Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7124/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qarşılıqlı tələblərin əvəzləşdirilməsi” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə arasında olan qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə işə xitam verilməsi (əvəzləşdirmə) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildü Cavabdeh MTK-nın direktoru X1 ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli “AB” yaşayış sahəsi ünvanda inşa edilən yeni binanın 1 otaqlı yaşayış mənzilinin 1kv.m 850 manata almışdır. Müqavilə şərtlərinə əsasən şirkətə ödəyəcəyi cəmi məbləğ 53.125 manat təşkil etmişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, 25.000 manat ödəniş etmiş, MTK-ya 28.125 manat borcu qalmışdır. 02 iyun 2020-ci il tarixdə Cavabdeh MTK ilə pəncərə işlərinin görülməsi üçün aralarında xidmət müqaviləsi bağlanmışdir. Həmin müqavilənin şərtinə əsasən MTK-ya 39.784 manat məbləğində iş görmüşdür. MTK-nin ona həmin məbləğdə borcu vardır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-422/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 39.784,50 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı Firudin oğluna verilmişdir. Məhkəmə qətnaməsindən də, göründüyü kimi cavabdehin 39.784 manat borcu vardır. Belə olan halda iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi 1 otaqlı mənzilə görə MTK-ya 29.125 manat borcun olduğu halda MTK ilə arasında digər müqaviləyə və yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən cavabdehin ona 39.784 manat borcu olduğundan son nəticədə Cavabdeh MTK-nin ona olan borcu 39.784- 28.125=11.658 manat təşkil etmişdir. Lakin o hazırki vəziyyətdə cavabdehin ona olan həmin borcunu istəmir və qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK pay şəklində qoyulmuş pul vəsaitinə əsasən, ümumi sahəsi 62.5 kv.m. olan yaşayış mənzilini İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə 53.125 manat məbləğində pul vəsaitini pay şəklində qoyacağını öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Cavabdeh MTK tərəfindən təsdiq edilmiş maliyə arayışına əsasən İddiaçı MTK-ya 28.125 manat borcu qalmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli ximdət müqaviləsi bağlanmış, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən müqavilə üzrə 39.783 (otuz doqquz min yeddi yüz səksən üç) manat, 50 (əlli) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli müqavilə ilə cavabdehə ödəməli olduğu pulla cavabdehin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıya ödəməli olduğu məbləğlə əvəzləşdirilməsini məhkəmədən xahiş edir. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə oxşasa da, iddiaçının özünün bildirdiyi Cavabdeh MTK-ya mənzilin alınması ilə bağlı olan və MTK tərəfindən tələb edilməyən 28.125 borcun, icra mərhələsində olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 39.783,50 manat pulla əvəzləşdirilməsi tələbinə hazırkı icraat çərçivəsində baxıla bilməz. İzah edilməlidir ki, Cavabdeh MTK-nın İddiaçı qarşı iddiası olacağı və qeyd edilmiş iddianın təmin edilməsi barədə Məhkəmə qətnaməsi olacağı təqdirdə, icra mərhələsində qətnamələr üzrə tutulması qət edilmiş məbləğlərin əvəzləşdirilməsi mümkündür. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin ayrıca məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qarşılıqlı tələblərin əvəzləşdirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7124/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7124/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver