Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-713/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8366,41 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 132,67 manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC arasında 002/05/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə bağlanmışdır. Müqavilayə əsasən "xxxx" MMC-nin sifarişinə əsasən, "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə - "QiYMƏTLƏRİN RAZİLAŞDİRİLMASİ PROTOKO-da "nəzərdə tutulmuş "1C" Proqram Təminatının istifadəsi üçün sadə qeyri-müstəsna hüquqlarını (lisenziyalarını) verilməsini və xidmətlərin tətbiqini öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC-nin iddiaçı “U Gadji" MMC-yə təqdim etdiyi 2023/009 nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturaya əsasən “U Gadji" MMC "Bizensin Avtomatlaşdırma və İnkişaf Mərkəzi" MMC-yə 8366,40 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq və dəfələrlə iddiaçı cavabdehdən işlərin tam, keyfiyyətlə, vaxtında va qüsursuz görülməsini tələb etməyinə baxmayaraq icraçı öz üzərinə götürdüyü öhdəlikəri vaxtında yerinə yetirməmişdir, işi yubatmışdır. Müqavilədə və ona Əlavələrdə göstərilən xidmətlərin təhvil verilməsini gecikdirmişdir. Hər dəfə cavabdehə işdəki qüsurlarla bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh görüləcək işlərə etinasız yanaşmışdır. Xidmətlərin vaxtında və keyfiyyətlə, lazımi qaydada təhvil verilməməsinə görə iddiaçı zərər görmüşdür. Bu barədə də cavabdehin məsul şəxsinə vatsap və digər əlaqə vasitələri ilə məlumat vermişdir. Buna görə də 1 ilə yaxın müddətə təhvil verilməyən xidmətlərə görə xx.xx.2024-cü il tarixində Müqavilənin birtərəfli qaydada ləğvi barədə iradəsini cavabdehə bildirmiş və ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən natamam Malların (iş və xidmətlərin) satınalınması haqqında xx.xx.2023-cü il tarixli, 002/05/23 nömrəli, Müqaviləyə 002 nömrəli əlavəyə əsasən xx.xx.2024-cü il tarixli, 0000-000046 nömrəli Təhvil-təslim Aktı göndərilmişdir. Təhvil-təslim aktının məzmunundan görünür ki, Müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmağına baxmayaraq, işləri natamam qaydada, keyfiyyətsiz xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya təhvil vermə görüntüsü yaratmışdır. Halbuki həmin aktda göstərilən xidmətlər belə iddiaçıya təhvil verilməyib, kağız üzərində təhvil verilmə görüntüsü yaradılmışdır. Təhvil-təslim Aktında göstərilən işlər iddiaçıya vaxtında təhvil verilməmişdir, Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər də tam və keyfiyyətlə yerinə yetirilməmişdir. İddaçı Müqavilə üzrə göstərilən xidmətlərin dəyərini cavabdehə ödəmişdir. Cavabdeh Müqavilə üzrə İddaçıya təhvil verilməli olan 1C lisenziyasının, avadanlığın və proqram təminatını vaxtında təqdim etməmişdir, hazırki günə qədər də təqdim etməmişdir. Müqavilə üzrə təlim kurslarını həyata keçirməmişdir. Cavabdehin kobud etinasızlığı nəticəsində İddiaçının müqavilə üzrə hüquqları pozulmuşdur, ona zərər dəymişdir, vaxtında xidmətlərdən yararlana bilməmişdir. Hansı ki, qeyd olunan xidmətlər ağlabatan müddətdə iddiaçıya təhvil verilməli idi. Nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində Müqaviləyə xitam verilməsi və ödənilmiş məbləğin geri qaytarlması baradə iddiaçının niyyətini bildirdikdə cavabdeh tərəfindən kağız üzərində Təhvil-təslim aktı tərtib edilib iddiaçıya göndərilmişdir. Halbuki Müqaviləyə və ona əlavadə göstərilən xidmətlərin heç biri cavabdeh tərəfindən İddiaçı üçün həyata keçirilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciətlər edilmişdir. Eyni zamanda cavabdehə ünvanlanan 12 aprel 2024-cü il tarixli imtina və irad məktublarında xidmətlərin vaxtında həyata keçirilmədiyi üçün Müqavildən imtina etdiyi və Müqavilənin birtərəfli qaydada ləğvi tələb edilmişdir. Lakin halhazırki vaxtdadək müqavilənin ləğvi, həmin müqavilə üzrə ödənilmiş 8366,41 ABŞ dolları məbləğində pulun geri qaytarılması üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qarşı tərəfə pulun 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini özündə əks etdirən xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir və həmin məktub xx.xx.2024-cü il tarixdə qarşı tərəfə rəsmi poçt vasitəsi ilə çatdırılmışdır. Təkrarən 02 oktyabr 2024-cü il tarixində qarşı tərəfə pulun 1 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini özündə əks etdirən xx.xx.2024-cü il tarixli pretenziya məktubu elektron qaydada elektron məhkəmə informasiya sistemi ilə göndərilmişdir və elektron qaydada göndərilmiş Pretenziya məktubu xx.xx.2024-cü il tarixdə qarşı tərəfə çatdırılmışdır. "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC tərəfindən qəbul edilsə də, lakin yenə də həmin pretenziya məktubuna müsbət cavab verilməmişdir. "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC müqavilənin ləğvini təmin etməməsi, xidmətləri vaxtında və keyfiyyətlə, tələb olunan qaydada və tam olaraq təhvil verməməsi, nəticədə ödənilmiş məbləğin geri qaytarılmaması qanunsuzdur, əsassızdır və hüquqların kobud surətdə pozulmasıdır. İddia ərizəsinə əlavə edilən “U Gadji" MMC ilə "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC arasında 002/05/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilənin və həmin Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə - "QiYMƏTLƏRİN RAZİLAŞDİRİLMASİ PROTOKOLU"-nun məzmunundan görünür ki, cavabdeh "1C" Proqram Təminatının istifadəsi üçün sadə qeyrimüstəsna hüquqlarını (lisenziyalarını) iddiaçıya verilməsini və xidmətlərin tətbiqini öz öhdəsinə götürmüşdür. Həmçinin həmin protokolda hansı xidmətlərin göstərilməsi qeyd olunubdur. İddia ərizəsinə əlavə edilən cavabdeh "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC-nin iddiaçı “U Gadji" MMC-yə təqdim etdiyi 2023/009 nömrəli, xx.xx.2023cü il tarixli hesab fakturanın məzmunundan görünür ki, cavabdeh "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC-nin iddiaçı “U Gadji" MMC-dən 8366,40 ABŞ dolları məbləğində pulun ödənilməsini bildirmişdir. “U Gadji" MMC "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC-yə 8366,40 ABŞ dolları məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə edilən X6 ödəniş tapşırığının məzmunundan görünür ki, iddiaçı cavabdehin bank hesabına 8366,41 ABŞ dolları məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə etdiyimiz vatçap yazımalarından çıxarılmış şəkillərdən görünür ki, iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsindən Müqavilə üzrə xidmətlərin göstərilməsini dəfələrlə xahiş etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə xidmətlərin göstərilməsinin təhvil verilməsini gecikdirmişdir və bu hallar mütəmadi baş vermişdir. 3 avqust 2023-cü il tarixli vatçap yazımasından görünür ki, cavabdehin nümayəndəsi etiraf edir ki, bazanı hələ də hazır etməyibdir, xx.xx.2023-cü il tarixli yazışmada bazanı serverdə hazır edəcəyini bildirir. Belə çıxır ki, xx.xx.2023-cü il tarixə kimi baza hazır edilməyibdir. 16, 21, 22, 29 dekabr 2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli yazışmalarda Müqavilədə nəzərdə tutulmuş təlimlərin həyata keçirilmədiyi və konvertasiya ilə bağlı təlimatların həyata keçirilmədiyi görsənir. 04 mart 2024-cü il tarixli yazışmada iddaçının nümayəndəsi konvertasiya ilə bağlı cavabın hazırlanmasını cavabdehin nümayəndəsindən vatçap proqramında hər iki tərəfin nümayəndələri ilə birlikdə yaratdığı qrupa yazır. Ondan sonra 7 mart 2024-cü il tarixinə kimi cavabdeh tərəfdən heç bir cavab yazılmır. 2024-cü ilin mart və aprel tarixlərində cavabdehlə aparılan yazışmalardan da görünür ki, işlərin təhvil verilməsi dəfələrlə cavabdehdən istənilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən tələblərə məhəl qoyulmayıb. Həmçinin tərəflər arasında danışıq səslərini özündə əks etdirən səs yazılarını elektron məhkəmə informasiya sistemində yaradılan kabinet vasitəsi ilə təqdim etmək mümkün olmadığı üçün həmin səs yazılarından ibarət faylı flashcardda məhkəmə iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. İddia ərizəsinə əlavə etdiyimiz Malların (iş və xidmətlərin) satınalınması haqqında xx.xx.2023-cü il tarixli, 002/05/23 nömrəli, Müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli iradə ifadəsini əks etdirən Razılaşmanın məzmunundan görünür ki, iddiaçı vaxtında, tam, keyfiyyətlə, tələb olunan qaydada təhvil verilməyən xidmətlərə görə Müqavilənin ləğvini cavabdehdən tələb etmişdir. İddia ərizəsinə əlavə edilən Malların (iş və xidmətlərin) satınalınması haqqında xx.xx.2023-cü il tarixli, 002/05/23 nömrəli, Müqaviləyə 002 nömrəli əlavəyə əsasən xx.xx.2024-cü il tarixli, 0000-000046 nömrəli Təhvil-təslim Aktı göndərilmişdir. Təhvil-təslim aktının məzmunundan görünür ki, Müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmağına baxmayaraq, işləri natamam qaydada, keyfiyyətsiz xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya təhvil vermə görüntüsü yaratmışdır və bunu vaxtında təhvil verilməyən xidmətlərə görə iddiaçının Müqavilənin ləğvini tələb etdikdən sonra göndərmişdir. Halbuki həmin aktda göstərilən xidmətlər belə iddiaçıya təhvil verilməyib, kağız üzərində təhvil verilmə görüntüsü yaradılmışdır. Həmçinin iddiaçı cavabdehə Müqavilənin ləğvi barədə tələbini bildirəndən sonra xidmətlər təhvil verilmədən cavabdeh formal olaraq yuxarıda qeyd edilən aktı göndərmişdir. İddia ərizəsinə əlavə edilən Malların (iş və xidmətlərin) satınalınması haqqında xx.xx.2023-cü il tarixli, 002/05/23 nömrəli, Müqavilə və 002 nömrəli Əlavəyə əsasən xx.xx.2024-cü il tarixli, 0000-000046 nömrəli Təhvil-təslim Aktının imzalanmasından xx.xx.2024-cü il tarixli İmtina və İrad məktubunun məzmunundan görünür ki, Müqavilənin ləğvini tələb etdikdən sonra cavabdeh tərəfindən xidmətlərin təhvil verilməsi görüntüsünü yaratmaq üçün tərtib etdiyi aktın imzalanmasından əsaslı olaraq iddiaçı imtina etmişdir və həmin məktubda iradlarını bildirmişdir, ödənilmiş 8366,41 ABŞ dolları məbləğində pulun geri qaytarılması xahiş olunmuşdur. Çünki xidmətlər vaxtında, tam, keyfiyyətlə, tələb olunan qaydada təhvil verilməyib. Hətta cavabdeh tərəfindən göndərilən təhvil-təslim aktında belə xidmətlərin siyahısı tam deyil. Müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər yerinə yetirilməmişdir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, müqavilənin izmalanması mərhələsindən öncə sifarişçiyə quraşdırılacaq serverin parametrləri barəsində tövsiyyələr aparılırdı. Server fiziki olaraq iş ofisinə təqdim edildi və həmin serverin üzərində Protokola əsasən quraşdırılmalar və sazlamalar aparılmışdır. Quraşdırma və sazlamalara aşağıdakı xidmətlər daxildir: Windows server əməliyyat sisteminin sazlanılması; 1C 8.3 platformasının quraşdırılması və sazlanılması. Quraşdırma və sazlamalar ilə bağlı xidmətlər icra edildikdən sonra Sifarişçinin əməkdaşına Avadanlıq fiziki formada təqdim edilib və həmin əməkdaş vasitəsilə Qazaxıstan ölkəsinə göndərilmişdir. Whatsapp mobil tətbiq üzərindən Sifarişçi, Server avadanlığının təhvil götürülməsi barəsində və təqdim olunan İstifadəçi adı və Şifrəsi üzrə serverə qoşulmasının təsdiqi mövcuddur. Server barəsində sifarişçiyə istifadəçilərin (İcraçı daxil) qoşulması üçün static İp-nin əldə olunması və icraçıya məsafədən qoşulmanın və eyni zamanda digər istifadəçilərə qoşulmaların təqdim edilməsi üçün VPN sazlanılmasının təmin edilməsi bildirilmişdir. Sifarişçinin təqsiri ucbatından İP-nin əldə olunması və VPN sazlanılması İyul 2023-cü ildən Noyabr 2023-cü ilədək təmin edilə bilməmişdir. Sifarişçi tərəfindən Server avadanlığına məsafədən qoşulmanın təmin edə bilməməsinə əsasən Sifarişçiyə qarşılıqlı razılaşma əsasında İcraçının serverində resurs ayrılmışdır. Həmin server də məlumat bazasının sazlanması və ilkin məlumatları mədaxili həyata keçirilmişdir. Eyni zamanda Lisenziyaların gecikdirilməsi ilə bağlı Sifarişçiyə məlumatlar təqdim edilmişdir. Sifariçinin İrad məktubunda qeyd etdiyi avadanlığın və proqram təminatının təqdim edilməsi bir mənalı olaraq Sifarişçinin ucbatından yaranmışdır və icraçının günahlandırılması əsassız hesab edilir. Server avadanlığının təhvil alınması barəsində iddiaçının 04 iyun Görüş üçün Video Konfransda serverin açıb yoxlanılması və işləməsi barəsində məlumat qeyd etməsi (Video: Ugadji_görüş_xx.xx.2023, vaxt: 00:21:00) ,06 iyun Whatsapp yazışması və Whatsapp səs yazısından, 13 iyun server avadanlığının yerbəyer olunması ilə bağlı Whatsapp səs yazısından, 13 iyun Serverə monitor və klavitaturanın qoşulması ilə bağlı səs yazısında müəyyən olunduğu kimi server avadanlığı təmin edilibdir. X3 07 iyul 2023-cü il tarixli səs yazısından müəyyən olunur ki, Serverin yerləşdirirlməsi və qoşula bilməsi üçün Rock Cabin tapa bilmir. - 16 iyun 2023-cü il tarixidə Serverin quraşdırılması işlərində yaranmış hal üzrə və işlərin yubanmaması məqsədilə Müzakirə üçün Sifarişçi Surayyə xanıma Whatsapp üzərindən plan (Plan: Ugadji.xlsx) təqdim edilmişdir. Eyni zamanda planda toxunulmayan mövzuların əlavə olunması qeyd edilmişdir. Sifarişçi tərəfindən qeyd edilmişdir ki, Gün ərzdində çalışıb hazırlayıb təqdim edəcəkdir və eyni zamanda daha ətraflı müzakirə üçün fayl şəkilində punktları qeyd edəcəkdir. Müvafiq faylın İcraçıya təqdim olunması 22 iyun 2023-cü il tarixində baş tutmuşdur. 21 iyun tarixidə İcraçı tərəfindən Sifarişçiyə Plan faylının doldurulması və müzakirələ start verilməsi barəsində səs yazısı göndərilir və Sifarişçi tərəfindən səs yazısında qeyd edilir ki, müvafiq fayl tərəfindən doldurulubdur ancaq tam şəkildə doldurulmayıbdır və dəqiqləşdiriləsi nüanslar mövcuddur. - Sifarişçinin əsassız şəkildə qeyd etdiyi İcraçı işlərin tam, keyfiyyətlə, vaxtında təqdim etməməsinə əsas olaraq qeyd etmək istərdim ki, Müqavilə imzalandıqdan sonra sifarişçinin təklifinə əsasən Video konfranslar və yazışmalar, Whatsap mobil tətbiqi üzərində qrup yaradılaraq aparılmışdır və eyni zamanda Anydesk proqram təminatı vasitəsindəndə istifadə edilmişdir və həmin video konfransların görüntüləri qeydə alınmışdır. Sifarişçi cari Müqavilənin 5.1.2 bəndinə əsasən icraçının lazımı məlumatlar ilə bağlı vaxtında və dəqiq təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Sifarişçinin görüşlərin nəticəsi ilə bağlı vaxtında geri dönüş etməməsi həmçinində dəqiq məlumatların və vaxtında təqdim etməməsi ucbatından layihənin təhvil verilməsində nöqsanlar yaranmışdır. İcarçı tərəfindən Sifarişçiyə iradların bildirilməsi xx.xx.2023- cü il tarixli Video konfranın qeydlərində mövcuddur və əsas olaraq istifadə edilə bilər (Video: Ugadji_görüş_xx.xx.2023, vaxt: 00:46:00-00:047:00). Eyni zamanda Sifarişçinin Restoran sistemi ilə bağlı uçot üzrə biznes proseslərinin mövcud olmaması, qeyri peşəkarlığı və biznes proseslərin proqram təminatında qurularaq tətbiqinin efektivliyinin yoxlanılması, və yenidən modifikasiyaya uğraması nəticəsindədə Layihənin təhvil verilməsində nöqsanlar yaranmışdır. Qeyd olunan nöqsanlar barəsində tərəfimizdən Video konfranslardada və Whatsapp mobil tətbiqində yaradılmış müzakirə qrupundada Sifarişçinin diqqətinə çatdırılmışdır. Sifarişçinin təqsiri ucbatından aşağdakı modulların tətbiqində ləngimələr baş vermişdir: Nomenklatura (Mal və xidmətlərin adını əhatə edən məlumat kitabçaları) strukurunun qurulmasının bir neçə dəfə dəyişdirilməsi. İerarxiyasının dəyişidirilməsi, Ölçü vahidinin dəyişdirilməsi; Daxili sifariş prosesinin tətbiqindən sonra tam şəkildə Təşkilatın strukturu və Sifariş prosesində dəyişiklik baş vermişdir. - “03 avqust 2023-cü il tarixli vatçap yazımasından görünür ki, cavabdeh nümayəndəsi etiraf edir ki, bazanı hələ də hazır etməyibdir” iddiasına cavab olaraq qeyd etmək istərdim ki, yazışmadan göründüyü kimi burda məlumat bazasında təqdim olunan məlumatların yığılmasından söhbət gedir. - “xx.xx.2023-cü il tarixli yazışmada bazanı serverdə hazır edəcəyini bildirir. Belə çıxır ki, xx.xx.2023-cü il tarixə kimi baza hazır edilməyibdir” iddiasına cavab olaraq. Sentyabr-Oktyabr tarix aralığında Serverin hazır olmaması, hələdə Static İp-nin əldə olunmaması üçün iddiaçı ilə razılaşdırılmışdır ki, qoşulmaq üçün server resursunun ayrılması və qoşulması üçün məlumat bazasının hazır edilməsi nəzərdə tutulur. - Sifarişçi ilə qarşılıqlı razılaşma əsasında Aprel 2024-cü ildən etibarən 1C Proqram Təminatına real məlumatların işlənilməsininin təmin edilməsi razılaşdırılmışdır. Mart 2024-cü ildən etibarən tətbiq olunan funksionallığın Sifarişçi tərəfindən yoxlanılaraq təhvil alması barəsində geri dönüşlər tələb edilmişdir. Funksionallığın işlək olması barəsində Sifarişçi tərəfindən təsdiq olunmasına baxmayaraq sonradan funkisonallıqda yaranan hallar barəsində Sifarişçi tərəfindən iradlar daxil olmağa başladı. Sifarişçiyə bildirildikdə ki, yoxlama düzgün və vaxtında aparılmır. Sifarişçi isə öz mövqeyində qeyd edirdi ki, 1C proqam təminatı üzrə yetəri biliklərə sahib deyillər. Halbuki sonuncu Video konfransda Sifarişçi tərəfindən qeyd edilmişdir ki, kifayət qədər həm uçot barəsində həmçinində proqram təminatı barəsində biliklərə sahibdir. Qeyd edilən hallar birbirini təkzib edir. - Sifarişçiyə, icraçı tərəfindən yeni əməkdaşın cəlb edilməsi və müəyyən şərtlər çərçivəsində (İcraçı tərəfindən təqdim edilən son icra tarixlərinə əsasən məlumatları proqram təminatına dəqiq və düzgün mədaxili) işlərin icrasının sürətli yekunlaşdırılması barəsində məlumat verildikdən sonra Şifarişçi 3(üç) gündən sonra müqaviləyə xitam verilməsi barəsində məlumat verdi və həmin məlumat üzrə tərəfimizdən icra edilmiş işlərin təhvil-təslim prosesinin aparılması məqsədilə xx.xx.2024-cü il tarixli, 0000-000046 nömrəli Akt tərtib edilmişdir. Sifarişçidə Aktın imzalanmaması barəsində Sifahi və yazılı şəkildə məlumat təqdim etmişdir. Tərəflər arasında danışıq səslərini özündə əks etdirən səs yazılarını və Video konfransları elektron məhkəmə informasiya sistemində yaradılan kabinet vasitəsi ilə təqdim etmək mümkün olmadığı üçün həmin faylları flashcardda məhkəmə iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. Yekun olaraq qeyd etmək istərdim ki, İşlərin icrası tərəfimizdən Protokolda qeyd edilmiş modullar üzrə yerinə yetirilmişdir və təhvil üçün kifayətdir lakin görülmüş işlərin təhvil götürülməsindən və aktın imzalanmasından əsassız şəkildə imtina edirsiniz.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən dəfələrlə cavabdehə iradlar və bildirişlər olmasına baxmayaraq, cavabdeh tərəf müqavilə üzrə əsas öhdəliyini icra etməmişdir. Bununla bağlı iddiaçı tərəf müqavilədən imtina etdiyini bildirmişdir. Cavabdehin direktoru nəticə olaraq işə qoşulacağını bildirmişdir. Şirkətin direktoru 11 ay ərzində tədbir görə bilərdi məsələ ilə bağlı. İddiaçı haqlı olaraq bildirib ki, inamımız qalmamışdır öhdəliyin icrası ilə bağlı və imtina etmişdirlər müqavilədən. Əlavə olaraq bildirir ki, cavabdehin nümayəndəsinə verilən sualdan bəllidir ki, 1C- proqram təminatı (lisenziya) hələ də təhvil verilməmişdir. Bu o deməkdir ki, müqavilə üzrə əsas öhdəliklər icra edilməmişdir. Məhkəməyə sənədlər təqdim edilmişdir, hansı ki, şirkətlər var 3 aya proqram təminatının hazır olacağını deyirlər. Cavabdeh tərəfindən işlərin təhvil verilməsinə dair müdafiə xarakterli qeyd edirlər ki, işlərin müəyyən hissəsi təhvil verilmişdir. Qiymət razılaşdırma protokoluna nəzər salınsa proqram təminatı 1 ədəd göstərilmişdir. Təlim kursları, uçotlar və.s isə proqram təminatının texniki hissəsidir. Təlim kursu da keçirilməyib, sadəcə hansısa link göndərilmişdir. İddiaçı özü linkə baxaraq bu sahəni bilsəydi, təlim kursuna ehtiyac qalmazdı. Proqram təminati olmadan cavabdehin etdikləri iddiaçıya lazim deyil. Cavabdeh şirkət iddiaçıya göstərilən xidmətləri icra etmək üçün fiziki şəxslə müqavilə bağlayıb və nümayəndənin məhkəməvə verdiyi izahatdan aydın ur ki, xidmətə dair həmin fiziki şəxsə cavabdeh şirkət tərəfindən xidmət haqqı ödənilməmişdir. Çünki xidmətlər tam, lazımı qaydada iddiaçıya təhvil verilməmişdir. Bazanı quraşdırmaq istəyirdilər, lakin baza belə düzgün işləmirdi, hətta baza düzgün quraşdırılseydi belə əsas lisenziyadı, o təhvil verilmədən proqramdan istifadə etmək mümkün deyil.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1C-proqram təminatı/lisenziya iddiaçıya təhvil verilməyib. Tərəflərin görüşlərinin keçirildiyi video-konfranslar, whatsapp yazışmaları müəyyən hallar vardır ki, onlar iddia ərizəsində səslədirilmişdir. Məsələn, iddiaçı tərəf qeyd edir ki, server vaxtında təqdim edilməmişdir. Lakin, serverin öz ofisində yerləşdirilməsini iddiaçı tərəf 6-cı aydan 10-cu aya kimi təmin edə bilməmişdir. Həmin dövr ərzində onlar iddiaçı tərəflə prosesləri müzakirə ediblər. Yəni, proqramda hansı funksiyaları əldə etmək istəyirlər. Daxili biznes prosesi şirkətin hansı formada aparılır və.s mövzulardan danışılırdı. İddiaçı tərəfdəndə qeyd edilən dövr üzrə tələblər üzərində danışıqlar getmişdir. Hazırlıq iclasında faktlar deyilirdi ki, konvertasiya hissəsi işləmir bunlar əgər təlim keçirilməmişdirsə funksionallığı necə test etmişdirlər və sorğu göndərmişdirlər. Bu proqram təminatı iddiaçı tərəfdə mövcud olmamışdırsa onlar harada işləyirdilər. Yazışmalar sadəcə səslənən hallardan ibarət deyildir. Bu halların heç biri iddiaçı tərəfdən səsləndirilməmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC ilə "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC arasında bağlanmış 002/05/23 nömrəli, xx.xx.2023-cü il tarixli “1C” program təminatının istifadəsi üçün hüquqların verilməsi və tətbiq barəsində müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən İcraçı, Sifarişçinin tapşırığına əsasən, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə - “QİYMƏTLƏRİN RAZİLAŞDİRİLMASİ PROTOKOLU”-nda (bundan sonra “PROTOKOL” adlandırılacaq) nəzərdə tutulmuş “İC” Proqram Təminatının istifadəsi üçün sadə qeyrimüstəsna hüquqlarını ((lisenziyalarını) verilməsini və xidmətlərin tətbiqini öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı Müqavilənin dəyəri QİYMƏTLƏRİN RAZİLAŞDİRİLMASİ PROTOKOLU un əsasında, USD ilə müəyyən edilir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə hesablaşmalar USD ilə həyata keçirilir. 11.Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi PROTOKOLda əks olunan proqram Proqram təminatının və Lisenziyaların dəyərinin 100% məbləğini İcraçı tərəfindən təqdim edilmiş müvafiq hesab üzrə əvvəlcədən hesablaşma (avans) qaydasında ödəyir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödənişi. İcraçının hesabına əsasən müvafiq hesabın təqdim edildiyi gündən başlayaraq 3 (üç) iş günü ərzində İcraçının cari bank hesabına köçürmə yolu ilə həyata keçirməlidir.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən craçı, bu Müqavilənin 3.1-ci bəndində qeyd olunan məbləğin ödənişini aldığı gündən etibar ən 2 (iki) iş günü müddətində PROTOKOLun 1-ci və 2-ci bəndində nəzərdə tutulmuş X2 verilməsini təmin edir. Sifarişçi təchiz olunan X4 Qaimə (bundan sonra “Qaimə” adlandırılacaq) əsasında qəbul edir.
14. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər PROTOKOL əsasmda Proqram təminatının təhvil verilməsi müvafiq Qaimənin rəsmiləşdirilməsi yolu ilə təsdiq edirlər. Hər bir təsdiq edilmiş Qaimə bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.
15. Müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi, PROTOKOL üzrə Qaimənin verildiyi tarixdən etibarən 5 (beş) gün müddətində onun təsdiq edilməsini öz öhdəsinə götürür. Sifarişçi, PROTOKOL üzrə Qaimənin təsdiq edilməsindən imtina etdikdə bu bənddə qeyd olunmuş müddətdə imtina barədə əsaslı qeydlərini yazılı şəkildə İcraçıya təqdim etməlidir.
16. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi, PROTOKOL üzrə Qaimənin verildiyi tarixdən etibarən 10 gün müddətində həmin sənədin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina barədə əsaslı qeydlərini yazılı şəkildə İcraçıya təqdim etmədikdə, Sifarişçi tərəfindən müvafiq Proqram Təminatı və Xidmətlər təhvil alınmış, müvafiq Qaimə isə təsdiq edilmiş və ödənilməli hesab olunur.
17. Müqavilənin 5.1.1-ci bəndinə əsasən sifarişçi PROTOKOLa əsasən göstərilmiş Proqram Təminatı və Xidmətləri bu Müqavilədə nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilən qaydada tərtib edilməklə təhvil-təslim sənədi (təhvil-təslim aktı və s.) əsasında qəbul etməyi və İcraçı tərəfindən təqdim edilmiş müvafiq hesab- faktura(lar) üzrə PROTOKOLun ümumi dəyərini bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulan hesablaşma qaydalarına əsasən ödəməyi öz öhdəsinə götürür.
18. Müqavilənin 5.2.1-ci bəndinə əsasən icraçı bu Müqavilənin 4.1 bəndində göstərilən müddətlərə, şərtlərlə və qaydada Sifarişçiyə PROTOKOLda göstərilmiş Proqram Təminatını verməyi və yüksək keyfiyyətli Xidmətləri göstərməyi və təhvil verməyi öz öhdəsinə götürür.
19. xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi məbləğ 11176,47 ABŞ dolları müəyyən edilmişdir.
20. xx.xx.2023-cü il tarixli 2023/009 saylı hesab fakturaya əsasən göstərilən xidmətin dəyəri 8366,405 ABŞ dolları müəyyən edilmişdir.
21. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin hesbaına 8366,41 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
22. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
24. Tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Bununla yanaşı Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar olmadığından məhkəmə oxşar hüquqi münasibətləri - podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normaların hazırkı mübahisəyə tətbiq edilməsini mümkün sayır.
29. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə "Bizensin Avtomatlaşdırma va İnkişaf Mərkəzi" MMC arasında bağlanmış 002/05/23 nömrəli, xx.xx.2023-cü il tarixli “1C” program təminatının istifadəsi üçün hüquqların verilməsi və tətbiq barəsində müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən İcraçı, Sifarişçinin tapşırığına əsasən, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə - “Qiymət razılaşdırma protokolu”-nda nəzərdə tutulmuş “İC” Proqram Təminatının istifadəsi üçün sadə qeyri-müstəsna hüquqlarını (lisenziyalarını) verilməsini və xidmətlərin tətbiqini öz öhdəsinə götürmüşdür.
31. İşdən göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi icra edərək müqavilə üzrə nəzərdə tutulmuş məbləği (cavabdehin təqdim etdiyi hesab-fakturaya uyğun olaraq) xx.xx.2023-cü il tarixində cavabdehin bank hesabına ödəmiş, lakin cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xidmət göstərilməmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən icraçı, bu Müqavilənin 3.1-ci bəndində qeyd olunan məbləğin ödənişini aldığı gündən etibar ən 2 (iki) iş günü müddətində Protokolun 1-ci və 2-ci bəndində nəzərdə tutulmuş X2 verilməsini təmin etməli idi, lakin işin mübahisəsiz halıdır ki, qiymət razılaşdırma protokolunda göstərilən 1C-lisenziyası ödəniş edildikdən sonra iki gün müddətində verilməli olduğu halda iddiaçıya bugünə kimi təhvil verilməmişdir. Protokolun ikinci bəndində göstərilən bazanın lazımı qaydada quraşdırılması, təlimlərin protokolda göstərilən qaydada və saat həcmlərində keçirilməsini cavabdeh tərəf sübuta yetirə bilməmişdir (tərəflər arasında protokolda göstərilən hər-hansı işin görülməsinə dair təhvil-təslim aktı və ya işlərin lazımı qaydada görülməsini təsdiq edən hər-hansı mötəbər sübut mövcüd deyil). Beləliklə, məhkəmə cavabdehin etiraz ərizəsində və nümayəndənin məhkəmə iclaslarında bildirdikləri arqumentləri tamamilə əsassız hesab edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilmədiyi qənayətinə gəlir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının ödədiyi məbləğ müqabilində cavabdeh tərəfindən xidmətlər göstərilmədiyi üçün 8366,41 ABŞ dolları pul məbləğinin geri tələb edilməsində iddiaçı haqlı olmuşdur, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 132,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,67 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 8366,41 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 132,67 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova