Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6447/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx"Müəssisəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin “Sutikinti” müəssisəsi ilə İddiaçı arasında bağlanmış LWC-2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) dəyərində “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işləri yerinə yetirilib cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh bu günədək görülmüş işlərin dəyərini ödəmədiyi üçün 359929,45 manat əsas borcun, 35992,945 manat məbləğində cərimənin və ödənilmiş 686 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-nin “Sutikinti” müəssisəsindən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində EMİS vasitəsi ilə iddiaçının direktoru ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx"Müəssisəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixli, 64508161 saylı qəbzə əsasən ödənilmiş 686 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6447/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6447/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver