Məhkəmə qərarları › İş №e-2-2(113)-711/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-711/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-711/2020 13.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi vəkil Nümayəndə İlkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə cavabdeh “Bakı X7 Limanı” QSC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “Bakı X7 Limanı” QSC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilmiş məbləğin qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrəiqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə cavabdeh “Bakı X7 Limanı” QSC-yə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 79380,33 (yetmiş doqquz min üç yüz səksən manat otuz üç) qəpik) məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakı X7 Limanı” QSC ilə İddiaçı MMC arasında xx xxx 2018-ci il tarixli 144 nömrəli “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləni cavabdehin adından “Bakı X7 Limanı” QSC-nin baş direktorunun müavini Məftun Abbasov, iddiaçının aadından isə İddiaçı MMC-nin X8 imzalamışdır. Müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir oluna “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq cavabdehə məxsus gəminin əsaslı təmiri üzrə işləri və xidmətləri bundan sonra yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı işləri müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə təhvil verir. Cavabdeh isə öz növbəsində işləri təhvil alır. Müqaviləyə əsasən, işlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən, işlər tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan əsaslı təmir cədvəlinə əsasən həyata keçirilir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən iddiaçının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini cavabdehdən tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun görülmüş işlər müqabilində ödənişləri vaxtında ödəmək cavabdehin öhdəliyidir. Həmin müqavilənin 5.1-ci bənndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən icra edilən işlərin işlərin ümumi dəyəri 202.000 (iki yüz iki min) manat təşkil edir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, iddiaçı bu müqavilənin imzalandığı müddətdən sonrakı 3 təqvim günü ərzində, lakin hər bir halda xx xxx 2018-ci il tarixindən gec olmayaraq Gəmidə İşlərinin görülməsinə başlayır və 80 təqvim günü ərzində yekunlaşdırır və gəmini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, gəmidə işlərin 50 faizi hissəsi tamamlandıqdan sonra tərəflər işlərin aralıq qəbul edilməsi haqqında akt imzalamalı idilər. xx xxxx 2018-ci il tarixdə cavabdeh və iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmış “Nüsrət Şirinov” yedək gəmisində aparılan təmir işlərinin aralıq aktına əsasən görülmüş təmir işlərinin ümumi dəyəri 157635 manat 17 qəpik təşkil etmişdir. Həmin aktda qeyd edilir ki, bu sənəd cavabdeh ilə iddiaçı arasında hesablaşma aparmaq üçün əsasdır. Müqavilənin 9.1-ci bəndinə əsasən, zərurət yarandığı təqdirdə təmir cədvəlində təsvir olunan işlərin həcmi təmir müddəti ərzində əvvəlcədən müəyyən edilə bilməyən səbəblərə görə azaldıla və yaxud müvafiq qüsur aktına əsasən artırıla bilər. Belə ki “Nüsrət Şirinov” yedək gəmisində aparılan təmir işləri zamanı “X1 of Shipping” MMC tərəfindən gəmidə xx.xx.2018-ci il tarixli 144 nömrəli müqavilə və ona 1 saylı Əlavədə qeyd edilməyən əlavə qüsurlar aşkarlanmış və zəruri əlavə işlərin görülməsi tələbi qoyulmuşdur. Əlavə işlərin görülməsi ilə bağlı xx.xx.2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 saylı əlavəsinə “Nüsrət Şirinov” yedək gəmisində qüsur aktına əsasən cavabdehin nümayəndələri-Donanma və Dəniz Xidmətinin müdiri V.M.İ.E.K.Məmmədov və Qrup mexaniki M.Məmmədov ilə iddiaçının nümayəndəsi İşRəhimov tərəfindən tərtib edilərək imzalanmış və möhürlə tsdiq edilmiş Razılaşdırılmış qiymət haqqında xx xxxx 2018-ci il tarixli Razılıq protokoluna əsasən, cəmi dəyəri 83145,20 manat olan görüləcək əlavə işlərin siyahısı müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 saylı Əlavə qüsur aktına əsasən, “Nüsrət Şirinov” yedək gəmisində yerinə yetirilmiş təmir işlərinin xx.xx.2018-ci il tarixli 03/ul-07 nömrəli aralıq aktına əsasən, sadalanan avadanlıqların təmiri işləri cavabdeh tərəfindən yerinə yetirilib iddiaçıya təhvil verilmiş, gəmi şəxsi heyətə və Azərbaycan Dəniz Gəmiçiliyi Regist müfəttişliyinə təhvil verilmişdir. Aralıq aktını cavabdehin nümayəndədləri: qrup mexaniki M.Məmmədov, gəmi kapitanı A.Həsənov, baş mexanik A.Əliyev imzalamış, akta “Nüsrət Şirinov” yedək gəmisinin möhürü basılmış, akt cavabdehin nümayəndəsi Məftun Abbasov tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiqlənmişdir. Ümumiyyətlə İddiaçı MMC-nin gördüyü işlərin dəyəri (157635,17+83145,20=240780,37) cəmi 240780,37 manat təşkil edir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 144 nömrəli müqavilənin 5.6-cı bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razıalşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər, bir şərtlə ki, əlavə ödənişin ümumi məbləği müqavilə qiymətinin 15 faizindən çox olmasın. İddiaçının gördüyü işlərin müqavilə dəyərindən 15 faizdən artıq ola bilməməsi həmin müqavilə ilə nəzərdə tutulduğu üçün müqavilə dəyəriolan 202000 manatın 15 faizi 30.300 manat təşkil edir, yəni müqavilə üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi 232300 manatdan artıq ola bilməz. İddiaçı cavabdehin tapşırdığı işləri yerinə yetirməklə bu hədd ötmüşdür. Onun gördüyü işlərin cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alaraq, qalan məbləğ yəni 240780,37-232.000=8780,37 manat cavabdehin iddiaçının gördüyü işlərə görə müqavilədən kənar öhdəliyin icrası olaraq cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehu tərəfindən aşağıdakı ödəniş qəbzləri ilə iddiaçının bank hesabına ödəniş ounmuşdur: xx.xx.2018-ci il tarixindı 34237,29 manat, xx.xx.2018-ci il tarixində 17118,64 manat, xx xxxx 2018-ci il tarixində 68474,57 manat, xx xxxxxx 2018-ci il tarixində 16949,15 manat. Beləliklə cavabdeh tərəfindən iddiaçıya cəmi 136779,65 manat, ƏDV nəzərə alınmaqla isə 161400,04 manat ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil cəmi 79380,33 manat ödənilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “Bakı X7 Limanı” QSC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilmiş məbləğin qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ilkin iddiasının rədd edilməsi və “Bakı X7 Limanı” QSC-nin qarşılıqlı iddiasının təmin edilərək İddiaçı MMC-dən 17498,30 (on yeddi min dörd yüz doxsan səkkiz manat otuz qəpik) manat məbləğində əlavə xərclər, habelə qüsurlu və keyfiyyətsiz işlərə (xidmətlərə) görə ödənilmiş 161400 (yüz altmış bir min dörd yüz) manat məbləğində vəsait, cəmi 178898,30 (yüz yetmiş səkkiz min səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat tutularaq “Bakı X7 Limanı” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə podratçı öhdəliklərini bitirməməklə yanaşı gördüyü işlər və göstərdiyi xidmətləri keyfiyyətsiz icra etmişdir. Belə ki, işlərin və xidmətlərin keyfiyyətsiz icrası nəticəsində Bakı Limanı tərəfindən öz maddi imkanları və işçi qüvvəsi hesabına “Nüsrət Şirinov” gəmisində yenidən təmir işləri həyata keçirilmişdir ki, bu hallar da əlavə maliyyə itkisinə səbəb olmuşdur. İlkin olaraq qeyd olunmalıdır ki, Podratçı müqavilə ilə nəzərdə tutulmuş işləri və xidmətləri vaxtında tamamlaya bilməmiş, natamam və keyfiyyətsiz icra yarımçılıqla müşayiət olunmuşdur. Müqavilə ilə işlərin (xidmətlərin) həyata keçirilməsi üçün 80 günlük müddət nəzərdə tutulduğu halda Podratçı faktiki olaraq öhdəliyin icrasını xx xxx 2018-ci il tarixdə başlayaraq xx xxxxxxxx 2018-ci il tarixə qədər tamamlaya bilməmişdir ki, bununla da tərəflər arasındakı müqavilnin 6.2-ci bəndinin tələbini pozmuşdur. Həmin tarixdən etibarən aydın olmuşdur ki, peşəkar və səriştəli işçi heyətinə malik olmayan podratçı tərəfindən işlər (xidmətlər) keyfiyyətlə və vaxtında icra olunmamışdır. Podratçı zəruri iş keyfiyyətlərinə malik olmadığı üçün yaranmış situasiyada Bakı Limanı bundan sonra ona qarşı üsurların aradan qaldırılmasına dair əlavə icra tələbi qoymamış və müqavilə ilə nəzərdə tutulmuş işləri öz hesabına davam etdirmişdir. Podratçı tərəfindən işlər keyfiyyətsiz icra edildiyi və müqavilədə nəzərdə tutulan qaydada tamamlanmaığı üçün müqavilənin 10.1-ci bəndinə uyğun olaraq müvafiq yekun sənədləşmə (təhvil-təslim sınaqlarının bitirilməsi ilə əlaqədar işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın tərtibatı belə aparılmamışdır. Bakı Limanı tərəfindən aparılan mütəxəssis təhlili nəticəsində tərəflərin imzaladıqları xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli aralıq aktlarında qeyd edilmiş işlərin tamamilə qüsurlu olması aşkarlanmış və gəminin fəaliyyətində ləngimələrin qarşısını almaq məqsədi iə həmin qüsurlar Bakı Limanı tərəfindən öz resursları hesabına aradan qaldırılmışdır. Gəmi təmirinin tamamlanması və müvafiq gəmi registri tərəfindən qəbul edilməsi məqsədi ilə Bakı Limanı qüsurların aradan qaldırılması istiqamətində zəruri işləri öz hesabına görmüşdür. Bunu təsdiq edən yazılı sübutlar kimi Bakı Limanı tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində 17498,30 manat məbləğində satın alınmış və sərf olunmuş mal-materialların siyahısını əks etdirən arayış və təmir işlərində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında əmrin surəti məhkəməyə təqdim edilmişdir. Podratçıya müqavilə əsasında ödənilmişməbləığ 161400 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi vəkil Nümayəndə izahatında bildirdi ki, İddiaçı MMC-nin (bundan sonra İddiaçı) “Bakı X7i Limanı” X2 (bundan sonra Cavabdeh) qarşı 79 380,33 (yetmiş doqquz min üç yüz səksən) manat pul vəsaitinin alınıb verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli, 144 №li “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri ilə bağlı müqavilə (bundan sonra Müqavilə) bağlanmışdır. Müqaviləni Cavabdehin adından “Bakı X7i Limanı” QSC-nin Baş direktorun müavini Məftun Abbasov, İddiaçının adından isə İddiaçı MMC-nin X8 imzalamışlar. Müqavilə keçirilmiş Cavabdehin keçirdiyi dövlət satınalamaları tenderi üzrə İddiaçının daha əlverişli şərtlər və imkanlarının müəyyən edilməsi nəticəsində mümkün olmuşdur. Cavabdeh İddiaçının iş bacarıqlarını, müvafiq təcrübəsini, sertifikatlara malik olmasını və daha uyğun qiymət təklifini nəzərə almışdır. Müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı Tender təklifinə və bu Müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan “Nüsrət Şirinov“ yedək gəmisinin (bundan sonra Gəmi) əsaslı təmir cədvəlinə uyğun olaraq Cavabdehə məxsus Gəminin əsaslı təmiri üzrə işləri və xidmətləri (bundan sonra İşlər) yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı işləri Müqavilə ilə müəyyən edilmiş qaydada Cavabdehə təhvil verir. Cavabdeh isə öz növbəsində İşləri təhvil alır. Müqaviləyə əsasən İşlərin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada İddiaçıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən, İşlər Tender təklifinə və bu Müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan əsaslı təmir cədvəlinə əsasən həyata keçirilir. Nüsrət Şirinov yedək gəmisinin əsaslı təmirə verilməsi və qəbulu haqqında xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Yedək gəmisi Sifarişçi tərəfindən əsaslı təmirə verilmiş və İcraçı tərəfindən qəbul edilmişdir. Məhkəmədə izahat verən X5 və X15 gəmisinin gəmi təmiri üzrə ixtisaslaşmış Delta MMC-nin yanalma körpüsündə təhvil verildiyini təsdiq etdilər. Delta ASM şirkəti ilə Nüsrət Şirinov gəmisinin kapitanı arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli Nüsrət Şirinov gəmisinin üzən tərsanə təmirinə qəbul aktından görünür ki, gəmi xx.xx.2018-ci il tarixində “Plavdok 2” üzən tərsanəyə təmir üçün qəbul edilmişdir. Delta ASM şirkəti ilə Müsrət Şirinov gəmisinin kapitanı arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli Nüsrət Şirinov gəmisinin üzən tərsanədən düşmə aktından görünür ki, gəmi xx.xx.2018-ci il tarixdə tərsanədən düşmüşdür. X5 və Arzu Həsənov məhkəmədə izahat verərkən bildirdilər ki, Nüsrət Şirinov gəmisinin təmiri ilə bağlı Delta ASM tərəfindən görülən işlərə iradları olmamış, gəmidə görülən işlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin iştirakı ilə qəbul edilmiş və gəminin suya buraxılmasına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndələri icazə vermişlər. xx xxxx 2018-ci il tarixli “xx xxx 2018-ci il tarixli 144 №li müqaviləyə və 1№li qüsur aktına əsasən “N.Şirinov” yedək gəmisində yerinə yetirilmiş işlərin aralıq Aktı №03/ul07”-dən görünür ki, qüsur aktına əsasın aktda sadalanan işlər yerinə yetirilərək icraçı tərəfindən sifariçiyə təhvil verilmişdir. “xxxxxxxx” MMC tərəfindən təmir işləri tam yerinə yetirilib gəminin şəxsi heyətinə və Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Akt “Bakı X7 Limanı” QSC-nin nümayəndələri tərəfindən imzalanmış, möhürlənmiş “Bakı X7 Limanı” QSC-nin baş direktoru tərəfindən təsdiq edilmişdir. Həmin aktdan görünür ki, xx xxx 2018-ci il tarixli 144 №li müqaviləyə və 1№li qüsur aktına əsasən razılaşdırılmış qiymət haqqında xx.xx.2018-ci il tarixli Razılaşdırılmış Protokoldakı cədvəldə göstərilən işləri yerinə yetirilmişdir. Həmin Protokolun sonunda qeyd hissəsində Bu protokolun qarşılıqlı hesablaşmalar üçün əsas sayıldığı qeyd edilir. Razılıq Protokolunda işlərinin dəyərinin ƏDV daxil 83145,2 manat olduğu müəyyən olunur. xx xxxx 2018-ci il tarixli “xx xxx 2018-ci il tarixli 144 №li müqaviləyə əsasən “N.Şirinov” yedək gəmisində görülmüş təmir işlərinin aralıq Aktından görünür ki, ƏDV daxil 157635,17 manat dəyərində təmir işləri görülmüşdür. Akt Bakı X7 Limanı” QSC-nin nümayəndələri tərəfindən imzalanmış, möhürlənmiş “Bakı X7 Limanı” QSC-nin baş direktoru tərəfindən təsdiq edilmişdir. 10 iyul və xx xxxx 2018-ci il tarixli iki akt müqayisə edilərkən, həmin aktlarda qeyd olunan İcraçı tərəfindən görülən və Sifarişçi tərəfindən qəbul edilən işlərin təkrarlanmadığı müəyyən olunur. X5 və Arzu Həsənov məhkəmədə izahat verərkən qeyd edilən aktlarda göstərilən bəzi işlərin görülməsi aydınlaşdırılarkən işlərin görüldüyü təsdiq edildi. Şahidlər işlərin keyfiyyətinə iradlarını bildirdilər. Qeyd olunanlara əsasən, İddiaçı tərəfindən Cavabdeh üçün müqavilə və əlavə razılaşma protokolu ilə müəyyən edilmiş və 83145,2 manat + 157635,17 manat = 240780,37 manat dəyərində (ƏDV daxil) təmir işləri görüldüyü təsdiq edilir. Cavabdeh iddia tələbinə etirazında işlərin keyfiyyətsiz görülməsini bildirmişdir. Cavabdehin öhdəliyin icrasına İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə başlanması barədə iddiası gəmini tərsanəyə gəmi heyəti tərəfindən təhvil verilməsi barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli Akt ilə təkzib edilir. İşlər faktiki olaraq xx.xx.2018-ci il tarixdə başlanmışdır. İşlərin müqavilədə göstərilən xx.xx.2018-ci il tarixdən gec başlaması ilə əlaqədar Cavabdeh tərəfindən İddiaçıya hər hansı yazılı irad bildirilməmişdir. İşlər Cavabdehin təqsiri üzündən gec başlanmışdır. Cavabdeh tərəfindən işlərin keyfiyyətsiz görülməsi barədə iddiaları Müqavilənin şərtləri ilə təkzib edilir. Müqavilənin 8.1-ci bəndinə əsasən, “Sifarişçinin nümayəndələri texniki şərtlərin tələblərinə cavab verməyən təmir olunmuş hissə və avadanlıqlarda yerinə yetirilən işlərdən imtina edə bilər”. 10 iyul və xx xxxx 2018-ci il tarixli işlərin qəbulu aktlarından görünür ki, Cavabdeh görülən işlərlə bağlı hər hansı iradlarını bildirməmiş, işlərin qəbulundan imtina etməmişdir. Müqavilənin 7.2.3-cü bəndinə əsasən, “Tərəflərdən hər hansı biri bu müqavilə üzrə digər Tərəf qarşısında öhdəlikləri əhəmiyyətli şəkildə pozarsa və (və ya) digər tərəfin yazılı bildirişini nəzərə almayaraq təkrarən pozarsa, digər Tərəfin ixtiyarı vardır ki, Müqavilə üzrə öhdəliklərin icrasını dərhal dayandırsın və Müqaviləyə xitam versin. Cavabdeh tərəf Müqaviləyə xitam vermək hüququndan gəmidə təmir işləri görülən zaman istifadə etməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, “Bu Müqavilənin şərtlərinə uyğun olaraq, İcraçı tərəfindən icra edilən İşlərin ümumi dəyəri 202000 (iki yüz iki min) manat təşkil edir.” Müqavilənin 5.6-cı bəndinə əsasən, tərəflər Müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razılaşması üzrə Tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər, bir şərtlə ki, əlavə ödənişin ümumi məbləği Müqavilə qiymətinin 15 (on beş) faizindən çox olmasın. Müqavilənin qeydd olunan bəndlərinin tələbləri nəzərə alınmaqla Müqavilənin dəyəri 202000+30300 (202000 manatın 15%i)=232300 manatdan artıq ola bilməzdi. 10 iyul və xx xxxx 2018-ci il tarixli işlərin qəbulu aktlarından görünür ki, İddiaçı Cavabdeh üçün 240780,37 manat dəyərində (ƏDV daxil) təmir işləri görmüşdür. Odur ki, Cavabdehin İddiaçının Müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi barədə Etirazda və Qarşılıqlı İddiada göstərdiyi tamamlanmış işlərin Cavabdeh tərəfindən tamamlanması barədə dəlilləri əsassızdır. İddiaçı Müqavilə ilə müəyyən edilən qiymətdən artıq qiymətdə işləri görmüş və Cavabdehə təhvil vermişdir. Cavabdehin məhkəmə təqdim etdiyi qüsur aktlarının guya təmirdən sonra müəyyən edilmiş qüsurların aktları olması barədə dəlilləri xx xxxx 2018-ci il tarixli işlərin qəbulu aktı ilə təkzib edilir. Aktdan görünür ki, işlərin həcmi bir qisim hallarda təmir olunmalı hissələrin sökülüb təqdim edilməsindən, gəminin tərsanəyə qaldırılmasından və təmizlənməsindən, hissələrin qum şırnağı ilə təmizlənməsindən sonra müəyyən edilir və qüsur aktı ilə təsdiqlənir. İşlər yalnız qüsur aktı ilə müəyyən edilmiş nasazlıqların aradan qaldırılması üçün aparılır. Cavabdehin təqdim etdiyi qüsur aktları işlərin keyfiyyətsiz görülməsini deyil, görüləcək işlərin həcminin müəyyən edilməsi üçün tərtib edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən zərurət yarandığı təqdirdə təmir cədvəlində təsvir olunan işlərin həcmi təmir müddəti ərzində əvvəlcədən müəyyən edilə bilməyən səbəblərə görə azaldıla yaxud müvafiq qüsür aktına əsasən artırıla bilər. Belə ki, “Nüsrət Şirinov” yedək gəmisində aparılan təmir işləri zamanı “X1 of Shipping” MMC tərəfindən gəmidə xx.xx.2018-ci il tarixli 144 №li Müqavilə və ona 1 saylı Əlavədə qeyd edilməyən əlavə qüsurlar aşkarlanmış və zəruri olan əlavə işlərin görülməsi tələbi qoyulmuşdur. Əlavə işlərin görülməsi ilə bağlı xx.xx.2018-ci il tarixli 144 №li Müqavilənin 1 saylı Əlavəsinə “Nüsrət Şirinov” yedək gəmisində qüsur aktına əsasən, Cavabdehin nümayəndələri – Donanma və Dəniz Xidmətinin müdiri V.M.İ.E. K.Məmmədov və Qrup mexaniki M.Məmmədov ilə İddiaçının nümayəndəsi İ.Rəhimov tərəfindən tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş Razılaşdırılmış qiymət haqqında xx xxxx 2018-ci il tarixli Razılıq protokoluna əsasən, cəmi dəyəri 83 145,20 (səksən üç min yüz qırx beş) manat olan görüləcək əlavə işlərin siyahısı müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 144 №li Müqavilənin 1 saylı Əlavə qüsur aktına əsasən, “Nüsrət Şirinov” yedək gəmisində yerinə yetirilmiş təmir işlərinin xx.xx.2018-ci il tarixli 03/ul-07 №li Aralıq Aktına əsasən, sadalanan avadanlıqların təmiri işləri Cavabdeh tərəfindən yerinə yetirilib İddiaçıya təhvil verilmiş, gəmi şəxsi heyətə və Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Aralıq Aktını Cavabdehin nümayəndələri: Qrup mexaniki M.Məmmədov, Gəmi kapitanı A.Həsənov, Baş mexanik A.Əliyev imzalamış, Akta “Nüsrət Şirinov” yedək gəmisinin möhürü basılmış, Akt Cavabdehin nümayəndəsi Məftun Abbasov tərəfindən imzalanmış və Cavabdehin möhürü ilə təsdiqlənmişdir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, İddiaçının Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini Cavabdehdən tələb etmək hüququ var. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, İddiaçı tərəfindən Müqavilənin şərtlərinə uyğun görülmüş İşlər müqabilində ödənişləri vaxtında etmək Cavabdehin öhdəliyidir. Müqavilənin 11.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə bu müqaviləyə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq mülki-hüquqi məsuliyyət daşıyırlar. İddiaçının gördüyü işlərin Müqavilə dəyərindən 15%-dən artıq ola bilməməsi həmin Müqavilə ilə nəzərdə tutulduğu üçün müqavilə dəyəri olan 202 000 manatın 15%-i 30 300 manat təşkil edir, yəni müqavilə üzrə Cavabdehin İddiaçı qarşısında öhdəliyi 232 300 manatdan artıq ola bilməz. İddiaçı Cavabdehin tapşırdığı işləri yerinə yetirməklə bu hədd ötmüşdür. Onun gördüyü işlərin Cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alaraq, qalan məbləğ, yəni 240 780,37 - 232000=8 780,37 (səkkiz min yeddi yüz səksən) manat Cavabdehin İddiaçının gördüyü işlərə görə Müqavilədən kənar öhdəliyin icrası olaraq Cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən İddiaçıya ƏDV daxil (240780,37- 161400,04=79 380,33) cəmi 79 380,33 (yetmiş doqquz min üç yüz səksən) manat ödəməmişdir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil izahatında bildirdi ki, işin faktiki halları və sübutların qiymətləndirilməsindən danışmaq lazımdırsa, ilk olaraq, direktor İlham Rəhimovun məhkəmədə şahid qismində verdiyi bəzi ifadələrə diqqət yetirmək lazımdır. X9 ifadəsində qeyd etmişdir ki, hal-hazırda və Müqavilənin icrası zamanı Podratçının təxmini 12 işçisi var idi; ikincisi Podratçı Müqavilə üzrə işlər dayandırıldıqdan sonra “Bakı X7 Limanı” QSC-dən heç bir məktub almamışdır. Hər ikisi ziddiyyətli münasibətlərdir. Əvvəla, birinci qeydlə bağlı məhkəməyə Podratçının x xxxx 2018-ci il tarixli bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamə İlham Rəhimov tərəfindən imzalanmışdır. Bəyannamədə qeyd edilmişdir ki, Podratçının gəmi təmiri sahəsində ixtisaslaşan ali və orta texniki təhsilə malik olan 31 mütəxəssisi və 2 inzibati işçisi vardır. Ümumilikdə 33 nəfər. İlham Rəhimov isə xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd etmişdir ki, müəssisənin ümumilikdə 12 işçisi mövcuddur. Göründüyü kimi bəyannamə və şahid ifadələri bir-biri ilə üst-üstə düşmür və biri digərini təkzib edir. Beləliklə belə çıxır ki, ya İlham Rəhimov məhkəmədə yalan ifadə vermişdir ya da İlham Rəhimov məhkəmədə düzgün ifadə vermişdir. Lakin həmin şəxs müvafiq tender zamanı Bakı Limanına digər tender iştirakçıları qarşısında haqsız üstünlük əldə etmək üçün təhrif olunmuş məlumatlar təqdim etmişdir. Hər bir halda ikinci variant daha məntiqə uyğundur. Şahid ifadələri dürüst ziddiyyətlidir. Digər tərəfdən Bakı Limanı tərəfindən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, Podratçı tərəfindən işlərin həcmi xeyli şişirdilmişdir. Belə ki, X11 Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu tərəfindən x xxxx 2020-ci il tarixli arayışa uyğun olaraq “Nüsrət Şirinov” yedək gəmisinin sualtı hissəsinin sahəsi 305 kv.m təşkil edir. Podratçı tərəfindən təqdim edilən xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli aktlardan nəticə çıxarmaq olar ki, Podratçının qənaətinə görə gəminin gövdəsinin sualtı hissəsinin sahəsi 620 kv.m təşkil edir. Göründüyü kimi, gəminin sualtı hissəsi ilə bağlı işlərin həcmi ən azından 315 kv.m həcmində süni şəkildə artırılmışdır. Digər tərəfdən görülməmiş işlər Ülkər SS tərəfindən görülmüş işlər kimi təqdim edilmişdir. Müqaviləyə əsasən Podratçı tərəfindən görüləcək işlərin siyahısı Müqaviləyə 1 nömrəli Əlavədə öz əksini tapmışdır. Həmin siyahının 1-ci və 3-cü bəndində müvafiq olaraq N.Şirinov gəmisinin yedək gəmisi vasitəsilə tərsanəyə aparılması və tərsanədən gətirilməsinə dair işlər nəzərdə tutulur. Məhkəməyə təqdim edilən “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqında xx xxxxxxx 2018-ci il tarixli aktda qeyd olunduğu kimi, N.Şirinov gəmisi tərsanəyə Bakı Limanın hesabına və ona məxsus yedək gəmisi vasitəsilə aparılmışdır. Buna baxmayaraq Podratçı xx xxxx 2018-ci il tarixli aralıq aktında həmin daşınma üzrə həyata keçirmədiyi “xidmətə” görə Bakı Limanından müvafiq olaraq 12712 manat və 6102 manat, ümumilikdə isə 18814 manat məbləğində ödəniş tələb etmişdir. Bundan başqa, Podratçı tərəfindən təqdim edilmiş xx xxxx 2018-ci il tarixli aralıq aktında qeyd edilən məlumatları və faktiki vəziyyəti müqayisə etdikdə həyata keçməmiş və görülməmiş işlərin icra edilmiş kimi təqdim edilməsi ilə bağlı bir sıra digər faktlar üzə çıxır. Məsələn, Müqavilənin 1 saylı əlavəsinin İV hissəsində nəzərdə tutulmuş elektrik avadanlığının təmiri işləri ümumiyyətlə həyata keçirilməmişdir, Müqavilənin 1 saylı əlavəsinin 28-ci bəndində nəzərdə tutulan “Gəminin sükan mexanizmlərinin qüsur aktına əsasən əsaslı təmiri” ilə bağlı işlər ümumiyyətlə görülməyib. Bununla belə, bütün bu işlərə görə Podratçı əsassız şəkildə ödəniş tələb etməkdədir. Məhkəmə prosesi zamanı dəfələrlə qeyd edildiyi kimi və şahidlərin ifadələri ilə təsdiq olunduğu kimi, Podratçı Müqavilə ilə nəzərdə tutulmuş işləri vaxtında tamamlaya bilməmişdir. Müqavilənin 6.2-ci bəndinə görə işlərin həyata keçirilməsi üçün 80 günlük müddət nəzərdə tutulduğu halda Podratçı öhdəliyin icrasını faktiki olaraq xx xxx 2018-ci il tarixdən 2018-ci ilin sentyabr ayına qədər tamamlaya bilməmişdir ki, bununla da tərəflər arasındakı Müqavilənin 6.2-ci bəndinin tələbini pozmuşdur. Podratçı zəruri iş keyfiyyətlərinə malik olmadığı üçün yaranmış vəziyyətdə Bakı Limanı bundan sonra ona qarşı qüsurların aradan qaldırılmasına dair əlavə icra tələbi qoymamış və Müqavilə ilə nəzərdə tutulmuş işləri öz hesabına davam etdirmişdir. Podratçı tərəfindən işlər (xidmətlər) keyfiyyətsiz icra edildiyi və Müqavilədə nəzərdə tutulan qaydada tamamlanmadığı üçün Müqavilənin 10.1-ci bəndinə uyğun olaraq müvafiq yekun sənədləşmənin (təhvil-təslim sınaqlarının bitirilməsindən sonra işlərin tamamlanması və “Nüsrət Şirinov” gəmisinin təmirdən qəbul olunması haqqında aktın tərtibatı) aparılması belə mümkün olmamışdır. Bakı Limanı tərəfindən aparılan mütəxəssis təhlili nəticəsində tərəflərin imzaladıqları xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli aralıq aktlarında qeyd edilmiş işlərin qüsurlu olması aşkarlanmışdır. Bununla əlaqədar tərtib olunan “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqında xx xxxxxxx 2018ci il tarixli akt və “Nüsrət Şirinov” gəmisində təmirdən sonra yaranmış nasazlıqlar barədə x xxxxxx 2019-cu il tarixli akt müvafiq ətraflı cədvəllərlə birlikdə məhkəməyə təqdim edilmişdir. Bakı Limanının fasiləsiz fəaliyyətini təmin etmək üçün “Nüsrət Şirinov” gəmisinin fəaliyyətində ləngimələrin qarşısını almaq məqsədilə həmin qüsurlar Bakı Limanı tərəfindən öz resursları hesabına aradan qaldırılmışdır. Gəmi təmirinin tamamlanması və müvafiq gəmi registri tərəfindən qəbul edilməsi məqsədilə Bakı Limanı qüsurların aradan qaldırılması istiqamətində zəruri işləri öz hesabına görmüşdür. Bunu təsdiq edən yazılı sübutlar kimi Bakı Limanı 5 tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində təkcə mal və materiallara 17 498,30 manat məbləğində vəsait sərf edilmişdir. Sərf olunmuş mal-materialların siyahısını əks etdirən x xxxx 2020-ci il tarixli arayış və təmir işlərində iştirak etmiş əməkdaşların mükafatlandırılması haqqında əmrin surəti məhkəməyə təqdim edilmişdir. Podratçı öz iddia ərizəsində qeyd edir ki, guya tərəflər xx xxxx 2018-ci il tarixdə müqaviləyə əlavə işlərin siyahısını və qiymətini razılaşdırıblar. Bu həqiqətə uyğun olmayan iddiadır. Belə ki, qeyd edilən xx xxxx 2018-ci il tarixli protokol Bakı Limanının Donanma və Dəniz Xidmətinin işçiləri tərəfindən imzalanmışdır və xidmətin möhürü ilə təsdiq edilmişdir. Bu protokolun məqsədi qüsurların müəyyən edilməsi olmuşdur. Donanma və Dəniz Xidmətinin əməkdaşlarının Bakı Limanı adından müqavilə bağlamaq səlahiyyətləri yoxdur. Bu fakt Podratçıya aydın şəkildə məlum olub. Belə ki, Müqavilə və Müqavilə üzrə görüləcək işlərin cədvəlini müəyyən edən Müqaviləyə 1 saylı əlavə Bakı Limanının baş direktorunun müavini tərəfindən imzalanıb və Bakı Limanının möhürü ilə təsdiq edilib. Beləliklə, Podratçı vicdansız və qərəzli surətdə hərəkət edərək protokolu Müqaviləyə əlavə kimi təqdim etmişdir. Daha əvvəl qeyd edildiyi kimi, bu protokola diqqətlə baxdıqda müəyyən etmək çətin deyil ki, bəzi işlərin həcmi süni şəkildə çox göstərilib. Beləliklə də nəticəyə gəlmək olar ki, Podratçı bir tərəfdən reallıqda görülməyən işlər üçün ödəniş tələb etmək, digər tərəfdən isə qüsurların aradan qaldırılmasına istiqamətlənmiş işləri məqsədli surətdə yeni işlər kimi təqdim etmək istəyib. Bu bir daha onu sübut edir ki, Müqavilə üzrə razılaşdırılmış işləri vaxtında və keyfiyyətlə görmək niyyətində olmayıb, işlərin həcmini süni şəkildə şişirtməklə və hazırkı protokolu Müqaviləyə dəyişiklik kimi təqdim etməklə dövlət müəssisəsinə küllü miqdarda zərər yetirmək hesabına varlanmaq məqsədini güdüb. Qeyd olunmalıdır ki, xx xxxx 2018-ci il tarixli aralıq aktı işlərin keyfiyyətli görülüb-görülməməsi barədə hər hansı faktı təsdiq etmir. Digər tərəfdən, həmin sənəddə qiymət qeyd olunmamışdır. Qiyməti qeyd etməməkdə Podratçının məqsədləri bəllidir. Belə ki, həmin aktı qüsurların aradan qaldırılmasına dair yönəldilmiş işlər kimi pərdələmək istəyən Podratçı Bakı Limanının rəhbərliyində şübhələrin yaranmaması üçün qiymətləri həmin aktda qeyd etməmişdir. Bu bir daha sübut edir ki, Podratçı vicdansız və qərəzli surətdə davranmışdır. Tərəflər arasında iddia edilən əlavə işlərlə bağlı hər hansı müqavilə mövcud olmadığı üçün Podratçı Bakı Limanından hər hansı ödəniş tələb etmək hüququna malik deyil. Podratçı tərəfindən əlavə icra kimi təqdim edilən bütün işlər (xidmətlər) tamamilə keyfiyyətsiz görüldüyü üçün Bakı Limanı üzərinə hətta müqavilədən kənar (məsələn, əsassız varlanma konsepsiyası nəticəsində) öhdəliklərin qoyulması istisna edilir. Vurğulamaq vacibdir ki, Podratçı öz iddia ərizəsində müəyyən pul tələbləri “müqavilədən kənar öhdəlik” kimi əsaslandırmağa çalışsa da, bu öhdəliyin əmələ gəlməsi üçün hüquqi əsası göstərə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X10 ifadə verərək bildirmişdir ki, müqavilə xx.xx.2018-ci il tarixdə Şirinov adlı Yedək gəmisinin təmiri ilə bağlı imzalanmışdır. Tenderə gedərkən işlərin həcmi bardə siyahı təqdim edilmişdi. Müqavilə bağlandıqdan sonra hava şəraiti və digər səbəblərlə bağlı bir qədər gecikmə oldu. Təxminən 31 maya qədər. xx.xx.2018-ci il tarixdən sonra təmir işləri Dəniz vağzalında davam etdirildi. Tərsanədən sonra vağzalda işlər görülüb. Gəmiyə girəcək şəxslərin siyahısı yox idi. Lakin tanıyırdılar. Gəminin kapitanı və baş mexaniki nəzərət edirdilər. İşlərin təxmini 70-80 faizini görülmüşdü. Gəmini suya endirməzdən qabaq reyestr gəmini təhvil aldı. İşləri Gəmi kapitanı və heyəti təhvil aldı. Liman tərəfindən işlə bağlı hər hansı irad olmayıb. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X3 ifadə verərək bildirmişdir ki, o, “Bakı X7 Limanı” QSC-də donanma xidmətində işləyir. Demək olar ki, heç bir iş görməyiblər. Gəmi xx.xx.2018-ci il tarixdə tərsanəyə təmirə qaldırılıb. İyulda gəmi tərsanədən düşdü. Təmirin davamı dəniz vağzalında oldu. Delta Şirkətinin işçiləri var idi. Gəlib təmir edirdilər. Bu şirkətin işçilərinin sertfikatı yox idi. İşçiləri ordan burdan gətirirdilər. Hətta bir dəfə elektrik gəldi. Soruşanda ki, sənədi var? İlham dedi ki, özləri bilərlər. Məsuliyyətsiz yanaşırdılar. Bir gün gəlirdilər, 2 gün gəlmirdilər. O da bu barədə müdirə məlumat verib. Daha sonra məlum oldu ki, İlham müəllim Türkiyədə istirahətdədir. Azərbaycanda deyil. Ülkər şirkətinin sənədləri təqdim olunanda müəyyən edildi ki, onun heç təmir səlahiyyəti yoxdur. Lakin qısa müddət ərzində səlahiyyəti təsdiq edən sənədi əldə etdilər. Necə etdilər bilmirəm. Razılıq protokolunu mən imzalamışdım. Gəmi xx.xx.2018-dən gec olmayaraq icraçıya təhvil verilməli idi. xx xxx 2018-ci il tarixdə təhvil verilməsində İddiaçı MMC-nin təqsiri olmasını deyə bilmir, sadəcə İlham müəllim onları gecikdirib. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X12 ifadə verərək bildirmişdir ki, o gəmi kapitanıdır. Təmir keyfiyyətsiz idi. Yarımçıq idi işlərin çoxu. Çünki çox ləng işləyirdilər. Bununla bağlı liman rəhbərliyinə Rəsmi olaraq məlumat verilməyib. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “Bakı X7 Limanı” QSC (sifarişçi) və İddiaçı MMC (icraçı) arasında bağlanan 144 nömrəli xx xxx 2018-ci il tarixli gəminin əsaslı təmiri haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, sifarişçinin sifarişinə əsasən, icraçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq sifarişçiyə məxsus “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri üzrə işləri v xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür. İcraçı işləri müqavilə ilə müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verir. Sifarişçi isə öz növbəsində işləri təhvil alır, müqaviləyə əsasən işlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada icraçıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi işlərin yerinə yetirilməsi üçün lazım olan ilkin məlumat və sənədlərin icraçıya təqdim edilməsini öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, işlər tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan əsaslı təmir cədvəlinə əsasən həyata keçirilir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini sifarişçidən tələb etmək icraçının hüququdur. Müqavilənin 3.2.2-ci bəndinə əsasən, işləri tender təklifinə uyğun olaraq yerinə yetirmək icraçının öhdəliyidir. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, icraçı tərəfindən müqavilənin şərtlərinə uyğun görülmüş işlər müqabilində ödənişləri vaxtında etmək sifarişçinin öhdəliyidir. Müqavilənin 4.2.3-cü bəndinə əsasən, icraçının işləri maneəsiz, səmərəli, təhlükəsiz icra edə bilməsi üçün şərait yaratmaq (işlərlə bağlı Bakı Limanının ərazisindən istifadə olunduğu təqdirdə), lazım olduqda sifarişçinin ərazisinə giriş-çıxışı təmin etmək sifarişçinin öhdıliyidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən icra edilən işlərin ümumi dəyəri 202000 (iki yüz iki min) manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, tərəflər razılaşırlar ki, bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razılaşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər, bir şərtlə ki, əlavə ödənişin ümumi məbləği müqavilə qiymətinin 15 faizindən çox olmasın. Müqavilənin 6.3-cü bəndinə əsasən, gəmidə işlərin 50 faiz hissəsi tamamlandıqdan sonra tərəflər İşlərin aralıq qəbul edilməsi haqqında akt imzalayırlar. Müqavilənin 6.4-cü bəndinə əsasən, gəmidə işlərin yekunlaşdırılması tarixi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın imzalanmasının tarixi hesab edilməlidir. Həmin akta işlərin yekun qiyməti daxil edilməlidir. İddiaçı MMC və “Bakı X7 Limanı” QSC arasında xx xxx 2018-ci il tarixdə bağlanılmış 144 saylı müqaviləyə 1 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, “Nüsrət Şirinov” gəmisinin əsaslı təmir cədvəli üzrə yükun məbləğ 18 faiz ƏDV nəzərə alınmaqla 202.000 (iki yüz iki min) manat təşkil edir. “xxxxxxxxx” MMC (icraçı) və İddiaçı MMC (sifarişçi) arasında bağlanmış DA/Ü-SS- 1 nömrəli xx xxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı özünə məxsus “PLAVDOK-2” üzən tərsanədən istifadə edərək sifarişçiyə məxsus “N.Şirinov” yedək gəmisinin tərsanə təmiri işlərini yerinə yetirir. İcraçı tərsanə təmiri işlərini müqavilənin ayrılmaz hissəsi olan “Tərsanə təmir işlərinin cədvəli” əsasında aparır. Gəminin tərsanə təmirinin həcmi və dəyəri “Tərsanə təmir işlərinin cədvəli” əsasında aparır. Gəminin tərsanə təmirinin həcmi və dəyəri “Tərsanə təmir işlərinin cədvəli” nə əsasən razılaşdırılma yolu ilə müəyyən edilir. xx xxx 2018-ci il tarixli “Nüsrət Şirinov” gəmisinin üzən tərsanə təmirinə qəbul aktının surətindən görünür ki, “Nüsrət Şirinov” gəmisi xx xxx 2018-ci il tarixindən “Plavdok- 2” üzən tərsanəyə təmir üçün qəbul edilmişdir. xx xxxx 2018-ci il tarixli “Nüsrət Şirinov” gəmisinin üzən tərsanədən düşmə aktının surətindən görünür ki, “Nüsrət Şirinov” gəmisinin “Plavdok-2” üzən tərsanədə təmir işləri başa çatmışdır. Gəmi xx xxxx 2018-ci il tarixində “Plavdok-2” üzən tərsanəsindən düşmüşdür. xx xxxx 2018-ci il tarixli “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət haqqında razılıq protokolundan görünür ki, “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət ƏDV daxil 83145,2 manat təşkil edir. Bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqaviləyə əsasən “N.Şirinov” yedək gəmisində görülmüş təmir işlərinin xx xxxx 2018-ci il tarixli aralıq aktının təsdiq edilmiş surətindən görünür ki, təmir işlərinin ümumi məbləği 157635,17 (yüz əlli yeddi min altı yüz otuz beş manat on yeddi qəpik) manat təşkil edir və bu protokol icraçı və sifarişçi arasında qaşılıqlı hesablaşmalar aparmaq üçün əsasdır. xx xxx 2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən “Bakı X7 Limanı” QSC-yə “N.Şirinov” gəmisinin təmiri üçün 34237,29 manat ödəniş edilmişdir. xx xxx 2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən “Bakı X7 Limanı” QSC-yə “N.Şirinov” gəmisinin təmiri üçün 17118,64 manat ödəniş edilmişdir. xx xxxx 2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən “Bakı X7 Limanı” QSC-yə “N.Şirinov” gəmisinin təmiri üçün 68474,57 manat ödəniş edilmişdir. xx xxxxxx 2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən “Bakı X7 Limanı” QSC-yə “N.Şirinov” gəmisinin təmiri üçün 16949,15 manat ödəniş edilmişdir. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqaviləyə və 1 nömrəli əlavə qüsur aktına əsasən “N.Şirinov” yedək gəmisində yerinə yetirilmiş təmir işlərinin 03/ul-07 nömrəli xx xxxx 2018-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, “N.Şirinov” yedək gəmisində xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 nömrəli Əlavə qüsur aktına əsasən qeyd edilən avadanlqıların təmir işlərini yerinə yetirərək icraçı təhvil verdi, sifarişçi qəbul etdi. İddiaçı MMC tərəfindən təmir işləri tam yerinə yetirilib, gəminin şəxsi heyyətinə və Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Gəmilərin təmiri haqqında Əsasnaməyə uyğun olaraq İddiaçı MMC yerinə yetirilmiş işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Yerinə yetirilmiş təmir işləri tələb olunan texniki şərtlərə cavab verir və sifarişçi nümayəndələrinin görülən işlərə iradı yoxdur. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqaviləyə əsasən “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, “Bakı X7 Limanı” QSC-nin Donanma və dəniz xidmətinin müdiri Ruslan Hüseynov, Donanma və dəniz xidmətinin texniki məsələlər üzrə məsul şəxsi Emil Aydınov, Donanma və dəniz xidmətinin qrup mexaniki Məmməd Məmədov, Donanma və dəniz xidmətinin elektrik mexaniki Fuad Məhərrəmov, “Nüsrət Şirinov” gəmisinin kapitanı Arzu Həsənov “Nüsrət Şirinov” gəmisinin baş mexaniki Aslan Əliyev “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri ilə bağlı xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilə çərçivəsində tərtib olnumuş xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli aralıq aktlarında gəmidə görülmüş işlərin tamamilə keyfiyyətsiz görüldüyünü öz imzaları ilə təsdiq etmişlər. “Nüsrət Şirinov” gəmisində təmirdən sonra yaranmış nasazlıqlar barədə xx.xx.2019cu il tarixli aktın surətindən görünür ki, “Bakı X7 Limanı” QSC-yə məxsus “Nüsrət Şirinov” gəmisinin kapitanı Həsənov Arzu, baş mexanikləri Məlikov Fazil və Məmədov Vüsal, Donanma və dəniz xidmətinin texniki məsələlər üzrə məsul şəxsi Aydınov Emil, həmin xidmətin qrup mexaniki Məmmədov Məmməd bu aktı ondan ötrü tərtib etmişlər ki, gəmidə nasazlıqlar təmirdən sonra yaranmış və gəminin müəyyən hissələrində yenidən təmirə ehtiyac vardır. “Bakı X7 Limanı” QSC-nin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, “Bakı X7 Limanı” QSC və İddiaçı MMC arasında imzalanmış “Nüsrət Şirinov” gəmisinin əsaslı təmirinə dair xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilə üzrə öhdəliklər icraçı tərəfindən keyfiyyətsiz və natamam şəkildə icra edilmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində Bakı Limanı tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində satın alınmış və sərf olunmuş mal-materiallardan istifadə edilmişdir ki, bu da Bakı Limanı üçün 17498 manat məbləğində əlavə maliyyə itkisi yaratmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sifarişçi “Bakı X7 Limanı” QSC və icraçı İddiaçı MMC arasında 144 nömrəli xx xxx 2018-ci il tarixli gəminin əsaslı təmiri haqqında müqavilə bağlanmışdır. Müqavilənin tələbinə görə, sifarişçinin sifarişinə əsasən, icraçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq sifarişçiyə məxsus “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri üzrə işləri və xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür. İcraçı işləri müqavilə ilə müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verir. Sifarişçi isə öz növbəsində işləri təhvil alır, müqaviləyə əsasən işlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada icraçıya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, hazırda həm ilkin, həm də qarşılıqlı iddia tələbinin əsası olaraq məhz qeyd edilən müqavilə üzrə öhdəliklərin icrası təşkil edir. Belə ki, ilkin iddia üzrə iddiaçı 144 nömrəli xx xxx 2018-ci il tarixli müqavilə üzrə icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirildiyi halda, cavabdehin xidmət haqqını tam ödəmədiyini bildirsə də, qarşılıqlı iddia üzrə iddiaçı həmin müqavilə üzrə görülən işin qüsurlu olduğunu, ödənilmiş məbləğin geri qaytarılmasını və həmçinin əlavə çəkilən xərcləri tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, icraçı işlərin icrasına başlamazdan əvvəl tərəflər arasında gəminin təmirə qəbulu aktı imzalanır. xx xxx 2018-ci il tarixli “Nüsrət Şirinov” gəmisinin üzən tərsanə təmirinə qəbul aktına əsasən “Nüsrət Şirinov” gəmisi xx xxx 2018ci il tarixindən “Plavdok-2” üzən tərsanəyə təmir üçün qəbul edilmişdir. “Bakı X7 Limanı” QSC isə müqavilənin 6.2-ci bəndinə istinad edərək, gəminin təmir üçün gec təhvil alındığını bildirir. Belə ki, müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər razılaşrılar ki, icraçı bu müqavilənin imzalandığı müddətdən sonrakı 3 təqvim günü ərzində, lakin hər bir halda, xx xxx 2018-ci il tarixdən gec olmayaraq gəmidə işlərin görülməsinə başlayır və 80 təqvim günü ərzində yekunlaşdırır və gəmini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada sifarişçiyə təhvil verir. X17 tərəfindən işlərin gec başlaması ilə əlaqədar hər hansı yazılı irad bildirilməmiş və bu nə qüsur aktları tərtib edilərkən, nə də ödənişlər zamanı mübahisələndirilməmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı məhz İddiaçı MMC-nin təqsiri üzündən gəminin təmirə müqavilədə nəzərdə tutulan müddətdən gec təhvil verilməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə Müqavilənin 6.3-cü bəndinə əsasən, gəmidə işlərin 50 faiz hissəsi tamamlandıqdan sonra tərəflər işlərin aralıq qəbul edilməsi haqqında akt imzalayırlar. xx xxxx 2018-ci il tarixli “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət haqqında razılıq protokoluna əsasən, “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət ƏDV daxil 83145,2 manat təşkil etmiş və bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas olması razılaşdırılmışdır. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqaviləyə əsasən “N.Şirinov” yedək gəmisində görülmüş təmir işlərinin xx xxxx 2018-ci il tarixli aralıq aktına əsasən isə təmir işlərinin ümumi məbləği 157635,17 (yüz əlli yeddi min altı yüz otuz beş manat on yeddi qəpik) manat təşkil etmiş və bu protokolun icraçı və sifarişçi arasında qaşılıqlı hesablaşmalar aparmaq üçün əsas olması razılaşdırılmışdır. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən icra edilən işlərin ümumi dəyəri 202000 (iki yüz iki min) manat təşkil ediləcəyi və müqavilənin 5.6-cı bəndinə əsasən, müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razılaşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər və əlavə ödənişin ümumi məbləği müqavilə qiymətinin 15 faizindən çox olmaması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, “Bakı X7 Limanı” QSC tərəfindən cəmi ödənilməli məbləğ 202.000+(202000/100*15=30300)30300=232.000 manat təşkil etməli idi. Lakin razılıq protokolu və akta əsasən ödənilməli məbləğ isə 240780,37 manat (83145,2+157635,17) olaraq müəyyən edilmişdir. 8780,37 manat müqavilədə nəzərdə tutulan məbləğdən artıq olsa da, tərəflər arasında iradə ifadəsinin təzahürü olan akt və protokolla “Bakı X7 Limanı” QSC həmin məbləği də ödəməyi öhdəsinə götürmüşdür. “Bakı X7 Limanı” QSC tərəfindən İddiaçı MMC-yə xx xxx 2018-ci il tarixli ödəniş tapşırığı ilə, 34237,29 manat, xx xxx 2018-ci il tarixli ödəniş tapşırığı ilə 17118,64 manat, xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 68474,57 manat və xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 16949,15 manat olmaqla, cəmi 136779,65 manat ödəniş edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən, gəmidə işlərin yekunlaşdırılması tarixi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın imzalanmasının tarixi hesab edilməlidir. Həmin akta işlərin yekun qiyməti daxil edilməlidir. xx xxxx 2018-ci il tarixli “Nüsrət Şirinov” gəmisinin üzən tərsanədən düşmə aktına əsasən, “Nüsrət Şirinov” gəmisinin “Plavdok-2” üzən tərsanədə təmir işləri başa çatmışdır. Gəmi xx xxxx 2018-ci il tarixində “Plavdok-2” üzən tərsanəsindən düşmüşdür. xx xxx 2018-ci il tarixli 144 nömrəli müqaviləyə və 1 nömrəli əlavə qüsur aktına əsasən, “N.Şirinov” yedək gəmisində yerinə yetirilmiş təmir işlərinin 03/ul-07 nömrəli xx xxxx 2018-ci il tarixli akta əsasən, “N.Şirinov” yedək gəmisində xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 nömrəli Əlavə qüsur aktına əsasən qeyd edilən avadanlqıların təmir işlərini yerinə yetirərək icraçı təhvil vermiş, sifarişçi qəbul etmişdir. İddiaçı MMC tərəfindən təmir işləri tam yerinə yetirilib, gəminin şəxsi heyyətinə və Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Gəmilərin təmiri haqqında Əsasnaməyə uyğun olaraq İddiaçı MMC yerinə yetirilmiş işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Yerinə yetirilmiş təmir işləri tələb olunan texniki şərtlərə cavab verir və sifarişçi nümayəndələrinin görülən işlərə iradı yoxdur. Məhkəmə qeyd edir ki, xx xxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırıqlarından da görünür ki, aktdan sonra da Dəniz Limanı tərəfindən ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilə bağlanmış və ilkin iddia üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və xx xxxx 2018-ci il tarixli akta əsasən, “N.Şirinov” yedək gəmisində xx xxx 2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 nömrəli Əlavə qüsur aktına əsasən qeyd edilən avadanlıqların təmir işlərini yerinə yetirərək icraçı təhvil vermiş və sifarişçi qəbul etmişdir. “Bakı X7 Limanı” QSC tərəfindən görülən işlərə dair hər hansı irad bildirilməmişdir. Bununla da İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam yerinə yetrimişdir. Müqavilə üzrə ödənilməli məbləğ 240780,37 manat (ƏDV daxil) olaraq razılaşdırılsa da, “Bakı X7 Limanı” QSC 136779,65 manat, ƏDV daxil isə 161400,04 manat ödəniş etmiş və qalan 79380,33 (240780,37-161400,04=79380,33) manat isə İddiaçı MMC-yə ödənilməmişdir. Göründüyü kimi “Bakı X7 Limanı” QSC müqavilə üzrə öhdəliyini tam icra etməmiş və borcu yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin qüsurlu və keyfiyyətsiz işlərə (xidmətlərə) görə ödənilmiş 161400 (yüz altmış bir min dörd yüz) manat məbləğində vəsaitin geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə ilkin iddia tələbinə qiymət verərkən, həmin məbləğin ödənilməsini müqavilə öhdəliyinin qismən icrası kimi qəbul etdiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə bildirir ki, cavabdeh işlərin keyfiyyətsizliyi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin 17498,30 (on yeddi min dörd yüz doxsan səkkiz manat otuz qəpik) manat məbləğində əlavə xərclərin İddiaçı MMC-dən tutulması hissəsi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd edir ki, məhz cavabdehin öhdəliyini pozması nəticəsində əlavə xərclərin yaranması, yəni ona ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehAzərbaycan Respublikası Bakı Beynəlxalq X6 79380,33 (yetmiş doqquz min üç yüz səksən manat otuz üç) qəpik) məbləğində pul tutularaq İlkin iddia üzrə İddiaçı MMCnin xeyrinə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Bakı Beynəlxalq X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilmiş məbləğin qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. CavabdehAzərbaycan Respublikası Bakı Beynəlxalq X6 79380,33 (yetmiş doqquz min üç yüz səksən manat otuz üç) qəpik) məbləğində pul tutularaq İlkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Bakı Beynəlxalq X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilmiş məbləğin qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar