Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-66/2024 01.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və zərərin ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil və qanuni təmsilçisi X22 iştirakı ilə, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2, X2 və X7 iştirakı ilə, X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı “İddiaçı”nin (bundan sonra İSSER) Cavabdeh MMC-yə (bundan sonra PDL) qarşı “müqavilə üzrə borcun və zərərin ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı “İddiaçı” Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşdirmə ərizələri ilə məhkəməyə müraciət edərək, PDL ilə İSSER arasında bağlanmış xx.xx.2021ci il tarixli 1421-221 nömrəli Müqaviləsi üzrə yaranmış 135.594,5 manat borc məbləği və bu məbləğə hesablanmış 24.407 manat ƏDV-nin, əldən çıxmış faydaya görə 188.405,5 manat məbləği və bu məbləğə hesablanmış 33.912,99 ƏDV-nin, əlavə görülən işlərin dəyəri olan 201.291,00 manat məbləği və bu məbləğə hesablanmış 36.232,38 manat ƏDV-nin, ödəmələrdəki gecikmələrə görə dəbbə pulu olaraq 161.380 manat məbləği, müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə məruz qalınan zərər olaraq 512.277,91 manat məbləği, zəmanət məktubunun verilməsi ilə bağlı dəymiş zərər olaraq 6.471,23 manat məbləği, ümumilikdə 1.299.972,51 manat məbləğində pul vəsaitinin, 2000 manat vəkil xərcinin və ödənilmiş 1439 manat dövlət rüsumunun PDL-dən tutularaq İSSER-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə (İSSER) Cavabdeh MMC (PDL) ilə arasında xx.xx.2021-ci il tarixində “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işinə bağlı olaraq DN1400 PN10 boru xəttinin qazma, doldurma və qaynaq işləri” layihəsi çərçivəsində (AD.BB.1 –33+10 43+50 km) (AD.BB.2 –37+68 98+28 km) çalışma sahəsində işlərin görülməsi” haqqında 1421-221 nömrəli Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən İSSER PDL-in sifarişi əsasında Müqaviləyə Əlavə 1-də qeyd edilmiş işləri görməyi, PDL isə öz növbəsində işlərin haqqını İSSER-ə təsdiqlənmiş təhvil-təslim Aktları əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Əlavə 1-də İSSER-in görməli olduğu işlərin adları, həcmi və dəyəri tərəflər arasında qarşılıqlı şəkildə razılaşdırılmaqla imzalanmışdır. Razılaşmaya görə, İSSER tərəfindən görülməli olan işlərin ümumi dəyəri 3.300.000,00 manat məbləğində müəyyən edilmişdir. Müqavilə əsasında İSSER-in görmüş olduğu işlərin xx.xx.2022-ci il tarixinə ümumi dəyəri 3.111.594,50 manat təşkil etməkdədir. Bu hal təhvil-təslim Aktları ilə də öz təsdiqini tapır. Bununla belə PDL tərəfindən həmin işlərə görə ümumilikdə 2.976.000,00 manat İSSER-ə ödənilmişdir. Ödənilməmiş məbləğ cəmi 135.594,5 manat təşkil edir ki, bunun da 70.000 manat hissəsinə münasibətdə müvafiq e-qaimələrin vurulmasına baxmayaraq PDL tərəfindən hələ də ödəniş həyata keçirilməmişdir. Qalan 65.594,50 manat məbləğinə münasibətdə isə e-qaimə vurulmamışdır. Bunun səbəbi isə tərəflər arasında yaranmış işgüzar adətdən irəli gəlir. Belə ki, tərəflər arasında belə bir adət yaranmışdır ki, görülmüş işlər Akt əsasında təhvil verildikdən sonra həmin akt PDL tərəfindən imzalanır və onlar ödəmə edəcəkləri zaman bunu İSSER-ə bildirir, sonra da İSSER qaimə kəsir. Hər bir halda Akt tərtib edilib PDL-ə göndərildikdən sonra PDL-in ödəmə öhdəliyi yaranır. Qaimə vurulmayan 65.594,50 manat hissə ilə bağlı İSSER tərəfindən PDL-ə təhvil-təslim Aktı verilmiş, dolayı ilə PDL-in ödəmə öhdəliyi yaranmış lakin PDL ödəmə etmək istəməməsi səbəbindən e-qaimənin vurulması mümkün olmamışdır. Bundan başqa, PDL tərəfindən İSSER-ə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş ilə Müqaviləyə müqavilənin 12.1.2-ci maddəsinin a bəndinə (işlərin 5 gündən artıq dayandırılması əsası ilə) əsasən xitam verildiyi bildirilmişdir. Müqavilənin qeyd edilən əsasla ləğv edilməsi üçün heç bir səbəb olmamışdır. Əksinə, İSSER tərəfindən PDL-ə göndərilmiş maillərdə də PDL-in öhdəliklərini vaxtında və lazımınca icra etməməsi səbəbindən işlərin icrasında ləngimənin olduğu bildirilmiş, bununla belə işlərin ləngiməsinin səbəbləri (materiallarla təmin edilmə və s.) PDL tərəfindən aradan qaldırılmamışdır. Həmçinin İSSER-in haqlı tələblərinə rəğmən, icrası tamamlanmış işlərin dəyəri də vaxtında və tam şəkildə ödənilməmişdir. Bu mənada PDL-in Müqaviləyə təktərəfli xitam verməsi (müqavilənin tələblərinə zidd olmaqla birlikdə) Mülki Məcəllənin 759.1-ci maddəsi ilə izah oluna bilər. Həmin maddədə isə, sifarişçinin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə biləcəyi nəzərdə tutulmuş, bununla yanaşı xüsusi olaraq vurğulanmışdır ki, sifarişçi bu halda podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. PDL-in Müqaviləyə təktərəfli qaydada xitam verməsi səbəbindən İSSER müqavilə üzrə işləri tamamlamaqla razılaşdırılmış ümumi muzdu əldə etmək imkanından məhrum edilmişdir. Bununla da İSSER-ə 188.405,50 manat (3.300.000 – 3.111.594,50) məbləğində zərər (əldən çıxmış fayda) vurulmuşdur. Bu baxımdan Müqaviləyə təktərəfli qaydada xitam verməsi nəticəsində İSSER-ə vurulmuş həmin zərər də PDL tərəfindən İSSER-ə ödənilməlidir. Həmçinin Müqavilə üzrə işlərin icrası zamanı Müqavilədə nəzərdə tutulmayan əlavə işlərin İSSER tərəfindən görülməsi zərurəti də yaranmışdı. Müvafiq maillər ilə bu barədə PDL-ə məlumat verilmiş və həmin işlərin ayrıca muzd müqabilində yerinə yetirilməsi barədə razılıq əldə edilmişdir. Görülmüş əlavə işlərə görə ayrıca muzdun məbləği 201.291,00 manat təşkil etsə də, həmin məbləğ də İSSER-ə ödənilməmişdir. İndiki halda İSSER müvafiq maillər ilə PDL-ə əlavə işlər və onlara görə ödənilməli olan barədə əvvəlcədən məlumat vermiş və qarşı tərəfin razılığı ilə əlavə işləri icra etmişdir. Bundan əlavə Müqavilənin 2-ci maddəsində işlərin görülmə mərhələləri və hər mərhələdə ödənilməli olan məbləğlər ümumi məbləğin faiz nisbətində göstərilmişdir. Müqavilənin 7.7-ci bəndində hər mərhələ üzrə PDL-in ödəmələri vaxtında yerinə yetirməməsinə görə hər gecikən gün üçün müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 0.1%-i həcmində cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 2-ci maddəsində əks olunan mərhələlər üzrə ödəmələrdəki gecikmələr səbəbindən PDL-in İSSER-ə ümumilikdə 161.380 manat məbləğdə cərimə borcu da yaranmışdır. Digər tərəfdən Müqavilənin 6.1 və 6.10-cu bəndlərindən aydın olur ki, müqavilədə nəzərdə tutulan öhdəliklərin icrası xx.xx.2021-ci il tarixinədək aparılmalı və müqavilə üzrə işlər İSSER tərəfindən həmin tarixdə təhvil verilməlidir. Lakin PDL-in müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi səbəbindən İSSER tərəfindən işlərin müqavilədə göstərilən tarixdə bitirilmə və təhvil verilməsi mümkün olmamışdır. Buna baxmayaraq İSSER hər bir halda müqavilə üzrə götürdüyü öhdəliklərə sadiq qalaraq işləri bitirib təhvil vermə əzmində olmuşdur. Odur ki, İSSER müqavilə bağlayarkən planladığı xərclərdən daha çoxuna məruz qalmışdır. Belə ki, işlərin müqavilədə əks olunan bitmə tarixindən PDL-in müqaviləyə təktərəfli xitam verdiyi xx.xx.2022-ci il tarixə qədər işlərin görülməsini təmin etmək üçün İSSER müxtəlif növ texnikalara, xidmətlərə və işçilərə görə əlavə ödənişlər etmiş və dolayısı ilə zərərə məruz qalmışdır. Bu dövrdə İSSER-in məruz qaldığı ümumi zərərin məbləği 512.277,91 manat olmuşdur. Bunlarla yanaşı Müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan zəmanət məktubunun verilməsi ilə bağlı da İSSER-ə zərər dəymişdir. Belə ki, Müqavilənin 2.2.2-ci bəndinin məzmunundan aydın olur ki, İSSER tərəfindən zəmanət məktubu təqdim ediləcəyi təqdirdə PDL tərəfindən Müqavilə qiymətinin 20%-i məbləğində avans ödənilməlidir. Lakin İSSER bu öhdəliyini yerinə yetirsə də PDL qeyd olunan avans məbləğini İSSER-ə ödəməmişdir. İSSER zəmanət məktubunun müvafiq bankdan alınması üçün müəyyən xərclər çəkmiş və blok edilmiş məbləğdən (əgər blok edilməsə idi) əldə ediləcək gəlirdən (illik ortalama 6%-lik depozit gəlirindən) məhrum qalmışdır. Bununla da İSSER-ə 6.471,23 manat məbləğində zərər dəyimişdir.
3. İlkin iddia ərizəsinə dair cavabdeh tərəfindən verilmiş etirazda qarşılıqlı iddia ərizəsində göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən, “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialından, 1.125.210 manat layihənin tamamlanması və işlərin yekunlaşdırılması üçün tələb olunan məbləğin, 826.010 manat miqdarında “İSSER” tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq olaraq alınmış pul vəsaitinin, 20.000 ABŞ dollarının ekvivalenti olan 34.000 manat məbləğində İSSER tərəfindən PDL-dən borc alınmış və geri qaytarılmamış borcun, 2394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin, 490.262 manat miqdarında dəbbə pulunun, PDL tərəfindən İSSER-ə borc verilən və geri qaytarılmalı olan 20.000 ABŞ dollarının ekvivalenti olan 34.000 manat məbləğində borc üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanılmış 2.970 manat məbləğində əldən çıxmış faydanın, artıq ödənilmiş 826.010 manat üçün hesablanılmış 38.364 manat məbləğində əldən çıxmış faydanın, İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 1000 manat məbləğində cərimənin, 2000 manat məbləğində mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərcin, 300 manat məbləğində vəkil xərcinin və 2052 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 noyabr 2021-ci il tarixində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İSSER şirkəti ilə ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı PDL MMC arasında 1421-221 nömrəli müqavilə bağlanılmışdır. PDL MMC podratçısı olduğu “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsində Kür çayından sərfi 3.0 m3/saniyə olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işinə bağlı olaraq DN1400 PN10 boru xəttinin qazma, doldurma və qaynaq işləri” layihəsi çərçivəsində (AD.BB.1-33+10 43=50 km) (AD. BB.2- 37+68 98+28) çalışma sahəsində iş xidmələrinin göstərilməsi ilə bağlı İSSER şirkəti ilə müqavilə bağlamışdır. Müqaviləyə 1 saylı əlavə ilə tərəflər arasında X10 tərtib edilmiş, bütün iş həcmi İSSER-ə müqavilə üzrə görüləcək işlərin yekun məbləği ƏDV daxil 3.894000 manat, ƏDV-siz isə 3.300.000 manat müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən İSSER PDL-in sifarişi əsasında sonuncuya ƏLAVƏ 1-də qeyd edilmiş xidmətləri göstərməyi, PDL isə öz növbəsində Xidmətlərin haqqını İSSER-ə təsdiqlənmiş təhvil-təslim Aktları əsasında ödəməyi öz öhdəsinə götürür. 24 noyabr 2021-ci il tarixli müqavilənin 4.1 - 4.36-cı maddələri ilə İSSER-in müqavilə üzrə öhdəlikləri müəyyənləşdirilir. Bu sıraya bütün komanda, avadanlıq və təchizat materiallarının təmini, İSSER-in komanda və avadanlıqlarının əraziyə mobilizasiyası və demobilizasiyası, İSSERin əməkdaşlarının qonaqlama, yemə-içmə xərcləri, sosial təminat xərcləri, əməyin mühafizəsi materialların təmini və s. daxildir. Həmçinin 4.33-cü maddəyə əsasən, İSSER işin görülməsi üçün lazım olan bütün Texnikalar (kamaz, ekskavator, katok yolbasan, su və yanacaq maşınları və s. ilə məhdud olunmayan bütün yüngül və ağır texnikalar) xərcləri özlərinə aid olmaq şərti ilə PDL-in sahəsinə gətirmək və işin görülməsi müddətində təmin olunmasına cavabdehdir. Qiymətlərə daxil olduğunu əvvəlcədən qəbul edir. Yanacaq İSSER-in öhdəliyindədir. Müqavilənin 6.1 -ci maddəsinə əsasən, İSSER işlərin yerinə yetirilməsi üzrə Müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib Xidmətləri PDL-ə müəyyənləşdirilmiş qaydada və 01 mart 2022-ci il tarixində istismara yararlı şəkildə təhvil verməlidir. Geriyə qalan müəyyən işləri qarşılıqlı razılaşmaya əsasən qəti təhvil müddətinədək tam şəkildə təhvil verməlidir. Müqavilənin qüvvədə olduğu müddət ərzində İSSER tərəfindən görüləcək işlərin bir qismi həyata keçirilsə də, müqavilə ilə razılaşdırılmış qaydada yəni, 01 mart 2022-ci il tarixinədək işlər yekunlaşdırılaraq PDL-ə təhvil verilməmişdir. Belə ki, İSSER PDL ilə razılaşmadan işləri dayandırmış, heç bir əsaslı səbəb olmadan sahəyə çıxmaqdan imtina etmiş və müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməkdən yayınmış, müqavilənin 6.1,6.2, 6.5, 6.10-cu maddəllərini pozmuşdur. Müqavilənin 12.1.2-ci maddəsinin “a” bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün nəzərdə tutulan əsaslı pozuntulardan biri də İSSER-in müqavilədə nəzərdə tutulmadığı hallarda və ya PDL ilə razılaşmadan 5 gündən artıq müddətdə işləri dayandırmasıdır. 14 oktyabr 2022-ci il tarixində İSSER-in nümayəndəsi tərəfindən PDL-ə mail vasitəsi ilə, bildirilmişdir ki, 14 oktyabr saat 15:00-dan etibarən direktor X22 təlimatı ilə sahədə demobilizasyon başladılmışdır. Odur ki, İSSER-in müqavilə üzrə öhdəliklərini pozaraq 21 gündən artıq (tərəflər arasında olan elektron yazışmalarla sübut olunur) olmaqla işləri dayandırması səbəbindən PDL tərəfindən İSSER-ə 25 noyabr 2022-ci il tarixində 1421-221 saylı müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanmışdır. İSSER tərəfindən görülən işlər müqaviləyə uyğun olaraq 01 mart 2022-ci il tarixinədək təhviltəslim aktı əsasında təhvil verilməli idi. Lakin, İSSER tərəfindən işlər vaxtında təhvil verilməmiş, İSSER şirkətindən işlərin vaxtında görülməsi tələb edilsə də, İSSER şirkəti ilkin olaraq işə başlamaq üçün pulunun olmadığını əsas gətirmiş və işlərin başlanması üçün ümumilikdə PDL şirkətindən 994.97200 manat pul almış, sonradan hava şəraitinin ağır olmasını, mart ayında qeyri-iş günlərinin sayının çox olmasını, müxtəlif materialların onlara vaxtında təhvil verilməməsini və sair bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmışdır. PDL tərəfindən İSSER icrası tapşırılmış layihə xüsusi dövlət əhəmiyyətli layihə olduğu üçün PDL layihənin tez tamamlanması üçün müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və təhvil-təslim aktları olmadan ümumilikdə 2.976.000 manat pulu İSSERE ödəmiş, İSSER isə həmin pulun müqabilində görülməli olan işləri görməmiş və işlərin müəyyən hissəsini PDL şirkətinə təhvil versə də, müqavilə üzrə öz öhdəliklərini tamamlamaqdan imtina etmiş və əsassız olaraq iş icra olunan sahədən işçilərini və texnikasını da götürərək getmişdir. Nəticədə PDL MMC dövlət əhəmiyyətli layihə üzrə üzərinə düşən öhdəliklərin icrası məqsədi ilə həmin layihəni tamamlanmaq üçün müxtəlif şirkətlərlə yenidən müqavilə bağlamış və hal-hazırda da İSSER şirkəti pulunu almış olsada lakin icra etmədiyi işlərin vaxtında təhvil verilməsi üçün PDL müvafiq işləri görür. Bundan başqa 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin 2.2.2-ci maddəsinə əsasən, İSSER tərəfindən PDL-ə X14 ilə bağlı zəmanət məktubu təqdim edilməlidir. Belə ki, müqavilənin 2.2-ci maddəsində ödəniş qaydası üçün mərhələlər müəyyən edilmiş, 2.2.1-ci maddəyə əsasən, İ mərhələdə PDL işlərin yerinə yetirilməsi üçün İSSER-ə Müqavilə qiymətinin 10%-i məbləğində avans ödəməyi, müqavilənin 2.2.2-ci maddəsinə əsasən, 2-ci mərhələdə, İSSER Müqavilə qiymətinin 30%i məbləğində X14 ilə bağlı zəmanət məktubu təqdim etdikdən sonra PDL tərəfindən müqavilə qiymətinin 20%-i ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra 3-cü mərhələdə isə İSSER tərəfindən 15 dekabr 2021-ci tarixində xidmətlərin müəyyən hissəsi Müqavilə şərtlərinə uyğun başa çatdırılıb təhvil verilməli idi. PDL tərəfindən müqaviləyə uyğun olaraq avans ödənilməli olan 30% (990.000 AZN-ƏDV xaric) məbləğin 10%-i(330.000 AZN- ƏDV xaric) 2021-ci ilin 02 Dekabr tarixində ödənilib. 30 % avansın qalan hissəsi isə bank qarantiyası təqdim olunduqdan sonra ödənilməli idi. Tərəflər arasında danışığa əsasən, ilk 10 faizin ödəniş tarixindən növbəti 2-3 gün ərzində İSSER tərəfindən 30% avans üçün Bank Qarantiyası təqdim olunmalı idi. Lakin İSSER tərəfindən Bank Qarantiyası 2021-ci ilin Dekabr ayının 22-də təqdim edilmişdir. Halbuki, müqavilənin 2.2.3cü maddəsinə əsasən, 15 dekabr 2021-ci il tarixində İSSER tərəfindən artıq İİİ mərhələ üzrə xidmətlərin müəyyən hissəsi müqavilə şərtlərinə uyğun başa çatdırılıb təhvil verilməli idi. Bununla bərabər müqaviləyə əsasən, X14 ilə bağlı zəmanət məktubu müqavilə qiymətinin 30%-i məbləğində, 990.000 manat məbləğində olmalı idi. Lakin 2021-ci ilin Dekabr ayının 22-də təqdim edilən əvvəlcədən ödənişin(avans) geri qaytarılması qarantiyası 660.000 manat məbləğində olmuş və İSSER tərəfindən müqavilənin 2.2.2-ci maddəsinin tələbləri kobudcasına pozulmuşdur. PDL müqavilənin 2.2.2-ci maddəsinə əsasən X18 ilə bağlı zəmanət məktubu müqavilə qiymətinin 30%-i məbləğində olmadığı üçün həmin ödənilməli olan məbləği ödəməyə bilərdi. Lakin İSSER-in görməli olduğu işlər xüsusi dövlət əhəmiyyətli iş olduğu üçün PDL həmin işlərin görülməsini ləngiməsini məqsədə miivafıq hesab etməmiş və həmin müqavilə üzrə İSSER-ə heç bir iş görmədiyi halda 990.000 manat pul ödəmişdir. Lakin İSSER PDL-in müqavilə üzrə göstərdiyi dözümlülüklərə baxmayaraq müxtəlif süni bəhanələrlə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmışdır. İSSER bank qarantiyasını gecikdirdiyinə görə, yəni üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə müqavilə üzrə digər işlər də gecikmişdir (xx.xx.2021-ci il tarixli mail vasitəsilə İSSER-ə bu barədə məlumat verilmişdir, qoşmaya əlavə edilir). Buna baxmayaraq, PDL müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, 30 % avansın qalan hissəsi (660.000 AZN) xx.xx.2021-ci il tarixində İSSER-ə ödənilmişdir. Müqavilənin 2.3-cü maddəsinə uyğun olaraq, qeyd edilən ödəniş tapşırıqlarına və elektron qaimələrə əsasən ümumilikdə 2.976.000 manat məbləğ ödənilmişdir: xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 330.000 manat məbləğində; xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 660.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığı üzrə 400.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığı üzrə 36.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 100.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD4 nömrəli ödəniş tapşırığı üzrə 400.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD6 nömrəli ödəniş tapşırığı üzrə 40.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 180.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 300.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığı üzrə 50.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli İB********************18 nömrəli ödəniş tapşırığı üzrə 250.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli İB********************16 nömrəli ödəniş tapşırığı üzrə 100.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 100.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığı üzrə 30.000 manat məbləğində; Ödəniş tapşırıqlarına müvafiq olaraq aşağıdakı qaimələr mövcuddur: xx.xx.2021-ci il tarixli, 886674 nömrəli elektron qaimə üzrə 389.400 manat məbləğində; xx.xx.2021-ci il tarixli, 886716 nömrəli elektron qaimə üzrə 778.800 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 465779 nömrəli elektron qaimə üzrə 354.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 810915 nömrəli elektron qaimə üzrə 354.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 866475 nömrəli elektron qaimə üzrə 47.200 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 746692 nömrəli elektron qaimə üzrə 212.400 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 554805 nömrəli elektron qaimə üzrə 354.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 288762 nömrəli elektron qaimə üzrə 472.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 376029 nömrəli elektron qaimə üzrə 118.000 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 764343 nömrəli elektron qaimə üzrə 42.480 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 273203 nömrəli elektron qaimə üzrə 472.000 manat məbləğində. Ödəniş tapşırıqlarından göründüyü kimi PDL tərəfindən İSSER-ə ƏDV daxil 3.594.280 manat pul ödənilmişdir. Lakin müqaviləyə xitam verildikdən sonra araşdırma aparılmış və İSSER tərəfindən görülmüş işlərə baxış keçirilərək görülən işlərin həcmi və miqdarı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” layihəsində İSSER X11 and Services Azərbaycan Respublikasındakı nümayəndəliyinin gördüyü işlər üzrə №03/22 nömrəli akt tərtib edilərək işlərin həcmi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli №04/22 nömrəli akt ilə isə aparılmış işlərin həcminin maliyyəti müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli №03/22 saylı və №04/22 saylı akta əsasən, İSSER tərəfindən görülən işlərin dəyəri 2.149.990.03 manat təşkil edir. İSSER ona edilən etibardan suiistifadə etmiş, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyi halda 826.010 manat miqdarında məbləği artıq almışdır. Podratçı, yəni İSSER tərəfindən xidmətlərin müqavilə tələblərinə müvafiq qaydada başa çatdırıldığını təsdiqləmək məqsədilə Sifarişçiyə, yəni PDL-ə təqdim edilən təhvil- təslim aktları aşağıdakılardır: xx.xx.2021-ci il tarixli 001 nömrəli təhvil-təslim aktı üzrə 331.470 AZN dəyərində xidmətlər; xx.xx.2021-ci il tarixli 002 nömrəli təhvil-təslim aktı üzrə 663.502 AZN dəyərində xidmətlər; xx.xx.2022-ci il tarixli 003 nömrəli təhvil-təslim aktı üzrə 407.668 AZN dəyərində xidmətlər; xx.xx.2022-ci il tarixli 004 nömrəli təhvil-təslim aktı üzrə 456.885 AZN dəyərində xidmətlər; xx.xx.2022-ci il tarixli 005 nömrəli təhvil-təslim ahı üzrə 40.000 AZN dəyərində xidmətlər; Qeyd edilən təhvil-təslim aktlarına əsasən, İSSER tərəfindən PDL-ə təhvil verilən işlərin dəyəri 1.899.525 manat təşkil edir. Müvafiq olaraq müqaviləyə PDL tərəfindən birtərəfli qaydada İSSER-in hərəkətsizliyi, yəni işə çıxmaması səbəbindən xitam verildiyi üçün İSSER-in yalnız müqavilə üzrə gördüyü işlərin dəyərini almaq hüququ vardır. Bu səbəblə İSSER-in gördüyü işlərin dəyərindən artıq miqdarda edilmiş 826.010 manat ödəniş PDL-ə geri qaytarılmalıdır. Belə ki, İSSER şirkəti PDL-in etibarından sui-istifadə edərək ümumilikdə cəmi 2.149.990,03 manatlıq iş gördüyü halda PDL MMC-dən ümumilikdə 2.976.000 manat pul vəsaiti almış, 826.010 manat məbləğində pulu vəsaitini ələ keçirərək heç bir hüquqi əsas olmadan varlanmış, eyni zamanda həmin pulu geri qaytarmaq istəməmiş və mülki hüquqi məsuliyyətdən yaxa qurtmaq məqsədi ilə PDL MMC-yə qarşı heç bir hüquqi əsası olmayan iddia qaldırmışdır. Belə ki, İSSER-in PDL-dən aldığı 826.000 manat həyata keçirilməmiş əsasa söykənmişdir. 8 oktyabr 2021-ci il tarixində aparıcı tərətdaş Cavabdeh MMC, birinci tərəfdaş "xxxx" MMC və ikinci tərəfdaş "xxxx" MMC arasında konsorsiumun yaradılması haqqında AD-114/21 nömrəli müqavilə imzalanmışdır (müqavilənin surəti qoşmaya əlavə edilir). Müqaviləyə əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsində Kür çayından sərtı 3.0 m3/saniyə olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması layihəsi üzrə tikinti-quraşdırma işlərinin icrası üzrə tərəflərin birgə fəaliyyəti və hər bir tərəfdaşın hüquq və vəzifələri müəyyən edilmişdir. Belə ki, müqavilə üzrə aparıcı tərətdaş olan Cavabdeh MMC-nin əsas öhdəliklərindən biri də qeyd edilən işləri tam olaraq öz hesabına həyata keçirmək və istifadəyə tam yararlı şəkildə Sifarişçiyə təqdim etməkdir. Bununla bərabər 8 oktyabr 2021-ci il tarixli müqavilənin 3.3-cü maddəsinə əsasən, bu müqavilə və işlərin yerinə yetirilməsi üçün imzalanacaq Podrat Müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində təqsirli olan tərəf cərimələrdən əlavə həmin öhdəliklərin yerinə yetirilməməsi nəticəsində digər Tərəfdaşın çəkdiyi zərərin əvəzinin ödənilməsini təmin etməlidir. O cümlədən tərəfdaşlardan hər hansı birinin bu Müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra etməməsi digər Tərəfdaşın üçüncü şəxslər qarşısında öz öhdəliklərinin yerinə yetirilməməsinə və bununla həmin Tərəfdaşın bundan ziyan çəkməsinə səbəb olduqda, öhdəliklərini yerinə yetirməyən həmin Tərəfdaş digər Tərəfdaş qarşısında vurulmuş ziyanın bu Müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlər daxilində tam ödənilməsi öhdəliyini daşımağı öz öhdəsinə götürmüşdür. Konsorsiumun yaradılması haqqında AD-114/21 nömrəli xx.xx.2021 -ci il tarixli müqaviləyə 18 oktyabr 2021-ci il tarixli əlavə razılaşmaya əsasən, tərəflər "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/saniyə olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” layihəsi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı müqavilənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdriyyəti ilə bağlanması Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC konsorsiumu adından “Birinci Tərəfdaş” "xxxx" MMC tərəfindən həyata keçiriləcək və bununla bağlı bütün zəruri sənədlər konsorsium adından direktoru Vahid Hacıyev şəxsində "xxxx" MMC tərəfindən imzalanacaqdır. Qeyd edilən əlavə razılaşmaya müvafiq olaraq aşağıdakı müqavilələr imzalanmışdır: 13 oktyabr 2021-ci il tarixli 2662.1 nömrəli müqaviləyə əsasən, icraçı Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC birgə konsorsiumu adından "xxxx" MMC Azərbaycan Respublikasının Prezidentinin 29 may 2021-ci il tarixli 2664 nömrəli sərəncamının icrası ilə əlaqədar “Hacıqabul rayonu ərazisində əkin dövriyyəsinə əlavə olunmuş "xxxx" MMC-yə məxsus torpaq sahəsində Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsilə suvarma çatdırılması” layihəsi üzrə 2021-ci ildə tikinti işlərinin yerinə yetirilməsini icra etməyi qəbul etmişdir. 15 mart 2022-ci il tarixli 6 nömrəli müqaviləyə əsasən, icraçı Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC birgə konsorsiumu adından "xxxx" MMC Azərbaycan Respublikasının Prezidentinin 29 may 2021-ci il tarixli 2664 nömrəli sərəncamının icrası ilə əlaqədar “Hacıqabul rayonu ərazisində əkin dövriyyəsinə əlavə olunmuş "xxxx" MMC-yə məxsus torpaq sahəsində Kür çayından nasos stansiyası vasitəsilə suvarma çatdırılması” layihəsi üzrə 2022- ci ildə tikinti işlərinin yerinə yetirilməsini icra etməyi qəbul etmişdir (Qeyd edilən layihə iizrə 2022-ci ildə yeıinə yetiriləcək iş həcmləri ilə bağlı cədvəl (SMETA) qoşmaya əlavə edilir). Hər iki müqavilənin 16.1-ci maddəsinə əsasən. İcraçı müqavilənin icrası üçün Sifarişçinin yazılı razılığı əsasında tələb olunan submüqavilələri bağlaya bilər. İcraçı submüqavilələrin icrasına görə Sifarişçi qarşısında məsuliyyət daşıyır. Submüqavilələrin bağlanması İcraçını müqavilə üzrə öhdəliklərdən azad etmir. Lakin İSSER-in öhdəliklərini tam yerinə yetirməməsi səbəbilə layihə tamamlanmamışdır. Bununla da, PDL 8 oktyabr 2021-ci il tarixli AD-114/21 nömrəli müqavilə üzrə və bu müqaviləyə müvafiq olaraq tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış 15 mart 2022-ci il tarixli 6 nömrəli və 13 oktyabr 2021-ci il tarixli 2662.1 nömrəli podrat müqavilələri üzrə də öz öhdəliklərin yerinə yetirə bilməmiş və zərərə uğramışdır. PDL tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş №06/22 saylı akta əsasən, İSSER tərəfindən tamamlanmamış, hal-hazırda layihənin tamamlanması üçün PDL MMC tərəfindən görülməli olan işlərin dəyəri 1.125.210,04 manat məbləğindədir. Hal-hazırda işlərin tamamlanması üçün tərəflərindən müvafiq prosedurlar başladılmışdır. Layihənin tamamlanması üçün yerinə yetirilməli olan İSSER tərəfindən görülməmiş işlərin bir qismi tərəflərindən görülmüş və digər hissə də görülməkdədir. İşlərin tamamlanması üçün 1.125.210,04 manat miqdarında vəsait tələb olunur. Layihənin tamamlanması məqsədilə PDL tərəfindən bu günə qədər müvafiq icraçılarla aşağıdakı müqavilələr bağlanılmışdır: (yeni xidmət müqavilələrinin imzalanması davam ediləcəkdir) Sifarişçi Cavabdeh MMC ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış 15 noyabr 2022-ci il tarixli 22-PDL-X-220 nömrəli Xidmət müqaviləsi; Sifarişçi Cavabdeh MMC ilə İcraçı “X8” MMC arasında bağlanılmış 13 dekabr 2022-ciil tarixli 22-PDL-X-223 nömrəli Xidmət müqaviləsi; Sifarişçi Cavabdeh MMC ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış 21 dekabr 2022-ci il tarixli 22-PDL-X-224 nömrəli Xidmət miiqaviləsi;(müqavilələr qoşmaya əlavə edilir) Qeyd edilən müqavilələrə müvafiq olaraq PDL tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan ödəniş tapşırıqları əsasında 233.735 manat miqdarında yuxarıda adı çəkilən şirkətlərə ödəniş həyata keçirilmişdir. Bundan başqa həmin layihənin tamalanması üçün PDL tərəfindən 233.735 manat xərc çəkilməsinə baxmayaraq bundan sonra layihənin tamalanmasına 891.475 manat pul vəsaitinə ehtiyac vardır. (1125.210-233.735=891475) Müqavilənin 7.11ci maddəsinə əsasən, İSSER-in və ya onun işçisinin, agentinin, subpodratçısının və ya məsləhətçisinin hər hansı hərəkət və ya hərəkətsizlik ucbatından birbaşa və ya dolayı yolla PDL-ə dəyən, dəvəcək və va dəymə ehtimalı olan ziyanla bağlı İSSER tam məsuliyyət daşıyır. 7.12-cı maddəyə görə isə, İSSER-in xidmətlərinin nəticəsinə əsaslanmaqla görülən işlər üzrə meydana çıxan zərərə və ziyana görə İSSER tam və birbaşa məsuliyyət daşıyır. Belə ki, müqavilənin 7.11 və 7.12-ci bəndlərinə müvafiq olaraq İSSER-in işləri rtayandırması (müqaviləyə uyğun olaraq hərəkətsizliyi) nəticəsində PDL-ə dəyən zərər (layihənin tamamlanması üçün tələb olunan 1.125.210.04 manat pul vəsaiti) İSSER tərəfindən qarşılanmalıdır. Bu İSSER-in müqavilə üzrə götürdüyü öhdəliklərindən irəli gəlir. 4 noyabr 2021-ci il tarixli, 1421-221 nömrəli Müqavilənin 7.6-cı maddəsinə əsasən, İSSER bu Müqavilənin 2.2 və 6.10-cıı maddələrinə uyğun olaraq hər hansı bir mərhələ üzrə icram vaxtında yerinə yetirə bilmədikdə PDL hər gecikən gün üçün müvafiq mərhələdə görüləcək islərin dəyərinin 0,1 %-i həcmində cərimə tətbiq edə bilər. Müqavilənin 7.8-ci maddəsinə əsasən, İSSER-in Müqavilə şərtlərini pozması, Müqavilə üzrə vəzifə və öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, səhvi, yalan məlumat verməsi, səhlənkarlığı və ya hüquqlarından sui-istifadə etməsi ilə əlaqədar PDL-ə birbaşa və ya dolayı yolla dəyən bütün zərər, o cümlədən, əldən çıxmış fayda, işgüzar nüfuza dəyən zərər, PDL-ə və ya hər hansı digər şəxsin ölümü və ya sağlamlığına dəyən ziyan, hər hansı əmlakla əlaqədar dəymiş zərərlə bağlı tam şəkildə məsuliyyət daşıyır. Müqaviləyə xitam verilməsi İSSER-i müqavilə üzrə müəyyən edilmiş məsuliyyətdən azad etmir. Həmçinin İSSER-ə həvalə edilmiş AD-BB- 2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə DN1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsi baş vermişdir. Qüsur 18 fevral 2023-cü il tarixində müəyyən edilmiş və hesabat tərtib edilmişdir. Hadisənin kök səbəbləri isə aşağıdakılardır: İş üzərində mühəndis nəzarətinin olmaması və Qaynaq əməliyyatının düzgün aparılmaması. AD-BB-2 basqılı boru kəmərinin İ Qazıməmməd-Qazax qaz kəməri ilə kəsişməsində baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli, №02/23 nömrəli akt tərtib edilərək aparılmış təmir-bərpa işləri və müvafiq olaraq dəyəri müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, №02/23 nömrəli akta əsasən, PDL tərəfindən xx.xx.2023 tarixində AD-BB-2 basqılı boru kəməri PK 53+73-də zədələnmiş hissənin müvəqqəti təmir bərpa işləri həyata keçirilmiş və ümumilikdə 2394 manat pul vəsaiti xərclənmişdir. 24 noyabr 2021-ci il tarixli müqavilənin 6.2-ci maddəsinə əsasən, İSSER Müqavilədə müəyyən edilmiş qaydada, bu Müqavilənin 6.1-ci maddəsində qeyd edilmiş müddət ərzində PDL-in tapşırığına uyğun olaraq isləri və xidmətləri tam keyfiyyətlə və vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 6.5-ci maddəsinə əsasən, İSSER Müqavilə üzrə öhdəliklərinin icrası üçün hər hansı təchiz etdiyi malların 12 ay, görülmüş işlərə və xidmətlərə isə bu Müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq işlər tam təhvil verildiyi gündən 24 ay müddətinə texniki təminat verir və təminat müddətində aşkar olunmuş qiisur/ar İSSER-in vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır. Əgər İSSER həmin mallara dair qüsurları ağlabatan müddətdə aradan qaldırmazsa, PDL həmin malın dəyəri və vurulmuş maddi zərərə sörə müvafiq qaydada cərimə tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilənin 7.9-cu maddəsinə əsasən, İSSER tərəfindən bu Müqavilənin müddəaları əhəmiyyətli dərəcədə pozulduqda İSSER PDL-in məruz qaldığı birbaşa xərcləri ödəyir. Əlavə olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində, İSSER tərəfindən PDL-ə bildirilmişdir ki, müqavilə üzrə yerinə yetirilməli işlər ilə əlaqədar olaraq müəyyən məbləğdə pula ehtiyac vardır və müvafiq məbləğ PDL tərəfindən təmin ediləcəyi təqdirdə ona geri qaytarılacaqdır. Bu səbəbdən, PDL tərəfindən xx.xx.2022-ci il tarixli akt ilə 10.000 ABŞ Dolları məbləğində pul İSSER-ə verilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən, İSSER 10000 ABŞ Dollarını xx.xx.2022-ci il tarixinə kimi tam şəkildə geri ödəməyi öz öhdəsinə götürmüşdür.Daha sonra X24 tərəfindən əlavə olaraq 10000 ABŞ Dolları məbləğində pula ehtiyac olduğu bildirilmiş və PDL tərəfindən 24 mart 2022-ci il tarixində X22 şəxsində İSSER-ə yenidən 10000 ABŞ Dolları məbləğində pul ödənilmişdir (bu tərəflər arasında olan whatsapp yazışmaları ilə də təsdiq edilir). Yəni ümumilikdə 20.000 ABŞ Dollan məbləğində pul PDL tərəfindən İSSER-ə ödənilmişdir. Lakin İSSER tərəfindən öz üzərinə götürdüyü öhdəliklər pozularaq müvafiq məbləğ xx.xx.2022-ci il tarixinədək geri ödənilməmişdir. PDL tərəfindən döndərilmiş Pretenziya qaydasında xəbərdarlığa İSSER tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda da 20.000 ABŞ Dolları məbləğində pulu PDL-in İSSER-ə ödəməsi İSSER tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Odur ki, 20.000 ABŞ Dollarının ekvivalenti olan 34.000 manat məbləğində əsas borc və müvafiq məbləğ üçün xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanmaqla 2.970 manat məbləğində əldən çıxmış fayda İSSER tərəfindən PDL-ə ödənilməlidir. Mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-ə müraciət edilərək tikinti texniki sahədə qiymətləndirici mütəxəssis qarşısında suallar qoyulmuşdur. Müqavilənin 2.2-ci maddəsinə nəzərdə tutulmuş hər mərhələdə təhvil verilməli olan işlər üzrə müqavilənin 7.6 və 7.8-ci maddələrinə əsasən, gecikən günlər üçün PDL MMC- yə İSSER tərəfindən ödənilməli olan hesablanılmış dəbbə pulunun miqdarı ümumilikdə 490.262 manat məbləğindədir. Belə ki, müqavilənin 7.6 və 7.8-ci maddələrinə əsasən, gecikən günlər üçün PDL MMC-yə İSSER tərəfindən 490.262 manat məbləğində dəbbə pulu ödənilməlidir. İSSER tərəfindən görülən işlərin dəyəri 2.149.990,03 manat təşkil edir. Qeyd edilən ödəniş tapşırıqlarına və elektron qaimələrə əsasən İSSER-ə ümumilikdə 2.976.000 manat məbləğ ödənilmişdir. Yəni artıq ödənilən 826.010 manat miqdarında məbləğ üçün ödəniş tapşırığı ilə ödənildiyi vaxtdan 1 mart 2023-cü il tarixinədək əldən çıxmış fayda hesablanılmalıdır. Mülki Məcəllənin 439-cü maddəsinə müvafiq olaraq, 826.010 manat miqdarında məbləğ üçün ödəniş tapşırığı ilə ödənildiyi vaxtdan 1 mart 2023- cü il tarixinədək hesablanılmış əldən çıxmış fayda 38.364 manat məbləğindədir. Həmçinin, PDL tərəfindən İSSER-ə borc verilən və geri qaytarılmalı olan 20.000 ABŞ Dollarının ekvivalenti olan 34.000 manat məbləğ üçün borcun verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanmaqla əldən çıxmış fayda məbləği 2.970 manat təşkil edir Odur ki, 24 noyabr 2021-ci il tarixili 1421-221 nömrəli müqavilə üzrə İSSER tərəfindən öz üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilməmiş yəni, 01 mart 2022-ci il tarixinədək işlər yekunlaşdırılaraq PDL-ə təhvil verilməmişdir.
6. İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən 1.987.614 manat məbləğində əsas borcun tutulması tələbi ilə bağlı: Qarşılıqlı iddiaçının tələb etdiyi həmin məbləğin nədən yarandığı, hansı məbləğlərin cəmi olduğu aydın şəkildə göstərilməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində ümumi şəkildə İSSER-in müəyyən öhdəliklərini (məsələn: zəmanət məktubu təqdim etmək öhdəliyini) pozduğu bildirilsə də, pozulduğu iddia edilən həmin öhdəliklərin icra edilməməsi səbəbindən qarşılıqlı iddiaçının (PDL-in) hansı zərərlərə məruz qaldığı konkret şəkildə göstərilməmişdir. Yalnız iddia ərizəsinin 6-cı səhifəsinə gəldikdə göstərilir ki, görülmüş işlərə görə İSSER-ə 2.976.000 manat məbləğində ödəniş edilsə də, güya sonradan həmin işlərin dəyərinin 2.149.990,03 manat məbləğində olduğu müəyyən edilmişdir və bu minvalla İSSER-in PDL-dən aldığı 826.010 (2.976.000 – 2.149.990,03) manat məbləğində pul həyata keçirilməmiş əsasa söykənir. Ərizənin davamında qeyd edilir ki, PDL, "xxxx" MMC və "xxxx" MMC arasında konsorsiumun yaradılması haqqında 08 oktyabr 2021-ci il tarixli AD-114/21 nömrəli müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işlərinin tam olaraq görülərək tam yararlı şəkildə Sifarişçiyə təqdim edilməsi PDL-in öhdəliyi olmuşdur. Beləliklə, İSSER-in 24 noyabr 2021ci il tarixli 1421-221 nömrəli müqavilənin şərtlərini pozaraq işləri tamamlamaması öz növbəsində PDL-in də 08 oktyabr 2021-ci il tarixli AD-114/21 nömrəli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə səbəb olmuşdur. Layihənin tamamlanması üçün PDL tərəfindən görülməli olan işlərin dəyəri 1.125.210,04 manat məbləğindədir. Qarşılıqlı iddiaçı həmçinin iddia etmişdir ki, AD-BB-2 basqılı boru kəmərinin İ Qazıməmməd-Qazax qaz kəməri ilə kəsişməsi hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsi baş vermiş, həmin qüsur 18 fevral 2023-cü il tarixində müəyyən edilmiş, bununla əlaqədar xx.xx.2023-cü il tarixli, 02/23 tarixli akt tərtib edilmiş, PDL tərəfindən zədələnmiş hissədə təmir bərpa işləri aparılaraq ümumilikdə 2394 manat pul vəsaiti xərcləmişdir. Qarşılıqlı iddiada həmçinin göstərilir ki, İSSER-in filial rəhbəri Ali İhsanın xahişi ilə ona cəmi 20.000 ABŞ dolları – 34.000 manat məbləğində borc verilmişdir. Həmin pul da İSSERdən tutulmalıdır. Beləliklə, qarşılıqlı iddiada aydın şəkildə göstərilməsə belə, PDL-in ilk tələbi (1.987.614 manat borcun tutulması) yuxarıda qeyd edilən məbləğlərin cəmidir (826.010 manat + 1.125.210 manat + 2394 manat + 34.000). Məlum olduğu kimi, PDL tərəfindən sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş və həmin ərizənin xahiş hissəsində həmin məbləğlər ayrı-ayrılıqda göstərilməklə İSSER-dən tutulması istənilmişdir. a) Qarşılıqlı iddiaçı (PDL) 826.010 manata aid hissədə iddiasının sübutu kimi xx.xx.2022- ci il tarixli 03/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 04/2022 nömrəli aklar təqdim etmiş, hüquqi mövqeyini isə, Mülki Məcəllənin 439.4-cü, 1091.2-ci və 759.2-ci maddələri ilə əsaslandırmışdır. İlk növbədə qeyd edilməlidir ki, həmin tələbin əsası kimi mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəalarına istinad edilməsi yanlışdır. Ən azından ona görə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu hazırkı işin mübahisəsiz halıdır. Digər tərəfdən, PDL bu hissədə Mülki Məcəllənin 759.2-ci maddəsinə də istinad edir. Həmin maddənin isə əsassız varlanmaya aid digər maddələrlə birlikdə tətbiqi mümkün deyildir. Çünki eyni tələbin həm əsassız varlanmaya, həm də podrat müqavilənə əsaslanması qeyri-mümkündür. Bundan başqa, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 759.2-ci maddəsinin tətbiqi də mümkün deyildir. Çünki ilk iddia ərizəsinin məzmunundan və iş materiallarından göründüyü kimi, tərəflər arasındakı Müqavilənin İSSER-in təqsirindən dolayı ləğv edilməsi üçün heç bir səbəb olmamışdır. Əksinə, İSSER tərəfindən PDL-ə göndərilmiş maillərdə də PDL-in öhdəliklərini vaxtında və lazımınca icra etməməsi səbəbindən işlərin icrasında ləngimənin olduğu bildirilmiş, bununla belə işlərin ləngiməsinin səbəbləri (materiallarla təmin edilmə və s.) PDL tərəfindən aradan qaldırılmamışdır. Həmçinin İSSER-in haqlı tələblərinə rəğmən, icrası tamamlanmış işlərin dəyəri də vaxtında və tam şəkildə ödənilməmişdir. Xüsusilə diqqət edilməlidir ki, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSERə məlumat verilmiş və göstərilən səbəbdən 01 dekabr 2022-ci il tarixədək işlərin dayandırılması tapşırılmışdır. Bununla belə, PDL işlərin dayandırılması təlimatını verdiyi həmin müddətdə (xx.xx.2022-ci il tarixdə) İSSERə göndərdiyi bildirişlə işlərin dayandırılması halına əsaslanaraq tərəflər arasındakı 24 noyabr 2021-ci il tarixli müqaviləyə xitam verdiyini bildirmişdir. Göstərilənlərə əsasən, PDL-in Müqaviləyə təktərəfli xitam verməsi (müqavilənin tələblərinə zidd olmaqla birlikdə) Mülki Məcəllənin 759.1-ci maddəsi ilə izah oluna bilər. Belə ki, həmin maddədə, sifarişçinin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə biləcəyi nəzərdə tutulmuş, bununla yanaşı xüsusi olaraq vurğulanmışdır ki, sifarişçi bu halda podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Qarşılıqlı iddiaçının sübut kimi istinad etdiyi xx.xx.2022-ci il tarixli 03/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 04/2022 nömrəli aktlara gəldikdə isə, həmin sənədlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Əvvəla, həmin aktlar birtərəfli qaydada tərtib edilmiş, bu zaman İSSER tərəfdən heç kimin iştirakı təmin edilməmişdir. Digər tərəfdən 24 noyabr 2021-ci il tarixli 1421-221 №-li müqaviləyə ƏLAVƏ 1-dən (X3) görünür ki, tərəflər Boru xətti AD-BB-1, Boru xətti AD- BB-2, Nasos 1 və Nasos 2 iş sahələrində və məhz həmin sahələr ilə əlaqədar işlərin (servis yolu, tunel keçidləri və s.) görülməsini və məbləğini ümumi şəkildə razılaşdırmışlar. ƏLAVƏ 1-dən görünür ki, həmin sahələr üzrə görülməli işlər və onların dəyəri təfsilatlı şəkildə göstərilməmiş, hər iş sahəsi üzrə ümumi qiymət razılaşdırılmışdır. Bu mənada, sözügedən aktlarda təfsilatlı şəkildə əks olunan işlərin hansı meyarlarla qiymətləndirilməsi anlaşılan deyildir. Məsələn: 04/2022 nömrəli akda AD-BB-1 basqılı boru kəmərinin tikintisi zamanı 10470 m3 qazma işlərinin görüldüyü göstərilmiş və həmin işin hər m3 -u 1,5 manatdan hesablanmaqla belə nəticəyə gəlinmişdir ki, İSSER tərəfindən 15.705 manat dəyərində qazma işi görülmüşdür. Halbuki, 24 noyabr 2021-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində AD-BB-1 basqılı boru kəmərinin tikintisi vahid iş kimi göstərilmiş və dəyəri də (220.500 + 519.680) ümumi şəkildə şərtləşdirilmişdir. Beləliklə, həmin işin görülməsi zamanı İSSER tərəfindən 10470 m3 -dən daha çox və ya daha az qazma işləri görülmüş ola bilər və ya bu işə İSSER bu işləri 1,5 manatdan daha az və ya çox qiymətə gördürmüş ola bilərdi. Bunun PDL-ə heç bir aidiyyəti yoxdur. PDL üçün əhəmiyyəti olan həmin xəttin razılaşdırılmış ümumi qiymət daxilində görülməsi idi. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Ümumiyyətlə PDL-in qeyd edilən hissədə əsaslandığı hallar nəinki həqiqətə uyğundur, adi məntiqə və peşəkar tərəflər arasında mövcud olan podrat münasibətlərində təşəkkül tapmış qaydalara da uyğun gəlmir. Belə ki, PDL müxtəlif əməkdaşları (Eldar Məlikməmmədov – Layihə rəhbəri, Pərvin Əzizov - Mühəndis, Ədalət Eyvazlı - X6, Əli Rəhimli –Texniki Təhlükəsizlik üzrə Mütəxəssis) vasitəsi ilə müvafiq sahələrdə işlərin gedişatına daim nəzarət etmişdir. Belə olan halda necə ola bilər ki, İSSER görmədiyi işlərə görə PDL-dən nə az, nə çox düz 826.010 manat məbləğində ödəniş almış olsun?!. Və ya necə ola bilər ki, PDL işləri yerində müşahidə edib qiymətləndirmədən İSSER-ə ödəniş etsin?!. Axı normal halda, PDL İSSER-ə bildirməli idi ki, siz filan işləri tamamlamadığınız təqdirdə, bu ödənişi nəyə əsasən tələb edirsiniz?!. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflər arasındakı müqavilədə ödənişlərin müvafiq mərhələlər üzrə işlərin tamamlanması şərti ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1.125.210 manata aid hissədə də qarşılıqlı iddia əsaslı deyildir. Əksinə tərəflər arasındakı müqaviləyə əsasən İSSER tərəfindən görülməli olan işlərin ümumi dəyəri 3.300.000,00 manat məbləğində razılaşdırılmış (ƏDV-siz), İSSER-in görmüş olduğu işlərin xx.xx.2022-ci il tarixinə ümumi dəyəri 3.111.594,50 manat təşkil etmişdir. Bununla belə PDL tərəfindən həmin işlərə görə ümumilikdə 2.976.000,00 manat İSSER-ə ödənilmişdir. PDL tərəfindən ödənilməmiş məbləğ cəmi 135.594,5 manat təşkil edir. Həmin məbləğin 70.000 manat hissəsinə münasibətdə müvafiq e-qaimələrin vurulmasına baxmayaraq PDL tərəfindən hələ də ödəniş həyata keçirilməmişdir. Qalan 65.594,50 manat məbləğinə münasibətdə isə e-qaimə vurulmamışdır. Bunun səbəbi isə tərəflər arasında yaranmış işgüzar adətdən irəli gəlir. Belə ki, tərəflər arasında belə bir adət formalaşmışdır ki, işlər mərhələli şəkildə yekunlaşdıqdan sonra PDL ödəmə etməyə hazır olduğunu İSSER-ə bildirir və məhz bundan sonra İSSER e-qaimə kəsir. Nəticə etibarilə görülmüş işlərə görə, PDL-in İSSER-ə ödənilməmiş 135.594,5 manat borcu vardır. Nəzərə almaq lazımdır ki, PDL müxtəlif əməkdaşları (adları yuxarıda qeyd olunub) vasitəsi ilə iş sahələrində işlərin gedişatına daim nəzarət etmiş, o cümlədən tərəflər arasındakı müqavilədə ödənişlərin müvafiq mərhələlər üzrə işlərin tamamlanması şərti ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda PDL-in görülmüş işlərə görə İSSER-ə 2.976.000 manat məbləğində ödəniş etdiyi, habelə İSSER-in 70.000 manat e-qaimə vurmasına baxmayaraq PDL-in günü bugünədək hər hansı formadan etiraz bildirmədiyi həmin e-qaiməyə aid ödənişi hələ də həyata keçirmədiyi işin mübahisəsiz halıdır. Bundan başqa iş materiallarından, xüsusilə tərəflər arasında mail vasitəsilə aparılmış yazışmalarda PDL-in hansısa işlərin görülməməsi və ya yubadılması barədə xəbərdar etdiyi də müəyyən olunmur (əksinə bu cür xəbərdarlıqları məhz İSSER PDL-ə etmişdir). Bu mənada PDL-in İSSER-in 24 noyabr 2021-ci il tarixli müqavilə üzrə 1.125.210 manat dəyərində işləri görməyib yarımcıq qoyduğuna dair dəlillərini işin həqiqi hallarına uyğun hesab etmək mümkünsüzdür. Onu da nəzərə almaq lazımdır ki, PDL həmin hissədə özünün qarşısılıqlı iddiasını belə əsaslandırmışdır ki, İSSER-in işləri yarımcıq qoyması səbəbindən konsorsium müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Həmin müqavilə üzrə Layihənin tamamlanması üçün PDL tərəfindən görülməli olan işlərin dəyəri 1.125.210,04 manat məbləğindədir. Qeyd edilməlidir ki, konsorsium müqaviləsində nəzərdə tutulan Layihə üzrə işlərin həcmi daha genişdir. PDL öz öhdəsinə götürdüyü həmin işlərin hamısını deyil, sadəcə bir hissəsini İSSER-ə həvalə etmişdir. Həmin işlər 24 noyabr 2021ci il tarixli müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bu baxımdan hətta qeyd edilən iddianın əsaslı olduğunu fərziyyə olaraq qəbul etdilsə belə, həmin layihənin tamamlanması üçün tələb olunan 1.125.210 manat vəsaitin hamısının İSSER-ə aid edilməsi düzgün hesab edilə bilməzdi. Digər tərəfdən yuxarıda göstərildiyi kimi, 24 noyabr 2021-ci il tarixli müqavilənin dəyəri 3.300.000,00 manat məbləğində olmuş (ƏDV-siz), İSSER-in görmüş olduğu işlərin xx.xx.2022-ci il tarixinə ümumi dəyəri isə 3.111.594,50 manat təşkil etmişdir. Aradakı 188.405,50 manat fərqə gəldikdə isə, işin hallarından da göründüyü kimi, həmin məbləğdə zərər PDL-in iddiasının tam tərsinə PDL tərəfindən İSSER-ə vurulmuşdur. Çünki müqavilənin PDL-in iddia etdiyi kimi, İSSER-in təqsirindən dolayı xitam olunduğu müəyyən edilmir. Əksinə işlərin yubanmasının səbəbkarı PDL-in özü olmuşdur. Məsələn: 24 noyabr 2021-ci il tarixli müqavilənin 5.4, 5.5 və 5.8- ci bəndlərinə əsasən Xətt borularının təmini, Boruların marşruta endirilməsi və sıralanması, Servis yolu üçün zəruri olan materialın təmini PDL-in başlıca öhdəliklərindən olsa da, iş başladığı tarixdən etibarən müxtəlif aralıqlarla cəmi 184 gün iş sahəsinə boruların gətirilməsini təmin etməmiş, bu səbəbdən İSSER işləri görə bilməmiş və həmin müddətdə boş dayanmağa (gözləməyə) məcbur olmuşdur. Bunu İSSER tərəfindən təqdim edilən cədvədlər və çoxsaylı maillər də təsdiq edir. Maillərdən görünür ki, İSSER hər günün sonunda PDL-ə mail üzərindən işlərə dair raport vermişdir. Həmin raportların bir çoxundan aydın olur ki, İSSER zəruri materialların PDL tərəfindən təmin olunmaması səbəbindən müvafiq gün iş görə bilməmişdir. Beləliklə, 24 noyabr 2021-ci il tarixli müqavilənin dəyəri ilə İSSER-in görmüş olduğu işlər arasındakı fərq 188.405,50 manat təşkil edir ki, həmin məbləğ də İSSER-in PDL-ə vurduğu zərər kimi deyil, tam tərsinə qəbul edilə bilər. Belə ki, ilk iddia ərizəsində də göstərildiyi kimi həmin məbləğin PDL-dən tutularaq İSSER-ə ödənilməsi təmin olunmalıdır. Bu hissə ilə bağlı PDL-in sübut kimi istinad etdiyi xx.xx.2022-ci il tarixli 06/2022 nömrəli akta gəldikdə isə, həmin akt da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli 03/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 04/2022 nömrəli aktlara dair yuxarıdakı əsaslandırma bu hissə üçün də keçərlidir. AD-BB-2 basqılı boru kəmərinin İ Qazıməmməd-Qazax qaz kəməri ilə kəsişməsi hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması səbəbindən PDL məruz qaldığı 2394 manat zərərə gəldikdə isə, qarşılıqlı iddianın həmin hissəsi podrat nəticəsinin qüsurlu olması ilə əlaqədardır. PDL həmin hissədə iddiasının sübut kimi xx.xx.2023-cü il tarixli 02/23 saylı akta istinad edir. Həmin akt PDL tərəfindən iddia edilən hadisədən 4 gün sonra tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli akt hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi göstərilmişdir. Digər tərəfdən, PDL tərəfindən 2022-ci ilin noyabr ayında sahədə suvarma işlərinin aparılacağı barədə İSSER-ə məlumat verilmiş və göstərilən səbəbdən 01 dekabr 2022-ci il tarixədək işlərin dayandırılması tapşırılmışdır. Beləliklə, həmin müddətdə "xxxx" MMC tərəfindən suvarma həyata keçirilmiş, bu zaman borularda hər hansı qüsurun olduğu müəyyən olunmamışdır. Bundan başqa hadisə barədə İSSER-ə məlumat verilməmiş, qüsurun aradan qaldırılması da tələb olunmamışdır. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin məcəllənin 764.1-ci maddəsindən isə aydın olur ki, sifarişçinin qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini podratçıdan tələb etməsi şərtə bağlanmışdır. Bunun üçün podratçı ya icradan imtina etmiş olmalıdır, ya da əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarmış olmalıdır. Göstərilənlər sözügedən hissədə də qarşılıqlı iddianın əsassız olduğunu təsdiq edir. Borc kimi verilmiş 34000 manata gəldikdə isə, həmin tələbə münasibətdə PDL-ə cavab məktubu göndərilmişdir. Əlavə olaraq onu qeyd edirik ki, əgər həmin tələb borc müqaviləsinə əsaslanırsa, hazırkı işlə əlaqədar deyildir. Bununla belə, işin halları ilə birmənalı şəkildə təsbit olunur ki, görülmüş işlərə görə PDL-in İSSER-ə muzd ödəmək öhdəliyi yaranmışdır, həmin məbləğ PDL-dən İSSER-in xeyrinə tutulmalıdır. Bu zaman 34000 manat borcun əvəzləşdirilib-əvəzləşdirilməməsi məhkəmənin mülahizəsindədir. 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən 1000manat cərimənin tutulması tələbi ilə bağlı: Bu hissədə qarşılıqlı iddia ümumiyyətlə əsaslandırılmamışdır. Buna görə də bu tələbin əsassızlığına dair geniş əsaslandırma aparmağı zəruri bilinmir. 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən 490.262 manat dəbbə pulunun tutulması tələbi ilə bağlı: Bu hissədə iddianın hüquqi əsası kimi tərəflər arasındakı müqavilənin 2.2-ci, 7.6-cı və 7.8-ci bəndlərinə istinad edilmiş və sübut kimi dəbbə pulunun hesablanmasına dair arayış təqdim edilmişdir. PDL iddia etmişdir ki, İSSER müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş mərhələlər üzrə işlərin icrasını yubatdığından ondan 490.262 manat dəbbə pulu tutulmalıdır. Bu iddia tamamilə əsassızdır. İSSER-in görməli olduğu işləri yubatmasından qəti söhbət gedə bilməz. Belə ki, tərəflər arasında müqavilə 24 noyabr 2021-ci il tarixdə bağlanmış, 04 dekabr 2021-ci tarixdə İSSER tərəfindən mobilizasiya başlanılaraq işlərin icrasına start verilmişdir. İşlərin icrasında baş verən yubanmaların səbəbkarı isə, İSSER deyil, PDL olmuşdur. Belə ki, 24 noyabr 2021-ci il tarixli müqavilənin 5.4, 5.5 və 5.8-ci bəndlərinə əsasən Xətt borularının təmini, Boruların marşruta endirilməsi və sıralanması, Servis yolu üçün zəruri olan materialın təmini PDL-in başlıca öhdəliklərindən olsa da, PDL həmin öhdəliklərini pozmuş, iş başladığı tarixdən etibarən müxtəlif aralıqlarla zəruri materialların (boruları, qumu və s.) gətirilməsini təmin etməmiş, bu səbəbdən İSSER həmin müddətlərdə işləri görə bilməmiş və həmin müddətdə boş dayanmağa (gözləməyə) məcbur olaraq zərərə məruz qalmışdır. Bunu İSSER tərəfindən təqdim edilən cədvədlər və çoxsaylı maillər də təsdiq edir. Digər tərəfdən, 24 noyabr 2021-ci il tarixli müqavilənin qüvvədə olduğu müddətdə İSSER hər günün sonunda PDL-ə mail üzərindən işlərə dair raport vermişdir. Həmin raportlardan da aydın görünür ki, İSSER zəruri materialların PDL tərəfindən təmin olunmaması səbəbindən müvafiq gün iş görə bilmədiyini PDL-ə bildirir. İşin qeyd edilən həqiqi halı ilə PDL-in yuxarıda göstərilən iddiası təkzib edilir. 41.334 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbi ilə bağlı: Əldən çıxmış fayda kimi tələb edilən edilən 41.334 manat 38.364 manatın və 2.970 manatın cəmindən ibarətdir. 38.364 manat əldən çıxmış fayda 826.010 manat tələblə əlaqədardır, həmin məbləğə münasibətdə hesablanmışdır. 826.010 manata aid hissədə PDL-in iddiasının əsassız olduğu yuxarıda ətraflı şəkildə izah edilmişdir. Həmin iddia əsaslı olmadığından həmin tələbdən törəyən hazırkı tələb də əsaslı hesab edilə bilməz. 2.970 manat məbləğində əldən çıxmış fayda tələbinə gəldikdə isə, həmin məbləğ İSSER-ə borc kimi verildiyi göstərilən 34.000 manata münasibətdə hesablanmışdır. Qarşılıqlı iddiada hesablama xx.xx.2022-ci il tarixdən etibarən aparıldığı göstərilsə də, bunun səbəbi əsaslandırılmamışdır. Bundan başqa, yuxarıdakı izahatlardan aydın şəkildə görünür ki, görülmüş işlərə görə PDL-in İSSER-ə borcu vardır. Bu mənada 34.000 manatın İSSER tərəfindən PDL-ə ödənilməsindən deyil, əvəzləşdirilməsindən söhbət gedə bilər (Mülki Məcəllə m.541.1). Yuxarıda göstərilənlər bu bənddəki tələblərin təmin edilməsini istisna edir. Məhkəmə xərclərinin tutulması tələbi ilə bağlı: Bu hissədə geniş əsaslandırma zəruri deyildir. Belə ki, PDL-in iddia tələbləri əsaslı olmadığından onun tərəfindən xərclənmiş məhkəmə xərclərinin də İSSER-dən tutulması mümkün deyildir.
7. Qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2021ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən, “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialından, 1.110.474 manat miqdarında “İSSER” tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq olaraq alınmış pul vəsaitinin, 618280 manat ödənilmiş ƏDV-ni layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL MMC-nin işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi olaraq və müqavilənin vaxtında tamamlanmadığı üçün PDL-ə dəymiş maddi ziyanın əvəzi kimi ******* manat məbləğinin, 490.262 manat miqdarında dəbbə pulunun, ******* manat məbləği üçün hesablanmış 69404 manat məbləğində əldən çıxmış faydanın, 2394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin, İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 1000 manat məbləğində cərimənin, 2000 manat məbləğində mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərcin, 300 manat məbləğində vəkil xərcinin, ümumilikdə ******* manat pul vəsaitinin və 2500 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4973 saylı rəyində 3-cü sualın cavabı olaraq qeyd edilmişdir ki, 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə İ saylı əlavəsində “İSSER X13 Hizmetleri Sanayi ve X19” tərəfindən ikitərəfli imzalanmış aktlara əsasən icra edilmiş işlərin həcmi və dəyəri göstərilmişdir. Eskpert rəyindən məlum olur ki, İSSER X13 Hizmetleri Sanayi ve X20” tərəfindən görülmüş işlərin ümumi dəyəri 1.899.526 manat məbləği təşkil etmişdir. Bu səbəbdən tərəflərindən iddia ərizəsinə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflərindən İddiaçınə işlərin görülməsinə görə ƏDV daxil 3.594.280 manat pul ödənilmişdir. ƏDV-siz İSSER şirkətinə 2.976.000 manat pul köçürülmüş, nağd formada isə İSSER rəhbərliyinə 34.000 (20 min ABŞ dolları) manat pul verilmişdir. İddia ərizəsi verilərkən tərəflərindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və tərtib edilmiş aktlara əsaslanılaraq görülmüş işlər dəyərindən artıq qiymətləndirilmişdir. Hal-hazırda iş üzrə məhkəmə tikinti ekspertizasının rəyi olduğu üçün iddia dəqiqləşmə verilərkən ona əsaslanılmışdır. Belə ki, tərəflərindən işlərin görülməsi üçün ümumilikdə İSSER-ə 2.976.000+34.000=3.010.000 manat pul verilmiş, İSSER tərəfindən görülən işlərin ümumi dəyəri 1.899.526 manat təşkil etmişdir. Bu səbəbdən İSSER-dən tələb edilən əsas borcun məbləği ümumilikdə 1.110.474 manat təşkil edir (3.010.000-1.899.526=1.110.474). Bundan başqa İSSER-ə pul ödənilərkən tərəflərindən onlara 618.280 manat məbləğində X21 ödənilmiş və həmin məbləğin qarşı tərəfdən tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa İSSER-in öhdəliklərini tam yerinə yetirməməsi səbəbilə layihə tamamlanmamışdır. Bununla da, PDL 8 oktyabr 2021-ci il tarixli AD-1 14/21 nömrəli müqavilə üzrə və bu müqaviləyə müvafiq olaraq tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış 15 mart 2022-ci il tarixli 6 nömrəli və 13 oktyabr 2021-ci il tarixli 2662.1 nömrəli podrat müqavilələri üzrə də öz öhdəliklərin yerinə yetirə bilməmiş və maddi zərərə uğramış, işgüzar nüfuzuna ziyan dəymişdir. Belə ki, sonrakı 1 il ərzində PDL şirkəti sifarişçiləri qarşısında öz öhdəliyini yerinə yetirə bilməmiş, digər layihələr üzrə öhdəliklərini bu işə görə görməmiş, yenidən öz vəsaiti hesabına külli miqdarda vəsait xərcləyərək İSSER-in yarımçıq qoyduğu işi tamamlamaqla məşğul olmuşdur. Layihənin tamamlanması üçün yerinə yetirilməli olan İSSER tərəfindən görülməmiş işlərin tam formada tərəflərindən görülmüş və başa çaldırılmışdır. Layihənin tamamlanması məqsədilə PDL tərəfindən bu günə qədər müqavilələr bağlanılmış və işlər "xxxx" MMC, “X8” MMC və "xxxx" MMC tərəfindən görülmüş və həmin müqavilə üzrə işlərin tamamlanması üçün tərəflərindən göstərilən şirkətlərə ümumilikdə 727.000 manat vəsaiti ödənilmişdir. Göründüyü kiıni, İSSER tərəfindən işlərin vaxtında və tam başa çatdırlımadığına görə və PDL şirkətinə bununla bağlı dəymiş maddi ziyan və işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi kimi ümumilikdə 1.125.210 manat pul vəsaiti İSSER-dən tutulub PDL şirkətinə ödənilməlidir. Bundan başqa tərəflər arasında müqavilə xx.xx.2022-ci il tarixdə birtərəfli qaydada PDL tərəfindən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 15 ay ərzində PDL-ə məxsus 1.110.474 manat pul vəsaiti İSSER-də qalmış bu səbəbdən illik 5% olmaqla PDL 69.404 manat məbləğində gəlirindən məhrum olmuşdur. Odur ki, 69.404 manat məbləğində əldən çıxmış fayda İSSER-dən alınaraq PDL verilməlidir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdein/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri qarşılıqlı iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. “Konsorsiumun yaradılması haqqında” xx.xx.2021-ci il tarixli, AD-114/21 saylı müqaviləyə əsasən Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayı sərfi 3.0 m3 olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatıdırılması” layihəsi üzrə tikinti-quraşdırma işlərini icra etmək üçün birlikdə fəaliyyət göstərilməsi barədə razılığa gəlmişlər.
13. Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC arasında “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayı sərfi 3.0 m3 olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatıdırılması” layihəsi üzrə bağlanmış xx.xx.2021ci il tarixli müqavilə üzrə tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilməsi nəzərə tutulan xərcin miqdarı ƏDV daxil 19.580.000 manat müəyyən edilmişdir.
14. “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işinə bağlı olaraq DN1400 PN10 boru xəttinin qazma, doldurma və qaynaq işləri” layihəsi çərçivəsində (AD.BB.1–33+10 43+50 km) (AD.BB.2 – 37+68 98+28 km) çalışma sahəsində işlərin görülməsi” haqqında 1421-221 nömrəli Müqaviləyə əsasən:
15. Müqavilənin 1.1-ci bəndinə əsasən İSSER PDL-in sifarişi əsasında sonuncuya Əlavə 1-də qeyd edilmiş xidmətləri göstərməyi, PDL isə öz növbəsində Xidmətlərin haqqını İSSER-ə təqsdiqlənmiş təhvil-təslim aktları əsasında ödəməyi öhdəsinə götürmüşdür.
16. Müqavilənin 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: a)Müqaviləyə əlavə, o cümlədən X10; b)Texniki şərtlər c)təhvil-təslim sənədləri; d)öhdəliklərin icrası prosesində tərəflərin tərtib etdikləri digər sənədlər.
17. Müqavilənin 2.1-ci bəndinə əsasən göstəriləcək xidmətin qiyməti əlavə-1-də müəyyən edilmiş məbləğə uyğun olaraq İSSER tərəfindən təqdim olunan hesabfakturalarda göstərilir və Azərbaycan manatı ilə ödənilir.
18. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş qaydası:
19. Müqavilənin 2.2.1-ci bəndinə əsasən İ mərhələ-PDL işlərin yerinə yetirilməsi üçün İSSER-ə müqavilə qiymətinin 10%-i məbləğində avans ödəyir.
20. Müqavilənin 2.2.2-ci bəndinə əsasən İİ mərhələ-İSSER müqavilə qiymətinin 30%-i məbləğində avans ödənişi qarantiyası ilə bağlı zəmanət məktubu təqdim etdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir.
21. Müqavilənin 2.2.3-cü bəndinə əsasən İİİ mərhələ-İSSER 15 dekabr 2021-ci il tarixində Xidmətlərin müəyyən hissəsini müqavilə şərtlərinə uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir.
22. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İV mərhələ-İSSER 15 yanvar 2022-ci il tarixində Xidmətlərin 20%-ni müqavilə şərtlərinə uyğun uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir.
23. Müqavilənin 2.2.5-ci bəndinə əsasən V mərhələ-İSSER 15 fevral 2022-ci il tarixində Xidmətlərin 20%-ni müqavilə şərtlərinə uyğun uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 20%-i ödənilir.
24. Müqavilənin 2.2.6-ci bəndinə əsasən Vİ mərhələ-İSSER 15 mart 2022-ci il tarixində Xidmətləri müqavilə şərtlərinə uyğun uyğun başa çatdırıb təhvil verdikdən sonra müqavilə qiymətinin 10%-i ödənilir.
25. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) PDL tərəfindən avans ödənişi və aralıq ödənişlər qaydasında, İSSER-in təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 3 iş günündən gec olmamaq şərti ilə aparılır.
26. Müqavilənin 3-cü bəndinə əsasən xidmətlərin təsviri
27. Müqavilənin 3.1-ci bəndinə əsasən qazma, dolğu işləri;
28. Müqavilənin 3.2-ci bəndinə əsasən boru döşəməsi;
29. Müqavilənin 3.3-cü bəndinə əsasən N1 kollektor istehsalı;
30. Müqavilənin 3.4-cü bəndinə əsasən N2 binası inşaatı;
31. Müqavilənin 3.5-ci bəndinə əsasən N2 mexaniki montajı;
32. Müqavilənin 3.6-cı bəndinə əsasən müxtəlif sənət srukturları;
33. Müqavilənin 3.7-ci bənidnə əsasən servis yolu tikintisi.
34. Müqavilənin 4-cü bəndinə əsasən İSSER-in öhdəlikləri:
35. Müqavilənin 4.1-ci bəndinə əsasən qazma işləri,
36. Müqavilənin 4.2-ci bəndinə əsasən boru ətrafı dolğu işləri,
37. Müqavilənin 4.3-cü bəndinə əsasən artıq qazıntının daşınması,
38. Müqavilənin 4.4-cü bəndinə əsasən AD.BB.1. xəttinin kanal kənarının borcu montajına uyğun hala gətirilməsi,
39. Müqavilənin 4.5-ci bəndinə əsasən DN1400PN10 polad boru qaynağı və qazma sahəsinə endirilməsi,
40. Müqavilənin 4.6-cı bəndinə əsasən boru qaynaq yerlərinin izolasiyası,
41. Müqavilənin 4.7-ci bəndinə əsasən hidrostatik test edilməsi,
42. Müqavilənin 4.20-ci bəndinə əsasən servis yolunun inşası,
43. Müqavilənin 4.22-ci bəndinə əsasən bütün komanda, avadanlıq və təchizat materialları təmini,
44. Müqavilənin 4.24-cü bəndinə əsasən İSSER-in komanda və avadanlıqlarının əraziyə mobilizasiyası və demobolizasiyası,
45. Müqavilənin 4.25-ci bəndinə əsasən İSSER-in əməkdaşlarının qonaqlama, yeməiçmə xərcləri,
46. Müqavilənin 4.26-ci bəndinə əsasən İSSER-in əməkdaşlarının əməyin mühfizəsi materillarının təmini,
47. Müqavilənin 4.31-ci bəndinə əsasən hava şəraiti səbəbinfən işləməyəcəyi halda İSSER hər hansı bir tələb edə bilməz. Ancaq PDL-dən qaynaqlanan, boruların, servis yolunun hazırlanması üçün zəruri dolğu materialının, nasos, siyirtmə, flanş, qayqa və bənzəri materialların zamanında təslim edilməməsi kimi gecikmələr halında çalışla bilməyən müddət hesablanaraq xidmətin təhvil müddətinə əlavə ediləcəkdir. Bundan qaynaqlı, işin təslim müddətinin uzanması ilə bağlı İSSER məsuliyyət daşımır.
48. Müqavilənin 4.33-cü bəndinə əsasən İSSER işin görüləsi üçün lazım olan bütün texnikalar, xərcləri özlərinə aid olmaq şərti ilə PDL-in sahəsinə gətirmək və işin görülməsi müddətində təmin olunmasına cavabdehdir. Qiymətlərə daxil olduğunu əvvəlcədən qəbul edir. Yanacaq İSSER-in öhdəliyindədir.
49. Müqavilənin 5-ci bəndinə əsasən PDL-in öhdəlikləri
50. Müqavilənin 5.1-ci bəndinə əsasən çalışma ərazisi,
51. Müqavilənin 5.2-ci bəndinə əsasən stok sahəsi,
52. Müqavilənin 5.3-cü bəndinə əsasən layihəyə aid emalatların edilməsi üçün gərəkli olan icazələr,
53. Müqavilənin 5.4-cü bəndinə əsasən xətt borularının təmini.
54. Müqavilənin 5.8-ci bəndinə əsasən servis yolu üçün zəruri olan materialın təmini. Material yol sahəsinə maks. 15 km məsafədə olacaq şəkildə İSSER-ə PDL tərəfindən təhvil veriləcəkdir.
55. Müqavilənin 5.9-ci bəndinə əsasən bütün layihə və sənədlərin tamlığı və doğruluğu.
56. Müqavilənin 6-cı bəndinə əsasən xidmətlərin icrası,
57. Müqavilənin 6.1-ci bəndinə əsasən İSSER işlərin yerinə yetirilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirib xidmətləri PDL-ə müəyyənləşdirilmiş qaydada və 01 mart 2022-ci il tarixində işlətməyə alınacaq şəkildə təhvil verməlidir. Geriyə qalan müəyyən işlərin qarşılıqlı razılaşmaya əsasən qəti təhvil müddətinədək tam şəkildə təhvil verilməlidir.
58. Müqavilənin 6.2-ci bəndinə əsasən İSSER müqavilədə müəyyən edilmiş qaydada, bu müqavilənin 6.1-ci maddəsində qeyd edilmiş müddət ərzində PDL-in tapşırığına uyğun olaraq işləri və xidmətləri tam keyfiyyətdə və vaxtında yerinə yetirməlidir.
59. Müqavilənin 6.3-cü bəndinə əsasən PDL müqavilə üzrə yerinə yetirilmiş işlərin təxirəsalınmadan (aşkar olan qüsurların İSSER tərəfindən aradan qldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
60. Müqavilənin 6.4-cü bəndinə əsasən İSSER işlərin gedişi ilə bağlı müvafiq hesabatlar hazırlayıb PDL-ə təqdim edir.
61. Müqavilənin 6.5-ci bəndinə əsasən İSSER Müqavilə üzrə öhdəliklərinin icrası üçün hər hansı təchiz etdiyi mallara 12 ay, görülmüş işlərə və xidmətlərə isə bu müqavilənin 6.1ci maddəsinə uyğun olaraq işlər tam təhvil verildiyi gündən 24 ay müddətinə texniki təminat verir və təminat müddətində aşkar olunmuş qüsurlar İSSER-in vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırmazsa, PDL həmin malın dəyəri və vurulmuş maddi zərərə görə müvafiq qaydada cərimə tətbiq etmək hüququnu özündə saxlayır.
62. Müqavilənin 6.10-cü bəndinə əsasən müqavilənin icrası 01 mart 2022-ci il tarixinədək və PDL tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İSSER-in müqavilə üzrə öhdəlikləri dəyişilmir.
63. Müqavilənin 7.6-cı bəndinə əsasən İSSER bu müqavilənin 2.2 və 6.10-cu maddələrinə uyğun olaraq hər hansı bir mərhəə üzrə icranı vaxtında yerinə yetirə bilmədikdə PDL hər gecikən gün üçün müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 0.1% həcmində cərimə tətbiq edə bilər.
64. Müqavilənin 7.7-ci bəndinə əsasən PDL bu müqavilənin 2.2 və 4.31-ci maddələrinə uyğun olaraq hər hansı bir mərhələ üzrə icranı və ya ödəməni vaxtında yerinə yetirə bilmədikdə İSSER hər gecikən gün üçün müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 0.1%-i həcmində cərimə tətbiq edə bilər. Cərimənin məbləği maksimum müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 10%-i həcmində ola bilər.
65. Müqavilənin 7.9-cü bəndinə əsasən İSSER tərəfindən bu Müqavilənin müddəaları əhəmiyyətli dərəcədə pozulduqda, İSSER PDL-in məruz qaldığı birbaşa xərcləri ödəyir. Bu dəyər müvafiq mərhələdə görüləcək işlərin dəyərinin 10%-i həcmini keçməməlidir. Əhəmiyyətli Pozuntu dedikdə, bu Müqavilə çərçivəsində İSSER tərəfindən, xüsusən keyfiyyət tələblərinə dair, PDL-in maraqları üçün əhəmiyyətli olan və ya ola biləcək və bu maraqlara mənfi təsir edən və ya edə biləcək, eləcə də İSSER-in aradan qaldırmadığı və ya aradan qaldıra bilmədiyi və ya Tərəflər arasında razılaşdırılmış ağlabatan müddət ərzində aradan qaldırıla bilən, lakin aradan qaldırılmayan istənilən pozuntu başa düşülür.
66. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində PDL aşkar olunmuş qüsurlar haqqında İSSER-ə 15 təqvim günü ərzində bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
67. Müqavilənin 8.2-ci bəndinə əsasən İSSER qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində öz hesabına aradan qaldırmalıdır.
68. Müqavilənin 8.4-cü bəndinə əsasən İSSER məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, PDL həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği İSSER-ə ödəniləcək məbləğdən çıxmaq hüququnu özündə saxlayır.
69. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi.
70. Müqavilənin 12.1.1-ci bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, PDL və ya İSSER qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.
71. Müqavilənin 12.1.2-ci bəndinə əsasən aşağıdakı pozuntular əsaslı sayılır: a)İSSER müqavilədə nəzərdə tutulmadığı hallarda və ya PDL ilə razılaşmadan 5 gündən artıq müddətdə işləri dayandırması; b)İSSER-in iflasa uğraması və ya ləğv olunması; c)PDL-in müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılıq bildirişinə baxmayaraq, İSSER-in təqdim edilmiş sənəd əsasında 10 gün müddətində tədbir görməməsi; d)Müqavilədə göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; e)Tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməməsi.
72. Müqavilənin 12.2-ci bəndinə əsasən PDL-in mülahizəsinə əsasən müqavilənin ləğv edilməsi.
73. Müqavilənin 12.2.1-ci bəndinə əsasən PDL öz mülahizəsinə əsasən məqsədəuyğun hesab etdiyi hallarda bu müqaviləni birtərəfli qaydada bildiriş verməklə ləğv edə bilər.
74. Müqavilənin 12.3-cü bəndinə əsasən müqavilə ləğv olunarsa İSSER 15 gün müddətində müqavilənin icrasını dayandırır.
75. “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 saylı müqaviləyə edilmiş 1 saylı əlavəyə dair X10na (işlərin həcmi və dəyəri) əsasən müqavilə üzrə göstəriləcək işlərin dəyəri (ƏDV xaric) – 3.300.000 manat müəyyən edilmişdir.
76. İlkin iddia üzrə iddiaçı İSSER tərəfindən əlavə işlərin görülməsinin sübutu kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli yol bərpası haqqında məlumata əsasən qeyd olunan tarixdə 09:00-17:00-a qədər beton kanalda sahə suvarması vaxtı suların daşıb sahəyə axması səbəbindən yolun yarasız hala düşdüyü, bu səbəbdən yolda bərpa işləri aparmaq lazım olduğu, bərpa zamanı 1 ədəd CSB və 1 ədəd Kamaz markalı texnikalarda və material olaraq 1 KAMAZ qrabildən istifadə olunduğu, xx.xx.2021-ci il tarixli yol bərpası haqqında məlumata əsasən qeyd olunan tarixdə 16:00-23:00-a qədər beton kanalda sahə suvarması vaxtı suların təkrar daşıb sahəyə axması səbəbindən yolun yarasız hala düşdüyü, bu səbəbdən yolda bərpa işləri aparmaq lazım olduğu, bərpa zamanı 1 ədəd CSB və 2 ədəd Kamaz markalı texnikalarda və material olaraq 4 KAMAZ kubik qırıntıdan istifadə olunduğu qeyd olunmuşdur. Boru endirilməsi haqqında xx.xx.2021-ci il tarixli açıqlamada qeyd olunan tarixdə PDL şirkətinin kamp ərazisinə bir tır fərqli diametrlərdə borular boşaldıldığı və 1 ədəd kran istifadə edildiyi və işçi olaraq 1 nəfər operator, 1 nəfər baş ilməkç və 2 nəfər köməkçi cəlb edildiyi qeyd olunmuşdur.
77. xx.xx.2021-ci il tarixli, EBBO886674 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 59400 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2021-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə 59400 manat məbləğində ƏDV və 330000 manat əsas məbləğə dair ödəniş edilmiş; xx.xx.2021-ci il tarixli, EBBO886716 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 778800 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2021-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə 118800 manat məbləğində ƏDV və 660.000 əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli, EBBS273203 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 472000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBS273203 saylı e-qaimə üzrə 72000 manat məbləğində ƏDV ödənişi və 400.000 manat əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBS764343 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 42480 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBS764343 saylı e-qaimə üzrə 6480 manat məbləğində ƏDV ödənişi və 36000 manat qaimənin əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBT376029 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 118000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBS273203 saylı e-qaimə üzrə 18000 manat məbləğində ƏDV ödənişi və 100.000 manat əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBV288762 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 472000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBV288762 saylı e-qaimə üzrə 72.000 manat məbləğində ƏDV ödənişi və 400.000 manat əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBV866475 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 47200 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBV866475 saylı e-qaimə üzrə 7200 manat məbləğində ƏDV və 40000 manat əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBW746692 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 212.400 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBW746692 saylı e-qaimə üzrə 32400 manat məbləğində ƏDV və 180.000 manat əsas məbləğ ödənişi edilmiş; xx.xx.2022-ci il tarixli EBBZ554805 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 354000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBBZ554805 saylı e-qaimə üzrə 54.000 manat ƏDV və 300.000 manat əsas məbləğ ödənişi edilmiş, xx.xx.2022-ci il tarixli EBCA810915 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 354000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə PDL tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBCA810915 saylı e-qaimə üzrə 9000 manat ƏDV, 300.000 manat (50.000 manat-xx.xx.2022 tarixində və 250.000 manat-xx.xx.2022 tarixndə) əsas məbləğ ödənişi edilmiş, xx.xx.2022-ci il tarixli EBCD465779 saylı e-qaiməyə əsasən İSSER tərəfindən 354000 manat məbləğində xidmət göstərilmiş (elektron qaimə sistem tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBCD465779 saylı e-qaimə üzrə 18000 manat ƏDV və 100.000 manat əsas, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən eyni qaimə üzrə 18000 manat ƏDV və 100.000 manat əsas və xx.xx.2022-ci il tarixli ödənişi tapşırığına əsasən PDL tərəfindən İSSER-ə EBCD465779 saylı e-qaimə üzrə 5400 manat məbləğində ƏDV və 30.000 manat əsas məbləğ ödənişi edilmişdir.
78. “İşlərin təhvil-təsliminə dair iki tərəfli təsdiq olunmuş aktlara əsasən: xx.xx.2021-ci il tarixli 001 saylı akta əsasən xx.xx.2021-ci il tarixli, 1421-221 saylı müqavilə tələblərinə müvafiq qaydada “podratçı-İSSER tərəfindən sifarişçi-PDL-ə ƏDV xaric 331.470 manat dəyərində, xx.xx.2022-ci il tarixli 002 saylı akta əsasən - 663.502,50 manat dəyərində, xx.xx.2022-ci il tarixli 003 saylı akta əsasən – 407.668 manat dəyərində, xx.xx.2022-ci il tarixli 004 saylı akta əsasən – 456.885,50 manat dəyərində, xx.xx.2022-ci il tarixli 005 saylı akta əsasən – 40.000 manat dəyərində işlər təhvil verilmişdir.
79. İlkin iddia üzrə iddiaçı İSSER tərfindən təsdiq edilmiş aktlara əsasən: xx.xx.2022ci il tarixli 006 saylı akta əsasən – 749581,50 manat dəyərində və xx.xx.2022-ci il tarixli 007 saylı akta əsasən – 462487 manat dəyərində işlər təhvil verilmişdir.
80. İSSER ilə PDL arasında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş akta əsasən PDL tərəfindən 10000 ABŞ dolları məbləğində pulun İSSER-ə təqdim edilməsi və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi geri qaytarılması razılaşdırılmışdır.
81. xx.xx.2022-ci il tarixli whatsapp yazışmasından görünür ki, PDL tərəfindən İSSERin qanuni təmsilçisi X23 10.000 ABŞ dolları məbləğində pul verilmişdir.
82. İlkin iddia üzrə iddiaçı İSSER tərfindən birtərəfli qaydada tərtib edilmiş “iddia tələbinin 135.594,50 AZN-lik hissəsi ilə bağlı təhvil verilən işlər üzrə dəyər” adlı cədvələrə əsasən Podratçı-İSSER tərəfindən xx.xx.2021-ci tarixli Müqavilə üzrə görülən, lakin dəyəri sifarişçi-PDL tərəfindən ödənilməyən işlərin dəyəri 135.594,50 manat müəyyən (70000 manatlıq görülmüş işlərə dair xx.xx.2022-ci il tarixli e-qaimə təqdim edilmiş, 65594,50 manatlıq işlərin görülməsinə dair e-qaimə təqdim edilməmişdir) edilmişdir.
83. İlkin iddia üzrə iddiaçı İSSER tərfindən birtərəfli qaydada tərtib edilmiş “icra edilməsinə imkan verilməyən işlərin həcmi və dəyəri” adlı cədvələrə əsasən Podratçı- İSSER tərəfindən xx.xx.2021-ci tarixli Müqavilə üzrə görülməyən işlərin dəyəri 188.375,50 manat müəyyən edilmişdir.
84. İlkin iddia üzrə iddiaçı İSSER tərfindən birtərəfli qaydada tərtib edilmiş “əlavə işlər” adlı xx.xx.2022-ci il tarixli AKT-Ek-001 saylı aktda tərtib edilmiş cədvələ əsasən Podratçı- İSSER tərəfindən Müqavilə üzrə görülən işlərin dəyəri 154.651 manat müəyyən edilmişdir.
85. 11.08.2022-ci il tarixli EBCB754403 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən PDL-ə 41113,84 manat dəyərində mal satışı həyata keçirilmişdir.
86. "xxxx" ASC-nn xx.xx.0202-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İSSER-ə 250000 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən isə 100000 manat məbləğində ödənişlər edilmişdir.
87. 03.12.2022-cü ildən xx.xx.2023-il tarixinə kimi Eldar Məlikov və X25 arasında müqavilə xarici işlərin görülməsi ilə bağlı email üzərindən yazışmalar aparılmış, lakin iki tərəfli təsdiq əldə edilməsi həmin yazışmalardan müəyyən edilməmişdir.
88. İlkin iddia üzrə iddiaçı İSSER tərfindən birtərəfli qaydada tərtib edilmiş xx.xx.2022ci il tarixli “əlavə işlər” adlı cədvələ əsasən Podratçı-İSSER tərəfindən xx.xx.2021-ci tarixli Müqavilə üzrə görülmüş işlərin dəyəri 146001 manat müəyyən edilmişdir.
89. İlkin iddia üzrə iddiaçı İSSER tərəfindən bir tərəfli qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “06-Əlavə işlər” adlı Akta əsasən müqavilədən kənar əlavə görülər işlərin dəyəri 201.291 manat müəyyən edilmişdir.
90. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən birtərəfli qaydada tərtib edilmiş “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” lahiyəsində “İddiaçı”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin görüləcək işlər üzrə xx.xx.2022-ci il tarixli 06/22 nömrəli Akta əsasən aparılmamış (görülməmiş) işlərin həcmlərinin maliyyəti 1.125.210,40 manat müəyyən edilmişdir.
91. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən birtərəfli qaydada tərtib edilmiş “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” lahiyəsində “İddiaçı”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin görüləcək işlər üzrə xx.xx.2023-cü il tarixli 04/23 nömrəli Akta əsasən aparılmamış (görülməmiş) işlərin həcmlərinin maliyyəti 1.125.210,40 manat (ƏDV daxil 1327748,27 manat) müəyyən edilmişdir.
92. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən birtərəfli qaydada tərtib edilmiş “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” lahiyəsində “İddiaçı”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin gördüyü işlər üzrə xx.xx.2023-cü il tarixli 05/23 nömrəli Akta əsasən xx.xx.2021-ci tarixli Müqavilə üzrə İSSER tərəfindən aparılmış işlərin dəyəri 2.149.990,03 manat (ƏDV daxil 2.536.988,24 manat) müəyyən edilmişdir.
93. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 22-PDL-X-220 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən görüləcək işlərin dəyəri ƏDV daxil 42636 manat müəyyən edilmişdir.
94. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən ilkin iddia üzrə cavabdeh İSSER-ə ünvanlanmış xx.xx.2022-ci il tarixli, L00418 saylı bildirişlə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 12.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən müqaviləyə xitam verilməsi qeyd olunmuşdur.
95. Cavabdeh MMC ilə “X8” MMC arasında xx.xx.2022-ci il tarixli 22-PDL-X-223 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasə görüləcək işlərin dəyəri ƏDV daxil 70798,11 manat və 2 saylı əlavə əsasən isə 5503,92 manat müəyyən edilmişdir.
96. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 22-PDL-X-224 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasə görüləcək işlərin dəyəri ƏDV daxil 150100 manat müəyyən edilmişdir.
97. xx.xx.2023-cü il tarixli hadisə hesabatına əsasən İSSER Group şirkətinə həvalə edilmiş AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqaılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsinin baş verdiyi qeyd olunmuşdur.
98. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən tərtib edilmiş AD-BB-2 basqılı boru kəmərinin İ Qazıməmməd-Qazax qaz kəməri ilə kəsişməsində baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli 02/23 nömrəli Akta əsasən 18 fevral 2023-cü il tarixində “İsser Group” şirkətinə həvalə edilmiş AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin təmirinə çəkilmiş xərcin məbləği 2394 manat müəyyən edilmişdir.
99. İlkin iddia üzrə cavabdeh PDL tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş və Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/F63-103/23 saylı mütəxəssis rəyinə əsasən Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi Q=3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması” lahiyəsində “İddiaçı”nin Azərbaycan Respublikasındakı nümayəndəliyin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi gördüyü işlərin dəyəri 1.943.625,67 manat, İSSER tərəfindən görülməsi nəzərdə tutulmuş lakin görülməyən və Cavabdeh MMC tərəfindən hal-hazırda davam etdirilən təmir-tikinti işlərinin həcmi və dəyəri 292.041,04 manat, həmçinin Cavabdeh MMC tərəfindən davam etdiriləcək təmir-tikinti işlərinin həcmi və dəyəri 603.195,54 manat və İSSER tərəfindən təmir-tikinti işlərinin qüsurlu olması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri isə 2394 manat müəyyən edilmişdir.
100. İSSER tərəfindən PDL-in xx.xx.2023-cü il tarixli məktubuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda ayrı-ayrılıqda 10.000 ABŞ dolları olmaqla alınmış 20.000 ABŞ dollarının PDL-dən alındığı tərəflərindən qəbul edildiyi, lakin tərəflər arasında bağlanmış müqavilə üzrə PDL tərəfindən ödəmə öhdəliklərinin lazımınca yerinə yetirilməməsinin nəticəsi olaraq, həmin məbləğin PDL tərəfindən müəyyən etdiyi formada əldən ödəmə şəklində həyata keçirilməsi qərarlaşdırıldığı. Bu məbləğin sahədə yemək və yanacaq kimi gündəlik ehtiyacların qarşılanması məqsədilə alındığı və məbləğin geri qaytarılması ilə bağlı hər hansı razılaşma olmadığı qeyd olunmuşdur.Həmçinin həmin məbləğ rəsmi ödənilmədiyi üçün aralarında olan rəsmi hesablaşma siyahısında göstərilmədiyi və həmin əbləğin alınması ilə bağlı məsələ tərəflər arasında öhdəliklər çərçivəsində qiymətləndirilmədi olduğu bildirilmişdir.
101. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23- PDL-X-05/23 saylı xidmət müqaviləsinin 1 saylı əlavəsinə əsasən müqavilə qiyməti 618246,16 (ƏDV daxil) manat məbləğində müəyyən edilmişdir.
102. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-2(113)-1691/2023 saylı qərardadı iş üzrə kompleks məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin şərtləri, müqavilədə istinad olunan layihələr, cizgilər, şəkillər nəzərə alınmaqla həmin müqavilənin 1 saylı əlavəsində (X5) göstərilən işlərdən “İddiaçı” tərəfindən icra edilmiş işlərin həcmi (X5 göstərilən hər bir işə dair faiz və metr ilə göstərməklə) və Protokola əsasən dəyərinin, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin şərtləri, müqavilədə istinad olunan layihələr, cizgilər, şəkillər nəzərə alınmaqla həmin müqavilənin 1 saylı əlavəsində (X5) göstərilən işlərdən “İddiaçı” tərəfindən icra edilməyən işlərin həcmi (X5 göstərilən hər bir işə dair faiz və metr ilə göstərməklə) və Protokola əsasən dəyərinin, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin 1 saylı əlavəsində (X5) göstərilən “Boru xətti AD-BB- 2”, “Tunel Keçidləri”, “N1 kollektor”, “N2 bina inşası”, “N2 kollektor mexaniki montajı”, “Sənəd Strukturları” adlı işlərdən “İddiaçı” tərəfindən icra edilmiş işlərin həcmi (faiz və metr ilə göstərməklə) və dəyəri Protokola əsasən müəyyən edilməsi, xx.xx.2022-ci il tarixli “ AKT-EK-001 06-Əlavə İşlər” adlı cədvəldə göstərilən işlər “İddiaçı” tərəfindən icra edilibedilməməsi, icra edilmişdirsə, icra edilmiş işlərin həcmi və orta bazar dəyəri hər iş növü üçün qiymətlər ayrı-ayrılıqda göstərilməklə müəyyən edilməsi, AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində qaynaq tikişlərinin açılması hadisəsi baş vermişdir mi? Əgər baş vermişdirsə, həmin hadisənin aradan qaldırılması üçün təmir-bərpa işlərinin həcmi və orta bazar dəyəri hər iş növü üçün qiymətlər ayrı-ayrılıqda göstərilməklə müəyyən edilməsinə dair suallar qoyulmuşdur.
103. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2023-cü l tarixli, 3-16- 16/2-10/4973 saylı rəyində 1-ci və 2-ci suallar üzrə-tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin şərtləri, müqavilədə istinad olunan layihələr, 1 saylı əlavəsində (X5) göstərilən işlərin faktiki olaraq tamamilə yerinə yetirildiyi və həmin işlərin ümumi dəyəri müqavilədə göstərilən nəzərə almaqla 3.300.000,0 manat (ƏDV-siz) təşkil etdiyi müəyyən olunduğu, podratçı “İddiaçı”-nin Azərbaycan Respublikasındakı filialı ilə Sifarişçi Cavabdeh MMC arasında bağlanmış 1421-221 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflərin hər ikisinin imzası ilə təstiq edilmiş və görülmüş işlərə dair müxtəlif tarixlərdə tərtib edilmiş aktlara əsasən, “İddiaçı” tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri 1899526,0 manat, sifarişçi tərəfindən qəbul edilməyən aktlarda göstərilən işlərin dəyəri isə 1212069,0 manat məbləğində müəyyən olunduğu, lakin işlərin yerinə yetirilməsinə dair tərtib edilmiş aktların müəyyən hissəsinin sifarişçi tərəfindən təstiq olunmadığını (qəbul edilmədiyini) nəzərə alaraq, həmin işlərin “İddiaçı” tərəfindən yerinə yetirib- yetirilmədiyi məhkəmə tərəfindən müəyyən edilə biləcəyi, 3-cü sual üzrə-tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin 1 saylı əlavəsində (X5) göstərilən “Boru xətti AD-BB-2”, “Tunel Keçidləri”, “N1 kollektor”, “N2 bina inşası”, “N2 kollektor mexaniki montajı”, “Sənəd Strukturları” adlı işlərdən “İddiaçı" tərəfindən iki tərəfli imzalanmış aktlara əsasən icra edilmiş işlərin həcmi (faiz və metr ilə göstərməklə) və dəyəri Protokola cədvəldə ətraflı göstərilmiş və cəmi ƏDV-siz ******* manat müəyyən edidiyi, 4-cü sual üzrə- xx.xx.2022-ci il tarixli “ AKT-EK-001 06-Əlavə İşlər” adlı cədvəldə göstərilən işlər “İsser X13 Hizmetleri Sanayi ve Ticarət Anonim Şirkəti” tərəfindən icra edilib- edilməməsini müəyyən etmək mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadığı və 5-ci sual üzrəiş materiallarında olan xx.xx.2023-cü il tarixli 02/23 saylı Aktda əsasən AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində qaynaq tikişlərinin açılması hadisəi baş verdiyi və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir-bərpa işlərinin dəyərinin 2394 manat məbləğində müəyyən olunduğu qeyd olunmuşdur.
104. PDL-in xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən layihənin tamamlanması məqsədilə işlərin vaxtında yekunlaşdırılmadığı üçün PDL tərəfindən əlavə çəkilmiş xərclərə və PDL-in işgüzar nüfüzuna dəymiş zərər üçün tələb olunan 1.125.210,04 manat: İSSER tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq miqdarda alınmış 1.110.474 manat: İSSERə ödənilmiş 618.280 manat dəyərindən X21; 1.110.474 manat miqdarında məbləğ üçün xx.xx.2022-ci il tarixdən 22 fevral 2024-cü il tarixi nədək illik 5%dən hesablanılmış 69.404 manat məbləğində əldən çıxmış fayda; İSSER tərəfindən görülmüş işlərdə aşkar edilmiş qüsurun(AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması) aradan qaldırılması üçün PDL tərəfindən çəkilən xərc qismində 2394 manat: Qüsurlü iş üçün nəzərdə tutulan və PDL tərəfindən tətbiq edilə biləcək cərimə qismində 1000 manat: Müqavilənin 2.2-ci maddəsinə nəzərdə tutulmuş hər mərhələdə təhvil verilməli olan işlər üzrə gecikən günlər üçün hesablanılmış ümumilikdə 490.262 manat məbləğində dəbbə pulu olmaqla hazırda “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə olan ümumi borcu 3.417.024 manat məbləğində qeyd olunmuşdur.
105. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir.
106. Belə ki, işin halları ondan ibarətdir ki, “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialı ilə (İSSER) Cavabdeh MMC (PDL) ilə arasında xx.xx.2021-ci il tarixində “Hacıqabul rayonu ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması işinə bağlı olaraq DN1400 PN10 boru xəttinin qazma, doldurma və qaynaq işləri” layihəsi çərçivəsində (AD.BB.1 – 33+10 43+50 km) (AD.BB.2 –37+68 98+28 km) çalışma sahəsində işlərin görülməsi” haqqında 1421-221 nömrəli Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmış, müqaviləyə əsasən İSSER PDL-in sifarişi əsasında Müqaviləyə Əlavə 1-də qeyd edilmiş işləri görməyi, PDL isə öz növbəsində işlərin haqqını İSSER-ə təsdiqlənmiş təhvil-təslim Aktları və elektron-qaimələr əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Əlavə 1-də İSSER-in görməli olduğu işlərin adları, həcmi və dəyəri tərəflər arasında qarşılıqlı şəkildə razılaşdırılmaqla imzalanmışdır. Razılaşmaya görə, İSSER tərəfindən görülməli olan işlərin ümumi dəyəri 3.300.000,00 manat məbləğində müəyyən edilmişdir. İlkin iddiaçı bununla belə PDL tərəfindən həmin işlərə görə ümumilikdə 2.976.000,00 manat İSSER-ə ödənildiyini, ödənilməmiş məbləği cəmi 135.594,5 manat təşkil etdiyini, bunun da 70.000 manat hissəsinə münasibətdə müvafiq e-qaimələrin vurulmasına baxmayaraq PDL tərəfindən hələ də ödənişin həyata keçirilmədiyi, qalan 65.594,50 manat məbləğinə münasibətdə isə e-qaimə vurulmadığını və bunun səbəbi isə tərəflər arasında yaranmış işgüzar adətlərə əsasən yalnız PDL tərəfindən ödənişə hazır olduğunu bildirdiyi halda İSSER tərəfindən e-qaimələri vurduğundan irəli gəldiyini, sonra isə müqaviləyə artıq birtərəfli qaydada xitam verildiyi üçün İSSER 65594,50 manata dair e-qaimə vurmamaq fikrinə gəldiyini bildirmişdir. Qarşı tərəf isə ilkin iddia üzrə iddiaçıya heç bir borcun olmadığını, əksinə PDL tərəfindən ödənilmiş 1.110.474 manata dair işlərin görülmədiyini iddia edərək həmin məbləğin geri qaytarılmasını tələb edir.
107. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
108. İlkin iddia ərizəsi üzrə hüquqi qiymətləndirmə.
109. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
110. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
111. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
112. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
113. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
114. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
115. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
116. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
117. İlkin iddia ərizəsi üzrə İSSER-in birinci tələbi xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqaviləsi üzrə yaranmış 135.594,5 manat borc məbləği və bu məbləğə hesablanmış 24.407 manat ƏDV-nin cavabdeh PDL-dən tutularaq iddiaçıya ödənilməsi təşkil edir.
118. Bu hissədə tələbi məhkəmə qismən əsaslı hesab edir. Belə ki, xx.xx.2021-ci il tarixli 1421-221 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) PDL tərəfindən avans ödənişi və aralıq ödənişlər qaydasında, İSSER-in təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 3 iş günündən gec olmamaq şərti ilə aparılır.
119. İş materialları ilə müəyyən olunur ki, İSSER tərəfindən PDL-ə göndərilmiş işlərin görülməsi ilə bağlı bütün e-qaimələr üzrə əsas məbləğlərə dair ödənişlər tam həyata keçirilib, yalnız EBCD465779 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə ədv-siz məbləğ 300.000 manat olduğu halda, həmin qaimə üzrə cəmi 230.000 manat ödəniş edilib. Beləliklə, Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya 70.000 manat borcunun qalması faktları iş materiallarına əlavə edilmiş sənədlərlə, ələxsus da təsdiq edilmiş EBCD465779 saylı elektron qaimə üzrə əsaslı ödənişin (230.000 manatın) edilməsi ilə öz təsdiqini tapır.
120. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
122. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
123. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
124. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
125. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
126. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
127. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına və qarşı tərəfdən EBCD465779 saylı elektron qaimə təsdiq və həmin qaimə üzrə qismən ödənişlərin edildiyinə görə xidmətin qəbul edilməsi mənasına gəlir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki tamamlama aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən PDL-ə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 70.000 manat ödənilməmiş qalmışdır.
128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
129. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair akt, müqavilə üzrə nəzərdə tutulan ümumiyyətlə bütün işlərin görülməsini göstərən Ekspert rəyi (kimin tərəfindən görülməsini yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyi qeydi ilə) və qismən ödənişlər ilə də təsdiqini tapır.
130. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi 70.000 manat və həmin məbləğə hesabanmış 12600 manat ƏDV borcuna dair hissədə əsaslı olduğundan və buna dair sübutlar təqdim edildiyinən təmin edilməlidir. İlin iddia üzrə cavabdeh PDL tərəfindən bu hissədə irəli sürdüyü dəlilləri məhkəmə tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, birincisi, məhkəmə araşdırılması zamanı da müəyyən olundu ki, işlərin təhvil-təsliminə dair son iki (006 və 007 nömrəli) aktları cavabdeh-PDL tərəfindən təsdiq olunmasa da, həmin aktlarda qeyd olunan bəzi işlərin görülməsini həm PDL-in nümayəndələrinin şifahi izahatı ilə, həm də məhkəməyə təqdim olunmuş PDL-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş “qeyd olunan müqavilə üzrə İSSER tərəfindən görülmüş işlərin cədvəlləri”ndə də öz təsdiqini tapmışdır, digər tərəfdən əgər 70.000 manat hissəsi ödənilməyən EBCD465779 saylı elektron qaimədə göstərilən 300.000 manatlıq işlər İSSER tərəfindən görülməseydi, həmin qaimə ümumiyyətlə təsdiq olunmazdı, üstəlik 230.000 manatı da ödənilməzdi.
131. 135.594,5 manat borc məbləğinin təmin edilməyən 65594,50 manata dair hissədə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan və həmin məbləğin mövcudluğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir.
132. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1, 2.1. və 2.3-cü bəndlərinə əsasən ödənişin PDL tərəfindən hansı şəkildə ediləcəyi tənzimləndiyindən və iddiaçı tərəfindən həmin şərtlər çərçivəsində ödənişin tələb edə bilcəyi barədə razılaşdıqlarından, həmin tələblərə riayyət edilməsinə dair iddiaçı məhkəməyə sənəd-sübut təqdim etmədiyindən və “elektron qaimənin yalnız PDL tərəfindən ödənişə hazır olduğunu bildirdiyi halda vurduqlarını, sonradan isə müqaviləyə xitam verildiyi üçün e-qaimənin vurulmasına zərurət görmədikləri” arqumentini tamamilə əsassız hesab edərək 65594,50 manat borc tələbinə dair iddianın və ona hesablanmış ƏDV məbləğinin təmin edilməməsi qənaətinə gəlir.
133. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
134. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur.
135. Qeyd olunan normaların məzmununa əsasən və tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
136. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
137. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
138. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
139. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
140. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
141. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
142. İlkin iddianın digər hissəsi olan əldən çıxmış faydaya görə 188.405,5 manat məbləği və bu məbləğə hesablanmış 33.912,99 ƏDV-nin tutulması tələbini məhkəmə tamamilə əsassız hesab edərək aşağıdakıları qeyd edir.
143. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
144. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
145. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə Sifariçi-PDL tərəfindən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Xitam verilməsinə əsas kimi isə Podratçı tərəfindən 21 gündən artıq müddətdə işlərin dayandırılması və Müqavilənin 12.1.2-ci maddəsi göstərilmişdir.
146. İddiaçı tərəf əldən çıxmış faydaya görə 188.405,5 manat məbləğə dair irəli sürmüş dəlili ondan ibarət olmuşdur ki, PDL müqaviləyə təktərəfli qaydada əsassız olaraq xitam verməsi səbəbindən İSSER müqavilə üzrə işləri tamamlamaqla razılaşdırılmış ümumi muzdu əldə etmək imkanından məhrum edildiyini bildirmişdir. Qarşı tərəf isə müqaviləyə iddiaçının təqsiri üzündən xitam verildiyi üçün bu hissədə də tələbi qəbul etmədiklərini bildirmiş.
147. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
148. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
149. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqaviləyə xitam verilməsi səbəbindən 188405,5 manat məbləğində ödənişdən məhrum olunduğunu qeyd etsə də həmin məbləğin əsaslılığını və xitamın əsasının sifarişçinin hərəkətləri nəticəsində yarandığını sübut etmək vəzifəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin qeyd olunan xüsusatlarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
150. Bununla belə ilkin iddia tələbinin digər hissəsi olan əlavə görülən işlərin dəyəri olan 201.291,00 manat məbləği və bu məbləğə hesablanmış 36.232,38 manat ƏDV tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır.
151. İddiaçı tərəf əlavə işlərin görülməsinə dair sübut qismində məhkəməyə yalnız email yazışmalarını təqdim etmiş. Lakin həmin yazışmalardan əlavə işlərin görülməsinə, işlərin həcmi, dəyəri və sair şərtlərinə dair qarşı tərəfin razılığının olması və işlərin təhvil verilməsi müəyyən edilmir. Əlavə işlərə dair iş materiallarında olan aktlar yalnız İSSER tərəfindən təsdiq edilmişdir. Həmçinin, ekspert rəyindən də görünür ki, ekspertiza zamanı İSSER tərəfindən müqavilədən kənar əlavə işlərin icra edilməsinin müəyyən edilməsi mümkün olmamışdır.
152. Məhkəmə ilkin iddia üzrə iki tələb yəni müqavilə üzrə işlərin bitməsinin gecikdirilməsinə görə məruz qalınan zərər olaraq 512.277,91 manat və zəmanət məktubunun verilməsi ilə bağlı dəymiş zərər olaraq 6.471,23 manat məbləğində tələb olunan pul məbləğlərini iddiaçı ona dəymiş zərər kimi tələb etdiyindən hər iki tələbə birgə qiymət verilməsini məqsədəuyğun hesab edilir.
153. Həmin tələblərlə bağlı məhkəmə qeyd edir ki, əsassız olduğundan iddia həmin hissələrdə təmin edilməməlidir.
154. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
155. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
156. Dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
157. İlkin iddiaçı müqavilə üzrə işlərinin gec bitməsinə görə 512.277,91 manat zərərə məruz qaldığını bildirmiş və əsas kimi müqavilə münasibətlərinə xitam verilməsinə görə ərazidə qaldığını və texnikalara, işçilərə və xidmətlərə əlavə ödənişlər etdiyini qeyd etmiş. Lakin müqavilə şərtlərinə əsasən (Müqavilənin 4.22, 4.24, 4.25, 4.26, 4.27, 4.33 və s.bəndləri) İSSER-in qeyd etdiyi bütün xərclər onun özünə aid edilmiş. Digər tərəfdən, əgər işlərin bitməsinin gecikdirilməsinə səbəb qarşı tərəf olmuşdursa, İSSER yarana biləcək əlavə xərclərini nəzərə alaraq özü müqavilədən birtərəfli qaydada imtina edə bilərdi. Lakin, göründüyü kimi ikitərəfli razılıq əsasında (tərəflərin öz gəlir və xərclərinin risklərini görərək) müqavilə münasibətləri olduğu kimi davam etmişdir.
158. Bundan əlavə məhkəmə ilkin iddia tələbinin ödəmələrdəki gecikmələrə görə dəbbə pulu olaraq 161.380 manat məbləğin tutulması tələbini qismən əsaslı hesab edir və gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırır.
159. Belə ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 7.7-ci bəndinə əsasən hesablanmış 161.380 manat cərimə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
160. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
161. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
162. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması məhkəmə tərəfindən təmin olunan 70.000 manat əsas borca münasibətdə 161.380 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3500 manat məbləğində müəyyən edilməlidir.
163. Qarşılıqlı iddia tələbinə dair hüquqi qiymətləndirmə:
164. Məhkəmə ilk öncə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissələrinə dair aşağıdakıları qeyd edir.
165. Qarşılıqlı iddia üzrə iddiaçı 24 noyabr 2021-ci il tarixli 1421-221 nömrəli müqaviləyə əsasən 1.110.474 manat miqdarında “İSSER” tərəfindən PDL-dən görülmüş işlərin dəyərindən artıq olaraq alınmış pul vəsaitinin, 618280 manat ödənilmiş ƏDV-nin, layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL MMC-nin işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi olaraq və müqavilənin vaxtında tamamlanmadığı üçün PDL-ə dəymiş maddi ziyanın əvəzi kimi 1.125.210 manat məbləğinin, 490.262 manat miqdarında dəbbə pulunun, 1.110.474 manat məbləği üçün hesablanmış 69404 manat məbləğində əldən çıxmış faydanın tutulmasını tələb edir.
166. Məhkəmə ilkin iddia tələbinin təmin olunan hissələrinə olan əsaslandırmasına (qətnamənin 118-130 §) istinadən hesab edir ki, ilkin iddia qismən təmin olunduğu üçün § 167-də qeyd olunan qarşılıqlı iddia tələbləri təmin edilə bilməz.
167. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında işlərin görülməsinə dair təhvil-təslim baş tutmalı, ondan sonra elektron qaimələr göndərilməklə, ödənişlər həyata keçirilməlidir. Təhvil-təslim aktları imzalansa da, ödənişlərin təyinatı kimi hər-hansı akt deyil, elektron qaimələrin nömrələrinə istinad edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh-İSSER tərəfindən iddiaçı-PDL-ə göndərilmiş bütün 11 (sistem tərəfindən təsdiq olunmuş bir qaimə istisna olaraq) elektron qaimələr PDL tərəfindən beş gün keçmədən belə şəxsən təsdiq edilmişdir və bütün 11 qaimə üzrə əsas məbləğ və həmin məbləğlərin ƏDV-ri PDL tərəfindən ödənilmişdir. Yalnız bir elektron qaimə üzrə 70.000 manat ödənilməmişdir, həmin hissəyə dair də məhkəmə əsaslandırmasını əvvəlki paraqraflarda bildirmişdir.
168. Lakin, belə olduğu halda qarşılıqlı iddia üzrə iddiaçı-PDL-in ikitərəfli təsdiq olunmuş ilk 001 və 002 nömrəli təhvil-təslim aktlarını işlər görülmədən, sadəcə İSSER tərəfindən işlərin görülməsi üçün pulun tələb olunduğu üçün təsdiq etdiyini və həmin işləri qəbul etmədiklərini, ilk iki elektron qaimə üzrə ödənilən məbləğlərin sadəcə avans ödənişi olduğunu qeyd etməsini tamamilə əsasız hesab edir.
169. Belə ki, müqavilə şərtlərinə əsasən birinci mərhələdə müqavilə qiymətinin 10%-i məbləğində avans ödənişi nəzərdə tutulmuşdur. Əvansın ödənilməsi üçün hər-hansı təhvil-təslim aktının və ya e-qaimənin təqdim edilməsi zərurəti mövcüd deyil. Beləliklə, Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğ avans idisə, ödənişin təyinatında müqavilənin rekvizitlərinə istinad edərək “avans ödənişi” qeyd edilə bilərdi. PDL tərəfindən isə İSSER-ə ödənilən bütün məbləğlər isə məhz artıq görülmüş işlərə və vürülmüş eqaimələrə görə edilmişdir.
170. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı bildirir ki, cavabdeh İSSER tərəfindən “servis yolu” adlı işin ümumiyyətlə görülmədiyini etiraf edir, lakin görülmədiyi işin həcmini isə 188.405,5 manat göstərir, halbuki, elə bircə “servis yolu” adlı işin cəmi dəyəri 224.000 manat təşkil edir. Qarşılıqlı iddia üzrə cavabdeh-İSSER isə bildirdi ki, işin gedişatı zamanı bəzi işlərin həcmi dəyişdiyi üçün, ümumi müqavilə dəyərini dəyişməmək üçün, tərəflər “servis yolu” adlı işin dəyərini azaltmaq qərarına gələrək 1 metr yolun dəyərini 20 manatdan 10,75 manata endirərək cəmi dəyəri 224.000 manat deyil, 120.400 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, həqiqətən də müqavilə bağlanarkən “servis yolu” adlı işin cəmi dəyəri 224.000 manat müəyyən edilsə də, bütün təhvil-təslim aklarında həmin işin 1 metr dəyəri 20 manatdan, 10.75 manata endirilmişdir, bundan əlavə “Boru xətti AD-BB-2” işin həcmi isə müqavilə bağlanarkən protokolda 6160 metr olduğu halda, sonradan 6918 metrə qaldırılmışdır, “Boru xətti AD-BB-1” adlı işin həcmi də artırılaraq 980 metrdən 1200 metr göstərilmişdir və s. Beləliklə, danılmaz haldır ki, tərəflər işin gedişatı zamanı işlərin ümumi smetasına (bəzi işlərin dəyərində, bəzi işlərin həcmində) qarşılıqlı razılıq əsasında (təhvil-təslim aktlarında göstərməklə) dəyişikliklər etmişlər. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı-PDL-in digər işlərdə dəyişikliklərin edilməsini qəbul edərək, sadəcə servis yolu ümumiyyətlə görülmədiyi üçün həmin işin dəyərini müqavilə bağlanarkən 224000 manat kimi qəbul edilməsi və heç bir giymət azaldılmasını qəbul etməməsi tamamilə əsassız hesab edilməlidir.
171. Beləliklə, ilkin iddia ərizəsi qismən təmin edildiyi üçün qarşılıqlı iddia üzrə müqaviləyə görə artıq ödənilmiş pulun, ədv-in geri qaytarılması, həmin məbləğə hesablanmış dəbbə pulu, işin tamamlanması üçün çəkilən xərc kimi göstərilən məbləğlərin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələbi təmin edilə bilməz.
172. Həmçinin layihənin vaxtında tamamlanmadığı və işlərin yekunlaşdırılmadığı üçün PDL-nin işgüzar nüfuzuna dəymiş ziyanın əvəzi ödənilməsi tələbi də məhkəmə hesab edir ki, iddiaçının formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.
173. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
174. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
175. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.
176. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
177. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf layihənin tamamlanmaması ucbatında digər şirkətlər qarşısında öhdəliklərinin icrasında çətinliklər yarandığını hazırkı tələbinə əsas kimi göstərmiş, lakin işgüzar nüfuzuna dəydiyini iddia etdiyi məbləğin hansı şəkildə müəyyən edildiyi sübuta yetirilmir.
178. Qarşılıqlı iddiaçı eyni zamanda qarşılıqlı cavabdehin müqavilə üzrə öhdəliklərini yarımçıq görməsi ucbatından layihənin yarımçıq qaldığını və buna görə də tamamlama işlərinin yerinə yetirilməsi məqsədi ilə digər şirktətlərlə xidmət müqaviləsi bağlamaq məcburiyyətində olduğunu, nəticədə ona dəymiş maddi ziyanın 1.125.210 manat müəyyən edildiyini və bunu qarşı tərəfdən tutulmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə hesab edir ki, tələb bu hissədə də əsassız olduğundan təmin edilə bilməz.
179. İlk olaraq məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının da qeyd etdiyi kimi hazırkı layihə iri bir layihə olduğundan, layihənin qiyməti 19.000.000 manatdan çox təşkil etmişdir və həmin layihənin bir hissəsini qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülməsinə dair müqavilə bağlanmışdır. Lakin, PDL-in iddia etdiyi kimi digər şirkətlərlə bağlamış müqavilə əsasında görülmüş işlərin məhz İSSER tərəfindən yerinə yetirilməli olduğu işlərə aidiyyəti məhkəmə gedişatı zamanı sübuta yetirilməmiş və keçirilmiş ekspertiza zamanı da münasibət bildirilməmişdir (belə olduğu halda PDL tərəfindən ekspertiza tədqiqatı zamanı ekspertə zəruri sənədləri və izahatları təqdim etməklə həmin işlərin identifikasiyası, hansı şirkətlər tərəfindən görülməsi müəyyən edilə bilərdi). Bəli, PDL tərəfindən məhkəməyə İSSER-dən başqa da digər şirkətlərlə bağlanmış müqavilələri, təhvil-təsmil aktlarını, ödəniş sənədlərini təqdim etsə də, onların məhz İSSER-in yarımçıq qoyduğu işlərin tamamlanmasına yonəldiyini müəyyən etmək mümkün olmamışdır. Çünki həmin müqavilələr üzrə göstərilən əksər işlər belə İSSER ilə bağlanan müqavilədə nəzərdə tutulan işlərdən fərqlidir (malların alınması, yaşıllaşdırma işləri və s.). Digər tərəfdən, məhkəmə bir daha da vurğulayır ki, İSSER ilə bağlanan müqavilənin dəyəri cəmi 3.300.000 manat olduğu halda, ümumi layihənin dəyəri 19.580.000 manat olmasını nəzərə alaraq, qalan işlərin görülməsi üçün digər şirkətlərlə müqavilələrin bağlanması, ödənişlərin edilməsi ağlabatan hesab edilməli və ümumi 19580000 manatlıq layihənin davamı kimi giymətləndirilməlidir. Beləliklə, məhkəmə PDL tərəfindən məhkəməyə digər şirkətlərlə bağlanan müqavilələrin təqdim edilməsini sadəcə İSSER-ə olan borcun ödənilməsindən yayınmaq məqsədi kimi giymətləndirir.
180. Qeyd olunanlardan göründüyü kimi iddianın bu hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir.
181. Məhkəmə qarşılıqlı iddia ərizəsinin təmin olunan 20.000 ABŞ dolları məbləğində borc və həmin məbləğə hesablanmış 2070,4 ABŞ dolları faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
182. İşdə olan İSSER ilə PDL arasında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş akta əsasən PDL tərəfindən 10000 ABŞ dolları məbləğində pulun İSSER-ə təqdim edilməsi və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi geri qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda X26 ilə aparılmış xx.xx.2022-ci il tarixli whatsapp yazışmasından da göründüyü kimi 10000 ABŞ dolları məbləğində pul verildiyi qeyd olunmuş.
183. İlk dəfə qarşılıqlı iddia ərizəsi verilərkən iddiaçı cavabdeh İSSER-dən tərəflər arasında əməkdaşlıq müddəti ərzində ona verilən 20.000 ABŞ dolları məbləğinin borc olaraq verildiyini bildirmiş və həmin məbləğin qaytarılmasını tələb etmişdir. Soradan isə dəqiqləşmə ərizəsi verərək həmin məblığin məhz işlərin görülməsi üçün verildiyinə istinad edərək həmin 20.000 ABŞ dollarını məbləğini digər tələbi olan – “müqavilə üzrə görülməyən işlərə görə artıq ödənilmiş pul” tələbinə daxil edərək birgə tələb etmişdir. Cavabdeh-İSSER-in qanuni təmsilçisi həm şifahi izahatı zamanı, həm də PDL-in pretenziya məktubuna cavabında 20.000 ABŞ dolların verildiyini etiraf etmişdir, lakin podrat müqaviləsi üzrə ödənişlərin gecikdirdiyinə istinad edərək həmin məbləği PDL-ə qaytarmadığını, sahədə olan işçilərə xərclədiyini bildirmişdir.
184. İş materialları əsasında müəyyən edildi ki, qarşılıqlı iddia üzrə cavabdehə verilən 20.000 ABŞ dolları podrat müqaviləsi üzrə ödəniş kimi deyil (podrat müqaviləsi üzrə ödənişlər yalnız manatla və köçürmə yolu ilə, görülən işlərə dair vurulan e-qaimə əsasında aparılırdı), geri qaytarılması şərti ilə verilmişdir və buna görə də məhkəmə hesab edir ki, qeyd olunan 20.000 ABŞ dolları podrat müqaviləsindən kənar, borc münasibətləri çərçivəsində giymətləndirilməli və prosessual qənayət baxımından (yenidən ayrıca iddia ərizəsinin verilməməsi məqsədi ilə, eyni ilə pul tələbi olduğunu və tərəflərin bir-birini podrat münasibətləri çərçivəsində tanımasını və podrat və borc münasibətlərinin dolayı bağlılığını nəzərə alaraq) hazırki işlə birgə baxılması mümkün hesab edilməlidir.
185. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
186. Qeyd olunanlardan göründüyü kimi mübahisə predmeti olan məbləğin verilməsi və həmin məbləğin qəbul edilməsi işdə olan və qarşılıqlı cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
187. Bundan əlavə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı 1.110.474 manat (müqavilə üzrə görülməyən işlərə görə artıq ödənilmiş pul) məbləğinə daxil etdiyi 20.000 ABŞ dollarına hesablanmış 69404 manat məbləğində əldən çıxmış faydanın tutulmasını da tələb etmişdir.
188. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə 2070,4 ABŞ dolları məbləğində faiz borcu qismində tutulması qanuni və əsaslı hesab edilməlidir.
189. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
190. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
191. Belə ki, məhkəmə hesab edir ki, 20.000 ABŞ dolları borca qaytarılmayan müddət üçün illik 5 faiz hesablamaqla 2070,4 ABŞ dolları məbləğində faiz borcu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
192. Qarşılıqlı iddia tələbinin digər hissəsi olan 2394 manat miqdarında İSSER tərəfindən qüsurlu təhvil verilmiş işlərin təmir bərpası üçün çəkilən xərcin tutulması ilə bağlı məhkəmə hesab edir ki, tələb haqlı olduğundan və işdə olan sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir.
193. Belə ki, Müqavilənin 6.5-ci bəndinə əsasən İSSER Müqavilə üzrə öhdəliklərinin icrası üçün hər hansı təchiz etdiyi mallara 12 ay, görülmüş işlərə və xidmətlərə isə bu müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq işlər tam təhvil verildiyi gündən 24 ay müddətinə texniki təminat verir və təminat müddətində aşkar olunmuş qüsurlar İSSER-in vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırmazsa, PDL həmin malın dəyəri və vurulmuş maddi zərərə görə müvafiq qaydada cərimə tətbiq etmək hüququnu özündə saxlayır.
194. İşdə olan xx.xx.2023-cü il tarixli hadisə hesabatına əsasən İSSER Group şirkətinə həvalə edilmiş AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqaılı boru kəmərinin kəsişməsi) hissəsində suvarma əməliyyatının aparılması zamanı qaynaq tikişlərinin açılması hadisəsinin baş verdiyi, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2023-cü l tarixli, 3-16- 16/2-10/4973 saylı ekspert rəyində 5-ci sual üzrə- iş materiallarında olan xx.xx.2023-cü il tarixli 02/23 saylı Aktda əsasən AD-BB-2 basqılı boru kəmərinin PK 53+73 (İ Qazıməmməd-Qazax qaz kəməri ilə D1420 basqılı boru kəmərinin kəsişməsi) hissəsində qaynaq tikişlərinin açılması hadisəi baş verdiyi və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir-bərpa işlərinin dəyərinin 2394 manat məbləğində müəyyən olunduğu qeyd olunmuşdur.
195. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən müqavilə üzrə qarşlıqlı cavabdeh tərəfindən öhdəliklərin icrası zamanı yol vermiş qüsur işdə olan sübutlarla təsdiq olunduğundan və qarşılıqlı cavabdeh tərəfindən həmin qüsurun aradan qaldırılması üçün çəkilmiş məbləğin İSSER-dən tutulması müqqavilə şərtlərinə, həmçinin qanunauyğun və əsaslıdır.
196. Məhkəmə İSSER tərəfindən təhvil verilmiş qüsurlu iş (qaynaq tikişlərinin açılması) üçün 2394 manat məbləğə 1000 manat məbləğində cərimənin hesablanmasını əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi zamanı cərimə məbləği hesablanması nəzərdə tutulmuş, qarşılıqlı iddiaçı həmin əsasla çıxış edərək dəbbə pulu məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Lakin, 2394 manat məbləğində çəkilmiş xərcə dair yenidən cərimə məbləği hesablanması həm müqavilə şərtlərinə, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir.
197. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən 2000 manat ekspert rəyinə çəkilmiş xərcin tutulması ilə bağlı da hesab edir ki, tələb əsassızdır. Belə ki, iddiaçı tərəf həmin xərci məhkəmə xərci kimi deyil öz təşəbüsü ilə çəkmiş, eyni zamanda həmin xərcin ödənilməsinə dair sübut belə təqdim edilməmiş və həmin xərcin cavabdehdən tutulması isə qanaunauyğun hesab edilə bilməz.
198. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, həm ilki, həm qarşılıqlı iddia ərizələri üzrə dövlət rüsumları və hüquqi yardımla bağlı vəkil bürosuna ilkin iddiaçı tərəfindən 2000 manat məbləğində və ilkin cavabdeh tərəfindən isə 300 manat məbləğində ödənişlər edilmişdir.
199. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə ödənilməlidir.
200. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
201. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
202. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
203. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumuna görə ödənilmiş pul vəsaitlərin əvəzi qismində təmin edilmiş iddia tələblərinə münasibətdə (dövlət rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 348,3 manat məbləğində pul vəsaiti ilkin cavabdehdən və 210 manat məbləğində dövlət rüsumunun əvəzi isə qarşılıqlı iddia üzrə cavabdehdən qarşı tərəfin xeyrinə tutulmalıdır.
204. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitləri ilə bağlı məhkəmə qeyd edir ki, hər iki iddia tələbi qismən təmin edildiyindən həmin xərcləri tərəflərin özlərinə aid edilməsi məqsəduyğundur.
V. Nəticə:
205. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 70.000 manat borc məbləği və həmin məbləğə hesablanmış 12.600 manat ƏDV məbləği, 3500 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 348,3 manat tutularaq iddiaçı “İddiaçı”nə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “İddiaçı”nin Azərbaycan Respublikasındakı Filialından 20.000 ABŞ dolları məbləğində borc və həmin məbləğə hesablanmış 2070,4 ABŞ dolları faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 2394 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 210 manat tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə-kompleks ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova