Məhkəmə qərarları › İş №e-2-2(113)-6480/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6480/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6480/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pul” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan 99JP016 dövlət qeydiyyat nişanlı, “Otokar Kent LF12M CNG” markalı avtobusa vurulmuş ziyana görə 17520 manat, dövlət rüsumuna görə 142,56 manat olamaqla cəmi 17662,56 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki: 1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı Kommersiya Məhkəməsinin (hakim Ülkər Həsənova) icraatında olan İddiaçı MMC-nin "Çinar Trans” MMC-dən 17520 (on yeddi min beş yüz iyirmi) manat pul tutulmasına dair kommersiya işi üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir.

2. Tərəflərin hüquq və vəzifələri 2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. Bu saziş üzrə 11 520 manat güzəşt edir, qalan 6000 (altı min) manatı tam məbləğini qəbul etdikdən sonra Cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.2. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixdə 5000 (beş min) manat, xx.xx.2024-cü ildə 1000 (bir min) manat məbləğini şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə göndərilir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, hər iki tərəf məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı Kommersiya Məhkəməsinin (hakim Ülkər Həsənova) icraatında olan İddiaçı MMC-nin "Çinar Trans” MMC-dən 17520 (on yeddi min beş yüz iyirmi) manat pul tutulmasına dair kommersiya işi üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir.

2. Tərəflərin hüquq və vəzifələri 2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. Bu saziş üzrə 11 520 (on bir min beş yüz iyirmi) manat güzəşt edir, qalan 6000 (altı min) manatı tam məbləğini qəbul etdikdən sonra Cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.2. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixdə 5000 (beş min) manat, xx.xx.2024-cü ildə 1000 (bir min) manat məbləğini şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə göndərilir. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar