Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7453/2025 22.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Rich Motors” MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Geely Monjaro” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, LB37852D0PS053659 BAN nömrəli nəqliyyat vasitəsinə göstərilmiş texnikixidmətlərə görə 12 602,40 (on iki min altı yüziki manat qırx qəpik) manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 250 (iki yüz əlli) manat vəsaitin və 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12 982,40 (on iki min doqquz yüz səksən iki manat qırx qəpik) manat pul məbləğinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 birgə qaydadatutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində (balansında) olan, **-AR-*** dövlət qeydiyyat nişanlı, LB37852D0PS053659 BAN nömrəli, "Geely Monjaro" markalı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnərək, Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixində təmir məqsədilə iddiaçıya, yəni İddiaçı MMC-yə məxsus servis mərkəzinə gətirilmişdir. Avtomobilə servis mərkəzində baxış keçirilmiş və ********** nömrəli Təmir Kartı tərtib edilmişdir. Həmin sənəddə avtomobilin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı ümumi xidmət haqqı ƏDV daxil olmaqla 12 602,40 (on iki min altı yüz iki manat qırx qəpik) manat müəyyən edilmişdir. Təmir kartı avtomobilin istifadəçisi Cavabdeh1 tərəfindən təsdiqlənmişdir. Qeyd edilən təmir işləri iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş və təmir olunan avtomobil xx.xx.2025-ci il tarixində tam saz vəziyyətdə təhvil-təslim aktı ilə Cavabdeh1təhvil verilmişdir təsdiqlənmişdir. Qeyd edilən təmir işləri iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş və təmir olunan avtomobil xx.xx.2025-ci il tarixində tam saz vəziyyətdə təhvil-təslim aktı ilə Cavabdeh1təhvil verilmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "Geely Monjaro" markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, LB37852D0PS053659 BAN nömrəli nəqliyyat vasitəsinə göstərilmiş texniki xidmətlərə görə 12 602,40 (on iki min altı yiiz iki manat qırx qəpik) manat borc məbləğinin, gecikdirilmiş vaxt iiçün illik beş faiz olaraq 250 (iki yiiz əlli) manat vəsaitin, vəkil xərcinə görə ödənilmiş 300 (üç yiiz) manatın və 130 (bir yiiz otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 13 282,40 (on üç min iki yüz səksən iki manat qırx qəpik) manat pul məbləğinin cavabdehlər "Anadolu Leasing” MMC və X1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır cavabdeh "xxxx" MMC olaraq iddianı qəbul etmirik. Belə ki, iddiaçı qanunsuz olaraq sözügedən avtomobili özündə saxlamaqdadır bununla bağlı X5 müraciət edilmişdir. Əlavə olaraq bildiririk ki, iddia ərizəsində göstərilən məbləğ təhrif edilərək orta bazar dəyərindən yüksək məbləğdə özləri tərəfindən müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin iş üzrə cavabdeh qoyulması mövcud qanunvericiliyin və X6 müqaviləsinə əsasən ziddir. Belə ki, avtomobil lizinq predmeti olaraq fərdi sahibkarın istifadəsinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən bütün məsuliyyət onun üzərinə düşür. Lakin lizinqə məxsus olan avtomobili servisə olan borca görə saxlanılması yol verilməzdir. II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi məhkəməyə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi.
7. Cavabdeh1 və onun vəkili iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
8. Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
12. İddiaçı MMC tərəfindən verilmiş təmir kartından görünür ki, iddiaçı tərəfindən 12602.40 manat məbləğində təmir xidməti göstərilmişdir. Cavabdeh1 Tərəfindən imzalanmışdır.
13. İddiaçı tərəfindən verilmiş təhvil-təslim aktı ilə təsdiq edilir ki,** AR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində Cavabdeh1 tərəfindən tarixində iddiaçıya təhvil verilmiş və xx.xx.2025-ci il tarixində geri alınmışdır.
14. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki,cavabdeh "xxxx" MMC-nin mülkiyyətində (balansında) olan, **-AR-*** dövlət qeydiyyat nişanlı, LB37852D0PS053659 BAN nömrəli, "Geely Monjaro" markalı avtomobilə Cavabdeh1 istifadəsində olan zaman ziyan dəymiş(özünün məhkəmə baxıçşı iclasında verdiyi izahatla müəyyən edilmişdir), Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixində təmir məqsədilə iddiaçıya, yəni İddiaçı MMC-yə məxsus servis mərkəzinə gətirilmişdir. Tərəflərin izahatı,təmir aktı və təhvil təslim aktı ilə müəyyən olunur ki, İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh1 (“sifarişçi”) arasında şifahi podrat müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq təmir xidmətlərini cavabdehə göstərmiş,bununla da öz öhdəliklərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
23. İddiaçı bildirir ki, tttərəflər arasında yazılı müqavilə mövcud olmasa da, avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş və servis məqsədilə təşkilata təqdim edilmişdir. Avtomobil təmir olunaraq geri qaytarılmış, ƏDV daxil olmaqla qiymət müəyyən edilmişdir. Məlumatın təqdim edilməsinə baxmayaraq, hər hansı ödəniş həyata keçirilməmişdir.
24. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək bildirir ki, avtomobil lizinq predmeti olaraq fərdi sahibkarın istifadəsinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən bütün məsuliyyət onun üzərinə düşür.
25. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirir ki, etibarnamə lizinq verən, yəni Anadolu Lizinq MMC tərəfindən verilmişdir. Qəza baş verən vaxt avtomobil istifadə olunmamışdır. Avtomobilin servisə kim tərəfindən aparılmasının xüsusi əhəmiyyəti olmadığından, Hüseyn tərəfindən aparılmışdır. Avtomobil “yağdəyişmə” adı ilə Hüseyndən alınmış və ona müvafiq sənədlər imzaladılmışdır. Lakin məhkəməy\ Cavabdeh1 tərəfindən heç bir sübut təqdim edilməmişdir.
26. Cavabdeh1 iddiaya etiraz edərək bildirir ki, hadisə 2025-ci il fevralın 20-də kəskin hava şəraiti ilə əlaqədar baş vermişdir. Avtomobili həmin vaxt ona məxsus həyətdə saxlamış və sonradan görmüşdür ki, avtomobilə ziyan dəymişdir. Əhmədov Tofiq tərəfində ona avtomobilin istifadəsi üçün etibarnamə verilmişdir. Avtomobil onun tərəfindən iddiaçıya təmir dilmək üçün təqdim edilmiş və sənədlər onun tərəfindən şəxsən imzlaanmışdır.
27. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə qismən əsaslıdır və qismən təmin olunmalıdır.
28. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin hüquqi əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin tələbinin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin hüquqi əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin hüquqi əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi qiymətləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu zaman əlavə olaraq irəli sürülən sübutların araşdırılmasına ehtiyac qalmır, çünki mübahisənin həlli üçün bu araşdırmanın əhəmiyyəti yoxdur.
29. Hazırkı iş üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. İş materiallarından görünür ki, hazırki iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı yönəldilmişdir.Məhkəmə qeyd edir ki, hazırki podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri məhz Cavabdeh1 və İddiaçı MMC arasında yaranmışdır. Mülki Məcəllənin tələblərinə əsasən görüləcək təmir işlərinin dəyəri Cavabdeh1la razılaşdırılmış və görülən iş Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 Mülki Məcəllənin 752.1, 753-cü maddələrinə əsasən iddiaçıya şərtləndirilmiş muzdu ödəməyə borcludur.
31. Məhkəmə iddia tələbini iddia tələbi Cavabdeh2 MMC-nə münasibətdə tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, hazlrki iş üzrə Cavabdeh2 MMC-nə münasibətdə öhdəliyin qanunvericiliklə və ya müqavilə üzrə hər hansı yaranma əsası mövcud deyildir. Bu səbəbdən ona aid hissədə idda rədd edilməlidir.
32. Belə olan halda məhkəmə xidmət müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən görülmüş işə görə haqq olan 12 602,40 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh1 12 602,40 manat tutularaq "Rich Motors” MMC -yə ödənilməlidir.
33. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 250 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
34. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi 4 ay 10 gün müddəti və 12 602,40 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 128 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. İddianın təmin olunan hissəsinə mütənasib olaraq 128.50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 12602.40 (on iki min altı yüz iki manat qırx qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində gecikmə faizi, 300 (üç yüz) manat hüquqi xidmət haqqı və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 128.50 (yüz iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova