Məhkəmə qərarları › İş №e-2-2(113)-743/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-743/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-743/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən əsas borca görə 94.578,93 manat və 400 manat mediasiya xərci olmaqla ümumilikdə 94.978,93 manat məbləğində pulun tutlaraq ona ödəniıməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, e-2-2(113)-743/2024 saylı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş, iş üzrə ilk hazırlıq iclası xx.xx.2024-cü ilə təyin edilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş, tərəflərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə təxirə salınmış, yenidən tərəflərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, lakin tərəflər yenidən məhkəmə iclasına gəlməmişlər. Tərəflərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Qeyd olunan iclasda iddiaçı tərəf iştirak etsə də, məhkəmə iclası cavabdehin iştirakının təmin olunması və əlavə sübutların təqdim olunması məqsədi ilə xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Tərəflər xx.xx.2024-cü il tarixə, saat 12:40-a təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı tərəf ərizə yazaraq vəkillə müqavilə bağlamağı və əlaqəli yeni sənədləri toplayıb məhkəməyə təqdim etməsi üçün işin təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: Həmin Məcəllənin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3-cü maddəsinə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Məhkəmə iddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu və işə baxılması üçün qanunla müəyyən olunmuş 4 aylıq müddətin xx.xx.2024-cü il tarixdə bitdiyini, tərəflərin iştirakının təmin olunması və əlavə sübutların təqdim olunması məqsədi ilə məhkəmə iclasının dəfələrlə təxirə salındığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prossesual Məcəllənin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, sübutların təqdim edilməsi, onların tədqiq edilərək mübahisənin həll edilməsi və nəticədə doğru qərarın qəbul edilməsi üçün məhkəmə araşdırması üçün vaxt tələb olunur. Hazırkı halda, iddiaçıya izah edilməlidir ki, qeyd olunan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar