Məhkəmə qərarları › İş №e-2-2(113)-7301/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7301/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7301/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi/vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (“X2” MMC müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Müqavilə üzrə öhdəliklərinin pozulmasına və təhvil verilməmiş işlərə görə 2869574.65 manat vəsaitin, Layihəni vaxtında təhvil vermədiyinə görə iddiaçıya yaratdığı əlavə xərclərin əvəzi qismində 103587,67 manat vəsaitin, əldə çıxmış fayda qismində 844000 manat vəsaitin, Layihənin icra qrafikinin pozulmasına görə 724751,38 manat dəbbə pulunun, ümumilikdə 4541913.70 manat vəsaitin, həmçinin iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3060,96 manat vəsaitin, bütövlükdə 4544974,65 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 16:20-ə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatəti müdafiə edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddianın geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə (“X2” MMC müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 3060,96 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar