Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-647/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) 28483 manat 32 qəpiyin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 176 manat dövlət rüsumunun iddiaçı “X2 X1 XARİCİ TİCAMRƏMTC"-nin xeyrinə tutulmas barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TECB /01 saylı xidmət müqaviləsi (“Müqavilə”) üzrə iddiaçının sahibliyində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-ci kilometr unvanda yerlaşən qeyri-yaşayiş sahəsində təmir işlərini icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.3-cii bəndinə asasan cavabdeh 25 iyul 2024-cii il tarixdə təmir işlərini tamamlayıb sifarişçiyə təhvil verməli idi. Həmin müqavilənin xx.xx.2024-cii il tarixli 1 saylı ələvəsi əsasında cavabdehin bank hesabına 16500 manat avans ödənilmişdir. Tərəflər razılaşmışlar ki, yekun ödəniş xidmətə dair Yekun Təhvil-təslim Aktı imzalandıqdan sonra 3 iş günü ərzində İcraçıya ödəniləcək. İddiaçının direktoru Erdinç Selvinin adından cavabdehin direktoru Qanuni nümayəndə oglunun bank kartına həmin müqavilə üzrə tələb olunan materialların bazardan alışı üçün 18500 manat məbləğində nağd vasait ödənilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir və direktoru Qanuni nümayəndə dəfələrlə verdiyi vədlərə baxmayaraq müqavilə öhdəlikləri icra olunmamışdır. Yalnız ümumi dəyəri 8380 manat dəyərində olan, materiallar təmir sahəsinə gətirilmiş və bəzi işlər görülmüşdür (təxmini hesablamağımiıza görə 5100 manat dəyərinda dəmir çərçivələr, 480 manat dəyərində 4 qab boya, 2200 manat dəyərində alçipan lövhələr, onlardan istifadə etməklə alçipan va boya işləri, 600 manat dəyərində mansarda şüşə pəncərələrin demontajı). Nəticədə 26620 manat məbləgində alınmış pulun müqabilində heç bir iş görülməmişdir. Həmin miiqavilənin 5.6-ci bəndinə əsasən, cavabdeh Müqavilə üzrə xidmətin göstərilməsi müddətini pozduqda gecikdirilən hər günə görə müvafiq xidmətə görə ödənilməli olan xidmət haqqının 0,1% məbləğində iddiaçıya cərimə ödəməlidir. Cərimə 4.2.3-cü bənddə nəzərdə tutulan işlərin tamamlanması müddətindən 5 gün sonra hesablanmağa başlayacaq. Bu hal baş verərsə, iddiaçı Müqaviləni birtərəfli qaydada lağv etmək və ödəmənin gecikdirildiyi hər gün üçün nəzərdə tutulan cəriməni tələb etmək huququna malikdir. Hazırda icranın gecikdirildiyi 36 gün üçün hesablanmış cərimə məbləği 958.32 manat (36 gün X (26620AZN X 0.1%)) təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 760.1-ci maddəsinə əsasən Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) Cavabdeh MMC (icraçı) arasında xx.xx.2024-cü il tarixli TECB/01 saylı xidmət müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmət sifarişçinin sahibliyində və istifadəsində olan Abşeon rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində (“Təmir sahəsi”) icra olunacaq.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmət haqqının dəqiq məbləği və ödəniş qaydası protokollarla razılaşdırılır və yekunda 55000 (əlli beş min) manatdan artıq olmamalıdır.
13. Tərəflər 1 saylı Qiymətlərin Razılaşdırılması protokolu ilə avans ödənişin 16.500 manat məbləğində müəyyən etmişlər.
14. Müqavilə və qiymətlərin razılaşdırılması protokolu hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə Cavabdeh MMC sifarişçiyə təmir və tikinti xidmətləri göstərilməsini və həmin xidmətlərin icrası üçün tələb olunan lazımi materiallarla təchiz etməyi öz öhdəsinə götürmüşdür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 16.500 manat məbləğində avans ödənişi, xx.xx.2024-cü il tarixdə 3.500 manat, xx.xx.2024-cü il tarixdə 10.000 manat, xx.xx.2024-cü il tarixdə 5.000 manat, ümumilikdə 35.000 manat məbləğində pul göndərilmişdir.
17. Hazırda iddiaçı cavabdeh tərəfindən yalnız 8.380 manat dəyərində işlərin görüldüyünü bildirərək, görülməyən işlərə görə qalıq 26.620 manat (35.000-8.380) məbləğin geri qaytarılmasını məhkəmədən xahiş edir.
18. Müqavilənin 4.2.4-cü bəndinə əsasən xidmətə dair təhvil-təlim aktını, hesab – fakturanı və elektron qaimə fakturanı sifarişçiyə təqdim etmək icraçının (Cavabdeh MMC) öhdəliyi kimi müəyyən olunmuşdur.
19. Lakin Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilənin 4.2.4-cü bəndinə əsasən görülmüş işlərə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir
20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 26.620 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
21. Məhkəmə hesab edir ki, iddia 958,32 manat məbləğində dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
23. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə manat 958,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir
24. Bundan başqa, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında” məlumat qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 176 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
25. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 26.620 (iyirmi altı min altı yüz iyirmi) manat, cərimə borcu üzrə 958 (doqquz yüz əlli səkkiz) manat 32 (otuz iki) qəpik olmaqla, ümumilikdə 27.578 (iyirmi yeddi min beş yüz yetmiş səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176 (bir yüz yetmiş altı) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov