Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6478/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Kreditor Borclundən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə əmri haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Kreditor məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclundən xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü tarixli borc müqavilələri üzrə ümumilikdə 355 500 manat borcun borcludan kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kreditor məhkəmə əmri haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə qeyd edir ki, tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən əmlakın tələb edilməsinə dair tələbin tam əsaslılığının məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, kreditorun ərizə ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədlərdən belə bir vəzifənin mövcud olmasının və onun hər hansı bir mübahisə doğurmadığının aydın olması başa düşülməlidir. Belə bir mübahisəsiz vəzifənin olması onu bildirir ki, kreditor borclu ilə bağlı olduğu konkret hüquq münasibətində öz vəzifələrini lazımınca icra etmişdir, lakin borclu həmin münasibətlərdən irəli gələn və aşkar xarakter daşıyan vəzifəsini icra etməmişdir. İş materiallarından görünür ki, kreditor ilə borclu arasında xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərində üç ayrı borc müqaviləsi bağlanmış, kreditor xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 200 000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 320 000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 53800 manat məbləğində pulu borclunun mülkiyyətinə verməyi, borclu isə borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 avqust 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 270000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 319500 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 48800 manat məbləğində pul kreditor tərəfindən borcluya köçürülmüşdür. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə borclunun mülkiyyətinə verilmiş 53800 manat məbləğində pulun qaytarılma müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə öhdəliyin icrası müddəti çatmadığından və öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququnun yaranması hazırkı işin hallarına görə aşkar olmadığından ərizənin əsaslandığı tələb etmə hüququ barəsində mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən, bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Kreditor Borclundən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə əmri haqqında ərizəsinin qəbulundan imtian edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3 və 279.4-cü maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 266-268, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclundən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə əmri haqqında ərizəsinin qəbulundan imtina edilsin. Kreditora izah edilsin ki, “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6478/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6478/2024
26.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver