Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6380/2025 10.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 sentyabr 2024-cü il tarixli, 067 saylı işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında müqaviləyə əsasən görülmüş işlərə görə 16505,9 (on altı min beş yüz beş manat doxsan qəpik) manat, gecikdirilmiş 16505,9 manat (on altı min beş yüz beş manat doxsan qəpik) borca görə 04 fevral 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək illik 5 faiz olmaqla hesablanmış 422,86 manat (dörd yüz iyirmi iki manat səkdən altı qəpik), məhkəməyə ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh QSC (direktor Qanuni nümayəndə) ilə İddiaçı ("İcraçı") arasında 01 sentyabr 2024-cü il tarixli, 067 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, sifarişçi xidmətin yerinə yetirilməsini icraçıya tapşırır, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda sifarişləri (bundan sonra "Xidmət") yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilələrin 3.1.3-cü bəndinə əsasən görülmiş işlərin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. İddiaçı tərəfindən bütün işlərin tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 16505,9 manat (on altı min beş yüz beş manat doxsan qəpik) məbləğində borcu yaranmışdır. Artıq xeyli müddətdir ki, cavabdeh yaranmış borcu ödəməkdən qərəzli olaraq yayınır. Onun bu müddət ərzində şifahi və yazılı edilən müraciətlərə heç bir cavab verməməsi ondan xəbər verir ki, cavabdeh ümumiyyətlə borcu ödəmək istəmir. Belə olan halda da cavabdehin borcunu ödəməmək barədə əvvəldən düşündüyü niyyəti reallaşacaq. Tərəflər arasında tərtib edilmiş 1 mart 2025-ci il, 01 aprel 2025-ci il və 05 may 2025-ci il tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, müqaviləyə uyğun olaraq icraçı tərəfindən Geodeziya-topoqrafiya işləri qeyd edilən aylar üzrə yerinə yetirilmişdir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Lakin cavabdeh qeyd edilən təhviltəslim aktlarını imzalayaraq görülmüş işləri təhvil almasına baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və icraçıya fevral ayı üzrə 5799,40 manat (beş min yeddi yüz doxsan doqquz manat qırx qəpik), mart ayı üzrə manat 5799,40 (beş min yeddi yüz doxsan doqquz manat qırx qəpik), aprel ayı üzrə isə 4907,10 manat (dörd min doqquz yüz yeddi manat on qəpik) olmaqla, ümumilikdə 16505,9 manat (on altı min beş yüz beş manat doxsan qəpik) borcu yaranmışdır. Aktların tərəflərin imzaları və möhürləri ilə təsdiq edilməsi görülən işlərin tam təhvil verildiyini sübut edir. Bundan əlavə, cavabdeh ilə aparılan telefon və whatsapp yazışmaları zamanı da qarşı tərəf borcunu etiraf etmişdir. İddiaçı tərəfindən bütün işlərin tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 16505,9 manat (on altı min beş yüz beş manat doxsan qəpik) borcu yaranmışdır. Cavabdeh mübahisənin məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həll edilməmişdir. İddia ərizəsi üçün məhkəməyə ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 442, 445, 752-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat edərək, iddianın rədd olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh QSC arasında xx.xx.2024-cü il tarixli, 067 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi xidmətin yerinə yetirilməsini icraçıya tapşırır, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda sifarişləri yerinə yetirməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı tərtib olunmuş qiymət razılaşdırılması protokolunda qeyd olunmuşdur; 3.1-ci bəndinə əsasən sifarişçinin işi icrasından sonra təhvil almaq və göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır; 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar aralıq təhvil-təslim aktları əsasında aparılacaqdır; Müqavilə tərəflərin imzası və Cavabdeh QSC-nin möhürü ilə təsdiq edilmişdir.
8. Tərəflər arasında imzalanmış 067 nömrəli xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən “X1” layihəsi üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh QSC arasında xx.xx.2024cü il tarixli, 058 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi xidmətin yerinə yetirilməsini icraçıya tapşırır, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda sifarişləri yerinə yetirməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı tərtib olunmuş qiymət razılaşdırılması protokolunda qeyd olunmuşdur; 3.1-ci bəndinə əsasən sifarişçinin işi icrasında sonra təhvil almaq və göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır; 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar aralıq təhvil-təslim aktları əsasında aparılacaqdır. Müqavilə Cavabdeh QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Tərəflər arasında imzalanmış 058 nömrəli xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən “X1” layihəsi üzrə İddiaçı tərəfindən Cavabdeh QSC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Əlavə Cavabdeh QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10421608 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 10030404 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10018778 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11677898 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10146862 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
16. xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 10115433 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
17. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10059760 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5799,4 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
18. xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10043534 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4907,1 manat təşkil edir. Qaimənin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
19. xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə oktyabr ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
20. xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə noyabr ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
21. xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə fevral ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
22. xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə mart ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 5799,4 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
23. xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə aprel ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 4907,1 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
24. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 21 saylı subpodratçı tərəfindən görülmüş işlərin hesabatından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə noyabr ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri noyabr ayı üzrə 5799,4 manat təşkil edir. Hesabat tərəflərin imzası ilə təsdiq edilmişdir.
25. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 50 saylı subpodratçı tərəfindən görülmüş işlərin hesabatından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə fevral ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri noyabr ayı üzrə 5799,4 manat təşkil edir. Hesabat tərəflərin imzası ilə təsdiq edilmişdir.
26. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı subpodratçı tərəfindən görülmüş işlərin hesabatından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə aprel ayı üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri noyabr ayı üzrə 4907,1 manat təşkil edir. Hesabat tərəflərin imzası ilə təsdiq edilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı Qəhərman oğlunun bank hesabına 5799,4 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqaviləyə əsasən tərtib edilmiş MT2410 seriyalı, 10421608 nömrəli elektron qaimə qeyd edilmişdir.
28. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı Qəhərman oğlunun bank hesabına 5799,4 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqaviləyə əsasən tərtib edilmiş MT2411 seriyalı, 10030404 nömrəli elektron qaimə qeyd edilmişdir.
29. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı Qəhərman oğlunun bank hesabına 5799,4 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqaviləyə əsasən tərtib edilmiş MT2412 seriyalı, 10018778 nömrəli elektron qaimə qeyd edilmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı Qəhərman oğlunun bank hesabına 5799,4 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqaviləyə əsasən tərtib edilmiş MT2412 seriyalı, 11677898 nömrəli elektron qaimə qeyd edilmişdir.
31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı Qəhərman oğlunun bank hesabına 5799,4 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqaviləyə əsasən tərtib edilmiş MT2502 seriyalı, 10146862 nömrəli elektron qaimə qeyd edilmişdir.
32. İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, mövcud borcun 1 iş günü ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
35. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 067 nömrəli xidmət müqaviləsindən (podrat müqaviləsi) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə “X1” layihəsi üzrə geodeziya topoqrafiya işlərini yerinə yetirməyi, cavabdeh isə müvafiq xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini, yəni görülmüş işlərin dəyərini ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, hal-hazırda iddiaçıya borcu yaranmışdır. Həmin hal təqdim edilmiş müqavilə, təhvil-təslim aktları, elektron qaimələrlə öz təsdiqini tapır. Elektron qaimələr üzrə xidmətlərin ƏDV daxil ümumi məbləği 45502,9 manat təşkil edir. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığının məzmunundan aydın olur ki, Cavabdeh QSC tərəfindən İddiaçı bank hesabına 28997 manat ödəniş edilmişdir. Belə olan halda müqavilə üzrə qalıq borcun məbləği 45502,9-28997=16505,9 manat olacaqdır. Həmçinin qeyd olunur ki, mübahisə 3 təhviltəslim aktı və elektron qaimə (xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 10115433 nömrəli, xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10059760 nömrəli və xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10043534 nömrəli elektron qaimələr) üzrə ödənilməmiş xidmət haqqı ilə bağlı olmuşdur. Həmin qaimələr üzrə ümumi məbləğ 16505,9 manat (5799,4+5799,4+4907,1=16505,9) təşkil edir. Həmin elektron qaimələrdə qaimələrin əsası kimi 067 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə qeyd edilmişdir.
36. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdirdir ki, iddiaçının təqdim etdiyi təhvil-təslim aktları sübut qismində qəbul oluna bilməz, belə ki, həmin aktlar səlahiyyəti olmayan şəxs, sahə rəisi tərəfindən imzalanmışdır. Halbuki aktları yalnız direktor imzalaya bilərdi. Hesab olunur ki, cavabdehin həmin dəlili əsassız hesab olunmalıdır. Belə ki, müəyyən olunmuşdur ki, ödənişi olunmuş əvvəlki təhvil-təslim aktları da həmin şəxs (C.Nəbiyev) tərəfindən imzalanmış və cavabdeh həmin aktları mübahisələdirməyərək, müvafiq ödənişləri etmişdir. Ona görə də cavabdehin həmin hissədə etirazı əsassız sayılmalıdır. Eyni zamanda iddiaçının nümayəndəsi də bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər olub və hər hansı etirazlar bildirilmədən Nəbiyev tərəfindən imzalanmış aktlar üzrə ödənişlər olubdur. Hər ay 5000 manatdan artıq ödənişlər olub və bu, qarşı tərəfin etirazının əsassız olduğunu göstərir.
37. Bundan başqa, həmin 3 təhvil-təslim aktında (xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktlar) xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsinə 1 saylı Əlavə əsasında tərtib edilmiş akt ifadəsi işlədilir. Halbuki hazırda mübahisənin irəli gəldiyi müqavilə xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqavilədir. Cavabdehin nümayəndəsi etirazının əsası kimi həmin hala da istinad etmişdir. İddiaçı tərəfindən yalnız cavabdeh tərəfindən təsdiq edilmiş, digər tərəfi başqa bir şəxs olan (lakin imzalanmamış) xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsi təqdim edilmişdir, tərəflər arasında elə bir müqavilə bağlanmamışdır. Aktlarda xx.xx.2024-cü il tarixli, 058 saylı müqavilə yazılsa da, əslində aktlar xx.xx.2024-cü il tarixli, 067 nömrəli müqavilə üzrə tərtib edilmiş aktlar olmuşdur. Əvvəli aktlar da eyni formada tərtib olunmuş, həmin aktlar əsasında göndərilən elektron qaimələrdə əsas kimi 067 nömrəli müqavilə göstərilmiş və müvafiq olaraq ödənişlər həyata keçirilmişdir. Ona görə də cavabdehin həmin hissədə də etirazı əsassızdır və təqdim edilən 3 təhvil-təslim aktları tələbi təsdiq edən sübut qismində qəbul olunur.
38. Eyni zamanda məhkəməyə borcun mövcudluğunun sübutu qismində səs yazıları olan disk təqdim olunmuşdur. Hesab olunur ki, həmin səs yazıları sübut kimi qəbul edilməlidir.
39. İddia tələbinin bir hissəsini Cavabdeh QSC-dən 01 sentyabr 2024-cü il tarixli 067 saylı işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında müqaviləyə əsasən görülmüş işlərə görə 16505,9 borcun tutulması təşkil edir.
40. Məhkəmə qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 16505,90 manat (on altı min beş yüz beş manat doxsan qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir.
41. İddia tələbinin digər hissəsini gecikdirilmiş 16505,9 manat borcuna görə 04 fevral 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək illik 5 faiz olmaqla, 422,86 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
42. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 251,17 manat (iki yüz əlli bir manat on yeddi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
43. Belə ki, əvvəla, iddiaçı gecikdirilmə vaxtını haqlı olmayaraq 04 fevral 2025-ci il tarixdən hesablamışdır. Hesab olunur ki, hər elektron qaimənin göndərilmə tarixinin üzərinə on beş gün gəlməklə gecikmə vaxtı həmin tarixdən iddiaçının tələb etdiyi 06 avqust 2025-ci il tarixədək hesablanmalıdır. Beləliklə, xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 10115433 nömrəli elektron qaimə üzrə xx.xx.2025-ci başlayaraq 139 gecikmə günü üçün faiz məbləği 110,42 manat (5799,4x5:100:365x139=110,42), xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10059760 nömrəli elektron qaimə üzrə xx.xx.2025-ci başlayaraq 112 gecikmə günü üçün faiz məbləği 89 manat (5799,4x5:100:365x112≈89), xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10043534 nömrəli elektron qaimə üzrə xx.xx.2025-ci başlayaraq 77 gecikmə günü üçün faiz məbləği 51,75 manat (4907,1x5:100:365x77≈51,75), ümumilikdə isə 251,17 manat (110,42+89+51,75=251,17) təşkil edir.
44. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş 140 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
45. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olmaqla 139,40 manat (yüz otuz doqquz manat qırx qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Məhkəmə hesab edir ki, iş materiallarına vəkil orderi əlavə edilsə də, iddiaçı tərəfindən 500 manat məbləğində vəsaitin ödənilməsini təsdiq edən sənəd (qəbz) iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 16505,90 manat (on altı min beş yüz beş manat doxsan qəpik) borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 251,17 manat (iki yüz əlli bir manat on yeddi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,40 manat (yüz otuz doqquz manat qırx qəpik) olmaqla, ümumilikdə 16896,47 manat (on altı min səkkiz yüz doxsan altı manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova