Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6930/2024 26.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Rövşən qızının sədrliyi ilə, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı,nümayəndəsi (qardaşı) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrimə 40 000 manat əsas borc və 10 000 manat cərimə məbləği olmaqla cəmi 50 000 manat pulun həmçinin 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 noyabr 2023-ci il tarixli Tikinti Podrat Müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 210-cu Buzovna küçəsi 30 ünvanında razılaşdırılımış layihəyə uyğun olaraq, ümumi sahəsi 300 kv. m. olan iki mərtəbəli fərdi yaşayış evinin inşa edilərək tam təmirli vəziyyətdə təhvil verilməzi üçün ümumi dəyəri 200 000 (iki yüz min) manat razılaşdırılmış və inşa işləri üç mərhələdə nəzərdə tutulmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən MQqavila Qzra hesablaşma aşağıdakı qaydada aparılacaqdır: müqavilaninqiymətinin30%-i əvvəlcədən, 2ci 30% (1-ci martaba hörgüsü tamamlandıqdan sonra) 3-cü 30 %-i (dam örtüyü vurulduqdun sonra) qalan 10%-i isə sifariş təhvil verildikdə “Sifarişçi” tərafından Podratçı”ya ödəniləcəkdir. Müqavilənin 4-cü bəndinə əsasən, işlərin təhvil verilməsi 7 aya həyata keçirilir. İşlərin təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına əsasən həyala keçirilir.İşlərin təhviltəslimini təşkil elmək “Sifarişçi"nin və “Podratçı”nın üzərinə qoyulur və onların hesabına həyata keçirilir. Tərəfimdən müqaviləyə uyğun olaraq, birici və ikinci mərhələyə görə cavabdehə hissə-hissə qabaqcadan 120 000 (yüz iyirmi min) manat pul ödənilmişdir (qəbzlər əlavə olunur). Buna baxmayaraq, cavabdehin tərəfindən müqavilə öhdəlikləri kobud pozulmuşdur. Belə ki,müqavilədə nəzərdə tutulan ikici mərhələ üzrə işlərin bir hissəsi yerinə yetirilməmiş və müqavilədə göstərilən müddətlər də ötürülmüşdür. Belə ki, ikinci mərhələ işləri tam olaraq, 10 mart 2024-cü il tarixinədək yekunlaşdırılmalı daha sonra üçüncü mərhələ 17 iyun 2024-cü il tarixində işlər tam bitməklə təhvil verilməli idi. Buna baxmayaraq, cavabdeh ikinic mərhələnin işlərinin bir hissəsini gördükdən sonra mart ayından etibarən heç bir iş görməmiş və işin demək olar ki, əsas hissəsi tamamlanmamışdır. Nəticədə cavabdehin mən təxmini hesablamalara görə 40 000 (qırx min) AZN borcu yaranmışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh pulu qaytarmaqdan və ya işləri görməkdən yayınmışdır. Pretenziya məktubuna da cavab verilməmişdir (Poçt qəbzi əlavə olunur). Əlavə olunmuş foto şəkillərdən də aydın görünür ki, işlər tamamlanmamışdır.Cavabdeh müxtəlif bəhanələr gətirməklə həmin işləri davam etdirməkdən boyun qaşırmışdır. Halbuki, həmin işlərin dəyəri qabaqcadan tam olaraq, ödənilmişdir. Əlavə olunmuş 17 noyabr 2023-ci il tarixli Tikinti Podrat Müqaviləyə Əlavəyə əsasən hasarın suvaq işi, fasad suvaq işi, daxili suvaq işləri, pəncərələrin qoyulması və pəncərə altları, elektrik xətlərinin çəkilməsi, santexnik xətlərinin çəkilməsi, malyar işləri, artezyanın qazılması kimi işləri cavabdeh yerinə yetirməmişdir. Həmin işlərin dəyəri ən azı 40000 (qırx min) manatdır. Bununla belə hesab edirəm ki, görümüş işlərinin dəqiq smetasının çıxarılması həminin keyfiyyətinin yoxlanması üçün məhkəmə texniki-tikinti və qiymətləndirmə ekspertizaları təyin edilməlidir. Əlavə olunmuş, 17 noyabr 2023-ci il tarixli Tikinti Podrat Müqaviləyə Əlavənin 1-ci bəndinə əsasən Müqavilənin 2.2-ci bəndinin pozulduğu halda tərəflər hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 1 faizi həmində cərimə ödəməlidir. Əlavə olunmuş 17 noyabr 2023cü il tarixli 397919 saylı Mədaxil qəbzinə əsasən cavabdehə 10 000 (on min) manat,22 noyabr 2023-cü il tarixli 397921 saylı Mədaxil qəbzinə əsasən 10 000 (on min) manat, 05 dekabr 2023-cü il tarixli 397923 saylı Mədaxil qəbzinə əsasən 30 000 (otuz min) manat, 08 yanvar 2024-cü il tarixli 397930 saylı Mədaxil qəbzinə əsasən 10000 (on min) manat, , 09 fevral 2024-cü il tarixli 397933 saylı Mədaxil qəbzinə əsasən 30 000 (otuz min) manat, 27 fevral 2024-cü il tarixli 397936 saylı Mədaxil qəbzinə əsasən 30 000 (otuz min) manat olmaqla cəmi 120 000 (yüz iyirmi min) manat pul ödənilmişdir. Hesab edirəm ki, xx.xx.2024-cü il tarixindən etibarən bu günədək müavilənin 1 faizi həcmində cərimə hasablanmlıdır. Həmin məbləğ məhkəmə gününədək 10 000 (on min) manat olmaqla tutulmalıdır. Tərəfimdən cavabdehə məsələnin məhkəmədən kənar Pretenziya qaydasında həll barədə dəfələrlə şifahi və Pretenziya Məktubu ilə müraciətlər olsa da cavabdeh mənə cavab verməmiş pulu geri qaytarmamış və dəymiş zərəri ödəməmişdir. Odur ki, məsələnin məhəkəmə yolu ilə həll zərurəti yaranmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsinə münasibətdə qeyd etdi ki, iddiaçının VÖEN-i olmasa da hazırki mübahisənin müqavilədən irəli gəldiyini və cavabdehin sahibkarlıq fəaliyyətilə bağlı olduğunu nəzərə alaraq iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu hesab edirlər. İddiaçı məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, cavabdehin qeydiyyatı Yardımlı rayonu olmasına baxmayaraq, hazırki mübahisəyə müqavilənin icra yeri üzrə (Bakı şəhəri,Buzovna qəsəbəsi) olan məhkəmədə (MPM-nin 36-cı maddəsinə əsasən) baxılmalıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə görə isə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPMin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hazırkı halda məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (Elektron Vergi İdarəsi və EMİS-dən əldə olunan məlumatdan görünür ki, İddiaçı VÖEN-i yoxdur). Odur ki, hazırkı mübahisənin sahibkarlıq subyekti kimi cavabdehin özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olması istisna olunur. Digər tərəfdən İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Tikinti Podrat” müqaviləsinə istinad etmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “Zeynaloğlu Group” tikinti şirkətinin rəhbəri Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 210-cu Buzovna küçəsi 30 ünvanında razılaşdırılımış layihəyə uyğun olaraq, ümumi sahəsi 300 kv. m. olan iki mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı razılığa gəlmişlər. Bu baxımdan məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 26-ci bəndinin tələblərini nəzərə almaqla hesab edir ki, cavabdeh İddiaçı fərdi sahibkar statusu olmadığından, eləcə də tərəflər arasında mübahisə korporativ xarakter daşımadığından hazırkı işə məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.11. -ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış imzalanmış xx.xx.2023-cü il tarixli “Tikinti Podrat” müqaviləsinin icra yeri üzrə göstərilən ünvan ünvan 1 olduğundan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6930/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6930/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver