Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6271/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Kreditor borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc müqaviləsi üzrə pul məbləğinin ödənilməsi” barədə məhkəmə əmri haqqında ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6271/2023 nömrəli qərardadından kreditor tərəfindən verilmiş şikayəti iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2017-ci il tarixli AX76/0517 saylı borc müqaviləsi üzrə 110 088,50 manat, xx.xx.2017-ci il tarixli AX185/1217 saylı borc müqaviləsi üzrə 70 000,00 manat, xx.xx.2018-ci il tarixli AX180/1118 saylı borc müqaviləsi üzrə 200 000,00 ABŞ dolları, xx.xx.2020-ci il tarixli AB73/0920 saylı borc müqaviləsi üzrə 696 100,00 ABŞ dolları, xx.xx.2021-ci il tarixli AB21/0221 saylı borc müqaviləsi üzrə 300 000,00 manat, xx.xx.2021-ci il tarixli AB41/0321 saylı borc müqaviləsi üzrə 3 000 000,00 manat olmaqla ümumilikdə 4376188,50 pulun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6271/2023 nömrəli qərardadı ilə məhkəmə əmri haqqında ərizə və ona əlavə olunmuş sənədlər kreditora geri qaytarılmış, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun kreditora qaytarılması qərara alınmış, kreditora “borc müqaviləsi üzrə pul məbləğinin ödənilməsi” barədə məhkəmə əmri haqqında ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan Kreditor xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6271/2023 nömrəli qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndinə əsasən, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı qərardadlarından, o cümlədən iddia ərizəsinin məhkəmə aidiyyəti ilə bağlı geri qaytarılması barədə qərardalardan verilən şikayətlər kassasiya şikayətləri kimi qəbul olunur. Bu mənada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 407.4cü maddələrinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Məhkəmə müəyyən edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6271/2023 nömrəli qərardadından verilən şikayət yalnız Kreditor tərəfindən imzalanmış, vəkil tərəfindən imzalanmamış, şikayətə vəkil orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.4-cü maddəsinə əsasən, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin Məcəllənin 408.1, 408.1.1 və 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vəkil tərəfindən imzalanmadığından və şikayətə vəkil orderi əlavə olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kreditora izah edilsin ki, müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə məhkəmənin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-6271/2023 nömrəli qərardadından şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268, 403-1, 407-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6271/2023 nömrəli qərardadından Kreditor tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6271/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6271/2023
01.12.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver