Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-685/2021 07.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək təmir xidmətlərinə görə 4529.67 manat məbləğində əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4559.67 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar cavabdehlə bağlanmış xx xxx 2020-ci il tarixli TXM-00015A/20 nömrəli “Texniki xidmət müqaviləsi” nə əsasən cavabdehə məxsus olan texnikaya İddiaçı MMC-nin servis mərkəzində xidmət göstərilmiş və buna görə 5300.01 manat hesablanmışdır. Cavabdeh bu məbləğdən son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla, 770.34 manat ödəniş aparmış, 4529.67 manat məbləği bugünədək ödənilməmiş olaraq qalmışdır. Beləliklə, cavabdeh “xxxx” MMC-nin təmir xidmətlərinə görə xx xxxxxxx 2020-ci il tarixinədək iddiaçıya əsas borcu 4529.67 manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 1495 saylı pretenziya məktubu göndərilmişdir. Həmin tarixdən bu günə qədər 4529.67 manat pul vəsaiti ödənilməmiş olaraq qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “icraçı” qismində İddiaçı MMC ilə “sifarişçi” qismində “xxxx” MMC arasında bağlanmış xx xxx 2020-ci il tarixli, TXM -00015A/20 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin və yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalara servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. 1.2. İcraçı hazırki müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabçalarda görülmüş işlər barəsində qeydləri aparmalıdır. 1.3.Hazırki müqaviləyə 1 nömrəli əlavədə hər hansı bir səbəbdən qeydə alınmamış texnikalar üzrə sifarişçi tərəfindən texniki xidmətə dair müraciət olunduqda, bu müqavilənin şərtləri əsasında icraçı tərəfindən yerinə yetirilməlidir. 1.4. Sifarişçi yeni texnikanı, İddiaçı MMC-dən əldə etdiyi halda, icraçı zəmanət siyasəti çərçivəsində texniki xidmət göstərir. Zəmanət altında olan texnikalar bu müqaviləyə 2 nömrəli əlavə olan zəmanət müqaviləsində göstərilmişdir və zəmanət siyasətinə müvafiq qaydada texniki xidmət yalnız icraçı tərəfindən həyata keçirilir. Texniki xidmət digər şəxslər tərəfindən həyata keçirildikdə, sifarişçi zəmanət qaydalarını pozmuş olur və bu halda texnika zəmanətdən çıxarılır. 2.1. icraçı sifarişçinin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud sifarişçinin özü tərəfindən şifahi və yaxud yazılı şəkildə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində, sifarişçiyə məxsus olan texnikalara texniki xidmət göstərməyi, sifarişçi isə bu işin müqabilində tələb olunan haqqı icraçıya vaxtında ödəməyi öhdəsinə götürür. 3.2 Tərəflər arasında hesablaşmalar, icraçı tərəfindən görülmüş xidmətdən sonra sifarişçi tərəfindən 5 bank günü müddətində 100 % ödəniş olunmaqla təmin edilməlidir. İcraçı ƏDV ödəyicisi kimi dövlət qeydiyyatından keçidiyinə görə bütün ödənişlər ƏDV məbləği ilə birlikdə hesablanır və sifarişçi tərəfindən tam şəkildə nağd və ya köçürmə yolu ilə ödənilir. İddiaçı MMC-nin əməkdaşı N. Piriyev və “xxxx” MMC-nin məsul şəxsi N.Quliyev və Royal Pəsiyev tərəfindən imzalanmış GM 14374 nömrəli təmir aktından görünür ki, xx xxx 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə məxsus Don 680 markalı texnikaya göstərilən xidmətlərin müqabilində 5050 manat (texnikanın nömrəsi R0HR**********, Don 680 texnikanın sağ reduktorun yığılması – 323 manat, 1 ədəd reduktor - ********* – 4550 manat, mobil xidmət – 177 manat) məbləğində pul hesablanmışdır. xx.xx.2020-ci il tarixli GM 14374 nömrəli texnikanın diaqnostikasına dair sənəddən məlum olur ki, reduktorun dəyişdirilməsi və yığılması, Germetika qara (200 ml), reduktor (PCM-100 33.03.070BT) materialların quraşdırılması və nəqliyyat vasitəsinə görə”xxxx” MMC tərəfindən ödəniləcək məbləğində ümumi miqdarı 5,081 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən malların, işlərin və xidmətlərin görülməsinə görə İddiaçı MMC-yə 770.34 manat ödənilmişdir. EBAK seriyalı 517839 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərin dəyəri 5050 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli CM 15326 nömrəli texnikanın diaqnostikası və təmir aktından görünür ki, hiderin sağ reduktorunun yoxlanılmasına görə İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə hesablanmış borcun məbləği 250.01 manat təşkil etmişdir. İş materillarından görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə xx xxxxxxxx 2020-ci il tarixdə pretenziya qaydasında 1495 nömrəli məktub ünvanlanaraq 4529.67 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin təmir xidmətlərinə görə xx xxxxxxx 2020-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 4529.67 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli, TXM-00015A/20 nömrəli texniki xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Cavabdeh “xxxx” MMC müqavilədən irəli gələn vəzifəsini icra etməmişdir, yəni göstərilmiş xidmətin dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında xx xxx 2020-ci il tarixli, TXM-00015A/20 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus olan texnikalara xidmət göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin müqabilində tələb olunan haqqı iddiaçıya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ümumilikdə hesablanmış 5300.01 manat borc məbləğindən cəmi 770.34 manat məbləğində ödəniş həyata keçirmiş və nəticədə 4529.67 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4529.67 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 4529.67 əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4559.67 (dörd min beş yüz əlli doqquz manat altmış yeddi qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-685/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-685/2021
07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver