformator 1, 1 ədəd Transformator 2, 1 ədəd Turşuluq (pH) tənzimləyən cihaz (Şərab qurğusu), 1 ədəd Vibrostol (Şərab qurğusu), 1 ədəd Yeşik yuyan aparat (Şərab qurğusu), 1 ədəd 0,5L BORDOLESE-Desti (qablaşdirma), 1 ədəd Aksiz aparatı, 1 ədəd X7 Avadanlıqları (Del Server, Zebra scanner,Bioxolon), 1 ədəd Birləşmiş naqil-kanal (qablaşdirma avadanligi), 1 ədəd Dozator Pompası (ASC-Qablaşdirma avadanligi), 1 ədəd Karton Karobka (qablaşdirma) formalaşdiran maşin, 1 ədəd Mikro Filter 3 hissəli (ASC-Qablaşdirma avadanligi), 1 ədəd Monob 9400/4m to (stirka, suşka, qermetezir, markirovk), 1 ədəd Monoblock 1606W (promivka, suşka, ukuporki), 1 ədəd Paragenerator (ASC-Qablaşdirma avadanligi), 1 ədəd Şərab nasosu (ASC-Qablaşdirma avadanligi), 1 ədəd Şərab paketləri üçün süzmə avadanlığı (ENOİTALİA), 1 ədəd Skaner egoist sistem qurğusu (ASC-Qablaşdirma avadanligi), 1 ədəd Skoçlama aparatı (ASC- Qablaşdirma avadanligi), 1 ədəd Strec vuran maşın, 1 ədəd Tarix vuran Printer, 1 ədəd UPS gərginlik saxlayan aparat, 1 ədəd Uzun Konveyner, 1 ədəd Yijilmiş bucaq 707 (qablaşdirma avadanligi), 1 ədəd SU Dolum xetti (Metro co), 1 ədəd Suvarma qurgulari (20177 metr), 1 ədəd Dəzgah Stolu (Stanok Sirkul), 1 ədəd Avtokar (Yanacaq avtoyükləyici Nissan), 1 ədəd Beton qarishdiran aparat 300litrlik, 1 ədəd Burju (sverlo) TRANSPORTER qaynaq L=2.5M, 1 ədəd Burju( sverlo) Transporter qaynaq L=8.1M, 1 ədəd Çöp doğruyan maşın Canguru, 1 ədəd Dərman səpən maşın 1, 1 ədəd Dərman səpən maşın 2, 1 ədəd Dərman səpən maşın 3, 1 ədəd Dərman səpən maşın 4, 1 ədəd Gubrə paylayan maşın, 1 ədəd Gubrə paylayan maşın AFO 26, 1 ədəd Gübrə səpən maşın, 1 ədəd Hidravlik mühərrik, 1 ədəd Konteyner 40 FT, 1 ədəd Kovş (EKSKABATOR YUKLEYİCİSİ JCB 3 CX), 1 ədəd Kükürd vuran maşın ARENA 1, 1 ədəd Kükürd vuran maşın ARENA 2, 1 ədəd Kükürd vuran maşın ARENA 3, 1 ədəd KULTİ VATOR-3, 1 ədəd KULTİVATOR-4, 1 ədəd KULTİVATOR-5, 1 ədəd KULTİVATOR-6, 1 ədəd KULTİVATOR- C?S-160/5 11449, 1 ədəd KULTİVATOR-C7S 160/5 11450, 1 ədəd KVADRAÇİKL- ( YFM- 125), 1 ədəd Maşın yuyan aparat OMAX, 1 ədəd ORTA DİRMİQ BZTS -2, 1 ədəd Otbiçən TRİNCA TFB/C160 1, 1 ədəd Otbiçən TRİNCA TFB/C160 2, 1 ədəd Peyin səpən maşın 1, 1 ədəd Peyin səpən maşın 2, 1 ədəd Qoşqu avadanlığı (Traktor CASE JX 100U), 1 ədəd Qoşqu avadanlığı (Traktor TK4050F), 1 ədəd Qoşqu avadanlığı (Traktor TK4051), 1 ədəd Qoşqu avadanlığı (Traktor TK90A/1/3), 1 ədəd Qoşqu avadanlığı (Traktor TN95FA/1/2/4), 1 ədəd Qoşqu iri, 1 ədəd Qoşqu kiçik 1, 1 ədəd Qoşqu kiçik 2, 1 ədəd Qoşqu üzüm daşıyan (1), 1 ədəd Qoşqu üzüm daşıyan (2), 1 ədəd Qoşqu üzüm daşıyan (3), 1 ədəd Qoşqu üzüm daşıyan (4), 1 ədəd Qoşqu üzüm daşıyan (5), 1 ədəd Şitil Uzum BASDİRAN MAŞİN (WAGNER), 1 ədəd Stelaj (Dəmir stol), 1 ədəd Su səpən maşın, 1 ədəd Texnika daşıyan böyük qoşqu RimorchioDeAngelis/ili1999/zda3r320ipivl02854, 1 ədəd TRAKTOR CASE J X U 3X7 BA, 1 ədəd Ustu aciq konteyner 401 984-10, 1 ədəd Üzüm buduyan maşın (1), 1 ədəd Üzüm buduyan maşın (2), 1 ədəd X4 Avadanligi, 1 ədəd ÜZÜMYİĞAN YARİMYEDƏK(PELLEİS), 1 ədəd Uzun konteyner 402072-2, 1 ədəd Uzun konteyner 407 713-10, 1 ədəd Uzun konteyner 417 682-10, 1 ədəd Uzun konteyner728929-6, 1 ədəd VİBRO KULTİVATÖR EFLEKS daşınar əmlakları Borclundən alınaraq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz)manat dövlət rüsumu Borclu MMC-dən tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar