Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6366/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-dən müqavilə üzrə 55.465 manat pul məbləğində vəsait və ödənilmiş 259 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X1” MMC ilə aralarında 12 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlanmış, tərəfindən 80465.00 manat məbləğində mallar istehsal edilib, cavabdehə təhvil verilmişdir. Həmin müqavilənin 5.4-cü bəndində cavabdeh tərəfindən müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və xidmətlərin təxirəsalınmadan qəbul edilməsi və ödəmələrin vaxtında aparılması öhdəliyi göstərilmiş və MMC tərəfindən bank vasitəsilə yuxarıda qeyd olunan məbləğin 25000 manatı ödənilmişdir. Lakin qeyd olunan müqaviləyə görə ödənilməli olan 55465 manat məbləğ hal-hazıradək ödənilməmişdir. Müqavilədə nəzərdə tutulmuş öhdəliyin icra edilməsi ilə bağlı tərəfindən elektron sistem vasitəsilə cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilsə də, qalan məbləğ hal-hazıradək ona geri qaytarılmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 752.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCJ seriyalı, 224505 nömrəli, xx.xx.2022-ci il tarixli, ümumi dəyəri 80465.00 manat olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim edilmişdir.
8. İşə əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, İddiaçı hesabına cəmi 15.000+9253=24253 manat (EBCJ seriyalı, 224505 nömrəli elektron qaimə üzrə 1500 manat) məbləğində pul ödənilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair pretenzia göndərilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi:
12. İddiaçı tərəfindən məhkəməyə 12 oktyabr 2022-ci il tarixli, 12/10/22 saylı müqavilə, müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə razılaşma Protokolu və xx.xx.2022-ci il tarixli akt təqdim olunsa da, həmin sənədlər imzalanmadığına, hər hansı formada təsdiq olunmadığına görə sübut qismində qəbul olunmur. Lakin müəyyən olunur ki, tərəflər arasında şifahi formada bağlanan podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə EBCJ seriyalı, 224505 nömrəli, xx.xx.2022-ci il tarixli, ümumi dəyəri 80465.00 manat olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə təqdim edilmiş və həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, "xxxx" ASC-dən verilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı hesabına EBCJ seriyalı, 224505 nömrəli elektron qaimə üzrə 15000 manat məbləğində ödəniş edilmişdir. Həmin qaimədə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı qrafasında yumşaq mebel, divan, kreslo və s. yazılmışdır. bu da iddia ərizəsində göstərilənlərin təsdiqi kimi qəbu olunmalıdır (nəzərə alınsa ki, həmin qaiməyə etiraz edilməmiş və qaimə üzrə ödənişlər həyata keçirilmişdir).
13. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
14. İddia tələbini “X1” MMC-dən müqavilədən irəli gələn öhdəlik yerinə yetirilməsi üçün ödənilməmiş 55465 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.
15. Cavabdehə ümumilikdə 80465 manat dəyərində mal hazırlanıb verilmiş, 24253 manat məbləğin ödənişi ilə bağlı sənəd təqdim edilmiş, iddiaçının nümayəndəsi ümumi məbləğdən 55465 manat məbləğin ödənilməmiş qaldığını bildirmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, cavabdehin müqavilə üzrə 25000 manat ödəniş etməsini və qalıq məbləğin 55465 manat təşkil etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 55465 manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır.
17. İddiaçı 259 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
18. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, **********65 nömrəli qəbzə əsasən 259 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
19. Lakin məhkəmə 55465 manat iddia tələbi üzrə ödənilməli rüsum məbləğinin 256,40 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256,40 manat məbləğində pul Cavabdehndən İddiaçı xeyrinə ödənməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 55465 (əlli beş min dörd yüz altmış beş) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256,40 manat (iki yüz əlli altı manat qırx qəpik) olmaqla, cəmi 55721,40 manat (əlli beş min yeddi yüz iyirmi bir manat qırx qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova