Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-683/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, müqavilənin birtərəfli ləğvi, müqavilənin təfsiri) Hakim Əhmədova Nərmin Məzahir qızı Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinə əlavələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104-065 saylı subpodrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ƏDV daxil olmaqla 638 344,53 manat məbləğində pulun və ödənilmiş 929 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104- 065 saylı müqaviləyə əsasən sub-subpodratçı iddiaçı “Heydər Əliyev adına X11 (NEZ) Modernizasiya və Rekonstruksiya Layihələri Çərçivəsində Əsas Tikinti İşləri-Paket B” layihəsi çərçivəsində subpodratçının AZF-0104 saylı layihəsi üçün “boru izolasiya işlərinin yerinə yetirilməsini”, subpodratçı isə öz növbəsində müvafiq işlər üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lakin işlərin icrası zamanı icraçı bir çox maneələr ilə qarşılaşmış və bunun nəticəsində külli miqdarda maliyyə itkisi ilə üzləşmişdir. Gecikmə səbəbləri icraçının aşağıdakı öhdəliklərini zamanında yerinə yetirə bilməməsindən qaynaqlanmışdır. 2.2. Müqavilənin tələbinə əsasən işlərin icrası müddəti 4 ay müəyyən edilmiş və müqavilə üzrə işlərin icrasına xx.xx.2021-ci ildən başlanmışdır. Belə ki, işlərə başlanması üçün sahədə sex üçün anbar, daha sonra isə nəzərdə tutulmadığı halda cavabdehin təqsiri üzündən ikinci anbar icarəyə götürülmüş, servis avtomobilləri ilə müqavilələr bağlanmış, sahədə işçilərin və materialların daşınması üçün avtomobillər alınmış, işçilər işə götürülmüş, işçilərin sağlamlıq sertifikatları alınmış, icarə obyektlərində təmir işləri aparılmış, elektrik xətləri lazımi voltaja uyğun olaraq təchiz edilmiş, izolyasiya işləri üçün lazım olan avadanlıqlar alınmışdır və s. Müqavilə xx.xx.2021-ci il tarixində tərəflər arasında imzalansa da, xx.xx.2021-ci il tarixində iddiaçının üç əməkdaşının sahəyə girişi üçün icazə verilməsinə dair müraciət göndərilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən “sub-subpodratçı işləri müqavilənin qüvvəyə mininə tarixindən etibarən subpodratçı tərəfindən razılaşdırılmış və təsdiq edilmiş iş qrafikinə və planına uyğun olaraq başlamalı və qeyd olunan işləri 4 (dörd) ay ərzində tamamlamalıdır. 2.3. Müqavilənin 49.10.1-ci bəndinin ikinci abzasında göstərilir: “müqavilə tərəflərindən hər biri müqavilənin ən azı bir nüsxəsini imzaladıqdan sonra qüvvəyə minir”. Göründüyü kimi, müqavilənin 5.1-ci bəndində müqavilənin qüvvəyə minməsi tarixi işlərin görülməyə başlaması günü kimi şərtləşdirilir. Müqavilənin 49.10.1-ci bəndində isə müqavilənin qüvvəyə minməsinin tərəflərin müqaviləni imzalaması günü kimi müəyyən edilir. Tərəflər arasında 22 fevral 2021-ci il tarixli AZF-0104- 065 saylı müqavilə xx.xx.2021-ci il tarixində imzalanmışdır. Göstərilənlərə əsasən, müqavilə üzrə işlərin başlanmasının tarixi barədə heç bir qeyri-müəyyənlik yoxdur. Odur ki cavabdehin bildirdiyi “ehtiyac olmadığı üçün həmin işlərin başlanma və bitmə müddəti konkret olaraq göstərilməmişdir” fikri əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixində “email” vasitəsilə layihə üzrə məsul şəxslərə layihə üzrə görülən işlərin vəziyyətini əks etdirən hesabat göndərilərək hazırkı tarixə olan mövcud vəziyyət izah edilmişdir. 2.4. İş materiallarına əlavə edilmiş təhvil sənədindən görünür ki, subpodratçı tərəfindən xx.xx.2024-cü il tarixində “Fiat Aluminium - 0.8 mm ASTM B209” materialı iddiaçıya təhvil verilmişdir. Əgər iş qrafiki və planı tərəflər arasında razılaşdırılmamışdırsa, nəyə görə bu materialları təhvil verilirdi? Nəyə görə sahədə sexlər icarəyə götürülür, avadanlıqlar alınır, işçilərin sağlamlıq sertifikatları alınırdı? xx.xx.2024-cü il tarixində “email” vasitəsilə göndərilən hesabatda iş planına uyğun olaraq görülməli olan və faktiki görülmüş işlər müqayisəli şəkildə cavabdehə bildirilmişdir. Həmin plana uyğun olaraq birinci ay işçi qüvvə 40 nəfər, izolyasiya işi 10250 metr, üzlük işi isə 9000 metr olmalı olsa da, cavabdehin yubanmalarına görə birinci ay 30 nəfər işçi olub, 800 metr izolyasiya, 465 metr isə üzlük işləri görülə bilmişdir. Digər aylar da müqayisəli şəkildə cavabdehə bildirilmişdir. Hesabata əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, cavabdehin iddiaçıya verdiyi alüminuim materialları emal edilərək anbara və sexə yığılsa da, bu emal edilmiş üzlüklər sahədə istifadə edilə bilinməmişdir. Çünki cavabdeh tərəfindən verilməli olan borular təqdim edilməmişdir. Bu isə işlərin uzanmasına və işçilərə əməkhaqqı verilməsinə səbəb olmuşdur. 2.5. Bu da son nəticədə iddiaçının maddi zərərə düşməsinə səbəb olmuşdur. Müqavilə bağlanan zaman müqavilə müddəti olan 4 aylıq müddətdən əlavə 2 ay da əlavə gecikmə günü nəzərə alınmaqla layihə üzrə təkliflər subpodratçıya verilmişdir. Layihə üzrə işlərin subpodratçı tərəfindən gecikdirilməsi işlərin 23 ay müddətinə uzanmasına səbəb olmuşdur. Bu müddətdə isə iddiaçı tərəfindən icarəyə götürülən sex və anbarlara aylıq icarə haqları ödənilmiş, işçilərin sahəyə aparılması üçün servis avtomobillərinə aylıq ödənişlər edilmiş, işçilərə aylıq əməkhaqqıları verilmiş, işçilərin sağlamlıq sertifikatları alınmışdr. Cavabdehə göndərilən yerinə yetirilmiş işlərin qəbuluna dair Forma-1 arayışından görünür ki, 01-xx.xx.2021-ci il tarixində ilk işlər təhvil verilmişdir. Bu arayış xx.xx.2021-ci il tarixində cavabdehə göndərilmiş və onların tələbi ilə Forma-1, Forma-2 və Forma-3 arayışları onların nümunələrinə uyğunlaşdırılaraq xx.xx.2021-ci il tarixində təkrar göndərilmişdir. xx.xx.2021-ci ildə isə ilk elektron qaimə təqdim edilmişdir. Bu da faktiki izolyasiya işlərinə başlanma tarixinin xx.xx.2021-ci il olmasına dəlalət edir. 2.6. Bu tarixə kimi isə iddiaçı layihə üzrə görüləcək işlərin ilkin bünövrəsi olan hazırlıq işlərini görmüşdür. İşlərin görülməsi üçün alınan üç ədəd konteyner xx.xx.2021-ci il tarixində sahəyə aparılmış və cavabdeh tərəfindən təhvil alınmışdır (ofis konteyneri 3300, anbar konteyneri 5800, soyunub geyinmə konteyneri 4600 manat, bu konteynerlərin daşınma xərci daxil olmaqla digər avadanlıqların alınması və quraşdırılmasına 8260 manat xərc) çəkilmişdir. Konteynerlər üçün ümumilikdə 21960 manat xərc çəkilmişdir. Sexə quraşdırılan kamera və elektrik xətləri üçün ümumilikdə 5633 manat xərclənmişdir. İşçilərin uniformalarının alınması üçün böyük məbləğdə xərc çəkilmişdir. Sexdə izolyasiya materiallarının hazırlanması üçün ümumi dəyəri 26845,72 manat olan 8 adda 13 avadanlıq alınmışdır (xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi). İşçilərin sahəyə buraxılması üçün cavabdehin tələbinə əsasən işçilərə bir illik sağlamlıq sertifikatı alınmalı idi. Bunun üçün xx.xx.2021-ci il tarixində X3 ilə bağlanan müqavilə üzrə hər bir işçinin müayinə xərci üçün 88,50 manat pul ödənilmişdir. Müddət uzandığı üçün bəzi işçilərə iki dəfə bu sertifikat alınmışdır. Ümumilikdə 140 işçinin sertifikatı üçün 12390 manat pul ödənilmişdir (Birinci period üçün 7434 manat, ikinci period üçün isə 4956 manat ödənilmişdir). 2.7. Sexin rəsmi icarə müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmışdır (aylıq 1000 manat olmaqla). Sonradan hazırlanan materiallar sexə yerləşmədiyi üçün ikinci anbar xx.xx.2021-ci il tarixində aylıq 1000 manat olmaqla icarəyə götürülmüşdür. Sex faktiki olaraq xx.xx.2021-ci il tarixindən icarəyə götürlmüş və iş üçün yaralı vəziyyətə gətirilməsindən ötrü təmir işləri görülmüşdür. Bağlanan müqavilənin 1 saylı əlavəsinin subpodratçının öhdəlikləri bölməsinin 2.2.9-cu bəndinə əsasən işlərin yerinə yetirilməsi lazım olan əsas və sərfiyyat materiallarının (ancaq izolyasiya işləri üçün lazım olan materialları nəzərdə tutulur) təmin etməyi öhdəsinə götürmüşdür. Bu bəndə əsasən cavabdeh tərəfindən iddiaçıya ilk materiallar 2021-ci ilin mayının sonlarında (xx.xx.2021-ci il) təhvil verilmişdir. Təqdim edilən sənədlərdən də göründüyü kimi, subpodratçı müqavilə öhdəliyini icra edə bilməmiş və iş sahəsini və materialları iddiaçıya vaxtında verməmişdir. Bu da işlərin uzanmasına səbəb olmuşdur. Göstərilənlərdən başqa, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün vurduğu zərərə görə xx.xx.2024-cü il tarixində ƏDV daxil olmaqla 549 052,40 manat dəyərində olan elektron qaimə cavabdehə göndərilmişdir. Bundan başqa, sonuncu 17-ci Forma 2 arayışı üzrə təhvil verilmiş işlərin dəyəri olan 65 623,67 manatın ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixində elektron qaimə göndərilmişdir. 2.8. Göndərilən hər iki elektron qaimə təsdiq edilsə də, bu günə kimi ödənişlər həyata keçirilməmişdir. Layihə üzrə işlərin görülməsi üçün iddiaçı tərəfindən 7 nəfər izolyasiya ustası, 23 nəfər bükmə ustası, 20 köməkçi fəhlə nəzərdə tutulub. Bu iş 6 ay davam edəcək və hər ay 28 gün iş günü nəzərdə tutulub, gündəlik 9 saatlıq iş saatı, (bu cavabdehin tələbi olmuşdur). Belə olan halda 75 600 adam saatı ilə 6 ay müddətində işlər tam başa çatmalı idi. Lakin 17 ay (19 ay olsa da, iki ay nəzərə alınmır) iş sahəsində qalındığı üçün iş saatı ortalama 143 640 adam saata çıxmışdır. Nəzərdə tutulan 6 ay üçün: 7 nəfər üçün 10584 iş saatı (usta), bu işə görə 48368,9 manat, 23 nəfər üçün 34776 adam saat (bükmə ustası), bu işə görə 194398 manat, 20 nəfər üçün 30240 adam saat (fəhlə), bu işə görə 122 774 manat, faktiki 19 ay üçün çıxan adam saat: 5 nəfər üçün 23940 adam saat, bu işə görə 97889 manat, 10 nəfər üçün 47880 adam saat, bu işə görə 239 476 manat, 15 nəfər üçün 71820 adam saat, bu işə görə 260 896 manat. Bu isə fərqin aşağıdakı həddə olduğunu göstərir: 5 nəfər üçün 10836 adam saat, bu işə görə 49520,52, 10 nəfər üçün 8064 adam saat, bu işə görə 45077,80, 15 nəfər üçün 34020 adam saat, bu işə görə 138121 manat. 2.9. Cavabdehin dediyi kimi, işçilərin sayının azaldılması elə də asan deyildir. Belə ki, layihə üzrə cavabdeh təşkilata verilmiş təklifə əsasən işlərin 4 ay müddətində başa çatdırılması üçün 50 nəfər işçi nəzərdə tutulmuşdur. Bu adam sayı müqavilə üzrə nəzərdə tutulmuş işlərin həcmi və işlərin görülməsi müddətinə uyğun olaraq nəzərə alınmışdır. Lakin subpodratçı tərəfindən müqavilə üzrə nəzərədə tulmuş iş sahəsi (front) verilmədiyi üçün işçi sayını 30 nəfərə endirmək məcburiyyəti yaranmışdır. Bu isə işlərin 4 ayda yox, 17 ayda görülməsinə səbəb olmuşdur. İşçilərin sayının minimum həddə salına bilməməsinin əsas səbəbi isə subpodratçı tərəfindən iş sahəsinin müxtəlif ölçülərdə verilməsi idi. Belə ki, misal üçün subpodratçı bir ayda 400 metr izolyasiya sahəsi verdiyi halda, digər ayda 1400 metr izolyasiya üçün boru verirdi. Bu halda isə iddiaçı 1400 metr borunun izolyasiyası üçün növbəti ay yenidən işçi heyəti yığmaq və lazım olan icazələrin, sertifikatların alınmasına əlavə vaxt və vəsait xərcləməli idi. Hər şeydən əvvəl isə iddiaçı verilən işi vaxtında təhvil verə bilməli idi. 2.10. Odur ki subpodratçınm iş olmadığı halda işçilərin sayını azaltmaması barədə fikirləri əsassızdır. Göstərilənlərə uyğun olaraq işçilərə nəzərdə tutulan əməkhaqqı üzrə fərq 232 719,48 manat təşkil edir. 11 ay əlavə iş üçün çalışmış ofis işçiləri üçün izolasiya mühəndisi - 1 nəfər - 11 ay, 28135,8 manat; sətəm - 1 nəfər - 11 ay, 14081,76 manat; briqadir - 4 nəfər - 11 ay, 84823,2 manat; anbardar - 2 nəfər - 11 ay, 24948 manat; sənədlər üzrə nəzarətçi - 1 nəfər - 11 ay - 12668,04 manat; sürücü - 1 nəfər - 11 ay, 9840,6 manat; təmizlikçi - 2 nəfər - 11 ay, 14081,76 manat. Ofis işçiləri üçün iddiaçı tərəfindən işçilərə əlavə olaraq 188 579,16 manat əmək haqqı ödənmişdir. İşlərin görülməsi üçün təqdim edilən sahədə işlərin görülməsi məqsədi ilə bir anbar icarəyə götürülərək təmir edilmiş, müvafiq avadanlıqlar və elektrik və digər komunikasiya xətləri ilə təchiz edilmişdir. Lakin cavabdeh tərəfidən iş sahəsi verilə bilmədiyi üçün sexdə hazırlanan izolyasiya üzlüklərinin yığılması üçün əlavə ikinci anbar icarəyə götürülərək bu üzlüklər oraya yığılmışdır. Layihə üzrə bir anbar icarəyə götürmək nəzərdə tutulsa da, cavabdehin təqsiri üzündən əlavə xərcə düşülərək ikinci anbar icarəyə götürülmüşdür. Bunun üçün də 6 ay müddətində anbar üçün 6000 manat icarə haqqı ödənilməsi layihdə nəzərdə tutulmuşdur. 2.11. Lakin işlər uzandığı üçün birinci anbara görə əlavə olaraq 21000 manat icarə haqqı ödənmişdir. Eyni zamanda hazırlanan izolyasiya üzlüklərinin yığılması üçün əlavə olaraq götürülən anbara görə isə 18 ay müddətində 18000 manat (xx.xx.2021-ci ildə icarəyə götürülüb, xx.xx.2022-ci ildə icarə müqaviləsi ləğv edilib) icarə haqqı ödənmişdir. Bu da layihədən kənara çıxılmasına və əlavə xərclər çəkilməsinə səbəb olmuşdur. Layihədə nəzərdə tutulan başqa işlərin pulu əlavə xərclərə yönəldiyi üçün hazırda iddiaçının vergi və digər sosial ödənişləri üzrə küllü miqdarda borcu yaranmışdır. Eyni zamanda digər cəmiyyətlərə də borclar yaranmışdır. (Neftçilər xəstəxanasına 1400 manat borc hələ də qalmaqdadır). Anbarlara görə iddiaçı tərəfindən əlavə xərc kimi 33000 manat icarə haqqı ödənilmişdir. Layihə üzrə nəzərdə tutulmuş işlərin görülməsi üzrə işçilərin sahəyə daşınması üçün avtomobil icarəsi layihədə 6 ay nəzərdə tutulmuşdur. Bu müddət ərzində ayda 2000 manatdan olmaqla ümumilikdə 12 000 manat xidmət haqqı verilməli idi. Lakin işlər yubandığı üçün 15 ay müddətində ayda 2000 manatda olmaqla ümumilikdə 30 000 manat ödənilmişdir. 2.12. Lakin elə aylar olub ki, əlavə artıq günlər işə cəlb edildiyi üçün xərclər ümumilikdə 43058,02 manat təşkil etmişdir. Bu isə nəzərdə tutulduğundan 31058,02 manat artıq pul vəsaitidir. Servis xidmətinə görə iddiaçı əlavə olaraq 31058,02 manat pul xərcləyərək zərərə düşmüşdür. Göstərilənlərdən başqa son olaraq, xx.xx.2023-cü il tarixli Forma-2 arayışı əsasında sahədə “Vana” izolyasiyası işləri təhvil verilmişdir. Lakin bu işlərə görə ödənilməli olan 55 613,28 manat pul ödənilməmişdir. Bu məbləğ ƏDV daxil 65623,67 manat təşkil edir. Bu məbləğin ödənilməsinə görə cavabdehə xx.xx.2024-cü il tarixində elektron qaimə göndərilmişdir. Hazırda e-qaimə təsdiq edilsə də, pulun ödənilməsindən qəsdən yayınılır. Həmçinin layihənin cavabdehin təqsiri üzündən uzanmasına görə iddiaçıya 485 356,66 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğ ƏDV daxil 572 720,86 manat təşkil edir. Bu məbləğin ödənilməsi üçün də cavabdehə xx.xx.2024-cü il tarixində e-qaimə təqdim edilmiş və təsdiq edilmişdir. Lakin bu məbləğin də ödənilməsində qəsdən yayınılır. Bütün göstərilənləri nəzərə alaraq, cavabdehə qarşı pul tələbi ƏDV daxil 638 344,53 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilə üzrə cavabdehin öhdəliklərini vaxtında icra etməməsi, lazımi materialları verməməsi, iş sahələrinin hazırlanaraq təqdim edilməməsi və s. hallara görə layihənin müddətinin uzanmasına səbəb olması ilə əlaqədar iddiaçının zərərə düşməsinə səbəb olmasına dair sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən də göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi kimi görülən işlərin dəyərinin verilməsini də ödəməkdən qəsdən yayınır. Təqdim edilən xx.xx.2024-cü il tarixli 2 ədəd e-qaimələr üzrə cavabdehdən ümumilikdə ƏDV daxil 638 344,53 manat pul tələb edilir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 398, 448, 752.1, 762-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı cavabdeh ilə bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104-065 saylı subpodrat müqaviləsi çərçivəsində Heydər Əliyev adma X11 modernizasiya və rekonstruksiyası layihəsi üzrə sub-subpodratçı qismində izolyasiya işlərinin icrasına cəlb olunmuşdur. İstinad edilən müqavilənin 5-ci bəndinə əsasən sub-subpodratçıya həvalə olunmuş işlərin icrası müddəti 4 ay olaraq müəyyənləşdirilmiş, lakin ehtiyac olmadığı üçün həmin işlərin başlanma və bitmə müddəti konkret olaraq göstərilməmişdir. Yuxanda istinad edilən müqavilənin 15.1-ci (İcazələr, Təsdiqlər və Lisenziyalar) və 49.3-cü (Razılıqlar) maddələrinə əsasən iddiaçı işlərin icrası və sifarişçiyə təqdim edilməsi məqsədilə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmək öhdəliyi daşıyır. İddiaçı göstərilən müqavilə öhdəliklərini lazımı səviyyədə yerinə yetirməmiş və təqdim etdiyi sənədlərdə aşkar olunan çoxsaylı nöqsanlar səbəbilə sifarişçidən iş sahəsinə giriş məqsədilə icazəni almaqda gecikmə yaşamışdır. Cavabdeh icazələrin alınması prosesində, işlərin gecikməməsi üçün bütün imkanlarından istifadə etmiş və iddiaçıya lazımi köməklik göstərmişdir. İşlərin yerinə yetirilməsi üçün tələb olunan avadanlıqların iddiaçının anbarında mövcud olmaması və ya kifayət etməməsi, eyni zamanda avadanlıqların və işçi qüvvəsinin sifarişçinin ərazisinə mobilizasiya və demobilizasiyası zamanı baş vermiş gecikmələr subpodrat müqaviləsində göstərilən tamamlanma müddətinin gecikməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə tələblər iddiaçı tərəfindən yerinə yetirildikdən sonra cavabdeh tərəfindən işlərin icra edilməsi üçün tələb olunan materialların 17 may 2021-ci il tarixində iddiaçıya verilməsi həyata keçirilmişdir. 5.2. Əlavə olaraq, tərəflər arasında imzalanmış 22 fevral 2021-ci il tarixli AZF- 0104-065 saylı subpodrat müqaviləsinin 6.4-cü maddəsinə əsasən sub-subpodratçı bu müqaviləyə uyğun olaraq işlərin icrasını subpodratçının nəzarətinə ehtiyac olmayacaq şəkildə təşkil etməlidir. Lakin bu hal subpodratçını işləri yoxlamaq və ya nəzarət etmək hüququndan məhrum etmir. Buna görə də sub-subpodratçı subpodratçının qrafikinə əməl etmək və verilmiş təlimatlara riayət etmək məqsədilə işini özünün ən yaxşı praktikasına uyğun planlaşdırmalıdır. 6.7-ci maddəsinə əsasən sub-subpodratçı işin hər hansı təklif edilən və ya faktiki dayanması, yaxud işlərin yerinə yetirilməsinə və ya tamamlanmamasına təsir edən və ya edə biləcək digər məsələlər barədə dərhal subpodratçını xəbərdar etməlidir. 6.9-cü maddəsinə əsasən sub-subpodratçı müqavilə qiymətini arta bilən, işlərin tamamlanma vaxtını ləngidə bilən, layihə işlərin qrafikindəki əsas tarixdə ləngiməsinə səbəb ola bilən və ya işlərin yerinə yetirilməsinə zərər yetirə bilən məsələlərdən xəbərdar olan kimi, bu barədə subpodratçıya yazılı səkildə məlumat verməlidir. 7.2-ci maddəsinə əsasən işin yerinə yetirilməsi ərzində sub-subpodratçı, subpodratçının etibarlı informasiyasına daxil olmayan və ya ondan fərqli olan, və təcrübəli sub-subpodratçı tərəfindən qabaqcadan tam şəkildə proqnozlaşdırıla bilinməmiş şəraitlərlə və ya ekoloji meyarlarlla üzləşərsə, Sub-subpodratçı onların təsirini azaltmaq və ya aradan qaldırmaq üçün bütün müvafiq tədbirləri görməlidir. 7.3-cü maddəsinə əsasən subdubpodratçının işə təsir göstərən məsələləri hər hansı şəkildə gözdən qaçırması subsubpodratçını, onun müqavilədən irəli gələn öhdəliklərindən azad etməməli (11.2-ci maddəyə müvafiq olaraq) və ya hər hansı əlavə işi yerinə yetirmək hüququna əsas verməməlidir. 10.5-ci maddəsinə əsasən sub-subpodratçı işi yerinə yetirdiyi müddətdə hər hansı vaxtda hər hansı səbəbdən işin və ya onun hər hansı qisminin iş qrafikinə müvafiq olaraq tamamlana bilməyəcəyinə əmin olarsa, sub-subpodratçı belə mümkün ləngimə barədə subpodratçıya dərhal məlumat verməli və həmin məlumatda aşağıdakılar öz əksini tapmalıdır: ləngimə səbəbi, iş qrafikinə təsiri, belə ləngimənin azaldılması üçün münasib hesab edilən bərpa tədbiri. 5.3. 10.7-ci maddəsinə əsasən sub-subpodratçı hər hansı dəyişikliklərin iş qrafikindəki işlərin ardıcıllığına təsirini azaltmaq üçün bütün səylərdən istifadə etməlidir. Digər ifadə ilə, sub-subpodratçı münasib mühəndislik və tikinti təcrübələrinə əsaslanaraq mümkün olan bütün hərəkətləri etməlidir ki, işlərin başa çatdırma müddətindən daha gec təhvil verilməsinə səbəb ola biləcək hər hansı gecikməni ləğv etsin və ya minimallaşdırsın. 11.3-cü maddəsinə əsasən sub-subpodratçı ona əlavə iş almaq hüququ verildiyi və ya əlavə işdən ibarət olan hər hansı sənəd və ya göstəriş aldığı hər hansı hadisənin baş verdiyini hesab edərsə, bu halda o, əlavə işin mövcudluğunu və onun müqaviləyə əsaslanan qiymətinə və/və ya layihənin iş qrafikinə təsirini əsaslandırmaq məqsədi ilə, bütün zəruri sənədləri subpodratçının nümayəndəsinə çatdırmalıdır. Əlavə iş üçün hər hansı tələb barədə subpodratçıya, vəziyyətdən asılı olaraq, belə sənədin və ya göstərişlərin meydana çıxdığı və ya alındığı vaxtdan sonra 7 (yeddi) gün ərzində yazılı şəkildə məlumat verilməlidir. Əks halda, müvafiq sənədin və ya göstərişlərin meydana çıxması ilə əlaqədar heç bir əlavə işə (müddət uzadılması və/va kompensasiya) icazə verilməməlidir. Belə sənədin və ya göstərişin əlavə işlə və ya onun təsiri ilə əlaqədar yazılı şəkildə razılıq əldə edildikdən sonra sub-subpodratçı subpodratçının göstərişlərinə əməl etməli və əlavə işi səylə yerinə yetirməlidir. Subpodrat müqaviləsinin 2.2-ci maddəsinin şərtlərinə uyğun olaraq əlavə iş dedikdə, işə müqavilədən irəli gələn işin ümumi həcmindən kənar olmayan nər hansı pul əlavəsi (əlavə xərclər), hər hansı ləğvetmə, əvəzetmə, yaxud hər hansı işə və ya qrafikə başqa dəyişiklik başa düşülür. 5.4. Yuxarıda əks olan müqavilə şərtlərinin tələblərindən göründüyü kimi, subsubpodratçı işlərin icrası müddətində işin gedişatına neqativ təsir yaradan bütün hallar barədə dərhal subpodratçıya məlumat verməli və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə tələb olunan addımları atmaq öhdəliyi daşımışdır. Lakin müqavilə üzrə işlərin icrası dövründə sub-subpodratçı tərəfindən subpodratçıya iddia ərizəsində göstərilən iddia olunan gecikmələr barədə müqavilə şərtlərinin tələb etdiyi qaydadada hər hansı yazılı məlumat verilməmişdir. Belə yazılı məlumatın verilməməsi və müvafiq tədbirlərin görülmədiyi hallarda, müqavilənin tələblərinə əsasən sub-subpodratçı hər hansı iddia olunan gecikmə hadisələri üzrə kompensasiya almaq və ya iş qrafikinə dəyişiklik etmək hüququnu itirmiş hesab edilir. Cavabdeh təsdiq edir ki, sub-subpodratçı tərəfindən iddia olunan gecikmə halları ilə bağlı sonuncu tərəfindən yalnız işlər bitdikdən və son hesablaşma aparıldıqdan sonra müəyyən yazılı tələblər daxil olmuşdur ki, belə tələblərin nəzərdən keçirilməsi müqavilə şərtlərinə ziddir və müqavilə çərçivəsində tərəflərə belə bir hüquq və öhdəlik tanınmır. Subpodrat müqaviləsi üzrə işlərin müqavilədə göstərilən müddətdən (4 ay) daha artıq müddət ərzində tamamlanması ilə bağlı qeyd edilməlidir, müqaviləyə tərəflərin qarşılıqlı yazılı razılaşması ilə 10 dəfə dəyişiklik edilməklə orijinal iş həcmindən artıq işlərin sub-subpodratçıya həvalə edilməsi və sub-subpodratçıya aid olan səbəblərdən işlərin icrasının və resurslardan istifadənin sonuncu tərəfindən düzgün planlaşdırılmamasıdır. 5.5. Halbuki subpodrat müqaviləsinin saylı əlavəsinin 2.4.34-cü maddəsinə əsasən sub-subpodratçı müqavilə çərçivəsində bütün sahə əməliyyatlarının və iş metodlarının adekvatlığı, stabilliyi və təhlükəsizliyinə görə cavadehlik daşıyır. Beləliklə, müqavilə üzrə tərəflərin razılaşması əsasında əlavə iş həcmlərinin iddiaçıya həvalə edilməsi ilə orijinal iş həcminin icrası üçün ilkin olaraq nəzərdə tutulmuş 4 aylıq iş qrafiki faktiki olaraq əhəmiyyətini itirmişdir. Sub-subpodratçıya işlərin icrası müddətində işində olan bəzi nöqsanlar barədə dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə və layihənin strateji əhəmiyyəti və sifarişçi şirkət qarşısında cavabdehin öhədliklərini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyi olmadığı halda öz resurslarından istifadə imkanın yaradılması da daxil olmaqla bütün mümkün yardımlar göstərilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı müqavilə münasibətləri zamanı tərəflərin imzaladığı subpodrat müqaviləsinin tələblərinə cavabdeh tərəfindən tam əməl edilmişdir və mövcud sənədlərin məcmusuna qiymət verilərək iddia tələbi rədd edilməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 88-ci maddələrin istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X6 və nümayəndəsi X7 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Podrat müqaviləsi üzrə pulun tutulması, müqavilənin ləğvi tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2021ci il tarixli AZF-0104-065 nömrəli subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Heydər Əliyev adma X11 (NEZ) Modernizasiya və Rekonstruksiya Layihələri Çərçivəsində Əsas Tikinti İşləri-Paket B" layihəsinə çərçivəsində cavabdeh tərəfindən AZF-0104 saylı layihə üçün “boru izolasiya işlərinin yerinə yetirilməsini” müqavilənin şərtlərinə, cavabdehin göstərişlərinə, Azərbaycan Respublikasının müvafiq qanunlarına və başqa normativ-hüquqi aktlarının tələblərinə uyğun olaraq yüksək peşəkarlıqla, keyfiyyətlə yerinə yetirilməsini və cavabdehin istifadəsinə tam yararlı şəkildə təhvil verilməsini, cavabdeh isə müqavilə şərtləri əsasında yerinə yetirilən işlərin dəyərinin iddiaçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin müddətlə bağlı şərtlərinə əsasən, iddiaçı işləri müqavilənin qüvvəyə minmə tarixindən etibarən cavabdeh tərəfindən razılaşdırılmış və təsdiq edilmiş iş qrafikinə və planına uyğun olaraq başlamalı və qeyd olunan işləri 4 (dörd) ay ərzində tamamlamalı, iddiaçı tamamlanma müddət(lər)inə riayət olunması üçün işin icrasına diqqətlə və operativ şəkildə davam etməli, işin başa çatdırılmasından sonra cavabdeh tərəfindən təhvil-təslim aktı tərtib olunmalıdır.
13. İddiaçı müqavilədə nəzərdə tutulmuş işlərin görülmə müddətinin cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması səbəbindən 232 719,48 manat sahə işçilərin əmək haqqı üçün, 188 579,16 manat ofis işçilərinin əmək haqqı üçün, 33000 manat icarə haqqı, 31058,02 manat servis xidməti üçün olmaqla ümumilikdə ƏDV-siz 485 356,66 manat, ƏDV ilə birlikdə 572 720,86 manat zərər dəydiyini, həmçinin iddiaçı tərəfindən 65623,67 manat dəyərində iş üçün muzdun ödənilmədiyini bildirir.
14. Cavabdeh iddiaya etiraz edərək tərəflərin qarşılıqlı razılığı ilə işlərin görülməsi üçün müddətin uzadıldığını, eyni zamanda dəyəri ödənilməyən, lakin görülmüş işlər üçün hər hansı qiymətin razılaşdırılmadığını bildirir.
15. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
16. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
17. Hazırkı mübahisə xx.xx.2021-ci il tarixli AZF-0104-065 nömrəli subpodrat müqaviləsindən əmələ gəlmişdir və həmin müqavilə podrat müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 39-cu fəslinin (“podrat”) normaları tətbiq olunur. Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır, podratçı və subpodratçı arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) sifarişçi və podratçı arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
18. Bu mənada iddiaçının görülmüş işlər üçün muzdun ödənilməsi tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 753.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
19. Məhkəmə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri olaraq tələb olunan 65623,67 manat muzd ilə bağlı qeyd edir ki, tərəflər arasında görülmüş işlərin həcmi barədə hər hansı mübahisə mövcud deyildir. Belə ki, iddiaçı elektron poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə Forma-2 arayışı göndərmiş, cavabdeh də məhkəmə iclasında həmin arayışda göstərilən işlərin görüldüyünü bildirmişdir.
20. Hazırda mübahisə görülmüş işlər üçün muzdun razılaşdırılıbrazılaşdırılmamasındadır. Həmin hissəyə münasibətdə isə göstərilməlidir ki, iddiaçı işlərə başlamamışdan əvvəl muzdla bağlı qiymətlər təklifini xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə cavabdehə göndərmiş, cavabdeh tərəfindən həmin qiymətlərə hər hansı etiraz irəli sürülməmişdir.
21. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən işlərin görülməsi xüsusi mühafizə olunan ərazidə, müvafiq icazələr, o cümlədən cavabdehin razılığı alınmaqla həyata keçirilir. Bu mənada qiymət təkliflərini elektron poçt vasitəsilə alan, iddiaçıya müvafiq ərazidə qiymət təklifində göstərilən işləri görməyə razılıq verən cavabdehin öz hərəkətləri ilə təkliflərlə razı olduğu təsdiq olunur.
22. Belə ki, Mülki Məcəllənin 409.4-cü maddəsində də göstərilmişdir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
23. Göstərilənlər onu deməyə əsas verir ki, görülmüş işlərin dəyəri məhz qiymət təklifində əks olunan qiymətlər əsas götürülməklə müəyyən edilməlidir.
24. Bu mənada Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 683/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən cavabdehə göndərilmiş qiymət təklifində əks olunan qiymətlər əsas götürülməklə yerinə yetirilmiş işlərin qəbuluna dair Forma-1 arayışında qeyd olunan görülən işlərin dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 27 may 2025-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina olunması barədə məlumatı məhkəməyə daxil olmuşdur.
25. Daha sonra qeyd edilən sual üzrə "xxxx" MMC tərəfindən tədqiqat aparılmış, həmin hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 07-175/25 nömrəli mütəxəssis rəyinə əsasən, Forma-1 arayışında qeyd olunan ümumilikdə 624 ədəd görülən işin dəyəri 55613,28 manat (ƏDV daxil olmaqla 65623,67 manat) müəyyən edilmişdir.
26. Məhkəmə öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı dəymiş zərər hissəsində isə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
28. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin icra edilməməsindən irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (“borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”).
30. Qeyd edilənlərdən belə aydın olur ki, hazırda sübut edilməli halları borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqə və təqsir təşkil edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən isə borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqənin sübutetmə vəzifəsini iddiaçı, təqsirin (təqsirsiz olunmasının) sübutetmə vəzifəsini isə cavabdeh daşıyır. Lakin prosessual qənaət prinsipinə əsasən iddianın uğurlu olmaması qənaətinə sübutetmə predmetini təşkil edən bir neçə halın müəyyən edilməsi yolu ilə gəlindikdə digər halların araşdırılmasına zərurət qalmır
31. Hazırkı işin halları ilə isə icranın gecikdirilməsi müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin 404.1 – 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. xx.xx.2021-ci il tarixli AZF-0104-065 nömrəli subpodrat müqaviləsindən işlərin görülməsinin 4 ay ərzində görülməsi razılaşdırılsa da, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 04 saylı əlavə, xx.xx.2021-ci il tarixli 05 saylı əlavə, xx.xx.2021-ci il tarixli 06 saylı əlavə, xx.xx.2022-ci il tarixli 07 saylı əlavə, xx.xx.2022-ci il tarixli 08 saylı əlavə, xx.xx.2022-ci il tarixli 09 saylı əlavə, xx.xx.2022-ci il tarixli 10 saylı əlavə ilə ayrı-ayrı işlər və onların qiyməti hər iki hüquqi şəxs tərəfindən razılaşdırılmışdır. Bi isə tərəflər arasında formalaşmış işgüzar paraktika ilə müqavilənin icra müddətinin uzadılmasına dəlalət edir. Belə ki, işlərin 4 ay ərzində icra edilməli olduğunu bildirən iddiaçının həmin müddətdən sonra işlərin qiymət və həcmini razılaşdırması, razılaşdırılan işləri icra etməsi, daha sonra isə həmin qiymətlər və müddətləri istisna edib icranın gecikdirildiyini bildirirərək əlavə zərər tələb etməsi bilavasitə hüquqdan sui-istifadə hesab olunmalıdır.
33. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
36. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
37. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104-065 saylı müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq ƏDV daxil olmaqla 65623,67 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. İddia tələbinin müqavilənin ləvği hissəsinə münasibətdə isə məhkəmə göstərir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
40. Belə olan halda, iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə çatdırıldığını nəzərə alan məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən 22 fevral 2021ci il tarixli AZF-0104-065 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı həmçinin ödənilmiş 929 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
42. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbz əsasında müəyyən olunur ki, 756 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda ********** nömrəli qəbzlə 175 manat ödəniş edilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104-065 saylı müqavilə ləğv edilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2021-ci il tarixli AZF-0104-065 saylı müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq ƏDV daxil olmaqla 65623,67 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova