Məhkəmə qərarları › İş №e-2-2(113)-6685/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6685/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6685/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdeh X2 iştirakı, Cavabdehin nümayəndəsi/vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 (VÖEN **********)xx.xx.2023-cü il tarixli “Layihələndirmə xidmətlərinin göstərilməsinə dair” 01/2023 nömrəli müqavilə üzrə ödənilmiş 86944 manat məbləğində pulun və işin məhkəməyə verilməsi üçün ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı (VÖEN **********) xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizə verərək iddiaçı X2 İddiaçı MMC-yə qarşı iddiası üzrə e-2-2(113)- 6268/2024 nömrəli kommersiya mübahisəsi üzrə işin icraatda olan İddiaçı MMC-nin cavabdeh X3 qarşı iddiası üzrə e-2-2(113)-6685/2024 nömrəli kommersiya mübahisəsi üzrə işlə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda icraatda X2 İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi vardır. Həmin iddia ərizəsi ilə iddiaçı məhkəmədən cavabdehlə bağlamış olduğu xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli müqavilə üzrə öhdəliklərin icrası nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə cavabdeh X3 qarşı “müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli müqavilə üzrə ödənilmiş 86944 manat məbləğində pulun və işin məhkəməyə verilməsi üçün ödənilmiş 351 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki kommersiya mübahisəsi eyni hakimin icraatında olduğundan, tərəflər arasındakı kommersiya mübahisəsinin predmeti eyni, yəni tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli müqavilə və həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış mübahisə olduğundan, mübahisəyə daha operativ, obyektiv və düzgün baxılmasının təmin edilməsi məqsədilə onların bir icraatda birləşdirilməsi düzgün olardı. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı MMC cavabdeh X1 (VÖEN **********) xx.xx.2023-cü il tarixli “Layihələndirmə xidmətlərinin göstərilməsinə dair” 01/2023 nömrəli müqavilə üzrə ödənilmiş 86944 manat məbləğində pulun və işin məhkəməyə verilməsi üçün ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı (VÖEN **********) xeyrinə tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdr. Digər iş üzrə yəni birləşdirilməsi xahiş edilən iş üzrə iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)-6268/2024 saylı iş) Cavabdeh İddiaçı MMC-nin direktoru Ramin Şirəliyevdən mənə vurmuş maddi ziyana görə 52.000 manat, mənəvi ziyana görə isə 50.000 manat pul tutularaq Ulkər Hüseynzadəyə ödənilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6268/2024 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı X2 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2(113)- 6268/2024 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair e-2-2(113)-6685/2024 saylı iş iddiaçı X2 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2(113)-6268/2024 saylı komersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar