Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6571/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC dən 6192,26 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2592 manat pulun, 100 manat mediasiya haqqı tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 18 oktyabr 2019-ci il tarixli, №BDH001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında Bakı şəhərində yerlşən “Zoopark” layihəsində süni gölün membran ilə izolyasiyası ilə əlaqədar işlərin görülməsini həyata keçirməyi, sifarişçi isə işə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq işi (xidməti) yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə, 6192,26 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “Malların,işlərin və xidmətlərin təqdim edilməsi” haqqında 192436; 163610; 679278; 264154 nömrəli elektron qaimələr təsdiq edilir. Lakin bundan sonra tərəfimizdən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 03 avqust 2022-ci il tarixində 3 iş günü müddətində‐6192,26 manat borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, tərəfimizdən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmişdir, lakin 29 iyun 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə 29 iyun 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” MŞB/11-00340 saylı arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkil X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 oktyabr 2019-ci il tarixli, BDH001 nömrəli iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin sifarişi əsasında Bakı şəhərində yerləşən “Zoopark” layihəsində süni gölün membran ilə izolyasiyası ilə əlaqədar işlərin görülməsini həyata keçirməyi, Cavabdeh MMC isə işə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli EBAC seriyalı 163610 nömrəli 10237,21 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 670278 nömrəli 1725,75 manat, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 264154 nömrəli 236 manat, xx.xx.2020-ci il tarixli EBAF seriyalı 6192,26 manat məbləğində elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə ümumilikdə 18391,22 manat məbləğində xidmət göstərmişdir. 01 oktyabr 2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə son gecikmə tarixi olan 01 oktyabr 2022-ci il tarixə gecikdirilmiş günlərin sayı 982, xidmətin dəyəri 6192,26 manat, buna uyğun olaraq isə gecikdirilmiş günlərə görə hesablanan illik 5% borcu 832,98 manatdır. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin "xxxx" MMC-nin məktubuna cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC şirkətinə xx.xx.2019-cu il tarixində 4675,60 manat, xx.xx.2020-ci il tarixdə isə 5662,50 manat ödəniş edilmişdir. 29 iyun 2022-ci il tarixli MŞB/11-00340 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC-yə Bakı şəhərində yerləşən “Zoopark” layihəsində süni gölün membran ilə izolyasiyası ilə əlaqədar işlərin görülməsi tapşırılmış, "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yetirsə də, Cavabdeh MMC görülmüş işlərin müqabilində iddiaçıya 6192,26 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, sistemə yerləşdirilmiş elektron qaimələrdən və xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin "xxxx" MMC-nin məktubuna cavab məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əvəzində borcunun bir hissəsini iddiaçıya ödəmişdir. Məhkəmə qeyd olunanları, həmçinin tərəflərin arasında davamlı münasibətlərin olduğunu nəzərə alaraq hesab edir ki, iddia 6192,26 manat məbləğində əsas borc və 100 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının illik 5% tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən, yəni 832,98 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı tərəfindən tərtib olunmuş 01 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, əsas tələb olan 6192,26 manat məbləğində xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə son gecikmə tarixi olan 01 oktyabr 2022-ci il tarixə gecikdirilmiş günlərin sayı 982, buna uyğun olaraq isə gecikdirilmiş günlərə görə hesablanan illik 5% borcu 832,98 (6192,26x5%=309,61:365=0,84x982=832,98 manat) manatdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 6192,26 manat əsas borc, 832,98 manat illik 5% borcu, cəmi 7025,24 manat və 100 manat mediasiya xərci alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6192,26 manat əsas borc, 832,98 manat illik 5% borcu cəmi 7025,24 manat və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6571/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6571/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver