Məhkəmə qərarları › İş №e-2-2(113)-7017/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7017/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7017/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin öz öhdəliklərini 2.5 ay gecikdirdiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 135090 manat icarə haqqına görə dəymiş zərərin, 20766 manat dəyərində təhvil verilməmiş avadanlıqlara görə ödənilmiş avansın, müqavilənin 6.1-ci bəndinə uyğun olaraq 55205 manat məbləğində gecikmə cəriməsinin, keyfiyyətsiz təhvil verilmiş avadanlıqların və işlərin nasazlıqlarının aradan qaldırılmasına görə çəkilməli olan xərcləri və keyfiyyətsiz verilmiş mala görə alış qiymətinin mütənasib azaldılması hüququnu nəzərə alaraq ödənilmiş avans məbləğinin 80000 manat hissəsinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, vəkilə ödənilmiş 200 manat olmaqla, ümumi 600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı cavabdehin öz öhdəliklərini 2.5 ay gecikdirdiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 135090 manat icarə haqqına görə dəymiş zərərin, 20766 manat dəyərində təhvil verilməmiş avadanlıqlara görə ödənilmiş avansın, müqavilənin 6.1-ci bəndinə uyğun olaraq 55205 manat məbləğində gecikmə cəriməsinin, keyfiyyətsiz təhvil verilmiş avadanlıqların və işlərin nasazlıqlarının aradan qaldırılmasına görə çəkilməli olan xərcləri və keyfiyyətsiz verilmiş mala görə alış qiymətinin mütənasib azaldılması hüququnu nəzərə alaraq ödənilmiş avans məbləğinin 80000 manat hissəsinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, vəkilə ödənilmiş 200 manat olmaqla, ümumi 600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı cavabdehin öz öhdəliklərini 2.5 ay gecikdirdiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 135090 manat icarə haqqına görə dəymiş zərərin, 20766 manat dəyərində təhvil verilməmiş avadanlıqlara görə ödənilmiş avansın, müqavilənin 6.1-ci bəndinə uyğun olaraq 55205 manat məbləğində gecikmə cəriməsinin, keyfiyyətsiz təhvil verilmiş avadanlıqların və işlərin nasazlıqlarının aradan qaldırılmasına görə çəkilməli olan xərcləri və keyfiyyətsiz verilmiş mala görə alış qiymətinin mütənasib azaldılması hüququnu nəzərə alaraq ödənilmiş avans məbləğinin 80000 manat hissəsinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, vəkilə ödənilmiş 200 manat olmaqla, ümumi 600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar