Məhkəmə qərarları › İş №e-2-2(113)-65/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-65/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-65/2022 01.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı X4 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X7 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 108087,18 manat (yüz səkkiz min səksən yeddi manat on səkkiz qəpik) əsas borc, mənəvi zərərə görə 50000 (əlli min) manat, hüquqi xidmətlərə görə ödənilmiş 210 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 (VÖEN: **********), Cavabdeh QSC (VÖEN: **********) ilə aralarında bağlanan 08 oktyabr 2018-ci il tarixli Xidmət müqaviləsinə əsasən sifarişçinin sifarişi əsasında, həcmi və digər xüsusiyyətləri müqavilənin Əlavələrində əks etdirilmiş təmir-tikinti işlərinin icrası ilə məşğul olmuşdur. İcra işləri qüsursuz və üçüncü şəxslərin hüquqlarını pozmadan iddiaçı tərəfindən keyfiyyətlə icra edilmiş və vaxtında təhvil-təslim aktlarına əsasən təhvil verilmişdir. Buna baxmayaraq, təhvil-təslim aktı əsasında təhvil verilmiş işlərə görə sifarişçi Cavabdeh QSC tərəfindən bu günə qədər iddiaçıya külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, təhviltəslim aktlarına əsasən sifarişçi tərəfindən bu günə qədər iddiaçıya 108087,18 (yüz səkkiz min səksən yeddi manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti ödənilməmiş və bununla da iddiaçıya 50000 (əlli min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Belə ki, fəhlələrin maaşlarını vaxtında verə bilmədiyinə görə uzun müddət keçirdiyi əsəb və sarsıntılar nəticəsində 09 noyabr 2019-cu il tarixdə ürək əməliyyatı keçirmişdir. Müalicədən sonra da sifarişçi Cavabdeh QSC-nin vəzifəli şəxslərinə dəfələrlə müraciət etmiş, sonda 28 noyabr 2019-cu il tarixində “ QSC”-nin mühasib-kassiri ona bildirmişdir ki, Cəmiyyətin iddiaçıya ümumilikdə 24619,76 manat məbləğində pul borcu qalmış və həmin məbləğin iddiaçının bank hesabına köçürülməsinə söz vermişdir. Daha sonra həmin şəxs iddiaçıya bildirmişdir ki, borc tam bağlandığı üçün akt tərtib edilməlidir. Həmin akt tərtib edilmiş, iddiaçının səhhətinin normallaşmasından bir müddət sonra Cəmiyyətin ona ödəməli olduğu borcla bağlı sənədləri araşdırarkən məlum olmuşdur ki, “ QSC”-nin mühasib-kassiri onu aldatmış, ümumilikdə Cəmiyyətin iddiaçıya 24619,76 (iyirmi dörd min altı yüz on doqquz manat yetmiş altı qəpik) məbləğində pul borcunun olduğunu bildirməklə, həmin məbləği iddiaçının bank hesabına köçürdükdən sonra, iddiaçının ona inanmadan istifadə edərək, Cəmiyyətin iddiaçıya pul borcunun olmaması barədə aktın iddiaçı tərəfindən imzalanmasına nail olmuşdur. İddiaçı bununla bağlı dərhal Cavabdeh QSC-nin baş mühasibi, mühasib-kassir və mühəndisi ilə görüşərək, Cəmiyyətin ona olan borcunun 24619,76 (iyirmi dörd min altı yüz on doqquz manat yetmiş altı qəpik) manat yox, cəmi 132706,94 (yüz otuz iki min yeddi yüz altı min doxsan dörd qəpik) manat olduğunu bildirmiş və sonuncu ödənilmiş 24619,76 (iyirmi dörd min altı yüz on doqquz manat 76 qəpik) manat pul vəsaitindən sonra qalan 108087,18 (yüz səkkiz min səksən yeddi manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Lakin Cavabdeh QSC-nin baş mühasibi hər dəfə müxtəlif bəhanələr gətirməklə qalan məbləğin ödənilməsindən yayınmışdır. Həmin şəxslərlə görüşərək, iddiaçıya Cəmiyyət tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, görülən işlər müsbət nəticə verməmiş, əksinə, adları yuxarıda qeyd olunan şəxslər onu hədələməyə cəhd göstərmişlər. Bununla bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etmiş və həmin məsələ nəzarətə götürülmüşdür. Odur ki, Cavabdeh QSC tərəfindən yerinə yetirilmiş işlərin haqqının tam ödənilməsi və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, 08 oktyabr 2018-ci il tarixli Xidmət müqaviləsinin 4.2-ci maddəsində göstərilmişdir ki, təhvil-təslim aktı imzalandığı gündən 15 (on beş) iş günü ərzində ödəniş tam şəkildə həyata keçiriləcəkdir. Lakin iddiaçı tərəfindən icra edilmiş işlərin təhvil verilməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, bu günə kimi Cəmiyyət tərəfindən ödənişlər tam həyata keçirilməmişdir. Xidmət Müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və lazımınca yerinə yetirilməməsi, habelə müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsindən asılı olmayaraq, müqavilənin qüvvədə olduğu dövrdə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə dəymiş maddi və digər zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə verərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 19 oktyabr 2019-cu il tarixli, 167 №-li Akta görə 76595 manat, 19 oktyabr 2019-cu il tarixli, 167 №-li Akta görə 31298 manat, 28 iyul 2019-cu il tarixli, 124 №-li Akta görə 27245 manat, 17 mart 2019-cu il tarixli, 70 №-li Akta görə 9000 manat, 04 iyun 2019-cu il tarixli, 105 №-li Akta görə 12684 manat, 03 iyun 2019-cu il tarixli, 83 №-li Akta görə 58237 manat, 04 may 2019-cu il tarixli, 86 №-li Akta görə 1574, görə 8885 manat əsas borc, mənəvi zərərə görə 50000 (əlli min) manat, hüquqi xidmətlərə görə ödənilmiş 210 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən görülən işlərin dəyəri tam olaraq ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilən birtərəfli qaydada imzalanmış aktlar isə əsassızdır və belə işlər iddiaçı tərəfindən görülməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində X7 ilə “Sifarişçi” qismində Cavabdeh QSC arasında 08 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə icraçı sifarişçinin sifarişi əsasında, həcmi və digər xüsusiyyətləri müqavilənin Əlavələrində əks etdirilmiş (və tərəflərin qarşılıqlı razılığı əsasında sifarişçinin işgüzar tələblərini təmin etmək məqsədi ilə dəyişdirilə bilən) sifarişçinin işləri sifarişçiyə təqdim etməyi, sifarişçi işə işləri qəbul edib, əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı işləri qüsursuz və üçüncü şəxslərin hüquqlarını pozmadan yerinə yetirməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən həyata keçirilmiş ayrı-ayrı işlər təhvil-təslim aktı əsasında təhvil alınacaqdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin görülməsi sifariş edildikdən sonra sifarişçi avans olaraq ödəniş həyata keçirə bilər. Müqavilənin 4.2-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı gündən 15 (on beş) iş günü ərzində ödəniş tam şəkildə həyata keçiriləcəkdir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər-hansı əlavə xərclər yalnız sifarişçi ilə əvvəlcədən razılaşdırıldığı halda ödənilə bilər. - 08 oktyabr 2018-ci il tarixli Xidmət müqaviləsinə 01 aprel 2019-cu il tarixli X3 adlı 1 saylı Əlavədən görünür ki, icraçı müqavilənin şərtlərinə əsasən əlavədə göstərilən qiymətlərlə müəyyən olunmuş xidmətləri göstərməyi, sifarişçi isə müəyyən olunmuş məbləği icraçıya müqavilədə göstərilən müddətdə ödəməyi öhdəsinə götürmüşdür. - 28 noyabr 2019-cu il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh QSC-nin yerinə yetirilmiş təmir-tikinti işlərinə görə Səfərov Vaqifə olan 29051,32 manat (24619,76 manat əsas məbləğ, 4431,56 manat ƏDV) onun bank hesabına ödənildi. Podratçının Cavabdeh QSC-yə qarşı heç bir iddiası yoxdur və gələcəkdə podratçı ilə onun əmək münasibətində olduğu muzdlu işçilər arasında yarana biləcək problemlərə görə Cavabdeh QSC heç bir məsuliyyət daşımır. - İddiaçı tərəfindən məhkəməyə müvafiq elektron qaimələr təqdim olunmuşdur. - Xidmətlərin göstərilməsi haqında 01 noyabr 2018-ci il tarixli, 23 nömrəli Təhviltəslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 3024 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 09 fevral 2019-cu il tarixli, 54 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 35608,60 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 17 mart 2019-cu il tarixli, 70 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 25004,80 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 04 may 2019-cu il tarixli, 86 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 21951 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 03 iyun 2019-cu il tarixli, 83 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 62237 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 04 iyun 2019-cu il tarixli, 105 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 32864 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - Xidmətlərin göstərilməsi haqında 28 iyul 2019-cu il tarixli, 124 nömrəli Təhvil-təslim aktından görünür ki, aktda qeyd edilmiş ümumilikdə məbləği 27245 manat təşkil edən işlər X7 tərəfindən keyfiyyətlə icra edilmiş və qeyd edilən aktı hər iki tərəf imzalayaraq təsdiq etmişdir. - İddiaçı tərəfindən iş materiallarına birtərəfli qaydada imzalanmış xidmətlərin göstərilməsi haqında təhvil-təslim aktları təqdim edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 15000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 26723,21 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 16000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 28142,63 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 9000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 8648,40 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 12000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 20377,82 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 20000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 4000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 20000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 6000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 228 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 1315 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 231 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 3675 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 232 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 661,50 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 296 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 9423,30 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 297 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 1696,16 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 372 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 1575 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 388 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən X4 AZ86BRES******************** nömrəli hesabına 3552,50 manat məbləğində ödəniş həyata keçirilmişdir. - xx.xx.2020-ci il tarixli, **********114352 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən X6 236,70 (ödənişin təyinatı – alınacaq malların dəyərinin ƏDV-si avans olaraq ödənilir) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli, **********185248 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən X6 283,50 (ödənişin təyinatı – 21.05.20-ci il tarixli EBAK saylı EQ əsasən alınmış malların dəyərinin ƏDV-si ödənilir) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli, **********214603 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən X6 639,45 (ödənişin təyinatı – podrat işlərinin dəyərinin ƏDV-si ödənilir) manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 10/254 saylı ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 71/1 nömrəli, xx.xx.2019-cu il tarixli 98 nömrəli və xx.xx.2019-cu il tarixli, 167 nömrəli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktlarında göstərilən iş həcmləri yerinə yetirilmişdir. xx.xx.2019-cu il tarixli 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 71/1 nömrəli, xx.xx.2019-cu il tarixli 98 nömrəli və xx.xx.2019-cu il tarixli, 167 nömrəli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktlarında göstərilən iş həcmləri hər iki tərəfin imzalayıb təsdiq etdiyi xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli aktlar üzrə göstərilən və faktiki görülmüş iş həcmləri ilə üst-üstə düşmədiyi müəyyən olunur. Belə ki, faktiki görülmüş iş həcmləri Cavabdeh QSC ilə icraçı X7 arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikinti-təmir işlərinə dair tərtib olunmuş və tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına uyğun olduğu, lakin xx.xx.2019-cu il tarixli 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 71/1 nömrəli, xx.xx.2019-cu il tarixli 98 nömrəli və xx.xx.2019-cu il tarixli, 167 nömrəli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktlarında göstərilən iş həcmləri isə artıq göstərildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmişdir, yəni müqavilə üzrə işlər görülmüş və görülmüş işlərin dəyəri ödənilmişdir. Edilmiş ödənişlərin görülmüş işlərin dəyərinə müvafiq olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır (hər iki tərəfin imzalayıb təsdiq etdiyi aktlar, edilmiş ödənişlər və s.). Məhkəmə tərəfindən müvaiq ekspertiza təyin edilmiş, iddiaçının imzaladığı, cavabdehin təsdiq etmədiyi aktlarla bağlı suallar qoyulmuş və yuxarıda qeyd olunan məzmunda rəy verilmiş, faktiki görülmüş iş həcmlərinin Cavabdeh QSC ilə icraçı X7 arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikinti-təmir işlərinə dair tərtib olunmuş və tərəflər arasında imzalanmış təhviltəslim aktlarına uyğun olduğu müəyyən olunmuşdur. Tərəfin vəsatəti əsasında dəvət olunan ekspert də ekspert rəyini müdafiə edərək, faktiki görülmüş iş həcmlərinin tikintitəmir işlərinə dair tərtib olunmuş və tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına, eyni zamanda görülmüş işlərin dəyərinin ödənilən məbləğlərə uyğun olduğunu bildirmişdir. Eyni zamanda iddiaçının imzaladığı 28 noyabr 2019-cu il tarixli aktda da qeyd edilmişdir ki, Cavabdeh QSC-nin yerinə yetirilmiş təmir-tikinti işlərinə görə Səfərov Vaqifə olan 29051,32 manat (24619,76 manat əsas məbləğ, 4431,56 manat ƏDV) onun bank hesabına ödənildi. Podratçının Cavabdeh QSC-yə qarşı heç bir iddiası yoxdur və gələcəkdə podratçı ilə onun əmək münasibətində olduğu muzdlu işçilər arasında yarana biləcək problemlərə görə Cavabdeh QSC heç bir məsuliyyət daşımır. İddiaçı bundan sonrakı dövrdə iddia ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş ekspertizadan qayıtdıqdan sonra iddiaçı iddia tələbini dəyişərək, cavabdehdən ərizədə qeyd olunan aktlar üzrə cəmi 198273 manat əsas borcun tutulmasını xahiş etmişdir və hazırkı iddia tələbinin bir hissəsini həmin məbləğin cavabdehdən tutulması təşkil edir. Lakin iddiaçı iddia tələbini əsaslandırmamış, iddia tələbi ilə bağlı, cavabdehin ona həmin məbləğdə borcunun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə birtərəfli qaydada imzalanmış təhvil-təslim aktları təqdim etmişdir. Həmin aktlarla cavabdeh razılaşmayaraq, sözügedən aktların əsassız olduğunu və iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunaraq imzalandığını qeyd etmişdir. Qeyd olunduğu kimi, ekspert rəyində də görülmüş işlərin həcminin hər iki tərəfin imzalayıb təsdiq etdiyi aktlara uyğun olduğu göstərilmişdir. Beləliklə, təqdim olunmuş sübutlarla təsdiq olunur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin tələblər birinci, yəni əsas tələblə bağlı olduğundan və iddia tələbi birinci hissədə təmin edilmədiyindən, iddia digər qeyd olunan hissələrdə də rədd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar