Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7210/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdehndən 36000 manat borcun, mediasiya xərcləri üçün ödənilmiş 200 manat, həmçinin 110 manat vəkil xərcinin, cəmi 36310 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs deyil (VÖEN yoxdur), Cavabdeh MMC-nin (VÖEN: **********) isə hüquqi ünvanı: AZ 1149 ünvan 1düyü kimi, pul tələbi ilə bağlı işlər üzrə hər iki tərəf sahibkarlıq subyekti olduğu təqdirdə həmin tələblərə kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında kommersiya məhkəməsində baxılması mümkündür. Hazırki iddia ərizəsi üzrə iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs olmadığına görə hazırki tələbə Bakı Kommersiya Məhkəməsində deyil, hüquqi şəxsin ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 1 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh Riai İnşaat” MMC-yə qarşı pul tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-7210/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7210/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver